sadəlik sözü azərbaycan dilində

sadəlik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sadəlik • 84.1699%
  • Sadəlik • 13.1274%
  • SADƏLİK • 2.7027%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018)
== Məzmun == Film Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Filmdə taleyinə Ulu Öndərlə görüşmək imkanı düşən sadə xalq nümayəndələrinin maraqlı xatirələri və bununla bağlı olduqca maraqlı arxiv materialları əks olunub. Film Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanıb. == Filmin yaradıcı heyəti == Bədii rəhbər və ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Elşən Rafiqoğlu Səs operatoru: Yaşar Əliyev Səs rejissoru: Orxan Rəcəbli Filmi səsləndirdi: Nurəddin Mehdixanlı, xalq artisti Montaj rejissoru: İsmayıl Musayev Assistent: İbrahim Ağazadə Aparıcı prodüser: Mehman Məmmədov Baş prodüser: Rauf Rəcəbov == Filmdə iştirak edənlər == Amil Həsənoğlu — Prezident təqaüdçüsü. Roza Tağıyeva — Xalq artisti. Həsrət Əsədov — əmək adamı. Tuqay Rzayev — məcburi köçkün. Aygün Rzayeva — məcburi köçkün. Xanış Şahiyev — sadə zəhmət adamı. Güləli Fərziyev — ehtiyatda olan zabit.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.68 dəfə / 1 mln.
2003 •••••• 0.39
2006 •••••••••• 0.68
2007 ••••••••••••••••••• 1.27
2008 •••• 0.24
2009 •••••••••• 0.64
2010 •••••••••••••• 0.91
2011 •••••••• 0.51
2012 •••••••••••• 0.77
2013 •••••••••••••••••••• 1.31
2014 •••••••••••••••••••• 1.37
2015 ••••••••••••••• 1.02
2017 •••••••• 0.49
2018 ••••••••••• 0.75
2019 ••••••••• 0.56
2020 •••• 0.27

sadəlik sözünün leksik mənası və izahı

  • 1 is. 1. Sadə şeyin halı, bəsitlik. Layihənin sadəliyi. 2. məc. Sadədillik, safürəklilik, düzürəklilik, hiyləbilməzlik, avamlıq dərəcəsinə çatan sadəlövhlük. Sadəliyindən, avamlığından [Səriyyə] hələ də başına gələn müsibəti tamamilə dərk edə bilmirdi. M.İbrahimov. Xasay öz sadəliyinə istehza ilə güldü. M.Hüseyn. // Hərəkətində, davranışında adilik, təbiilik, sünilikdən uzaqlıq; təvazökarlıq. Əvvəl gözəllərdə gərəkdir çağlıq; Ondan sonra ola sadəlik, ağlıq. M.P.Vaqif. Pudradan, boyadan xoşlanmaz Xumar; Onun qəlbi qədər sadəliyi var. S.Vurğun. Gözlərində və sözlərində elə bir sadəlik və səmimilik vardı ki, bu, dinləyənlərə də sirayət edirdi. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / sadəlik

sadəlik sözünün sinonimləri (yaxın mənalı sözlər)

sadəlik sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 SADƏLİK – ÇƏTİNLİK Jandarm rəisi özünü sadəliyə vurub ehtiramla ayağa qalxdı (M.Hüseyn); Cavab verməyə də çətinlik çəkirdi (Ə.Vəliyev). SADƏLİK – LOVĞALIQ Onların bəziləri sadəlik və təvazökarlıq kimi sifətləri itirmişlər (Ə.Vəliyev); Ancaq Polad hərdən cızığından çıxır, Əzizdə isə bir balaca lovğalıq əmələ gəlibdir (Ə.Vəliyev).

    Azərbaycan dilinin antonimlər lüğəti / sadəlik

sadəlik sözünün rus dilinə tərcüməsi

  • 1 1. простота; 2. несложность;

    Azərbaycanca-rusca lüğət / sadəlik
  • 2 сущ. простота: 1. свойство, качество простого; несложность. Quruluşun sadəliyi простота структуры, mexanizmin sadəliyi простота механизма, üsulun sadəliyi простота метода 2. отсутствие вычурности, прикрас. Dilinin sadəliyi kimin простота языка чьего, кого, üslub sadəliyi простота стиля, geyimin sadəliyi простота одежды 3. естественность, бесхитростность (в поведении, обращении). Davranışındakı sadəlik kimin простота в обращении кого 4. простодушие, наивность. Uşaq sadəliyi детская простота (наивность), sadəliyinə görə onu sevirdilər его любили за простоту

    Azərbaycanca-rusca lüğət / sadəlik

sadəlik sözünün inglis dilinə tərcüməsi

sadəlik sözünün fransız dilinə tərcüməsi

sadəlik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. садевал (1. регьятвал, асантвал; простой (саде) затӀунин гьал; 2. пер. рикӀин дуьзвал, бижвал чир тахьун, рикӀин михьивал, къенивал, авамвилин дережада дуьзенавал).

    Azərbaycanca-ləzgicə lüğəti / sadəlik

"sadəlik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sadəlik nədir? #sadəlik sözünün mənası #sadəlik nə deməkdir? #sadəlik sözünün izahı #sadəlik sözünün yazılışı #sadəlik necə yazılır? #sadəlik sözünün düzgün yazılışı #sadəlik leksik mənası #sadəlik sözünün sinonimi #sadəlik sözünün yaxın mənalı sözlər #sadəlik sözünün əks mənası #sadəlik sözünün etimologiyası #sadəlik sözünün orfoqrafiyası #sadəlik rusca #sadəlik inglisça #sadəlik fransızca #sadəlik sözünün istifadəsi #sözlük