* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. astr. İlin on iki hissəsindən biri. 8-i 31, 4-ü 30, 1-i 28 (hər dörd ildən bir 29) gündən ibarətdir.
Azərbaycan dilinin izahlı lüğəti / ay2 nida. 1. Çağırış, müraciət, haylama, haraylama nidası. Ay camaat! – Ay qalan uşaqlar, siz bizim dalımızda olun, qorxmayın! M.F.Axundzadə. [Kərbəlayı Fatma:] Ay hacı, bu nə xəbərdir? Deyirlər Kərbəlayı Fətulla dirilib gəlir? C.Məmmədquluzadə. Növbət gəlinə gəldi: – Ay uşaq, qaçın, gəlin gəlsin. Çəmənzəminli. // Bəzən təsiri şiddətləndirmək üçün “haray”, “dad” sözləri ilə birlikdə deyilir: [Nazir:] Ay haray, ay dad, a başına dönüm! Axır mənim təqsirim nədir! M.F.Axundzadə. 2. Gözlənilməyən bir keyfiyyət, ya hadisə nəticəsində doğan hissi, qorxunu, diksinmə və s. hissləri ifadə edir. Ay, ilana bax! Ay, gələn odur! Ay, qorxdum ki! Ay, ürəyim qopdu! // Kədər, təəssüf, mərhəmət, şəfqət kimi hissləri ifadə edir. Ay yazıq! Ay biçarə! – Əxlaqi pozğun, adəti pis, pasibanı yox; Qəlbim yanar, ona deyərəm: “Ay yazıq çocuq!” A.Səhhət. // Birdən ağrı tutduqda deyilir. Ay başım! Ay öldüm! // Təəccüb, heyrət, heyranlıq ifadə edir. Ay, nə çoxdur! Ay, nə gözəldir! // Təsiri gücləndirmək üçün deyilir (bəzən təkrar edilməklə: ay, ay, ay). Ay, ay, ay! Nə gözəl səs gəlir! // Narazılıq, məmnunsuzluq və s. ifadə edən xitab bildirir. Boşla, ay molla dayı, sən də bizi çəkmə zora; Biz sənin hiylən ilə düşmərik əsla bu tora. M.Ə.Sabir. Ay Mirzə Səttar, axır niyə insaf ilə danışmayırsan? Ə.Haqverdiyev. [Zəhra:] Ay Kərim, çox öyünmə. Ayrım qızı dörd-beş kişiyə dov gəldi. A.Şaiq. 3. “A” yerində nida olaraq işlənir (bax A2). Ay uşaqlar, bir sakit olun! Ay yoldaş, səbr elə! Ay qız! Ay qoçaq!
Azərbaycan dilinin izahlı lüğəti / ay3 is. 1. Yer kürəsinin peyki olub, onunla birlikdə Günəşin ətrafında fırlanan və gecələr inikas edən Günəş işığı ilə işıqlanan göy cismi. Ay işığı. Ayın batması. – …Ay buludlar arasından siyrilib çıxdı. M.Hüseyn. // məc. Gözəlin camalına təşbih (bəzən ay üz, ay parçası, on dörd gecəlik ay və s. tərkiblərdə işlənir). Ay üzünü görmək istər sevdiyim; Söylə görüm bəs yaşınmaq nədəndir? Qurbani. Heyran görüncə ay camalın; Oldu genə eşqdə fəsanə. Heyran xanım. □ Ay doğmaq – ay çıxmaq. Əzizim, aydın olsun; Ay doğsun, aydın olsun; İki həsrət qovuşdu; Gözlərin aydın olsun. (Bayatı). [Faytonçu:] İnşallah, gecə yarısı, ay doğanda yola düşərik. Ə.Haqverdiyev. Ay görünmək – hər ayın əvvəlində hilalın (ayparanın) ilk dəfə görünməsi. Ay qalxmaq (qəlbilənmək) – ucalmaq, yüksəlmək, üfüqdən uzaqlaşmaq (Ay). Ay qaranlığı – aysız gecə, Ay işığı olmayan gecə, qaranlıq gecə. Ay qaranlıqlamaq – axşamdan görünməyib gecədən bir qədər keçəndən sonra, ya səhərə yaxın görünmək (Ay). Ay parçası – 1) hilal, aypara; 2) məc. gözəlin epitetlərindən biri. Ay tutulmaq astr. – Yer kürəsinin Günəş ilə Ay arasına girməsi nəticəsində Ayın müvəqqəti olaraq qismən və ya tamamilə görünməməsi. Bəzən şəhərə belə bir səs düşərdi ki, gün və ya ay tutulmuşdur. H.Sarabski. Boz ay – qışın axırıncı ayı, mart ayı. Artıq Qarabağ düzənliyinin boz ayı başlamışdı. S.Rəhimov. Elqovan ay – yayın axırıncı ayı, yaylaqdan qayıtma vaxtı. 2. İlin bölündüyü on iki hissədən hər biri. Yaz ayları. Bir ay bundam əvvəl. İlimiz on iki aydır. – Zakira, səbr elə ki, vəslə deyən afətdən; Ay ötər, il dolanar, vaxt olu, hicranə dəyər. Q.Zakir. [Ayrım qızı] Kərim babanı qızışdırmaq fikri ilə deyirdi: – Bu yaramazı görürsünüzmü? Aylarca (z.) üzünü görməzdim. A.Şaiq. Gün keçir, ay ötür, il yaman gedir. M.Rahim. □ Ayda-ildə – hərdən, hərdənbir, gec-gec, nüdrətən. Ayda-ildə bir namaz, onu da şeytan qoymaz. (Ata. sözü). Araz başdan lil gələr; Dəstə-dəstə gül gələr; Neylərəm belə yarı; Ayda-ildə bir gələr. (Bayatı).
Azərbaycan dilinin izahlı lüğəti / ay1 Bu planetin mənbələrdə başqa bir adı da var: yalçuq. Ay “fırlanma”, yalçuq isə “işıq” anlamı ilə bağlıdır. Əylənmək, Aydəmirov, əyirmək kimi sözlərin hamısı “fırlanma” mənasını verən ay kəlməsi zəminində əmələ gəlib. Quba dialektində aylan sözü indi də işlədilir. Rus dilindəki секира sözü bizdə aybalta kimi (dəyirmi balta) işlədilib və indi də işlədilməsi məsləhətdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ay1 AY (göy cismi, planet) Yırtaraq Ay gecənin örtüyünü; Məhv qılmışdı o zülmət yuxunu (M.Müşfiq); QƏMƏR (şair.) Sən günəşlə ayılan, qəmərlə yatanların; Balıqçı gürcülərin, Kürə tor atanların... (M.Rahim); MAH (şair.) Dedim ki, diriğ, neyləyim ah! Mən zərrə ilən nə ol mah? (Xətayi).
Azərbaycan dilinin sinonimlər lüğəti / ay1 AY I is. astr. Planet, göy cisimlərindən biri. Ay da, göy də sarı bir heyva kimi; Durur hərəkətsiz səhərə kimi (S.Rüstəm). AY II is. İlin bölündüyü on iki hissədən hər biri. Dolandı həftələr, dolandı aylar; Cəlal qayıtmadı o gündən bəri (S.Vurğun). AY III nida Çağırış, müraciət, haraylama nidası. Ay qalaq-qalaq buludlar; Bir an uzaq getməyin! (M.Rahim).
Azərbaycan dilinin omonimlər lüğəti / ay2 1 I межд. 1. эй (возглас, которым окликают, подзывают кого-л., обращаются к кому-л.). Ay usta эй, мастер 2. ай (употребляется для привлечения внимания при обращении) 3. о (употребляется для усиления экспрессивности высказывания). Ay başıbəlalı о, несчастный 4. у, эх (употребляются для выражения укоризны, упрёка). Ay tənbəl у, лентяй 5. эх, ой (выражают страдание, испуг, удивление). Ay öldüm ой, умираю II част. ну, ну и (усиливает удивление, восхищение). Şəhərdə ay adam var ha! ну и народу в городе! 2 I сущ. 1. Луна (небесное тело, спутник Земли). Ayın doğması восход луны, ayın batması заход луны, ay işığında при свете луны, ay buludlar arxasında gizləndi луна спряталась за облака, təzə (təzəcə doğmuş) ay молодая луна, bədirlənmiş ay полная луна; астр. Ayın tutulması затмение Луны, Ayın arxa tərəfi обратная сторона Луны, Ayın fazası фаза Луны, Ayın cazibəsi притяжение Луны, Ayın orbiti орбита Луны, Ayın xəritəsi карта Луны, Ay ətrafında uçuş полёт вокруг Луны, Aya uçmaq лететь на Луну, Ay öz oxu ətrafında fırlanır Луна вращается вокруг своей оси 2. месяц: 1) то же, что луна 2) одна двенадцатая часть астрономического года. Yanvar ayı январь месяц, ayın başı (əvvəli) начало месяца, ayın axırı (sonu) конец месяца, ayın ortası середина месяца, keçən ay прошлый месяц, aydan artıq больше месяца, ay yarım полтора месяца, bir neçə ay müddətində в течение нескольких месяцев, boz ay по народному календарю: последный месяц зимы, elqovan ay последний месяц лета; şaxtalı ay морозный месяц, yağışlı ay дождливый месяц, yaz ayı весенний месяц, gələn ay будущий (следующий) месяц, bütün ayı весь месяц, doğulduğu ay месяц рождения, bir ay bundan əvvəl месяц тому назад, ayın ikinci yarısı вторая половина месяца II прил. лунный. астр. Ay torpağı лунный грунт, Ay daşı лунный камень, ay gecəsi лунная ночь, Ay gündüzü лунный день, ay sutkası лунные сутки, Ay krateri лунный кратер; ay təqvimi лунный календарь ◊ aya hürmək лаять на луну; elə bil aydan düşüb (gəlib) будто с луны свалился; aydan arı, sudan duru чист как стёклышко, свят; ay kimi как луна (о красивых девушках)
Azərbaycanca-rusca lüğət / ay1 I. i. (fəza cismi) the moon; bədirlənmiş (on dörd gecəlik) ~ full moon; f. ~ın doğması / çıxması moonrise; ~ın batması moonset; təzə ~ new moon; ~ın tutulması lunar eclipse; Ay yarımçıq tutulub The moon is partly eclipsed; ~ kimi / ~a oxşar moony; f. ~a hürmək to bark at the moon II. s. astr. lunar; ~ daşı miner. moonstone; ~ tozu lunar dust; dust from the Moon; ~ işığı moonlight; ~ parçası very beautiful; ~ın səthi the Moon’s surface III. i. (təqvimi) month; yanvar / fevral və s. ~ı the month of January / February, etc., cari ~ the current month; keçən ~ last month; gələn ~ next month; ~ın başı the head / beginning of the month; ~ın sonunda at the end of the month; Ayın neçəsidir? What date is it? What is the date?; bal ~ı (evlənməyin birinci ayı) honey moon IV. nid. oh! what! Ay dad! Oh! help; Ay dad-bidad! What a pity!
Azərbaycanca-ingiliscə lüğət / ay1 is. 1) lune f ; ~a enmək alunir vt ; ~ para croissant m de (la) lune ; ~ işığı clair m de lune ; ~ işığında au clair de lune ; ~ qaranlığı (~sız gecə) nuit f sans lune ; ~ın batması coucher m de la lune ; ~ın doğması lever m de la lune ; ~ın yer ətrafında fırlanması révolution f de la lune autour de la terre ; ~ın kiçilməsi déclin m de la lune ; ~a raket göndərmək envoyer un engin sur la lune ; ~ın səthinə düşmək atterrir sur la lune ; alunir vt ; ~ın sinodik dövri dəyişməsi révolution f synodique de la lune ; ~ın tam tutulması éclipse f totale de (la) lune ; ~ın trayektoriyası trajectoire f de la lune ; bədrlənmiş ~ pleine lune ; ərarvadlığın birinci ~ı lune de miel ; on dörd gecəli ~ üzlü visage m en pleine lune (tout rond) ; 2) mois m (on iki təqvim ayından biri) ; ~da iki dəfə çıxan (jurnal) bimensuel, -le adj ; ~da-ildə parfois, rarement ; ~ın axırına yaxın vers la fin du mois ; bir ~ bundan əvvəl il y a un mois ; bir ~dan sonra dans un mois ; keçən ~ le mois dernier, le mois passé ; gələn ~ le mois prochain, le mois à venir ; mart ~ı le mois de mars ; iyul ~ı le mois de juillet ; hər ~ chaque mois
Azərbaycanca-fransızca lüğət / ay1 межд. 1. я; ay camaat! я жемятар!; ay qız! я руш!; 2. ай; ay haray! ай гьарай!; 3. ваа; вай; ай; ay, ürəyim qopdu! вай, зи рикӀ аватна!
Azərbaycanca-ləzgicə lüğəti / ay2 сущ. 1. Варз (планета); ayın batması варз акӀун; // вацран; ay işığı вацран экв; 2. пер. гуьзелдин ччиниз тешпигь (мес. варз хьтин ччин – элкъвей лацу ччин); 3. варз (йисан цӀикьвед паюникай гьар сад); qış ayları хъуьтӀуьн варцар; boz ay хъуьтӀуьн эхиримжи варз, март; * ay doğmaq, ay çıxmaq варз акьун, варз экъечӀун; ay görünmək варз акун, цӀийи варз экъечӀун; ay qaranlığı вацран мичӀер, варз алачир йиф, вацран экв авачир йиф, мичӀи йиф; ay tutulma(q) астр. варз кьун; ay parçası а) цӀийи варз, ацӀун тавур варз; б) пер. гуьзелдин эпитетрикай сад.
Azərbaycanca-ləzgicə lüğəti / ay