tar-qaval sözü azərbaycan dilində

tar-qaval

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tar-qaval • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Tar
Fars dilində tar (تار) "sim" deməkdir və mənsub olduğu musiqi aləti üçün dartılmış nazik "kəndir"-dir. Əsasən Abşeron zonasında işlənən "Tarım, tarum" (fel: taridən) sözü qədim Hind-avropa dilində tharagho – "dartmaq" sözündəndir. Həmçinin ilk hecasında olan uzanan saitə görə türk sözü deyil. Latın dilində də trahere – "dartmaq" feli olmuşdur və müasir dillərdə özünü italyan (tirare), fransız (tirer) və ispan (tirar) dillərində göstərir. Həmçinin altaist Sergey Starostin "Babil qülləsi" adlı etimologiya toplusunda "taram-/tera-" kökünün (saç, yun, yundan hazırlanmış sap) türk və altay dillərində, qırğız, qazax, noğay, başqırd və qaraqalpaq dillərində "taramış"; özbək, uyğur, şor və oyrat dillərində isə "taram" kimi mövcud olduğunu göstərib. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib, necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib. Mənasından belə bir nəticə çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir.
Qaval daşı
Qaval daşı – qədim zərb musiqi aləti, litofon. Bir musiqi aləti kimi istifadəsi təqribi olaraq 10 min il öncəyə aiddir. Əhəng daşından əmələ gəlməsi və tərkibində çınqılların yaratdığı boşluqlar səbəbindən Qaval daşa vurduqda ondan səs çıxır. Neolit dövründə Qobustan ərazisində qədim insanlar bu daşın xüsusiyyətlərini bilmiş və ondan musiqi aləti kimi istifadə edirmişlər. Onlar Qaval daşda musiqini ifa edir və onun ətrafında rəqs edirdilər. Bunu əks etdirən qaya üstü rəsmləri görmək mümkündür. Qobustanda iki ədəd qaval daşı abidə kimi qorunur. Bunlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır. Bu daşın orta hissəsidə qalınlıq 70 sm-dir.
TAR-21
TAR-21 (qısaca Tavor) avtomat silahı — 5,56×45 mm NATO sursatı işlədən, tək-tək yada avtomatik olaraq atəş edəbilmə bacarığına sahib bir silah sistemidir. TAR-21 İsrail Silahlı Qüvvələrinin perspektiv döyüş avtomatı hesab edilir. 2006-cı ildən İsrailin Givati briqadasının, 2008-ci ilin Qolani briqadasının və 2010-cu ilin başlanğıcından isə Nahal briqadasının standart silahı olaraq işlədilir. MTAR-21 versiyasının gələcək 5 il içində İsrail Silahlı Qüvvələrinin standart döyüş silahı olacağı planlaşdırılıb. TAR-21, 2008-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin istifadəsindədir.
Tar (dəqiqləşdirmə)
Tar — musiqi aləti. Tar (səhra) — Hindistanda səhra.
Tar (səhra)
Tar səhrası (hind. थार मरुस्थल) (və ya Marustxalli, Böyük hind səhrası) — Hindistanın şimal-qərbində və Pakistanın cənub-şərqində yerləşir. Sahəsi 446-min km² təşkil edir. Səhranın uzunluğu 850 km, eni 485 km təşkil edir. Səhra Hindistanın Pacastxan, Bikaner, Çuru, Şri-Qanqanaqar, Xanumanqarx vilayətləri və Xaryana və Pəncab ştatları ərazisini əhatə edir. Pakistanın isə Sind və Pakistan Pəncabı ərazilərini əhatələyir. Pakistanda səhra Xolistan səhrası adlandırılır. Tropik iqlimə malikdir. İl ərzində 90 mm yağıntı düşür. Şərqdə isə mussonlar zamanı 200 mm yağıntı düşə bilir.
Oxu, Tar (1968)
Film Azərbaycan çalğı alətləri haqqında kiçik bir sənədli poemadır. Tar Azərbaycan xalqının qədim tarixindən xəbər verən bir mahnı kimi səslənir. Tar Azərbaycan xalqının kədərini, sevincini, mübarizəsini tərənnüm edən gözəl və zəngin musiqi alətidir. Kamança könüllərin ən incə hisslərini əks etdirən, qəlbimizin ən incə tellərinə toxunan sevimli çalğı alətidir. Xalq şənliklərinin daimi iştirakçısı, Azərbaycan xalqının döyüşkən ruhunu əks etdirən qara zurna, nağara vüsət, əzəmət, əmək coşğunluğunun ifadəsidir. Filmdə bu gözəl alətlərdən hər biri barədə söhbət açılır. 1968-ci ildə Moskvada Ümumittifaq Televiziya Filmləri Festivalında bu film xüsusi qeyd olunmuşdur.
Oxu, Tar (1989)
Film məşhur Azərbaycan tarzəni Ramiz Quliyevə həsr olunmuşdur.
Tar məktəbi (kitab)
"Tar məktəbi" kitabı — Bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın xalq artisti, Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru Səid Rüstəmovun Azərbaycan, o cümlədən İran və Türkiyə üçün yazdığı dərs vəsaiti. İlk nəşri 1935-ci ildə işıq üzü görən bu toplu 80 ilə yaxındır ki, əvəzsiz bir dərsə vəsaiti kimi Azərbaycanın musiqi məktəblərində tədris olunur. Bu toplu İran, Türkiyə və bəzi şərq ölkələri üçün də qiymətli vəsaitdir.
Azərbaycan tar ifaçılıq sənəti
Azərbaycan tar ifaçılıq sənəti — Azərbaycanda geniş istifadə edilən simli musiqi musiqi aləti. == Tar sözünün mənası == Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heçbirində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur. Altaist Sergey Starostin öz "Babil qülləsi" adlı etimoloji toplusunda "taram-/tera-" kökünün (saç, tel, sim) yalnız türk və altay dillərində mövcud olduğunu göstərib, belə ki: qırğız, qazax, noğay, başqırd, qaraqalpaq dillərində "taramış" biçimində; özbək, uyğur, şor, oyrat dillərində isə "taram" kimi. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib , necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib . Azərbaycan türkcəsində "tarım" sözü (bərk dartılıb çəkilmiş) indi də var. Mənasından belə bir sonuc çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir.
IMI Tavor TAR-21
TAR-21 (qısaca Tavor) avtomat silahı — 5,56×45 mm NATO sursatı işlədən, tək-tək yada avtomatik olaraq atəş edəbilmə bacarığına sahib bir silah sistemidir. TAR-21 İsrail Silahlı Qüvvələrinin perspektiv döyüş avtomatı hesab edilir. 2006-cı ildən İsrailin Givati briqadasının, 2008-ci ilin Qolani briqadasının və 2010-cu ilin başlanğıcından isə Nahal briqadasının standart silahı olaraq işlədilir. MTAR-21 versiyasının gələcək 5 il içində İsrail Silahlı Qüvvələrinin standart döyüş silahı olacağı planlaşdırılıb. TAR-21, 2008-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin istifadəsindədir.
La Brea Tar Pits
La Brea Tar Pits — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində mövcud olan qədim fauna və flora qəbiristanlığı Bu sahənin 35 min illik yaşı vardır. Hazırda açıq havada muzey və mühüm elmi tədqiqat obyekti kimi istifadə edilir. == Mənbə == “Natural History” Azərbaycanın təbiətindən yazır.
Oxu, tar (film, 1968)
Film Azərbaycan çalğı alətləri haqqında kiçik bir sənədli poemadır. Tar Azərbaycan xalqının qədim tarixindən xəbər verən bir mahnı kimi səslənir. Tar Azərbaycan xalqının kədərini, sevincini, mübarizəsini tərənnüm edən gözəl və zəngin musiqi alətidir. Kamança könüllərin ən incə hisslərini əks etdirən, qəlbimizin ən incə tellərinə toxunan sevimli çalğı alətidir. Xalq şənliklərinin daimi iştirakçısı, Azərbaycan xalqının döyüşkən ruhunu əks etdirən qara zurna, nağara vüsət, əzəmət, əmək coşğunluğunun ifadəsidir. Filmdə bu gözəl alətlərdən hər biri barədə söhbət açılır. 1968-ci ildə Moskvada Ümumittifaq Televiziya Filmləri Festivalında bu film xüsusi qeyd olunmuşdur.
Oxu, tar (film, 1989)
Film məşhur Azərbaycan tarzəni Ramiz Quliyevə həsr olunmuşdur.

tar-qaval sözünün leksik mənası və izahı

tar-qaval sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. тар-кьавал, тарни кьавал (гагь-гагь кеменчини галаз санал); // тар-кьавалдин (мес. ван).

    Azərbaycanca-ləzgicə lüğəti / tar-qaval

Oxşar sözlər

#tar-qaval nədir? #tar-qaval sözünün mənası #tar-qaval nə deməkdir? #tar-qaval sözünün izahı #tar-qaval sözünün yazılışı #tar-qaval necə yazılır? #tar-qaval sözünün düzgün yazılışı #tar-qaval leksik mənası #tar-qaval sözünün sinonimi #tar-qaval sözünün yaxın mənalı sözlər #tar-qaval sözünün əks mənası #tar-qaval sözünün etimologiyası #tar-qaval sözünün orfoqrafiyası #tar-qaval rusca #tar-qaval inglisça #tar-qaval fransızca #tar-qaval sözünün istifadəsi #sözlük