zaval sözü azərbaycan dilində

zaval

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zaval • 90.5660%
  • Zaval • 5.6604%
  • ZAVAL • 3.7736%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Marqarita Zavala
Marqarita Zavala (25 iyul 1967, Mexiko) — Meksikanın birinci xanımı. Marqarita Zavala 1967-ci ilin iyulun 25-də dünyaya gəlib. Ailədə 7 uşaqdan beşinci olan Zavala Meksikada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-cü ildə Meksika prezidenti Filipe Kalderonla ailə həyatı quran Zavalanın üç övladı var. Birinci xanım Meksika ailələrinə yardım üzrə dövlət qurumunun məsləhət şurasının prezidentidir.
İrinarx Zavalişin
İrinarx İvanoviç Zavalişin (1769–1821)—Rusiya hərbçisi, şair, yazıçı. == Həyatı == İrinarx İvanoviç Zavalişin peşəkar hərbçi olmuş, tanınmış rus sərkərdəsi ən yaxın silahdaşlarından sayılırdı. O, Polşada quru qoşunlarının əməliyyatlarında, İsveçə qarşı hərbi-dəniz əməliyyatlarında, Hollandiyaya hərbi-dəniz reydində, Norman adalarına dəniz səfərində iştirak etmiş, ordu və donanmanın birləşmiş əməliyyatlarının keçirilməsində böyük təcrübəyə maliik idi. İ. Zavalişin 1803-cü ildə "Həştərxan hərbi rəisi, eləcə də Xəzər dənizindən Qara dənizə qədər Qafqaz xəttinin müfəttişi, Həştərxan kazak qoşunlarının rəisi, regionun bütün hərbi və dəniz qüvvələrinin komandanı" təyin edilmiş, Həştərxan qarnizon alayının şefi vəzifəsinə təsdiq olunmuşdur. Kapitan-leytenanr İ. Veselaqo dəniz hissəsi üzrə, podpolkovnik A. Asayev quru əməliyyatlar üzrə Zavalişinin müavinləri təyin edilmişdirlər. Donanmaya daxil olan hər bir hərbi gəminin öz topları var idi, ticarət gəmilərinə isə əıavə toplar qoyulmuşdu. Lakin Bakının qalası divarlarının qalınlığını nəzərə alaraq xüsusi mühasirə toplarının gətirilməsi sifariş olundu. Sarisından və Qazandan iki ədəd mortir topu yalnız may ayında Həştərxana gətirildiyindən, əməliyyatın başlanması yubadılırdı. Desant qüvvələri Qazan muşketyor alayının altı bölüyü, 16-cı yeger alayının dörd bölüyü və 4 səhra topundan ibarət idi. Nəhayət, iyunun 23-də rus eskadrası dənizə çıxdı.
Zavala monastırı
Zavala monastırı (serb. Манастир Завала, bosn. və xorv. Manastir Zavala) — Müqəddəs Məryəm ana məbədinə giriş şərəfinə - Bosniya və Herseqovina Federasiyası, Ravno icması, Herseqovina-Neretva Kantonunun Zaxumsko-Herseqovina və Serb Pravoslav Kilsəsinin Primorski yeparxiyasının Zavala kəndindəki monastırı. Məbəd Ostroq dağının ətəyində Popovo-Polye vadisində yerləşir. == Tarixi == Zavala monastırının dəqiq qurulma tarixi məlum deyil. Xalq arasında deyilənlənlərə istinadən, bu ərazidə ilk kilsə İmperator I Konstantin tərəfindən ucaldılıb. Monastr haqqında ilk yazılı qeyd 1514-cü ilə aiddir və bu qeyd Abbat Serapionun rəhbərliyi ilə Orahov Do kəndində üzüm bağlarından alınan məhsuldarlıq ilə bağlı idi.1587-ci ildə yeni məbəd tikildi. 1619-cu ildə Hilandr rahibi Georq (Mitrofanoviç) tərəfindən qeydə alınıb. 1621-ci ildə gələcək serb iyerarxı Vasili Ostrojski Zavala monastırına kilsə şagirdi olaraq gəlir.
Zavallı (film)
Zavallı (ing. Loser) — 2000-ci il ABŞ istehsalı yeniyetmə, romantik-komediya filmi. Filmin rejissoru və ssenari müəllifi Emi Hekerlinqdir. Baş rollarda Ceyson Biqqs, Mina Suvari və Qreq Kinnir çəkilib. Film Orta Qərbi ABŞ-nin kiçik qəsəbəsindən Nyu-York Universitenə təhsil almaq üçün gələn Pol Tanekdən bəhs edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.18
2013 ••••••••••••••••• 0.15
2014 ••••••••••••••••••• 0.17
2020 ••••••••••••••• 0.13

zaval sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Ziyan, zərər, təbii fəlakət, afət. Bu körpəcə meynəni qoru hər bir zavaldan; Qoy torpaqda kök salıb bərkitsin öz yerini. S.Rüstəm. // Bəla, müsibət, xətər, qorxu. Kahinlər axışından kəşf etmiş istiqbalı; Çox zaman qışqırığın bildirmiş o zavallı. Ə.Cavad. Hünərdir keçirən bizi hər oddan; Olarmı hünərə zaval, ay Maral! B.Vahabzadə. 2. Yox olma (etmə), tələf olma (etmə), fənaya uğrama (uğratma), məhv olma (etmə); məhv. Fani cəhanə baxma, keçər, ömrü sevmə kim; Ömrün zəvalı var və cahanın bəqası yox. Nəsimi. Sizdə olan aldadıcılıq və dostlara yalan satmaq sizin təxt-tacınızın zavalını yaxınlaşdırmaqdadır. M.S.Ordubadi. 3. məc. Zülm, əziyyət, işgəncə mənasında. Yazıq Ələsgərə çoxdur zavalın; Aparır ağlımı günəş camalın. Aşıq Ələsgər. ◊ Zaval görməmək – 1) sağ-salamat qalmaq, heç bir bəlaya düçar olmamaq; 2) zərər görməmək, cəzasız qalmaq. [Pişik] heç bir zaval görməyəcəyini hiss etdi, iti caynaqlarını qabırğaya ilişdirdi. İ.Hüseynov. Zaval olmaz – bax zaval yoxdur. İynə saçdım divara; Elçi göndərdim yara; Elçiyə zaval olmaz; Özüm elçiyəm yara. (Bayatı). Zaval tapmaq – xəsarətə uğramaq, ziyan görmək, məhv olmaq, tələf olmaq. Mal-qaranı zaval tapdı. Zaval vurmaq – 1) ziyan vurmaq, xəsarətə uğratmaq, zay etmək, məhv etmək. Bostanı zaval vurdu; 2) ölüm gətirmək, fənaya uğratmaq. Bağımda var gavalı; Başım olub havalı; Əzrail ova çıxdı; Mənə vurdu zavalı. (Bayatı). Zaval yetirmək – 1) bax zaval vurmaq. Yağış bağlara çox zaval yetirdi; 2) bədbəxtlik gətirmək, fəlakət gətirmək, məhv etmək. Bir gün olmaz kim, ona gərdun yetirməz bir zaval. Füzuli. Bir zaval yetirən şahi-sərvərə; Bir şux sitəmkarə müştaq olmuşam. Aşıq Rəcəb. Bu dərd, billəm, məni axır öldürər; Günbəgün yetirər zavalə, gözəl! Aşıq Mehdi. Zaval yoxdur – qorxu yoxdur, xətər yoxdur. [Əhməd tacirbaşı dedi:] Bizə heç bir zaval yoxdur. “Koroğlu”. [Sozalı:] Axı, arvad üstündə dalaşmayan kişiyə zaval yoxdur. İ.Hüseynov. [Hümmət:] Əgər bu tufandan qurtarsam, daha mənə zaval yoxdur. B.Bayramov. Zavala düşmək – bədbəxtliyə uğramaq, bədbəxt olmaq. Gəlmədi aftabımız, keçdi nəhar nisfdən; Gör ki, mən, ey fələk, bu gün bir nə zavalə düşmüşəm. S.Ə.Şirvani. Zavala getmək – bax zavala gəlmək. Mən bilirəm, gedəcəkdir zavalə; Zənəxdan dövründə, üzar yanında. Q.Zakir. Şamamələr dağda dəyər; Qızılgüllər boynun əyər; Bədnəzər çoxdu, göz dəyər; Gedər zavala gözlərin! Aşıq Məhəmməd. Zavala gəlmək – 1) bədbəxtliyə uğramaq, fəlakətə uğramaq, müsibətə düçar olmaq. Hər günüm bir ildir sənsiz, a bala! Gəlməyəsən, görüm səni, zavala. R.Rza. [Əlibaba:] Qılıncı qın saxlar, çox sağ ol, bala! Görüm, gəlməyəsən əsla zavala! Z.Xəlil; 2) məhv olmaq, yox olmaq, zail olmaq. Kasıb dedi: – Maldar, uyma çox mala; Dolanır zamana, gəlir zavala. Aşıq Əhməd. Elə zərbə vurarıq ki, yağı gələr zavala; Bir zərbə ki qoca tarix görməmişdir yaşından. S.Rüstəm. Zavala vermək – fəlakətə, məhvə uğratmaq; bədbəxt etmək. Əbəs yerə bizi verdi zavalə; Oğrun-oğrun bəlalərə həvalə. Q.Zakir. O mahrudən iraq verdi qəm zavalə məni. X.Natəvan. Zavala yetirmək – bax zavala vermək. Zavala yetmək – bax zavala düşmək. Mənim baxtım yetməz heç vaxt zavala; Ağıl, kamal, tale, izzət məndə var. Aşıq Əhməd.

    Azərbaycan dilinin izahlı lüğəti / zaval

zaval sözünün sinonimləri (yaxın mənalı sözlər)

zaval sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ZAVAL – SEVİNC Hünərdir keçirən bizi hər oddan; Olarmı hünərə zaval, ay Maral (B.Vahabzadə); Yollarda yubanmış əsgər məktubları yenidən evimizə ümid, sevinc və inam gətirdi (Y.Əzimzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / zaval

zaval sözünün rus dilinə tərcüməsi

  • 1 1. невзгода, напасть, стихийное бедствие; 2. беда, несчастье;

    Azərbaycanca-rusca lüğət / zaval
  • 2 сущ. 1. несчастье, беда, горе, горесть, бедствие, напасть 2. конец, смерть, гибель, крах 3. мука, мучение; zaval vurmaq nəyi губить, погубить: 1. испортить, сделать негодным (сад, огород и т.п.) 2. привести к гибели, к смерти, убить (о падёже скота); zaval yetirmək nəyə см. zaval vurmaq; zaval yoxdur kimə, nəyə никакая опасность не угрожает к ому, чему; zaval görməmək не знать горя, не испытывать горя; zaval tapmaq найти свою погибель, погибнуть; zavala vermək kimi, nəyi подвергать, подвергнуть опасности кого, что; zavala düşmək подвергаться, подвергнуться опасности; zavala yetmək см. zavala düşmək; zavala gəlmək попадать, попасть в беду

    Azərbaycanca-rusca lüğət / zaval

zaval sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (möhnət, bəla) calamity, disaster, adversity, misfortune; (xətər, ziyan) harm, damage, hurt; (qorxu) dread, fear; 2. (məhv, süqut) destruction, ruin; downfall; dying off; 3. məc. (əzab, əziyyət) suffering, torture, torment; Zaval yoxdur There is no fear / danger (to); Bizə (sənə, onlara və s.) zaval yoxdurWe (you, they, etc.) are not in danger; We (you, they, etc.) needn’t fear (of) / worry (about); Doğruya zaval yoxdur, çəksələr min divana at. söz. ≅ Truth will conquer; ~ tapmaq to suffer (from), to be* damaged (by); ~a gəlmək to suffer (from); to be* ruined / destroyed (by), to be* hurt (by), to be* damaged (by)

    Azərbaycanca-ingiliscə lüğət / zaval

zaval sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) malheur m ; calamité f, désastre m ; infortune f ; dommage m, détriment m ; préjudice m ; 2) destruction f, ruine f ; perte f ; mort f (məhv, süqut) ; 3) məc. souffrance f ; torture f, tourment m ; ~a gəlmək tomber vi (ê) dans le malheur ; ~a düşmək courir un danger, exposer (s’) au danger ; ~ yetirmək détruire vt, ruiner vt ; ~ tapmaq trouver la mort ; ~ vermək exposer qn au danger

    Azərbaycanca-fransızca lüğət / zaval

zaval sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. завал (1. зиян, зарар; бала, мусибат, хата, кичӀевал; 2. телеф хьун (авун), терг хьун (авун), бадгьава фин; 3. пер. зулум, азият); ** zaval görməmək завал такун а) сагъ-саламат амукьун, кьилел са балани татун; б) зарар такун, жаза такун; zaval olmaz кил. zaval yoxdur; zaval tapmaq завал галукьун, хасаратвал галукьун, зиян акун, терг хьун, телеф хьун; zaval vurmaq а) завал гун (галукьарун), зиян гун, хасаратвал галукьарун, зай авун, терг авун, пуч авун; б) завалди ягъун, кьиникь гъун; zaval yetirmək а) кил. zaval vurmaq; б) завал галукьарун, бедбахтвал гъун, терг авун; zaval yoxdur завал авач, кичӀевал авач, хата авач.

    Azərbaycanca-ləzgicə lüğəti / zaval

zaval sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

ər. zəval Ziyan, zərər // bəla, müsibət, xətər, qorxu. (“Koroğlu” dastanının lüğəti) İndi bizim də əsl bəlamız qayıdan başdadı. İndi bizə heç bir zaval yoxdu. (“Koroğlunun Bayazid səfəri”) * Nə bilirdi Koroğlunun halını, Bu tər savaşını, bu zavalını, Yükləyin karvanın, çəkin malını! Qoy ah çəksin, öz-özünə dərd olsun.                (“Koroğlunun Ərzurum səfəri”) (“Cünun–Mirzə”)

Azərbaycan dastanlarının leksikası

"zaval" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zaval nədir? #zaval sözünün mənası #zaval nə deməkdir? #zaval sözünün izahı #zaval sözünün yazılışı #zaval necə yazılır? #zaval sözünün düzgün yazılışı #zaval leksik mənası #zaval sözünün sinonimi #zaval sözünün yaxın mənalı sözlər #zaval sözünün əks mənası #zaval sözünün etimologiyası #zaval sözünün orfoqrafiyası #zaval rusca #zaval inglisça #zaval fransızca #zaval sözünün istifadəsi #sözlük