Arxitas (Tarentli)
Tarentli Arxitas (yun. Ἀρχύτας ὁ Ταραντίνος, m. ö. 428 – 347) — yunan filosofu, pifaqorçular məktəbinin təmsilçisi, Filolausun öyrəncisi olmuşdur.
== Həyatı ==
Arxitas, siyasətlə məşğul olmuş və yüksək hərbi vəzifələrdə çalışmışdır. Arxitas Cənubi İtaliyaya gələn Platonu Siciliya hökmdarı II Dionusiusun qəzəbindən qoruya bilmişdir. Bundan sonra Platon onun yaxın dostu olmuşdur.
Onun zamanımıza yalnız fraqmentlərlə çatan "Riyazi elmlər" və "Söhbətlər" əsəri bilinməkdədir.
Arxitasın fəlsəfi fikirləri haqqında zamanımıza çox az bilgi çatmışdır. Məlumdur ki, o kainatın sonsuz olmasını iddia edirdi.