Tau sözü azərbaycan dilində

Tau

Yazılış

  • Tau • 68.8525%
  • tau • 22.9508%
  • TAU • 8.1967%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tarki-Tau
Tarki-Tau — Dağıstan Respublikasında dağ. Dağ öz adını Dağıstanın ən qədim kəndlərindən biri olan Tarki aulundan götürüb. Tariki-Tau oronimi yaylaya və bütün dağ silsiləsinə aid edilsə də, dağın zirvəsinə başqa ad verilib — Sarıyar burnu. Sarıyar dağın şiş ucudur. Sarıyar qumuq dilində «sarı» və «yar» (yarğan) deməkdir. == Xarakteriskası == Tarki-Tau görünüşcə nəhəng masaya bənzər yüksəkliyi xatırladır. Tark-Tau dağının ətəyində Dağıstanın paytaxtı Mahaçqala şəhəri yerləşir. Dağı Xəzər dənizindən 3 km-lik məsafə ayırır. Dağın mütləq hündürlüyü 720 metr, Xəzərə görə nisbi hündürlüyü isə — 745 metrdir ( 1998-ci ilin məlumatı). Tarki-Tau aydın görsənən yayla formalı relyefə malikdir.
Tau-saqqız
Tau-saqqız (lat. Scorzonera tau-saghyz) — təkəsaqqalı cinsinə aid bitki növü.
Tau adası
Tau adası-(tay เกาะเต่า)- Tısbağa adası mənası verən bu adalar Siam körfəzində yerləşən Tailanda məxsus ada. == Etimologiyası == Bu adanın sahillərində çoxlu dəniz tısbağaları yaşayıb çoxalmışlar. Son dövrlərdə isə tısbağalar yox olmuşlar. Bu onunla izah olunur ki, yeni doğulmuş dəniz tısbağa balaları daha çox işıqlı sahillərə meyl edirdilər. Belə ki, hal-hazırda sahil əraziləri plyajlar, otellər tutduğu üçün onların dəniz yolunu tutması daha rahatlanmışdır. Bəzi fərziyyələrə görə isə ada formasına görə tısbağanı xatırladırdı. Adanın əsas limanının sahilində dəniz tısbağasının heykəlini görə bilərik. == Coğrafiyası == Qonşu adaların içərisində bu adanın fərqi, dənizlərlə əhatə etməsi, dayvinq, snorklinq idman növlərinin buranın bütün plyajlarında geniş yayılmışdır. Burada həmçinin fridayvinq, bolderinq, tailand boksu, tailand massajı ilə də məşğul olurlar. == Nəqliyyat əlaqələri == Adaya yaxın olan aeroport Samuy adasında yerləşir.
Scorzonera tau-saghyz
Tau-saqqız (lat. Scorzonera tau-saghyz) — təkəsaqqalı cinsinə aid bitki növü.
Tau-Tona mədəni
Tau-Tona mədəni — dünyanın ən dərin mədəni. Setsvana "Böyük aslan" mənasını verən bu məbəd Cənubi Afrika Respublikasının Qauteng bölgəsində yerləşir. Dərinliyi 3.9 km olan mədənin 5600 işcisi vardır. İşçiləri mədənin dibindən yer üzünə çatdırmaq üçün saniyədə 16 metr qalxan lift təqribən 1 saatlıq yol qət edir. Tau-Tona qızıl məbədi Anqlo Qold Aşanti Limited adlı şirkətə məxsusdur. Qeyd edək ki, 1957-ci ildə şirkət ilk qızıl çıxarılmaya başlanılanda bu məbədin dərinliyi 2 metr idi. Tau-Tona qızıl mədəni umumi 800 km uzunluğunda tunellərdən düzəlmişdir. Mədən çox dərin olduğu üçün işləmə şərtləri çox təhlükəlidir və hər il orta hesabla 5 işçi həyatını itirir. Digər çətinlik isə mədən havasının istiliyinin 55 dərəcə olmasıdır. Bu problemi aradan qaldırmaq üçün firma mədənə təmiz hava göndərir.
Aegilops tauschii
Silindrik buğdayıot (lat. Aegilops cylindrica) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü.
Alopecurus tauntoniensis
Çəmən tülküquyruğu (lat. Alopecurus pratensis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. == Sinonim == Alopecurus alpestris Wahlenb. ex Steud. [Invalid] Alopecurus alpinus var. songaricus Schrenk ex Fisch. & C.A.Mey. Alopecurus alpinus var. ventricosus Kar. & Kir.
Althaea taurinensis
Dərman bəlqəmotu (lat. Althaea officinalis) - bəlğəmotu cinsinə aid bitki növü. == Sinonim == Althaea kragujevacensis Pančić Althaea kragujevacensis Pančić ex Diklić & Stevan. Althaea micrantha Borbás Althaea multiflora Rchb. ex Regel Althaea officinalis subsp. micrantha Dostál Althaea officinalis var. pseudoarmeniaca Polg. Althaea officinalis subsp. pseudoarmeniaca (Polg.) Kárpáti ex Soó Althaea sublobata Stokes Althaea taurinensis DC. Althaea vulgaris Bubani Malva althaea E.H.L. Krause Malva maritima Salisb. Malva officinalis (L.) Schimp.
Anthemis taubertii
Anthemis taubertii (lat. Anthemis taubertii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Artemisia taurica
Artemisia taurica (lat. Artemisia taurica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Asperula taurina
Asperula taurina (lat. Asperula taurina) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin çətiryarpaq cinsinə aid bitki növü. Bitki ilk dəfə 1753-cü ildə təsvir edilmişdir və Albaniya, Avstriya, Bolqarıstan, Fransa, Yunanıstan, Macarıstan, İran, İtaliya, Krım, Rumıniya, İsveçrə, Gürcüstan, Ermənistan, Azərbaycan, Türkiyə, Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya və Monteneqro üçün endemikdir.
Aşağı Taulıkay (Baymak)
Aşağı Taulıkay (başq. Түбәнге Таулыҡай, rus. Нижнетавлыкаево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Yuxarı Taulıkay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 23 km, kənd sovetliyindən (Yuxarı Taulıkay): 1 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 66 km.Sakmara çayınınn sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Bos taurus indicus
Zebu (lat. Bos primigenius indicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin i̇btidai öküz növünə aid heyvan yarımnövü. Zebu Bos nəsli və yarımnəslinin tərkibində növ, bəlkə də yarımnöv mövqeyindədir. == Adi qaramaldan fərqi == Zebu, təsvir etdiyimiz növlərə nisbətən, adi qaramala çox yaxındır. Bununla belə zebu ilə adi qaramal arasında olan ciddi fərqi nəzərdən qaçırmaq olmaz. Son 20–30 il müddətində aparılmış dəqiq tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, sümüyünün quruluşuna, daxili orqanların inkişafına və funksiyasına, ümumiyyətlə, morfoloji və fizioloji xüsusiyyətlərinə görə zebu qaramaldan əsaslı surətdə fərqlənir. Birinci və mühüm fərq bundadır ki, adi qaramalın normal sürətdə yaşaya bilmədiyi yerlərdə zebu özünü çox yaxşı hiss edir. Ralf Filippsə görə, tur təkamül prosesində iki əsas tipə, yəni adi qaramala və zebuya parçalanmışdır. Adi qaramal Orta və Şimali Avropada, Rusiyada, zebu isə Cənubi Asiyada, Aralıq dənizinin şimal sahillərində və Afrikada yayılmışdır. Bununla da Filips zebunun mühitin təsiri altında formalaşdığını sübut etmiş olur; qaramal cinslərinin müasir yayılışı göstərir ki, yüksək və soyuq iqlimli yerlərdə tur törəmələri olan adi qaramal, alçaq relyefli və isti iqlimli yerlərdə isə zebular və zebuyabənzərlər əmələ gəlmiş və min illər davam edən dövr ərzində kütləvi sürətdə törəyib artmışlar.
Bos taurus taurus
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Bubon taunu
Bubon taunu — taunun insanlarda ən çox təsadüf edilən forması. Taun — daşıyıcıları siçanlarda parazitlik edən bitlər olan Yersinia pestis bakteriyası tərəfindən törədilən kəskin təbii bakterial mənşəli xəstəlikdir. Kəskin təhlükəli infeksiya hesab edilir. İnkubasiya dövrü 2-6, nadir hallarda isə 1-12 gün olur.
Callista taurina
Dendrobium taurinum (lat. Dendrobium taurinum) – səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Cistus tauricus
Krım buxurkolu == Təbii yayılması == Krımda, Cənubi Qafqazın qərbində, Şərqi Aralıq dənizi sahillərində təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,5-1 m-ə çatan kiçik koldur. Yarpaqlarının uzunluğu 1-5 sm, eni 1-2 sm olub, qırışlı, uzunsov-yumurtavari, boz-yaşıl rəngli və üzbəüz düzülüşlüdür. Çiçəklərinin diametri 4,5-5 sm, çəhrayı rənglidir. Krım buxurkolunun yarpaqlarında və cavan zoğlarında aromatik qatran (buxur adlanan) ifraz edən vəziciklər vardır. Kasayarpaqları 5, bəzən 3 ədəd olub hamısı eynidir və ya 2 üstdə yerləşənlər daxildə olanlardan fərqlənir; ləçəkləri 5 ədəd, qırmızı, çəhrayı və ya ağ, bünövrəsi sarıdır; erkəkcikləri çoxdur, hamısı meyvə verəndir; dişicik ağzı böyük, başcıqlı, oturaq və ya sütuncaqda yerləşir. Meyvəsi 8 mm uzunluğunda, 5 laya açılan, tüklü və oval qutucuqdur. May-iyun aylarında çiçəkləyir, meyvələri iyul-avqustda yetişir. Toxumla çoxaldılır. == Ekologiyası == Torpağa az tələbkardır, qeyri-münbit torpaqlarda da inkişaf edir.
Delphinium tauricum
Hündür mahmızçiçək (lat. Delphinium elatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü. == Sinonimləri == Delphinastrum elatum (L.) Spach Delphinastrum hybridum (L.) Spach Delphinastrum urceolatum (Jacq.) Nieuwl. Delphinium alopecuroides R.Hogg Delphinium alpinum Waldst. & Kit. Delphinium alpinum var. hebecarpum Kulikov Delphinium atropurpureum Pall. Delphinium belladonna (Kelway) Bergmans Delphinium clusianum Host Delphinium cryophilum Nevski Delphinium davuricum Georgi Delphinium elatum var. belladonna Kelway Delphinium elatum var. bosniacum Pawł.
Dendrobium taurinum
Dendrobium taurinum (lat. Dendrobium taurinum) – səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Devils-Tauer
Devils-Tauer- ABŞ da milli təbiət abidəsidir. == Haqqında == Devils-Tauer Bell-Furş çayının yatağında Vayominq ştatında yerləşir. Özündə hündürlüyü dəniz səviyyəsindən 1558 m (çay yatağında isə 386 m) olan vulkan monolitindən ibarətdir, öz hündürlüyü isə 265 m-dir. ABŞ-də qeydə alınan birinci milli abidə hesab olunur. Öz statusunu 1906-ci ildə 24 sentyabrda prezident Teodor Ruzveltdən almışdır. == Quruluşu == Bu abidə yerin daxilindən püskürmüş maqmanın yer səthində donub yaratdığı relyef forması kimi nəzərə çarpır. Abidəni təşkil edən süxurların yaşı təqribən 225 milyon ildən 195 milyona ilə qədər ölçülür. Qarışan nümunələr tünd qırmızı rəngə çalır. == Kino aləmində == Bu dağ Stiven Spilberqin "Üçüncü dərəcənin yaxın əlaqələri" (1977) filmində əsas rola malikdir. Belə ki, burada yadplanetlilərlə əlaqə məhz bu dağda baş verir.
Durabaculum taurinum
Dendrobium taurinum (lat. Dendrobium taurinum) – səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Eremurus tauricus
Daur çirişi (lat. Eremurus tauricus) - çiriş cinsinə aid bitki növü.
Henri Taube
Henri Taube (30 noyabr 1915[…] – 16 noyabr 2005[…], Palo-Alto[d], Kaliforniya[…]) — amerikalı alim. 1937-ci ildə Ricaində Saskaçevan universitetini bitirmiş, sonra ABŞ-yə köçmüş və Berklidə Kaliforniya universitetində oxumuşdur. 1940-1941-ci ildə orada, 1941-1946-cı illərdə Kornel universitetində, 1946-1962-ci illərdə Çikaqo universitetində (1952-ci ildən professor) işləmişdir. 1962-ci ildən Stanford universitetində professor işləmişdir. O, 2005-ci ildə noyabrın 16-da Kaliforniyada vəfat etmişdir. Əsas işləri elektron ötürülməsi ilə reaksiyaların mexanizminin, xüsusən metalların komplekslərində öyrənilməsinə həsr olunub. 1940-cı ildə ilk dəfə olaraq sulu məhlulda solvatlaşmış kationun (üçvalentli xromun misalında) mövcudluğunu sübut etmişdir. 1952-ci ildə sulu məhlullarda kompleks birləşmələrin davamsızlığı ilə onların elektron strukturları arasında korrelyasiyanı müəyyən etmişdir. 1960-1970-ci illərdə məhlullarda keçid metallarının komplekslərinin iştirakı ilə çoxlu, həm də daha əhəmiyyətli nəticələri sferadaxili keçid adlanan keçidi öyrənərkən əldə etmişdir. Göstərmişdir ki, bu prosesdə metalın koordinasiyası sferasının liqandalarından biri iştirak edir və nəticədə iki metal ionu arasında körpücük əmələ gətirir, iki nüvəli kompleks adlanan birləşmə əmələ gətirir.
Himantoglossum montis-tauri
Himantoglossum montis-tauri (lat. Himantoglossum montis-tauri) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü.
Juniperus taurica
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Keyp-Taun
Keyptaun (ing. Cape Town, afrik. Kaapstad, kosa iKapa) — Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri (Yohannesburqdan sonra) . CAR-ın qanunverici paytaxtı.
Kobern-Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kobərn Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kommertsbank Tauer
Kommertsbank Tauer (rus. Коммерцбанк-Тауэр) — Frankfurt-Maynda yerləşən göydələn. 1997-ci ildə 300 metr yüksəkliyində ucaldılan göydələn, dövrünə görə Avropanın ən yüksək binası hesab edilidi. 1991-ci ilin iyun ayında qəbul edilmiş layihəyə əsasən, bina 65 mərtəbə, ümumi sahəsi 120 000 m² və ümumi həcmi isə 538 000 m³-dir. Binanın damı asimmetrikdir. Döşəmə sahəsi 1700 m²dir. Damda 40-a qədər insan üçün kiçik bir müşahidə salonu var. Yanacaq liftindən yalnız xüsusi icazə ilə əldə etmək mümkündür. Binada 1600 kq-lıq yük qabiliyyəti olan 16 lift var. Hər bir bölmənin kənar görünüşü olan iki şüşə lift var.
Kupers-Taun
Kupers-Taun (ing. Coopers Town) — Baham adalarında şəhər. Abako adalarına aid Böyuk Abako adasında yerləşir. Şəhər adanın ən şimal hissəsində yerləşir. 1870-ci illərin sonlarında Böyük Bahama adasından olan Albert Butlun ailəsinin üzvləri tərəfindən yaradılmışdır. Əvvəlcə Kupers-Taunda ananas yetişdirildi və dəniz süngərləri yığılırdı, lakin XX əsrin sonunda onlara tələbat praktiki olaraq yox olmuşdur. Buna səbəb şəhər ərazisində təbii limanın olmaması idi.1992–2002 və 2007–2012-ci illərdə Baham adalarının baş naziri olmuş Hubert İnqrem uşaqlığını Kupers-Taun şəhərində keçirmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.21 dəfə / 1 mln.
2009 •••••••••• 0.32
2010 •••••• 0.18
2013 ••••••••• 0.29
2014 ••••••••••• 0.34
2015 •••••••••••••••• 0.51
2016 •••••• 0.17
2017 ••••••••••••••• 0.49
2018 •••••••••••••• 0.45
2019 ••••• 0.14
2020 •••••••••••••••••••• 0.66

"tau" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tau nədir? #tau sözünün mənası #tau nə deməkdir? #tau sözünün izahı #tau sözünün yazılışı #tau necə yazılır? #tau sözünün düzgün yazılışı #tau leksik mənası #tau sözünün sinonimi #tau sözünün yaxın mənalı sözlər #tau sözünün əks mənası #tau sözünün etimologiyası #tau sözünün orfoqrafiyası #tau rusca #tau inglisça #tau fransızca #tau sözünün istifadəsi #sözlük