TAP sözü azərbaycan dilində

TAP

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • TAP • 80.7950%
  • Tap • 14.2982%
  • tap • 4.8923%
  • TaP • 0.0146%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tap
Tap (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap (film, 1989) — film.
Tap (Goranboy)
Tap — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Tap kəndi dağətəyi ərazidədir. Keçmiş tam adı Tap Rus olmuşdur. XIX əsrdə Rus Borisi kəndindən ayrılmış rus ailələri Tap Qaraqoyunlu kəndi yaxınlığında saldığına görə belə adlandırılmışdır. Azərbaycan dilində tap “dağ döşündə, ətrafı dərə, yaxud yarğanla əhatə olunmuş kiçik düzən sahə”yə deyilir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır.
Tap Qaraqoyunlu
Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. İkinci Qarabağ müharibəsinə qədər kənd təcavüzkar ermənilər tərəfindən tez-tez atəşə tutuldu. Kənd Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazilərə çox yaxın olduğundan Ermənistan ordusu bir neçə dəfə bura da hücum etmişdir. Lakin kəndi işğal etmək onlara nəsib olmadı. Müharibə dövründə və atəşkəsdən sonrakı 17 il ərzində Tap-Qaraqoyunlu kəndinin 38 sakini həlak olmuşdur. 2010-cu ilin oktyabrın 14-də Tap Qaraqoyunlu kəndində Azərbaycan ərazisindəki ikinci ən hündür bayrağın təntənəli açılışı olub. Dayaq hündürlüyü 65 metr olan bayrağın uzunluğu 18, eni isə 9 metrdir. Ölkənin yenilməz simvolu sayılan Azərbaycan bayrağı işğal altındakı ərazilərdən də aydın görünür. Kompleksin inşasını Dövlət Neft Şirkəti həyata keçirib və bu münasibətlə şirkətin prezidenti Rövnəq Abdullayev Tapqaraqoyunlu kəndinə gəlib.
Tap Qaraqoyunlu bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tap görək (oyun)
Tap görək — Azərbaycan milli uşaq oyunu. 15 6-10 1 Bir dəstə uşaq bir yerə yığılır və hər bir uşağa ad qoyulur. Eləcə də adlarına müvafiq onların yeyəcəyi xörək təyin edilir. Məsələn: uşaqların biri dovşan yediyi-kələm; ikinci adam yediyi-cörək, üçüncü kirpi yediyi-ilan, dördüncü tülkü yediyi-toyuq, beşinci toyuq yediyi-darı, altıncı qarğa yediyi-pendir. Uşaqlar dairə vurub otururlar. Onlardan biri dairənin mərkəzinə gəlib barmağı və yaxud əlindəki ağac ilə yerdə dairə çəkə-çəkə deyir: karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma. O biri uşaqlar da barmaqları ilə və ya təbaşirlə dairə çəkə-çəkə karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma deyirlər. Dairənin ortasındakı uşaq birdən barmağını yuxarı qaldıraraq, yoldaşlarının birindən soruşur: yediyin nədir? Həmin uşaq çaşmayaraq qabaqcadan təyin edilən xörəyin adını düzgün söyləyərsə oyun davam edər. Uşaqlar yenə karıxma-darıxma, kəliməsini təkrar edirlər.
Dağ tapiri
Dağ tapiri (lat. Tapirus pinchaque)) — Təkdırnaqlılar dəstəsinin tapir cinsinə aid heyvan növü.
Dövrün tapılması
İnformatikada dövrün tapılması iterativ funksiyalar ardıcıllığında dövrün tapılması üçün alqoritmik problemdir (alqoritmdir). Sonlu S {\displaystyle S} çoxluğunun özünə uyğun gələn, hər hansı bir f {\displaystyle f} funksiyası üçün, və eyni zamanda S {\displaystyle S} çoxluğundan olan x 0 {\displaystyle x_{0}} başlanğıc nöqtəsi üçün iterativ funksiyalar ardıcıllığı aşağıdakı kimidir: x 0 , x 1 = f ( x 0 ) , x 2 = f ( x 1 ) , … , x i = f ( x i − 1 ) , … {\displaystyle x_{0},\ x_{1}=f(x_{0}),\ x_{2}=f(x_{1}),\ \dots ,\ x_{i}=f(x_{i-1}),\ \dots } Nəticə etibarilə burada funksiyanın eyni qiyməti aldığı cütlük olmalıdır, yəni elə bir i {\displaystyle i} və j {\displaystyle j} cütlüyü olmalıdır ki, x i = x j {\displaystyle x_{i}=x_{j}} şərti ödənmiş olsun. Bu baş verən andan ardıcıllıq dövri olaraq x i {\displaystyle x_{i}} və x j − 1 {\displaystyle x_{j-1}} aralığında eyni ardıcıllığı təkrarlayacaqdır. Dövrün tapılması məsələsi f {\displaystyle f} və x 0 {\displaystyle x_{0}} -a görə i {\displaystyle i} və j {\displaystyle j} qiymətlərinin tapılmasıdır. Bu məsələnin həlli üçün müxtəlif alqoritmlər mövcuddur. Məsələn, Floydun "bağa və dovşan alqoritmi" iki göstəricinin müxtəlif sürətlərlə hərəkət etdirilməsi və onlarn hansısa bir nöqtədə rastlaşmasına əsaslanır. Brentin alqoritmi isə eksponensial axtarış üsuluna əsaslanıb. Hər iki alqoritm iki göstəricidən istifadə edir. Yaddaşı daha çox istismar etməklə hesablamaları bir qədər azaldan digər müxtəlif alqoritmlər də mövcuddur. Dövrün tapılması alqoritminin tətbiqi müxtəlifdir, nümunə olaraq psevdo-təsadüfi ədədlər generatoru, kriptoqrafik həş funksiyalar, ədədi üsullar üçün alqoritmlər, kompüter proqramlarında və konfiqurasiyalarında sonsuz dövrlərin tapılması və s.
Düzənlik tapiri
Düzənlik tapiri; Yəhərli tapir; Braziliya tapiri (lat. Tapirus terrestris)) — Təkdırnaqlılar dəstəsinin tapirkimilər fəsiləsinin tapir cinsinə aid məməli heyvan növü. T. t. aenigmaticus T. t. colombianus T. t. spegazzinii T. t. terrestris Düzənlik tapirinə Cənubi Amerikanın And dağlarının şərqində böyük bir ərazidə rast gəlinir. Onların arealı Kolumbiya və Venesueladan Braziliyanın cənubuna kimi, Paraqvay və Argentinanın şimal hissələrində olan əraziləri əhatə edir. Yaşayış yerləri meşələr, ilk növbədə onların həmişə su hövzələrinə yaxın yerlərdə olmağa çalışdıqları tropik meşələrdir.
Ev tapşırığı (pedaqogika)
Eynşteyn tapmacası
Eynşteyn tapmacası – çox adam tərəfindən bilinən məşhur bir məntiqi tapmacadır. Əfsanəyə görə həmin tapmaca Albert Eynşteyn tərəfindən uşaqkən yaradılmışdır. Lakin başqa fərziyyəyə görə, tapmaca məşhur riyaziyyat müəllimi və ədəbiyyatçı Luis Kerroll tərəfindən hazırlanmışdır. Amma onu da demək lazımdır ki, tapmacada danışılan siqaret, məsələn, "Kools" adlı siqaret nə Luis Kerrollun vaxtında, nə də Albert Eynşteynin uşaqlığında yaranmamışdır. Ona görə də, bunun kim tərəfindən hazırlanması haqqında tapılan dəqiq dəlil yoxdur. Tapmaca çox vaxt "Eynşteyn tapmacası" və ya "Zebra tapmacası" olaraq adlandırılır. İlk dəfə olaraq tapmaca 25 mart 1963-cü ildə "Life International" jurnalında dərc olunmuşdur. Bu jurnalın səhifələrində dünyanın fərqli yerlərindən tapmaca həll edən yüzlərlə adamın adları və tapmaca həllini ehtiva edən sayı nümayiş olunmuşdur. Bir çoxları deyir ki, bu tapmacanı həll etmək çox çətin işdir. Dünyada yaşayan insanların 2/100 faizi tapmacanı həll edə bilər.
Felipe Tapiya
Felipe Tapiya (25 aprel 1995) — Çilili üzgüçü. Felipe Tapiya Çilini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Felipe Tapiya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 16:02.44 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərəsi
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahı
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Jurinea tapetodes
Jurinea tapetodes (lat. Jurinea tapetodes) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Mərkəzi Amerika tapiri
Mərkəzi Amerika tapiri (lat. Tapirus bairdii)) — Təkdırnaqlılar dəstəsinin tapir cinsinə aid heyvan növü.
Nazim Tapdıqoğlu
Nazim Tapdıqoğlu (tam adı:Nazim Tapdıq oğlu Vəlişov; d. 26 yanvar, 1963) — tarixçi, toponimist, “Qızıl Qələm” mükafatı laureatı, Bakı Slavyan Universitetinin “Azərbaycanşünaslıq” tədris-mədəniyyət mərkəzinin elmi işçisi. Nazim Tapdıqoğlu 1963-cü ildə Füzuli şəhərində doğulub. 1970-1980-ci illərdə 1 saylı Füzuli şəhər orta məktəbində oxumuşdur. 1981-1983-cü illərdə Rusiya Federasiyasında hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-Maarif fakultəsini, Bakı Dövlət Universitetinin Tarix fakultəsini müvəffəqiyyətlə bitirmişdir. Politologiya və Sosiologiya elmləri üzrə tam kurs keçmişdir. Nazim Tapdıqoğlu həm də pedaqoji fəaliyyətlə məşğul olur. Dövri mətbuatda 1977-ci ildən etibarən şeir, məqalə, oçerk, və publisistik yazıları ilə çıxış edir. 1993-cü ildən onomastikanın tərkib hissəsi olan toponomika ilə, xüsusilə, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin toponimlərini, onların mənalarını, mənşəyini, yayılma areallarını öyrənməklə məşğuldur.
Novruz tapmacaları
Novruz tapmacaları — tapmaca xalq ədebiyyatının ən əski janrlarındandır. Tapmacalarda Novruz bayramı atributları da öz əksini tapmışdır.
O qızı tapın (film, 1970)
O qızı tapın — rejissor Həsən Seyidbəylinin filmi. Film milis işçilərinə, onların dövlət mülkiyyətini dağıdanlara qarşı mübarizəsinə həsr olunmuşdur. Kinolent avtomobil qəzası nəticəsində həlak olmuş bir nəfərin təhqiq işindən danışır. Özünə "satış bazarı" axtaran əmtəəşünas Kazımlı (Səyavuş Şəfiyev) ehtiyatsızlıq edir. Milis işçiləri bundan şübhələnir və onu izləməyə başlayırlar. Kazımlı və gizli tikiş sexi təşkil etmiş əlaltıları bundan duyuq düşürlər. Əgər Kazımlı ələ keçsə susmayacaq, qorxusundan hamını ələ verəcək. Ona görə də "dostları" qabaqcadan qəsd hazırlayıb, Kazımlını maşın qəzasına uğradırlar. Film insanları düzlüyə, doğruluğa çağırır. Film Azərbaycan sovet milisinin 50 illiyinə ithaf olunmuşdur.
Osmanov Tapdıq Qara oğlu
Pulemyot-tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Pulemyot tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Qaladan tapılan mücrü (film, 1982)
Qaladan tapılan mücrü — rejissor Gülbəniz Əzimzadənin filmi. Filmdəki hadisələr Bakıda cərəyan edir. İki məktəbli dost — Mənsur (Kamran Şahmərdanov) və Ənvər (Ülvi Səfərov) xəzinə tapmaq arzusu ilə yaşayırdılar. Bir gün uşaqlar İçərişəhərin sökülüləri arasından içərisində qiymətli daş-qaş olan mücrü tapırlar. Lakin uşaqları güdən cinayətkarlar xəzinəni ələ keçirirlər. Uşaqlar bu barədə milisə məlumat verir və quldurların tutulmasında milis əməkdaşlarına köməklik göstərirlər. Filmin yaradıcılarının ümdə məqsədi gənc tamaşaçılara vicdan, yoldaşlıq, fədakarlıq kimi məfhumlar barədə söhbət açmaq, xeyirlə şəri bir-birindən ayırmaqda onlara kömək etməkdən ibarətdir. 1) 1983-cü ildə Gənc nəslin təlim-tərbiyəsində bu vacib problemin yaradıcılıqla işlənməsinə görə rejissor Gülbəniz Əzimzadəyə Özbəkistan Gənclər İttifaqı MK-nın Fəxri Fərmanı verilmişdir. Film operator Ələkbər Muradovun quruluşçu operator kimi kinoda ilk işidir. 1983-1984-cü illərdə bu film digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.
Quadalupe Kampanur Tapiya
Quadalupe Kampanur Tapiya (1985 – 16 yanvar 2018) — İnsan hüquqlarının fəal müdafiəsi və ekoloji problemlərin həlli uğrunda mübarizə zamanı məşhurlaşan meksikalı fəal. Quadalupe Kampanur Tapiya 1986-cı ildə Meksikanın cənub-qərbində, Sakit okean sahilində yerləşən Meksikanın Miçoakan ştatında yerləşən Çeran şəhərində anadan olub. Quadalupe Kampanur Tapiyanın əsli yerli meksikalıdır. O, yerli xalqların hüquqlarını və ətraf mühiti müdafiə edir, meşələrin qırılmasına qarşı çıxır. O, 2018-ci ilin yanvarında qeyri-müəyyən şəraitdə vəfat edib. Quadalupe Kampanur Tapiyanın cəsədi Meksikanın Çerano inzibati vahidliyindən 30 kilometr aralıda yol kənarında tapılıb. 2018-ci ildə BMT-nin gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması agentliyi olan BMT-nin Qadınları tərəfindən İlin Qadını seçilmişdir.
Qışlaq-i Ortadağ-i Tapdıq (Biləsuvar)
Qışlaq-i Ortadağ-i Tapdıq (fars. شلاق اورتاداغ تاپدوق‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 31 nəfər yaşayır (8 ailə).
Steçkin avtomatik tapançası
Steçkin avtomatik tapançası (rus. Автоматический Пистолет Стечкина) — Makarov tapançası ilə eyni vaxtda, 1940-cı illərin sonu - 1950-ci illərin əvvəllərində dizayner İqor Steçkin tərəfindən hazırlanan və 1951-ci ildə SSRİ Silahlı Qüvvələri tərəfindən qəbul edilmiş avtomatik tapança. SAT birbaşa döyüşlərdə iştirak edən silahlı zabitlər üçün, habelə xüsusi bölmələrin əsgər və çavuşları üçün nəzərdə tutulmuşdur. Tapançanın inkişafı 1948-ci ildə TsKB-14-ə daxil olan gənc mühəndis İqor Yakovleviç Steçkin tərəfindən həyata keçirildi və ilk prototip 1949-cu ildə təqdim edildi. Layihə, fabrik sınaqları, bir sıra irəliləyişlər və hərbi sınaqlar təsdiqləndikdən sonra silah qəbul edildi. Silah tək-tək və avtomatik rejimdə atəş aça bilirdi. Bununla birlikdə qoşunlarda tapançanın işə salınması bir sıra çatışmazlıqları - kütləvi bir qəpik-qurşan taxmağın əlverişsizliyini, silahın böyük ölçülərini və avtomatik atəşin mümkünsüzlüyünü ortaya qoydu. Kiçik bir meyl bucağı olan bir qola alışmaq üçün bir az vaxt tələb olunur və "instinktiv" çəkilişlərə az uyğun gəlir. Tapança Makarov tapançasına nəzərən böyük olduğundan gündəlik geyimdə, xüsusən də sülh dövründə istifadə edilməsində çətinlik yaranırdı. Tapança ilə birlikdə hərbi təchizata daha da ağırlıq gətirən dörd ədəd ehtiyat daraq (hər biri 20 güllə) daxil idi.

tap sözünün leksik mənası və izahı

tap sözünün rus dilinə tərcüməsi

tap sözünün ləzgi dilinə tərcüməsi

tap sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Qax, Mingəçevir, Şəki) ağacdan düşüb əzilmiş <meyvə> ◊ Tap atmax (Kürdəmir) – küt getmək. – Xəmir yaxşı acımayıb deyin çörəx’ tap atır. Tap getmək (Ucar) – küt getmək. Tap olmax (Oğuz) – ağacdan düşüb əzilmək, zədələnmək <meyvə haqqında>. – Alma yerə tüşəndə tap olur II (Oğuz) alçaq, yastı. – Pusa:tkı damlar hamısı tapdı III (Füzuli, Goranboy, Qarakilsə, Qax, Şəmkir, Tərtər) dağlıq yerdə kiçik düzənlik. – Tapda cıdıra çıxıllar (Goranboy); – Tap yerə su çıxmaz (Tərtər); – Tapda koma tikirix’, orda heyvannarımızı otarırıx (Füzuli); – Naxırı tapda otararsan (Cəbrayıl)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"tap" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tap nədir? #tap sözünün mənası #tap nə deməkdir? #tap sözünün izahı #tap sözünün yazılışı #tap necə yazılır? #tap sözünün düzgün yazılışı #tap leksik mənası #tap sözünün sinonimi #tap sözünün yaxın mənalı sözlər #tap sözünün əks mənası #tap sözünün etimologiyası #tap sözünün orfoqrafiyası #tap rusca #tap inglisça #tap fransızca #tap sözünün istifadəsi #sözlük