* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Parçalanmış, sındırılmış, qırılmış, cırılmış şeyin kiçik tikəsi, qırığı, hissəsi. Kağız parçası. Odun parçası. – Buruqların dörd tərəfində dəmir və taxta parçaları gözə dəyirdi. M.İbrahimov. Dəstə sürüşkən daş və qaya parçalarının üzəri ilə aşağıya enməli idi. S.Vəliyev. // Tullantı, qırıntı. Şüşə parçaları. 2. Bir əsərin, çıxışın müəyyən hissəsi. “Vaqif”dən parça göstərmək. Musiqi parçası. – Bir nəfər artist Kərimbəyin “Süngü” adlı təzə əsərindən parça oxudu. Mir Cəlal. Məktəbin divar qəzetində arabir [S.Vurğunun] kiçik parçalarını; şeirlərini oxumuşduq. O.Sarıvəlli. 3. “Bir” sözü ilə: bir parça – bir az, bir tikə, bir qırıq. Zeynal bayaqdan bəri qabağındakı nimçədə doğramaq istədiyi bir parça əti eləcə qoyub, əlindəki bıçağı yerə buraxdı. S.Hüseyn. Hədiyyə bir parça çörək götürüb qəzetə bükdü. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / parça2 is. Toxunma mallar: çit, bez, mahud və s.; arşınmalı. Ağır sandıq seçmə parçalarla dolu idi. Mir Cəlal. Göyçək parçanı alıb, o üz-bu üzünə baxdı. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / parça1 Para, paralamaq, parçalamaq sözləri ilə kökdaşdır. Para (əsli: parə) isə fars mənşəlidir. Bizdə onun yerinə, yarmaq, cırmaq sözləri işlədilib. İndi parça kəlməsi “hissə” və “toxuma mallar” mənalarında işlədilir. Parçalamaq isə parça sözündən düzəlmiş feildir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / parça3 1. PARÇA [Hamı:] Ah, nə gözəl parçadır; Gülləri də qonçadır (Ü.Hacıbəyov); ARŞINMALI (köhn.) Əsgər: İndi görəsən qız bilsə ki, mən doğrudan da arşınmalı satıram, mənə gələrmi? (Ü.Hacıbəyov); BƏZZAZİYYƏ (köhn.) Rüstəm: Sən mənim məsləhətimə bax: bu dükanı bağla, bir ayrı bəzzaziyyə mağazası aç (Ə.Haqverdiyev); QUMAŞ (köhn.) Hacı Qara: Bunların qumaşı özgə qumaşdır (M.F.Axundzadə); MAL Hacı Qara: Heç kəs malın üzünə baxmır.. (M.F.Axundzadə); MANUFAKTURA (köhn.). 2. parça bax tikə 3. parça bax hissə 1; para 1
Azərbaycan dilinin sinonimlər lüğəti / parça1 PARÇA – BÜTÖV Qranit parçası, kütləsindən ayrılsa da, qranitdir. O, bütövdən qəlbidir (R.Rza).
Azərbaycan dilinin antonimlər lüğəti / parça1 PARÇA I is. [ fars. ] Material. Donun darlığı parçanın qıtlığındandır (Ata. sözü). PARÇA II is. Hissə, tikə. Bu gün həmin o şəkli; Yüz yol gördüm mən azı; Necə miskin, mənasız; Adi kağız parçası! (Ə.Kürçaylı).
Azərbaycan dilinin omonimlər lüğəti / parça1 1. материя; 2. кусок, отрывок, отрез, отрезок, ломоть, клок, клочок;
Azərbaycanca-rusca lüğət / parça2 1 I сущ. 1. кусок: 1) отделенная, отбитая, отломанная часть чего-л. Sınmış şüşə parçaları куски разбитого стекла, saxsı qabların parçaları куски глиняной посуды; buz parçası кусок льда, dəmir parçası кусок железа 2) часть чего-л. Torpağın boyük parçası большой кусок земли 3) одна единица чего-л. Tabaşir parçası кусок мела, qənd parçası кусок сахара; sabun parçası кусок мыла 4) в сочет. с bir: bir parça çörək кусок хлеба, bir parça ət кусок мяса, bir parça pendir кусок сыра 2. отрывок (небольшая часть, выделенная из какого-л. сочинения, произведения). Romandan parçalar отрывки из романа, mətndən parçalar отрывки из текста, operadan parçalar отрывки из оперы 3. отрезок: 1) небольшой отрезанный кусок чего-л. Materialın parçaları отрезки материала 2) ограниченная часть чего-л. Düz xətt parçası отрезок прямой II прил. кусковой. Parça qənd кусковой сахар; şüşə parçası осколок стекла, kaqız parçası клочок бумаги, ağaç parçası обрубок дерева; çörək parçası ломоть хлеба, bir parça torpaq клочок земли ◊ od parçası огонь (о ком-л. отличающемся горячим, смелым нравом) 2 I сущ. материя, материал, ткань. Yun parçalar шерстяные ткани, kətan parça льняная ткань, çit parça ситцевый материал, parçanın adı наименование ткани, parçanın kənarı кромка ткани, parçanın astarı изнанка материи II прил. матерчатый. Parça cild матерчатый переплёт, parça ayaqqabı матерчатая обувь
Azərbaycanca-rusca lüğət / parça1 I. i. piece; (nəyinsə hissəsi) piece, sheet, bit; (qənd) lump; (sabın) cake; (çörək) slice; bir ~ çörək a slice of bread; bir ~ qənd a lump of sugar; bir ~ kağız a piece / a sheet of paper II. i. toxuc. material, cloth, fabric, textile, stuff; kostyum üçün ~ suiting; şalvar üçün ~ trousering; göynək üçün ~ shirting; əl-üz dəsmalı üçün ~ towelling; ipək ~ silk (cloth); ipək ~lar silks; yun ~ woollen cloth; toxunma ~ knitted fabric
Azərbaycanca-ingiliscə lüğət / parça1 is. 1) étoffe f ; tissu m ; 2) morceau m ; fragment m ; suite f
Azərbaycanca-fransızca lüğət / parça1 сущ. 1. кӀус, кӀар, кьатӀ, тике (хайи, пад хьайи, гватай затӀунин); taxta parçası кьулунин кӀар; kağız parçası ччарчин кӀус; şüşə parçaları шуьшедин кӀусар, гьамгаяр; // bir parça са кӀус, са тӀимил; 2. чӀук, кьатӀ, пай (мес. шиирдикай, романдикай ва мс.).
Azərbaycanca-ləzgicə lüğəti / parça(Zərdab) gəlinin cehizini nümayiş etdirmək üçün oğlan evində təşkil edilmiş şadlıq məclisi. – Dünən bizim kənddə parça vardi
Azərbaycan dilinin dialektoloji lüğəti.