Ayn Rand
Ayn Rand (ilk adı: Alisa Zinovyevna Rosenbaum; 2 fevral 1905[…], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 6 mart 1982[…], Manhetten, Nyu-York ştatı) — qurduğu obyektivizm fəlsəfəsi və yazdığı "Yaşamaq istəyirəm" (We the Living), "Mən" (Anthem), "Həyatın Qaynağı" (The Fountainhead) və "Atlas silkələndi" (Atlas Shrugged) kitabları və obyektizm fəlsəfəsiylə tanınan yazar.
Fəlsəfəsi və kitabları öz fərdiyyətçilik, şüurlu eqoizm və kapitalizm məfhumlarını vurğulayır. Dövlətin azad bir cəmiyyətdə qanuni, amma minimal bir rola sahib olduğuna inanan Rand qatı bir minarxistdir. Liberteryenler və Amerikalı mühafizəkarlar arasında əhəmiyyətli bir təsiri olmuşdur.
Romanları özünə xas meydana gətirdiyi bir qəhrəmanın təqdimatını mərkəz alır, Qəhrəman öz qabiliyyəti xüsusiliyi və müstəqilliyi üzündən cəmiyyətlə zidd düşür, amma bu qarşıdurmalar onun səhvləri üzündən deyil, şüurlu davrandığı və ürəkdən gələn bir şəkildə öz mənfəətinə görə çalışdığı üçün olur. Rand'a görə rasional düşünən ağıllar üçün qarşıdurma söz mövzusu deyil. Qəhrəman yenə də idealları istiqamətində davam edir. Rand bu qəhrəmanı ideal insan olaraq görür və ədəbiyyatının bu tip insanlar üçün bir təqdimat yeri olmasını məqsəd hesab edir.
Ona görə,
İnsan yerlərini və hərəkətlərini məntiqdən istifadə edərək seçməlidir,
Fərdlərin özlərini başqaları üçün fəda etmədən və eynisini başqalarından gözləmədən öz məqsədləri üçün yaşamağa haqları var,
Kimsənin bir başqasının hüquqlarına güc istifadə edərək təcavüz etməyə ya da güc istifadə edərək ona öz fikirlərini təlqin etməyə haqqı yoxdur.
== Bioqrafiyası ==
=== Gənclik illəri ===
Ayn Rand Rusiyada Sankt-Peterburqda anadan olmuşdur.