* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••• | 17.13 |
2003 | •••••••••• | 15.75 |
2004 | ••••••••• | 12.80 |
2005 | •••••••••••••• | 20.92 |
2006 | ••••••••• | 12.84 |
2007 | •••••••• | 11.21 |
2008 | •••••• | 8.53 |
2009 | ••••••••••• | 16.48 |
2010 | ••••••••• | 12.89 |
2011 | •••••••• | 12.35 |
2012 | •••••••••• | 14.54 |
2013 | ••••••••••••••• | 23.19 |
2014 | •••••••••••••••••••• | 31.75 |
2015 | •••••••••••••••• | 25.18 |
2016 | •••••••••••••••• | 25.16 |
2017 | ••••••••••••• | 19.19 |
2018 | •••••••••••• | 18.58 |
2019 | ••••••••••••• | 20.31 |
2020 | •••••••••••••••••• | 27.58 |
1 is. [ər.] Başqasının tabeliyində, hökm və iradəsi altında olan, ondan asılı olan, onsuz heç bir şey edə bilməyən, tabe olan. // sif. Tabe olan, asılı olan, tabeliyə əsaslanan. Tabe dövlətlər. // İs. mənasında. Xidmət üzrə özündən böyüyə tabe olan vəzifəli şəxs. Müdirin öz tabeləri ilə rəftarı gözəldir. □ Tabe etmək – asılı etmək, itaəti altına almaq, öz iradəsinə uyğun olaraq hərəkət etməyə məcbur etmək, ram etmək. [Səməd bəy] hamını öz fikrinə, öz arzusuna tabe etmək istərdi. Çəmənzəminli. [Elçin:] …Başsız axan suları özümüzə tabe etsək də, hələlik göylərə gücümüz çatmır. Z.Xəlil. Tabe olmaq – birinin və ya bir şeyin hökmü altına düşmək, onun iradəsi ilə hərəkət etməyə məcbur olmaq, razı olmaq, itaət etmək, boyun əymək. [Gəray:] Beləliklə, o tabe olsa bizə; Şübhəsiz, baş əyər hər əmrimizə… A.Şaiq.
Azərbaycan dilinin izahlı lüğəti / tabe1 Ərəbcədir, təbəə sözü ilə kökdaşdır. Tab sözü də var, farscadır, “dözüm” mənasını əks etdirir. Mahtab tipli sözlərdə isə tab (farsca: tabidən) “isti”, “işıq”, “şüa” deməkdir. Ta sözü də var (ta evə qədər), indi bizdə ədat yerinə işlədilir, fars sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / tabe3 TABE [Rəbi:] İnsan gücə tabedir (C.Cabbarlı); ASILI Kamil öz-özünə: O, ancaq özünü öyür; yüksək vəzifəli, asılı olduğu, bir də “yerli” dediyi adamları bəyənir.. (Y.Şirvan); MƏHKUM (mac.) Bakıda da qadınlar dörd divar arasında məhkum, məzlum.. halda yaşayırlar (H.Sarabski); MÜTİ Yağılar: Çoban sən də gəl bəri, baş endirib bağır bas, bizə müti ol (Anar).
Azərbaycan dilinin sinonimlər lüğəti / tabe1 TABE – MÜSTƏQİL Saysız ulduzlar; nəhayətsiz fəza; insan iradəsinə tabe deyil (R.Rza); Uç, Səhər, müstəqil həyatın gözəl! Qırılmaq bilməyən qanadın gözəl! (M.Müşfiq).
Azərbaycan dilinin antonimlər lüğəti / tabe2 I прил. 1. подчинённый (связанный в чём-л. с обстоятельствами, чужой волей), зависимый. Tabe bir adam kimi как подчиненный человек, tabe dövlətlər зависимые государства, tabe vəziyyətdə saxlamaq kimi держать в подчинённом положении кого 2. лингв. зависимый. Tabe söz зависимое слово II в знач. сущ. подчинённый (должностное лицо, подчиняющееся кому-л. старшему по службе). Müdirin tabeləri (tabeliyində olanlar) подчинённые заведующего, tabelərin iş rejimi режим работы подчинённых III предик. tabedir подчиняется, подчинён. Azlıq çoxluğa tabedir меньшинство подчиняется большинству, maqnit hadisələri enerjinin saxlanması qanununa tabedir магнитные явления подчиняются закону сохранения энергии; tabe etmək подчинять, подчинить: 1) сделать подвластным, покорить. Xalqları özünə tabe etmək подчинить себе народы 2) поставить в зависимость от кого-л., чего-л. Öz iradəsinə tabe etmək kimi подчинить своей воле кого, özünə tabe etmək подчинить себе, özünü hisslərinə tabe etmək подчинить себя своим чувствам 3. поставить под чьё-л. непосредственное руководство, передать в чьё-л. ведение. İnstitutu təhsil nazirliyinə tabe etmək подчинить институт министерству образования; tabe olmaq подчиняться, подчиниться: 1) покориться, оказаться под властью кого-л., чего-л. Silahın gücünə tabe olmaq подчиниться силе оружия, dəniz neftçilərə tabe oldu море подчинилось (покорилось) нефтяникам 2) оказаться в зависимости от кого-л., чего-л., уступить чьему-л. желанию, воле, какому-л. чувству и т.п. Özgə iradəsinə tabe olmaq подчиниться чужой воле, danışıqsız tabe olmaq kimə безоговорочно подчиниться кому 3) только несов. находиться под непосредственным руководством кого-л., чего-л. Nazirliyə tabe olmaq подчиняться министерству
Azərbaycanca-rusca lüğət / tabe1 s. subordinate; under smb’s command; subject;~ söz subordinate word; ~ millət a subject nation; ~ vəziyyətdə olmaq to be* in a subordinate situation; ~ orqan subordinate body; ~ olmaq to be* under smb.’s command, to become* subordinate (to); qanuna ~ olmaq to obey the law; ~ etmək to make* smb. obey (d.), to subordinate (d. to), to make* (d.) obedient (to), to bring* into subjection
Azərbaycanca-ingiliscə lüğət / tabe1 sif. subordonné, -e ; dépendant, -e ; soumis, -e ; sujet, -e ; ~ söz mot m subordonné ; ~ olmaq obéir à qn, dépendre de. . . ; ~ etmək soumettre vt, assujettir vt, asservir vt
Azərbaycanca-fransızca lüğət / tabe1 [ər.] сущ., прил. табий, табий тир, табийвилик квай, аслу тир (мес. девлетар); tabe etmək табий авун, аслу авун, рам авун, муьтӀуьгъарун; tabe olmaq табий хьун, аслу хьун, муьтӀуьгъ хьун, итӀаат авун.
Azərbaycanca-ləzgicə lüğəti / tabeTABE’1 ə. 1) itaət edən, tabe olan; 2) aid olan; 3) birinin arxasınca gedən. TABE’2 ə. mətbəədə çap edən, nəşr edən; çapçı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti