tarix-diyarşünaslıq sözü azərbaycan dilində

tarix-diyarşünaslıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tarix-diyarşünaslıq • 49.6147%
  • Tarix-Diyarşünaslıq • 45.3468%
  • Tarix-diyarşünaslıq • 5.0385%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abşeron Tarix-Diyarşünaslıq Muzeyi
Abşeron Tarix-Diyarşünaslıq Muzeyi — 21 noyabr 1983-cü il tarixində fəaliyyətə başlamışdır. == Muzeyin tarixi == 2015-ci ildə əsaslı təmir olunmuş muzeyin sahəsi 296 kvm. təşkil edir və 5 zaldan ibrətdir. Hal hazırda muzeydə 3000-ə yaxın eksponat qorunub saxlanılır və 1800 ədəd ekspozisiyada nümayiş olunur. Muzeydə Abşeron rayonun tarixini, coğrafiasını, təbiətini, məişətini, mədəniyyətini əks etdirən eksponatlar qorunub saxlanılır. == Muzey binası == Muzey 4 zal, 1 fond otağı və işçilər üçün 1 otaqdan ibarətdir. Ekspozisiya sahəsi 250kvm, müdir otağı 1 kvm, fond otağı 10 kvm, işçilər üçün otaq 25 kvm-dir. 2018-ci il ərzində muzeyə gələnlərin sayı 1932 nəfər olmuşdur. Muzeyə gələnlərin qeydiyyati aparılır. == Həmçinin bax == Abşeron Abşeron rayonu Abşeron bələdiyyələri == Xarici keçidlər == "Abşeron Tarix-Diyarşünaslıq Muzeyi".
Astara Tarix-Diyarşünaslıq Muzeyi
Astara Tarix — Diyarşünaslıq muzeyi — H.Əliyevin təşəbbüsü və rəhbərliyi muzey işinə dair qərar və rayonlarda Tarix – Diyarşünaslıq Muzeylərinin yaradlıması qərarında Astara Tarix — Diyarşünaslıq muzeyi öz əksini taparaq yaradılmışdır. == Muzeyin tarixi == Muzey 4 yanvar 1980-ci tarixli qərarla yaradılmışdır. 1984-cü ildə bina inşa edilərək istifadəyə verilmişdir.Muzeyin ümumi sahəsi 600 kv metr ekspozisiyanin sahəsi 200 kv metr təşkil edir. Muzey 3 şöbə və 6 bölmədən ibarətdir. Muzeyi Əmək veteranı Əsədulla İmaməliyev tərəfindən müxtəlif dövrləri əhatə edən və bölgəmizin etnoqrafiyasına aid müxtəlif əşyaları toplayaraq bir araya gətirmiş, muzey kimi ilk fəaliyyətini rayonun müxtəlif inzibati binalarında və sonradan rayonun mərkəzi mədəniyyət evində muzey təşkil edilmişdir. == Muzeyin eksponatları == Muzeyin ekspozisiyasında 2038 ədəd tarixi eksponat nümayiş olunur. Muzeydə ümumi eksponatların sayı 7839 ədəd təşkil edir. == Muzeyin ekspozisiya bölmələri == Təbiət və Orta əsrlər bölməsi. Milli Mədəniyyət İnqilab bölməsi. Müharibə bölməsi vəMüasir həyat bölməsi.Muzeydə toplanmış tarixi eksponatları əsasən Əmək veteranı Ə. İmaməliyev toplayıcılıq yolu ilə və rayon ziyalılarının, müxtəlif peşə sahiblərinin tərəfindən muzeyə hədiyə edilmişdir.Muzeydə olan eksponatlar əsas 8 adda kolleksiyalara ayrılmışdır.
Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi
Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi — Ağcabədi rayonunda yerləşən muzey. Əsası 1980-ci ildə qoyulmuş muzeydə, hazırda 5000-ə yaxn eksponat saxlanılır. == Muzey haqqında == İki mərtəbədən ibarət olan muzey binasının ümumi sahəsi 1830m2 olub 6 ekspozisiya otağından ibarətdir. Hər bir otaq ayrı-ayrı tarixi dövrləri əks etdirərərk, ən qədim eksponatları arxeoloqların rayon ərazisində qazıntı işləri zamanı aşkarladıqları eramızdan əvvəl VI–V minilliklərə (Neolit dövrünə) aid sümükdən iynə və bizlər, daş qab məişət əşyalarıdır. Muzey "Təbiət", "Arxeologiya", "Etnoqrafiya", "Görkəmli şəxsiyyətlər", "Sovet dövrü" və "Müasir dövr" bölmələrindən ibarətdir. == Muzeyin tarixi == 1980-ci ildən fəaliyətə başlayan muzey binanın sahəsi 700m2. Muzey 6 ekspozisiya otağı, 4 iş otağı, 2 fond otağı və 1 zaldan ibarətdir. Hazırda muzeydə 5000-ə yaxın (4782) eksponat qorunur. Eksponatlar bölmələr üzrə qruplaşdırılıb. Muzeyin birinci bölməsi olan təbiət bölməsi olduqca rəngarəng və maraqlıdır.
Ağdam Tarix-Diyarşünaslıq Muzeyi
Ağdam Tarix-Diyarşünaslıq Muzeyi — Ağdam şəhərində yaradılmış muzey. == Muzeyin tarixi == 1962-ci ildə Ağdam Tarix-Diyarşünaslıq Muzeyi Ağdam şəhərində fəaliyyətə başlamışdır. Muzeyin direktoru vəzifəsinə rayon ziyalısı Yusif Əhmədov təyin edilmişdir. Muzeyin ştat cədvəli 1982-ci ildə təsdiq edilir. Muzeyin yerləşdiyi bina yararsız vəziyyətə düşdüyündən 1983-cü ildə onun bir hissəsi “İmarət”ə, əsas hissəsini isə keşmiş Lenin prospektində yerləşən mərkəzi kitabxananın bir otagına köçürülür. Eksponatlar isə “İmarət”də sərgilənirdi.1993-cü ildə Ağdam şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində muzeydən hər hansı eksponat çıxarmaq mümkün olmamışdır. 1995-ci ildən muzey fəaliyyətini Ağdam rayon Qaradağlı kəndi Mədəniyyət Evinin binasında 100 eksponatla fəaliyyətə başlamışdır. == Muzeyin eksponatları == Muzeydə 2500-dən artıq eksponat sərgilənirdi. Sərgilənən eksponatlar sırasında daha çox misdən düzəldilmiş əşyalar, o cümlədən, sərniclər, teştlər, müxtəlif ölçülü qazanlar üstünlük təşkil edirdi. 1995-ci ildən muzey fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında davam etdirir.
Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi
Ağstafa rayon Tarix-Diyarşünaslıq muzeyi — 1993-cü ildən fəaliyyət göstərir. == Muzey eksponatları == Ağstafa Tarix-Diyarşünaslıq muzeyi 1993-cü il fevralın 5-dən fəaliyyət göstərir. == Muzey eksponatları == Maddi və mənəvi eksponatların sayı 2280 ədədə çatdırılmışdır. == Muzey binası == Muzey binasının sahəsi 144 kv.m-dir. Muzeyin 1 ədəd Fond otağı , 1 ədəd Sərgi salonu və 1 ədəd ümumi otağı vardır. == Həmçinin bax == Ağstafa rayonu Ağstafaçay Ağstafa == Xarici keçidlər == "Tarix və diyarşünaslıq muzeyləri". http://www.anl.az. İstifadə tarixi: 23.11.2020. "Məktəbədə muzeyin fəliyyəti". https://aztehsil.com.
Ağsu Tarix-Diyarşünaslıq Muzeyi
AĞsu Tarix-Diyarşünaslıq Muzeyi — 1985-ci ilin may ayından fəaliyyət göstərərək 2 mərtəbəli olmaqla ümumi sahəsi 358 kv/m-dir. == Muzeyin tarixi == Diyarşünaslıq Muzeyi 1985-ci ilin may ayında yaradılıb. Muzey ümumi sahəsi 358 kv m-dir == Muzey binası == 1-ci mərtəbə foyedən və 3 sərgi salonundan, fond və inzibati otaqlardan, 2-ci mərtəbə isə ekspozisiya zalından ibarətdir. Foyedə rayonun xəritəsi, təbii şəraiti, dövlət rəmzləri, rayon haqqında ümumi məlumat yerləşdirilib. == Muzeyin eksponatları == Muzeydə e.ə III–I əsrlərə aid eksponatlar rayonun ərazisindən arxeoloji qazıntılar zamanı tapılmış toplanmışdır. Saxsı qabları, tunc, misdən hazırlanmış əşyaları, XVIII–XX əsrlərə aid xalq tətbiqi sənət nümunələrini, məişət və etnoqrafiyaya aid əşyaları yer almışdır. I zalda qədim dövrdən başlayaraq XIX əsrə qədərki dövrü əhatə edən materiallar nümayiş etdirilir. ikinci zalda XVIII əsrə aid "Ağsu şəhəri orta əsrlərdə" adlı kolleksiya sərgilənir. III zalda 1918–1920-ci illər AXC dövrü, Azərbaycan Milli Hökumətinə aid pullar və bu dövrə aid bir neçə eksponatlar, Ağsu rayonunun milli qəhrəmanları və şəhidlərin onlara məxsus şəxsi əşyaları, fotoşəkilləri yerləşdirilib. == Muzeyin fəaliyyəti == Muzey rayonun ümumtəhsil məktəbləri, idarə və təşkilatları ilə sıx əlaqədə işləyir, rayonun tarixinə maraq oyatmaq üçün tarix dərsləri təşkil olunur.
Balakən Tarix-Diyarşünaslıq Muzeyi
Balakən rayon Tarix- Diyarşünaslıq muzeyi — 1984-cü ildə fəaliyyətə başlamışdır. 1994-cü ildən 2001-ci ilədək fəaliyyəti dayandırılan muzey 2003-cü ildə yenidən fəaliyyətə başlayıb. == Muzey binası == Muzey birmərtəbəli bunada yerləşir. Muzeyin ümumi sahəsi 322, 7 m², ekspozisiya sərgi sahəsi 232 m², fond saxlama sahəsi 12 m²-dir. 140 eksponatla fəaliyyətə başlayan muzeydə hal-hazırda 5000-dən artıq eksponat vardır. == Muzey eksponatları == Muzeydə eksponatların artımı bağışlanma və toplanma yolu ilə həyata keçirilir. Muzeydə daş , tunc, erkən orta əsrlər və orta əsrlər , XVIII, XIX, XX əsrlər və müasir dövrə aid eksponatlar nümayiş olunur. Muzeyin fondu 5020 ədəd eksponat təşkil edir. Muzeyin 7 ekspozisiya zalında eksponatlar nümayiş etdirilir: Qədim dövrlərə aid eksponatlar Orta əsrlərə aid eksponatlar Rayonun əkinçilik adətlərini əks etdirən eksponatlar Rayonun yerli məişət əşyaları Rayonun diyarşünaslığını əks etdirən eksponatlar Rayonun flora və faunasına aid eksponatlar Rayonun yeraltı və yerüstü sərvətlərini əks etdirən eksponatlar. == Muzey ekspozisiyası == Muzeyin ekspozisiya zalında tunc dövrü və antik dövrü əks etdirən eksponatlar rayon ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuşdur.
Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi
Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi — 9 may 2007-ci il tarixində rayon əhalisinin xidmətinə verilmişdir. Muzeyin həyətində açıq səma altında muzey yaradılmışdır. Milli bayram və dövlət tədbirlərinin keçirilməsi ilə yanaşı muzeydə müntəzəm olaraq tarix və vətənpərvərlik dərslərı keçirilir və bu da məktəblilər arasında muzeyə olan marağı artırır. muzeydə 11 bölmə fəaliyyət göstərir. == Muzey eksponatları == Muzeydə rayonun qədim, orta əsrlər, yeni və ən yeni dövr tarixini əks etdirən çoxlu maddi mədəniyyət nümunələri və sənədlər muzeyin ayrı-ayrı bölmələrində nümayiş etdirilir. Muzeydə "Müstəqilliyə gedən yol", "Heydər Əliyev kursunun layiqli davamçısı" və "Elm, mədəniyyət, təhsil, Heydər Əliyev Fondu" adlanan eksponatlar bölmələri. == Həmçinin bax == Biləsuvar rayonu Biləsuvar (Azərbaycan) Biləsuvar bələdiyyələri == Xarici keçidlər == "Biləsüvarda muzeyin açılışı". https://azertag.az. İstifadə tarixi: 26.11.2020. "Tarix Diyarşünaslıq muzeyləri".
Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi
Cəbrayıl rayonunda Tarix-Diyarşünaslıq müzeyi — II Dünya Müharibəsindən əvvəl təsis olunmuşdu. İ.V.Stalinin adını daşıyan muzey 1953-ci ildə ləğv edildi və eksponatları arxivə verildi. Az müddət sonra onun yerində yenidən Tarix-Diyarşünaslıq Muzeyi yaradılaraq, iyirmi ildən artıq bir müddətdə ictimai əsaslarla fəaliyyət göstərdi. Bu gün Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətini paytaxtdakı "İstiqlal" muzeyində davam etdirir. == Muzeyin tarixi == Muzey 1980-ci ilin dekabrında rəsmi status aldı və ştat cədvəli təsdiqləndi. Həmin ildə Cəbrayıl rayon Partiya Komitəsinin təşəbbüsü ilə şəhər orta internat məktəbinin dörd otağı muzeyin sərəncamına verilmiş və qısa müddət ərzində təmir edilərək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin yanvar 1980-ci il tarixli "Azərbaycanın rayonlarında tarix – diyarşünaslıq muzeylərinin yaradılması haqqında" xüsusi qərarından sonra – 1980-ci il dekabrın 8-də yaradılmışdır. Muzeyin sığındığı internat binası şəhərin "Sağ sahil" küçəsində yerləşirdi. == Muzeyin eksponatları == 1993-cü ilə qədər muzeydə Cəbrayıl rayonu ilə bağlı 19 minə yaxın eksponat toplanmışdı. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin hücumları zamanı muzeyin təxminən 16 minə yaxın eksponatını xilas etmək mümkün olmuşdur. Muzeydə daşınması çətin olan bir sıra əşyalar, ümumilikdə 2 mindən artıq eksponat hazırda erməni işğalçıları tərəfindən məhv edilmişdir.
Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi
Cəlilabad Tarix – Diyarşünaslıq Muzeyi — 1981-ci ildə yaradılmışdır. Muzey binası bir mərtəbədən ibarətdir. Sahəsi 300 kv.m-dir.Muzeydə 4810 ədəd eksponat vardır. == Muzeyin tarixi == Cəlilabad Tarix — Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılıb və 29 aprel 2010-cu ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə yeni inşa olunmuş Tarix — Diyarşünaslıq Muzeyinin açılışı olmuşdur. Muzeyin ümumi sahəsi 300 kvadratmetrdir. == Muzey ekspozisiyası == Muzeyin müxtəlif bölmələrində Cəlilabadın qədim tarixini əks etdirən eksponatlar, o cümlədən rayonda aparılan arxeloji qazıntılar nəticəsində tapılmış əşyalar nümayiş etdirilir. Burada, həmçinin etnoqrafik guşə vardır. Muzeydə 4000 — ə yaxın eksponat saxlanılır, son tunc, erkən dəmir, tunc, antik dəmir dövrləri və orta əsrlərə aid gil qablar, əmək alətləri və bəzək əşyaları, orta əsrlərin silahları və mis qablar nümayiş etdirilir.Muzeyin həyətində Cəlilabadın qədim tarixini əks etdirən daş eksponatlar da toplanmışdır. Muzey ekspozisiyası 5 bölmədən ibarətdir: Təbiət bölməsi Arxeloji bölmə Antik və Orta əsrlər bölməsi Hərbi bölmə Kənd təsərrüfatı bölməsi == Həmçinin bax == Cəlilabad Cəlilabad rayonu Cəlilabad bələdiyyələri Cəlilabad kadastr rayonu == Xarici keçidlər == "Yeni muzeyin açılışı". =https://azertag.az.
Daşkəsən Tarix-Diyarşünaslıq Muzeyi
Daşəkəsən rayon Tarix Diyarşünaslıq Muzeyində hazırda 1035 dən artıq ekspanat mövcuddur. Bunlar 3 min il əvvəldən başlayaraq, müasir dövrümüzə qədər olan zamanı əhatə edir. == Həmçinin bax == Daşkəsən Daşkəsən rayonu Daşkəsən bələdiyyələri == Xarici keçidlər == "AZƏRBAYCAN RESPUBLİKASI DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ". http://dashkesen-ih.gov.az. İstifadə tarixi: 21.12.20220. "Diyarşünaslıq muzeyləri". http://anl.az. İstifadə tarixi: 21.12.2020.
Donetsk tarix-diyarşünaslıq muzeyi
Donetsk tarix-diyarşunaslıq muzeyi — Rostov vilayətinin Donetsk şəhərində yerləşən diyarşunaslıq muzeyi. 2005-ci illərdə təsis edilmişdir. == Tarixi və təsviri == Rostov vilayətinin Donetsk şəhərində yerləşən diyarşunaslıq muzeyi 2005-ci ildə ildə Donstsk şəhərinin 50 illiyi münasibəti ilə təşkil edilmişdir. Yaşayış məntəqəsinin təməli 1681-ci ildə Qundorovskaya kəndi olaraq təsis edilmişdir. 1955-ci ildə isə Donetsk olaraq adlandırılmışdır. Donetsk şəhərinin bütün tarixi muzeydə əks olunmuşdur. Donetsk tarix-diyarşunaslıq muzeyi 9 eksponat zalından təşkil edilmişdir. Bu zallarda şəkillər, sənədlər, kitablar və kazaklara aid əşyalar saxlanılır. «Hərbi şöhrət zalında» əsasən Böyük Vətən müharibəsi və Əfqanıstan müharibəsinə aid pretmetlər nümayiş etdirilir. «Kosmanavtika» zalında isə şəhərin sakini olmuş Yuri Vladimiroviç Usaçevin şəxsi əşyaları saxlanılır.
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi — Azərbaycan Respublikası Füzuli şəhərində muzey. Muzey Füzuli rayonunun işğalından sonra Horadiz şəhərinə köçürülmüşdür. == Muzeyin tarixi == Füzuli Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılmışdır. == Muzeyin eksponatları == Muzeyin fondunda və ekspozisiyasında toplanmış eksponatların altı mindən çoxu Qarabağ müharibəsinin gedişində rayondan çıxarılaraq Bakı şəhərində fəaliyyət göstərən "İstiqlal" muzeyində mühafızə edilir. Muzey fəaliyyətini uzun zaman İstiqlal muzeyində davam etdirmişdir. Keçirilmiş sərgilərdə fəxri fərmanlar almışdır. Bu gün muzey eksponatlarının sayı yeddi mindən çoxdur. Fəaliyyətə başladığı gündən indiyədək muzeyə tarix elmləri üzrə fəlsəfə doktoru Bəhram Məmmədli rəhbərlik edir. Muzey sərvətlərinin düşməndən xilas edilməsində əməkdaşların böyük əməyi olmuşdur. İşğala qədər muzeydə doqquz mindən çox eksponat mühafızə edilirdi.
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi — Goranboy rayonunda yaradılmış muzey. == Muzeyin tarixi == Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyətə başlayıb. 2014-cü il dekabr ayında muzey yeni inzibati binaya köçürülmüşdür. Muzey Heydər Əliyev prospekti 5 ünvanında yerləşir. Muzey 1 mərtəbəli binadan ibarətdir: ekspozisiya zalı, fond otağı, işçi otağı və yardımcı otaq. == Muzeyin eksponatları == Muzeyin ümumi sahəsi 954 kv.m-dir. Ekspozisiya sərgisinin sahəsi 167 kv.m, fond saxlama otağının sahəsi 56 kv.m-dir. Muzeydə keçmiş və müasir dövrümüzü əks etdirən 2658 ədəd eksponat qorunub saxlanılır. Eskpozisiya zalında 1600 çox eksponat nümayiş etdirilir. Muzey üç bölmədən ibarətdir: qədim, orta və müasir dövr.
Göyçay Tarix-Diyarşünaslıq Muzeyi
Göyçay Tarix-Diyarşünaslıq Muzeyi — Göyçay şəhərində yaradılmış muzey. Muzeydə Göyçay rayonun təbiətini və tarixinin əks etdirən eksponatlar toplanmışdır. == Muzeyin tarixi == Göyçay rayon Tarix-diyarşunaslıq muzeyi 1983-cü ildə yaradılmışdır. Muzey 2012-ci ildən müasir uslubla inşa edilmiş binada fəaliyyət göstərir. == Muzeyin eksponatları == Göyçay Tarix-Diyarşünaslıq Muzeyində 6000-ə yaxın eksponat toplanıb. Onların sırasında insanların qədim yaşayış məskənlərində aparılmış qazıntılar zamanı aşkar olunan bəzək əşyaları, silah və qab-qacaq nümunələri var. Çox sayda eksponat İkinci dünya müharibəsi və Sovet İttifaqı Qəhrəmanları: Ziya Bünyadov, Bahəddin Mirzəyev, Hacı Qafarov və onlarla digər döyüşçülərdən bəhs edir.Hazırda 6800 ədəd eksponat vardır. Bunlardan 795 eksponat ekspozisiyada nümayiş etdirilir. Muzey eksponatları:- rəssamlıq, heykəltaraşlıq, arxeologiya, etnoqrafiya, fotoşəkillər, sənədlər, iqtisadiyyat və milli adət-ənənələri tərənnüm edən bölmələrdən ibarətdir. == Həmçinin bax == Azərbaycan muzeyləri Göyçay rayonu Göyçay döyüşü == Xarici keçidlər == "Tarix- Diyarşünaslıq Muzeyi".
Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi
Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi — Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan və 1990-cı il martın 22-dən fəliyyət göstərən muzey. == Haqqında == Təbiət, Qədim dövr, Orta əsrlər, Müasir dövr bölmələrini əhatə edən muzeydə hazırda 2000-dən çox eksponat saxlanılır. Ekspozisiya zalında 1100 eksponat nümayiş etdirilir. Təbiət bölməsinə rayonda yetişdirilən ağac, bitki nümunələri , daş-süxur nümunələri, Gədəbəy mənzərələri, müalicə məqsədi ilə işlədilən bitki nümunələri mineral sular daxildir. Qədim dövr bölməsində b.e.ə dövrlərə məxsus tunc əşyalar, sümükdən və obsidiandan düzəldilmiş əmək alətləri, obsidian qəlpələr, muncuqlar, küpələr, keramik qablar göstərilir. Orta əsrlərə məxsus abidələrin foto şəkilləri, abidələr haqqında məlumatlar öz əksini tapır. Muzeydə müasir dövr daha geniş yer tutur: Təbiət, Arxeologiya, Etnoqrafiya, Numizmatika, XIX əsr Gədəbəy sənaye mərkəzi kimi və s. Muzeyin, sahəsi 222 kv.metrdir və cəmi 7 işçisi var. AMEA Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları ilə əlaqələrin nəticəsində son illər rayon muzeyinə xeyli miqdarda elmi cəhətdən araşdırılmış eksponatlar daxil olub. Hər il mayın 17-də "Açıq qapı" günü, ayın 18-də isə burada "Muzeylər günü " geniş qeyd olunur.
Gəncə Tarix-Diyarşünaslıq Muzeyi
Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyi — Gəncə şəhərində yerləşən ən böyük və qədim muzey. Əsası 1924-cü ildə qoyulmuş muzeydə, hazırda 30.000-dən çox eksponat saxlanılır. == Muzey binası == Hazırda muzeyin yerləşdiyi bina XIX əsrdə tikilmişdir. Bu bina Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olmuşdur. Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş, ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi. Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnmişdir. Onların şəxsi mülkü olan bina da, zadəgan ailələrinə məxsus bir çox binalar kimi ictimailəşdirilmişdi. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən bina Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə verilmişdir.
Gəncə Tarix Diyarşünaslıq Muzeyi
Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyi — Gəncə şəhərində yerləşən ən böyük və qədim muzey. Əsası 1924-cü ildə qoyulmuş muzeydə, hazırda 30.000-dən çox eksponat saxlanılır. == Muzey binası == Hazırda muzeyin yerləşdiyi bina XIX əsrdə tikilmişdir. Bu bina Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olmuşdur. Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş, ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi. Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnmişdir. Onların şəxsi mülkü olan bina da, zadəgan ailələrinə məxsus bir çox binalar kimi ictimailəşdirilmişdi. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən bina Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə verilmişdir.
Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyi
Hacıqabul rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1989-cu ildə Hacıbaqbul razyonu ərazisində yaradılmış, eksponatlarının sayı 3000 keçmişdir. == Muzeyin tarixi == Hacıqabul rayon Tarix-Diyarşünaslıq muzeyinin əsası 1989-cu ildə, onun ilk direktoru olmuş Hüseyin Hənifə oğlu İsayev tərəfindən qoyulmuşdur. 1000-ə yaxın eksponatla iki kiçik otaqda yerləşmiş həmin muzey normal fəaliyyəti üçün şərait olmadığından 1993-cü ildə bağlanmış, 10 il sonra onun fəaliyyəti bərpa olunmuşdur. == Muzey binası == Bina 1975-ci ildə tikilməyə başlamış, 1977-ci ilin aprel ayında istifadəyə verilmiş və hazırda istifadəyəqismən yararlı vəziyyətdədir. Binada muzeylə yanaşı Yeni Azərbaycan Partiyasının rayon təşkilatı, rayon Məşğulluq Mərkəzi (birinci mərtəbə), rayon Gənclər və İdman İdarəsi (ikinci mərtəbə), rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı, rayon Arxivi, Hacıqabul qəzetinin redaksiyası yerləşir. == Muzey ekspozisiyası == Muzey fəaliyyətini bərpa etdiyi 2003-cü ilin iyun ayından etibarən "Azərxalça" İstehsalat Birliyinin balansında olan və Hacıqabulşəhər İsmət Qayıbov küçəsi 4 ünvanında yerləşən üç mərtəbəli binanın ikincimərtəbəsində, ümumi sahəsi 220 m2 olan iki zalı (ekspozisiya sahəsi) və üç otaqda (direktorun digər işçilərin və fond otaqları) yerləşdirilmişdir. Muzeyin ekspozisiya sahəsi çox kiçik olduğundan əsas fondun yalnız az bir hissəsini nümayiş etdirməyə şərait vardır. 2003-cü ildə yenidən fəaliyyətə başlamış muzey iki böyük zal və üç köməkçi otaqda fəaliyyət göstərməklə, 4058-ə qədər eksponat 15 kolleksiyada (saxsı, bürünc, alüminium, parça, polad, kağız) toplanıb. Saxsı, mis və digər materiallardan hazırlanmış, əkinçilik, maldarlıq, toxuculuq (xalçaçılıq) kimi fəaliyyətlərə aid əşyalarla bərabər, elm, incəsənət, təhsil, hərb, dəmir yolu kimi sahələrlə bağlı sənəd, şəkil və digər eksponatlar rayonun tarixi, onun görkəmli adamları barədə kifayət qədər məlumat verir. == Həmçinin bax == Hacıqabul Hacıqabul rayonu == Xarici keçidlər == "Hacıqabul tarixinin əks olunduğu məkan".
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi – Azərbaycanın Kəlbəcər şəhərində 1982-ci ilin sentyabrında yaradılmış muzey. İşğal olunmuş ərazilərdəki muzeylər içərisində yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri idi. == Muzeyin tarixi == 1975-ci ildə AMEA-nın konfrans zalında Azərabycan geoloqlarının qurultayı keçirilirdi. AMEA-nın foyesində Kəlbəcər məktəblərinin müəllim və şagird kollektivinin diyarşünaslıq materiallarından və hazırladıqları təhsil vasitələrindən ibarət sərgi nümayiş etdirilirdi. Sərgi alimlər tərəfindən yüksək qiymətləndirildi. Akademik Həsən Əliyev özünün qurultaydakı çıxışında yeni bir təklif verdi: Kəlbəcərdə tarix-diyarşünaslıq muzeyi yaratmaq lazımdır. Muzey üçün baza artıq mövcutdur. Təklif qurultay nümayəndələri tərəfindən yüksək qiymətləndirildi. O gündən akademik Həsən Əliyev Respublika səviyyəsində muzeyin açılışı üçün qərarların verilməsi və sənədləşdirmə işlərinin həll edilməsi üçün fəaliyyətə başladı. Bu barədə ilk öncə Azərbaycan SSR I Katibi işləyən Heydər Əliyevə müraciət etdi.
Lahıc Tarix-Diyarşünaslıq Muzeyi
Lahıc Tarix-Diyarşünaslıq Muzeyi — Lahıc kəndinin yerli tarix muzeyi. 1985-ci ildə qurulmuş və Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndində yerləşir. . == Yaranması == 1985-ci ildə Lahıc Tarix-Mədəniyyət Qoruğunun nəzdində ictimai əsaslarla təşkil edilmiş Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, 1992-ci ildən dövlət statusu alaraq Lahıc Tarix- Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Muzeyin özü Lahıcda "Ağaoğlu məscidi" kimi məşhur olan və 1914-cü ildə inşa edilmiş bir binanın içərisindədir. Muzeyin direktoru Əliyev Maarif Ağamehedi oğlu muzeyə eksponatların toplanmasında əhali arasında təbliğat aparırı. Muzeyin nümayəndəsi Kamilli Tofiq Kamil oğlu, 20–22 aprel 2009-cu il tarixlərində Bakıda keçirilmiş UNESCO / ICOM nəşrlərindən istifadə edərək muzey rəhbərliyi tərəfindən Azərbaycan Respublikasından muzey işi üzrə təlimçi-mütəxəssislər üçün milli təlimlərdə iştirak etmişdir. == Muzeyin eksponatları == Muzeydə 1336 ədəd eksponat qorunub saxlanılır. Bina 10 ekspozisiya və müxtəlif şöbələrdən ibarətdir. Müxtəlif mövzulara aid guşələr yaradılmışdır. Muzeyə gələn ziyarətçilərə 1000–dən çox eksponat təqdim edilir.
Laçın Tarix-Diyarşünaslıq Muzeyi
Laçın Tarix və Diyarşünaslıq Muzeyi – Azərbaycan Respublikasının Laçın rayonunda 1974-ci ilidən 1992ci ilin may ayına qədər fəaliyyət göstərmiş, işğal olunmuş muzeylər siyahısına daxil olan yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri. == Memarlıq quruluşu == Muzeyin yerləşdiyi bina tarix və mədəniyyət abidəsi kimi qiymətləndirilirdi. Bu biina Sovet Hakimiyyətinin ilk illərində Pedoqoji Texnikom üçün nəzərdə tutulsada sonralar burada şəhər VIII illik məktəb kimi də fəaliyyət göstərmişdir. Müzeyin ümumi sahəsi 1200 kv/metr-dən çox idi. Müzey bir dəhlizdən, 24 otaqdan, 1 nümayiş salonundan və 72kv/metrlik bir fonddan ibarət idi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, sujetli oymalar, at və qoç heykəlləri və bir çox məişət əşyalar açıq havada nümayiş etdirilirdi. 1983-cü ildən 1992-ci ilə qədər muzey tərəfindən geniş şəkildə ekspoziyalar təşkil olundu. Muzeyin əsas fondunda 5 mindən artıq eksponatlar toplandı. Yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya olmuşdur. 1989-cu ildə Laçın Tarix-Diyarşünaslıq Muzeyi Ümumittifaq Muzeylərə baxış müsabiqəsində qalib seçilmiş və direktoru ilə birgə xüsusi medalla təltif olunub.
Lerik Tarix-Diyarşünaslıq Мuzeyi
Lerik Tarix-Diyarşünaslıq Мuzeyi - Lerik rayonunun tarixi, mədəni irsini təqdim edən və turistlər üçün maraq doğuran rayon daxilində muzey. Lerik rayonunun tarixini əks etdirən çoxlu sayda eksponat var. Tarix-Diyarşünaslıq Muzeyinə Sevil Fitat qızı Ağayeva rəhbərlik edir. == Yaranması == Lerik Tarix-Diyarşünaslıq muzeyi 1983-cü ildən fəaliyyət göstərir. Muzeyin ərazisi 260 kv/m-dir. Muzeyin həyətyani sahəsində arxeoloji nümunələr sərgilənir. Eksponatların sayı 4700 ədəddir == Muzey eksponatları == 1983-cü ildən fəaliyyət göstərən M.Ə.Rüstəmov adına Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyi Lerikin keçmiş və indiki tarixini eksponatlar vasitəsiylə nümayiş etdirir. Muzeydə Azərbaycan Prezidenti İlham Əliyevin Lerikə üç səfərinə aid foto-stendlər və ulu öndər Heydər Əliyevin əsərləri və fotoları yer almışdır. Muzeydə rayonun arxeologiyasına, flora və faunasına, görkəmli şəxsiyyətlərini, alim və yazıçılarını, məişətini, tətbiqi sənət nümunələrini, Qarabağ şəhidlərini və Böyük Vətən Müharibəsi vetranlarını tanıtdıran eksponatlar vardır. Ekspopnatlar arasında eramızdan əvvəl XIV-XII əsrlərə aid tunc xəncərlər, ox ucluqları, amuletlər və s.
Lənkəran Tarix-Diyarşünaslıq Мuzeyi
Lənkəran Tarix-diyarşunaslıq muzeyi — 1924-cü ildən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi rəsmi olaraq fəaliyyətə başlamışdır. 1991-ci ildən Lənkəran Tarix-Diyarşünaslıq muzeyi Mir Əhməd xanın sarayına köçürülür. Bu abidə Lənkəranın ilk çoxmərtəbəli binasıdır. == Muzeyin eksponatları == Muzeydəki eksponatlar Lənkəranın zəngin tarixini, mədəniyyətini adət-ənənələrini əks etdirir. Muzeydə 6560 ədəd tarixi eksponat yer almışdır. Muzey xalqımızın qədim tarixini əks etdirən əşyalarla zəngindir. Daş dövrünə aid sümükdən hazırlanmış bıçaqlar, həvəngdəstə, çəkiclər, tunc dövrünə aid silahlar və qadin bəzək əşyalari, VII–XII əsrlərə aid heç vaxt rəngi solmayan boyali saxsi qablar qoç fiqurlu qəbir daşlari, çox maraqlidir. VIII–IX əsrlərə aid memarləq abidəsi — Bəlləbur qalasının tikinti materiallari nümunələri, qaladan tapılmış məişət əşyaları xüsusi maraq doğurur. Ekspozisiyada nümayiş etdirilən misgərlik nümunələri, əmək və məişət əşyalari da orta əsrlərə aiddir. Muzeyin qədim eksponatlarından olan mis manqal XIX əsrə aiddir və evi qızdırmaq üçün istifadə olunurdu.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi
Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi — Masallı rayonunun Hişkədərə kəndində yerləşən muzey. Muzeyin direktoru Əntiqə Tağıyevadır. == Tarixi == Muzey 1952-ci ildən fəaliyyət göstərir. Muzey bu kəndin tanınmış ziyalısı, Əməkdar müəllim, hazırda adı bu muzeyə verilmiş Rəhim Tağıyevin şəxsi təşəbbüsü və misilsiz əməyi ilə yaradılmışdır. 15 il ictimai əsaslarla - Hişkədərə kənd məktəbinin muzeyi kimi fəaliyyət göstərdikdən sonra onun üçün 1975-ci ildə ayrıca bina tikilmişdir. Məktəb muzeyində olan eksponatlar həmin binaya köçürülmüş və bundan sonra muzey artıq ölkəşünaslıq muzeyi kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1977-ci il tarixli, 283 nömrəli qərarı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 16 sentyabr 1977-ci il tarixli, 299 nömrəli əmri ilə muzey dövlət statusu almış və Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərmişdir. 2005-ci ildən muzey onu yaradanının - Rəhim Tağıyevin adını daşıyır.Tarix-diyarşünaslıq muzeyi 1963-cü ildən rayonun tanınmış ziyalısı Rəhim Kərim oğlu Tağıyevin şəxsi təşəbbüsü ilə ictimai əsaslarla fəaliyyətə başlamışdır. == Muzeyin eksponatları == Əvvəllər muzeyin əşyaları Hişkədərə kənd orta məktəbində nümayiş etdirilmişdir. Eksponatlara isə heç bir dövlət vəsaiti sərf olunmadan əldə edilmişdir.Müxtəlif illərdə rayonun Ərkivan, Hişkədərə, Mişkəmi, Boradigah, Tatyanoba, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerlərindən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid maddi-mədəniyyət nümunələri bu Tarix-Diyarşünaslıq Muzeyində mühafizə olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.74 dəfə / 1 mln.
2011 ••••••• 2.92
2012 •••••••••••••••••••• 8.35
2013 ••• 1.17
2014 ••••••• 2.75
2015 ••••••••••••• 5.27
2016 •••• 1.39
2020 0.40

Oxşar sözlər

#tarix-diyarşünaslıq nədir? #tarix-diyarşünaslıq sözünün mənası #tarix-diyarşünaslıq nə deməkdir? #tarix-diyarşünaslıq sözünün izahı #tarix-diyarşünaslıq sözünün yazılışı #tarix-diyarşünaslıq necə yazılır? #tarix-diyarşünaslıq sözünün düzgün yazılışı #tarix-diyarşünaslıq leksik mənası #tarix-diyarşünaslıq sözünün sinonimi #tarix-diyarşünaslıq sözünün yaxın mənalı sözlər #tarix-diyarşünaslıq sözünün əks mənası #tarix-diyarşünaslıq sözünün etimologiyası #tarix-diyarşünaslıq sözünün orfoqrafiyası #tarix-diyarşünaslıq rusca #tarix-diyarşünaslıq inglisça #tarix-diyarşünaslıq fransızca #tarix-diyarşünaslıq sözünün istifadəsi #sözlük