tapşırmaq sözü azərbaycan dilində

tapşırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tapşırmaq • 93.0233%
  • Tapşırmaq • 4.6512%
  • TAPŞIRMAQ • 2.3256%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.23 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••• 0.39
2004 •••• 0.67
2006 ••• 0.45
2008 •• 0.24
2009 •• 0.32
2010 •• 0.27
2011 0.09
2012 •• 0.26
2013 •• 0.29
2014 •• 0.17
2015 0.17
2019 0.14
2020 •••• 0.66

tapşırmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Həvalə etmək, üzərinə qoymaq. Səadət xanım Səriyyə xala və Gülnaza bəzi işlər tapşırdı. M.İbrahimov. Sədəf xala təzəcə yoldan gəldiyindən çay hazırlamağı Sürmə xalaya tapşırmışdı. S.Rəhman. 2. Birisinin və ya bir şeyin qayğısına, qeydinə qalmağı həvalə etmək; inanaraq, etibar edərək öhdəsinə buraxmaq, himayəsinə buraxmaq; qızmaq. Ona şey tapşırmaq olmaz. – Əmioğlumun peşəsi qoyun saxlamaq idi və qoyunları da … çobanlara tapşırmışdı. C.Məmmədquluzadə. [Afaq:] İlyas, körpə Məmmədimi sənə tapşırıb gedirəm, – dedi… Ə.Məmmədxanlı. ◊ Torpağa tapşırmaq tənt. – bax torpaq. Can (canını) tapşırmaq – bax can.

    Azərbaycan dilinin izahlı lüğəti / tapşırmaq

tapşırmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 TAPŞIRMAQ [Xudayar bəy:] Eşşəyin sahibi sənə kimin yanında eşşək tapşırıb (C.Məmmədquluzadə); HƏVALƏ ETMƏK Əmiraslan ağa: Qəhrəman qızım, babalarımız yurdunun müdafiəsini sənə həvalə edib.. (S.S.Axundov); İSMARLAMAQ Ana: Nə çox rayon mərkəzinə gəlib-gedən, ismarlaram, gətirərlər (M.İbrahimov); VARGÜZAR ETMƏK Hacı Səlim öz sağlığında cəmi pul və əmlakını öz arvadı Sənəm xanıma vargüzar edibdir (Ə.Haqverdiyev).

    Azərbaycan dilinin sinonimlər lüğəti / tapşırmaq

tapşırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. поручить, вручить, вверить; 2. заказать;

    Azərbaycanca-rusca lüğət / tapşırmaq
  • 2 глаг. 1. поручать, поручить: 1) вменить в обязанность, возложить на кого-л. исполнение чего-л. Məqalə yazmağı tapşırmaq kimə поручить написание статьи к ому 2) вверить кого-л. чьи м-л. заботам, попечению. Uşaqlarını kimə tapşırdın? кому ты поручила своих детей? 2. наказывать, наказать (дать наказ, поручение, распоряжение). Öz uşaqlarına tapşırmaq nəyi наказать своим детям что 3. вручать, вручить (вверять, вверить). Taleyini tapşırmaq kimə вручить свою судьбу к ому; bir vəzifə olaraq tapşırmaq kimə обязать кого, вменить в обязанность к ому ◊ canını tapşırmaq умереть, скончаться, преставиться; torpağa tapşırmaq предавать, предать земле (похоронить)

    Azərbaycanca-rusca lüğət / tapşırmaq

tapşırmaq sözünün inglis dilinə tərcüməsi

tapşırmaq sözünün fransız dilinə tərcüməsi

tapşırmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. тапшурмишун; хиве ттун, хивез вегьин; ихтибар авун; qoyunu qurda tapşırma. Ata. sözü хеб жанавурдал, бустан цlегьрел тапшурмишмир; ** torpağa tapşırmaq кил. torpaq; can (canını) tapşırmaq кил. can.

    Azərbaycanca-ləzgicə lüğəti / tapşırmaq

tapşırmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#tapşırmaq nədir? #tapşırmaq sözünün mənası #tapşırmaq nə deməkdir? #tapşırmaq sözünün izahı #tapşırmaq sözünün yazılışı #tapşırmaq necə yazılır? #tapşırmaq sözünün düzgün yazılışı #tapşırmaq leksik mənası #tapşırmaq sözünün sinonimi #tapşırmaq sözünün yaxın mənalı sözlər #tapşırmaq sözünün əks mənası #tapşırmaq sözünün etimologiyası #tapşırmaq sözünün orfoqrafiyası #tapşırmaq rusca #tapşırmaq inglisça #tapşırmaq fransızca #tapşırmaq sözünün istifadəsi #sözlük