tabelik sözü azərbaycan dilində

tabelik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tabelik • 93.8272%
  • Tabelik • 5.3498%
  • TABELİK • 0.8230%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.63 dəfə / 1 mln.
2006 ••• 0.23
2008 ••• 0.24
2009 •••• 0.32
2010 •••••••••• 0.82
2011 •••• 0.26
2012 •••••• 0.43
2013 ••••••••• 0.73
2014 ••••••••••••••••••• 1.54
2015 ••••• 0.34
2016 ••••••••••••• 1.04
2017 •••••••••••••••• 1.30
2018 ••••••••••• 0.90
2019 •••••••••••••••••••• 1.67
2020 •••• 0.27

tabelik sözünün leksik mənası və izahı

  • 1 is. Tabe olma, asılılıq, tabeiyyət. □ Tabelik göstərmək – tabe olmaq. Tabeliyində olmaq – birindən asılı vəziyyətdə olmaq, sərbəst olmamaq. Tabeliyində saxlamaq – özündən asılı vəziyyətdə saxlamaq, sərbəstlik verməmək. Əri Həmzədən başqa hamını, öz tabeliyində saxlamaq istəyib, buna da müvəffəq olan Əminənin gərək indi də əmri yerinə yetə idi. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / tabelik

tabelik sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 TABELİK (tabe olma) [Mirzə Sadıq:] Şah sərdrəzəmsiz qaldıqdan sonra türkmənlər, qarşılarına göndərilən Xorasan hakimi Həşəmətüddövləni məğlub edib, İran tabeliyindən çıxdılar (C.Cabbarlı); ASILILIQ Getdikcə Mirzə valeh bir asılılıq, bir məhkumluq hiss edirdi (S.Rəhimov); MƏHKUMİYYƏT Əbdülqədir bu gecə bükmüş polad dizini; Ərəb bu gün eşitmiş məhkumiyyət sözünü (M.Dilbazi); MƏHKUMLUQ Aydın: Nədir bu hakimlik? Nədir bu məhkumluq? (C.Cabbarlı); MÜTİLİK Müqim bəyin belə müti bir vaziyyətdə dayanmağı Zərrintacın xoşuna gəldi; çünki izafi danışığa yol vermədən öz sərəncamlarının yerinə yetirilməsindən hədsiz dərəcədə xoşlanan Zərrintac xanım bir hakimi-mütləq kimi belə bir mütilikdən xüsusi zövq alırdı (S.Rəhimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / tabelik

tabelik sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 TABELİK – MÜSTƏQİLLİK Bu sözü müstəsna tabelik ifadəsilə deyib, ikiqat oldu (Mir Cəlal); Kəbin zəncirini boynuna salıb, ixtiyarını əbədi olaraq ona vermək həm öz müstəqilliyini itirəcəkdi, həm onun məhəbbətini soyudacaqdı... (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / tabelik

tabelik sözünün rus dilinə tərcüməsi

  • 1 1. подчинение; 2. подчинительный;

    Azərbaycanca-rusca lüğət / tabelik
  • 2 I сущ. подчинение: 1. нахождение под чьим-л. руководством, в ведении кого-л., чего-л. Respublika tabeliyində olan təşkilatlar организации республиканского подчинения 2. лингв. способ соединения предложений и слов, выражающий зависимость одного предложения от другого, гипотаксис II прил. лингв. подчинительный. Tabelik əlaqəsi подчинительная связь; tabeliyində olmaq kimin, nəyin находиться, быть в подчинении кого, чего; tabeliyində olanlar подчинённые; tabelikdən çıxmaq выйти из подчинения, из повиновения; tabeliyində saxlamaq kimi, nəyi держать в подчинении, в повиновении кого, что

    Azərbaycanca-rusca lüğət / tabelik

tabelik sözünün inglis dilinə tərcüməsi

tabelik sözünün fransız dilinə tərcüməsi

tabelik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. табийвал, табий хьунухь, аслувал; tabelik göstərmək табий хьун, муьтӀуьгъ хьун; tabeliyində olmaq табийвилик хьун, аслу хьун; tabeliyində saxlamaq табийвилик хуьн, вичелай аслу гьалда хуьн.

    Azərbaycanca-ləzgicə lüğəti / tabelik

tabelik sözü azərbaycan dilinin lüğətlərində

Terminlər lüğəti

Rəhbər ilə tabelikdə olan arasında xidməti münasibətlər, o cümlədən birincinin ikinci üzərində sərəncamçı səlahiyyətlərinin olması nəzərdə tutulur, yəni birinci öz vəzifə səlahiyyətləri daxilində ikincini işə qəbul etmək, işdən azad etmək, ona icrası məcburi olan əmr, sərəncam və göstərişlər vermək, onu mükafatlandırmaq və onun barəsində intizam tədbirləri görmək hüququna malik olmalıdır

Terminlər lüğəti

"tabelik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tabelik nədir? #tabelik sözünün mənası #tabelik nə deməkdir? #tabelik sözünün izahı #tabelik sözünün yazılışı #tabelik necə yazılır? #tabelik sözünün düzgün yazılışı #tabelik leksik mənası #tabelik sözünün sinonimi #tabelik sözünün yaxın mənalı sözlər #tabelik sözünün əks mənası #tabelik sözünün etimologiyası #tabelik sözünün orfoqrafiyası #tabelik rusca #tabelik inglisça #tabelik fransızca #tabelik sözünün istifadəsi #sözlük