* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••• | 27.41 |
2003 | •••••••••••• | 27.56 |
2004 | •••••••••••• | 27.96 |
2005 | •••••••••••• | 27.67 |
2006 | ••••••••• | 19.60 |
2007 | •••••••• | 19.03 |
2008 | •••••••• | 17.54 |
2009 | ••••••••••••• | 30.88 |
2010 | ••••••••••••••• | 35.31 |
2011 | ••••••••••••• | 30.54 |
2012 | ••••••••••• | 25.99 |
2013 | •••••••••••••••• | 37.34 |
2014 | •••••••••••••••••••• | 48.22 |
2015 | •••••••••••••• | 31.98 |
2016 | •••••••••••••••••••• | 48.59 |
2017 | •••••••••••• | 27.80 |
2018 | •••••••••• | 23.67 |
2019 | •••••••• | 18.78 |
2020 | •••••••••••• | 27.85 |
1 is. [ər.] Ən cüzi bir zaman, ləhzə, dəm, bir gözqırpımlıq müddət. □ Bir an – bir saniyə, bir dəqiqə. Bir an onu gözündən qoymadı. – Bir an səni görməyəndə, yarım; Əfğanı yetirrəm asimanə. Heyran xanım. Gözünü uşaqdan, anadan bir an; Ayıra bilmirdi Növrəstə qarı. R.Rza. [Kamil və Murtuzov] bir an bərabər ixtiyara malik adamlar kimi çiyin-çiyinə dayanıb gülüşdülər… S.Rəhimov. Bir anda, bir an içində – dərhal, o saat, göz yumub açınca. Bu xəbər bir anda ağalıq xidmətlərinə yayıldı. S.S.Axundov. Kəklik onun [qardaşının] əlindən ox kimi çıxdı və bir anda ormanın yarpaqları arasında qeyb oldu. A.Şaiq. Buğa bir anda hərlənib ona [Buğaca] sarı cumdu. M.Rzaquluzadə. Bir anlıq, bir anlığa – çox az bir zaman üçün, bir ləhzə, bir göz açıb yumunca. Adamlar bir anlığa təəccüblə bu qəribə səsə tərəf dönərək, yenə öz işlərinə … başladılar. M.İbrahimov. Sonra açır qapını, budur iclas salonu; Xatirələr bir anlıq alıb aparır onu. R.Rza. Durdu bir anlığa o birdən-birə; Düşdü qar üstünə, yıxıldı yerə. M.Rahim. // Ümumiyyətlə, vaxt. Onun [vətənin] üzərində həyatımın qüssə və kədəri bilmədiyim anları keçmişdir. M.S.Ordubadi. Evlərindən ayrıldıqları andan onları [Səriyyəgili] dözülməz iztirablarla dolu bir həyat qucağına aldı. M.İbrahimov. [Mehrəli bəy:] Xeyr, mən bu ana kimi şərəflə yaşamışam. S.S.Axundov. Bu an, bu anda – bu zaman. Bu anda qoca usta başını dik qaldırıb, dəmir qüllənin zirvəsində durmuş fəhləni səslədi. M.Hüseyn. [Əziz] bu an bütün fikrini artezian quyusuna, onun suyuna cəlb etmişdi. Ə.Vəliyev. Elə bu anda onun [şairin] pəncərəsində nə isə bir şölə titrədi və söndü. Ə.Məmmədxanlı. Hər an, hər anda – hər zaman, həmişə, daim. Sabir, ey aləmi-xəlqə tərcüman; Ey hər anda kasə-kasə zəhr udan! A.Səhhət. Dünyanın dərdini, qəmini hər an; Mənə bir baxışla unutdurursan. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti1 ləhzə — dəm
Azərbaycan dilinin sinonimlər lüğəti2 AN (ən cüzi vaxt, zaman) Gözünü uşaqdan, anadan bir an; Ayıra bilmirdi Növrəstə qarı (R.Rza); DƏM [Malik:] Amma nə şirin dəmlər idi. (A.Şaiq); LƏHZƏ Xəlqə ağzin sirrini hərdəm qılır izhar söz; Bu sirdir kim, olur hər ləhzə yoxdan var söz (Füzuli).
Azərbaycan dilinin sinonimlər lüğəti1 AN I is. [ ər. ] Ən cüzi bir zaman, ləhzə. Mənim xatırımdan pozulmamışdır; Gənclik günlərimin əziz anları (B.Azəroğlu). AN II f. Yada salmaq, xatırlamaq. Gələcəyə boylandın; Ötən illər içində; Yəqin məni də andın (B.Azəroğlu).
Azərbaycan dilinin omonimlər lüğəti1 1. миг, мгновение; 2. время;
Azərbaycanca-rusca lüğət2 сущ. 1. миг, мгновение. Bir an keçmədi не прошло и мгновения, həyatda elə anlar olur ki, … в жизни бывают такие мгновения, что … 2. время, пора. Gəncliyin xoşbəxt anları счастливое время молодости 3. момент. Uyğun an подходящий момент, lazımi anı buraxmaq упустить нужный момент, son anda в последний момент, bu andan с этого момента, bu an çatmışdır настал момент ◊ bir anda в один миг, в одно мгновение; hər an в любое время, в любой момент; bu an в этот миг
Azərbaycanca-rusca lüğət1 i. moment, instant; bir ~da in a moment, in a flash / twinkling; həmin ~da at that very instant, in the same instant; son ~da at the last moment; hər ~ at every moment; bir ~lıq for a moment; o ~da at that moment; Bir an gözləyin Wait a moment, Just a moment; boş ~lar odd moments; istənilən ~ at any moment
Azərbaycanca-ingiliscə lüğət1 is. 1) moment m ; instant m ; minute f ; clin m d’oeil ; tournemain m ; 2) zərf. aussitôt ; bir ~da en un clin d’œil ; bir ~lığa pour une seconde ; ~ın tələbi exigence f du moment
Azərbaycanca-fransızca lüğət1 [ər.] сущ. 1. гьелен, легьзе, лап тӀимил кьван вахт (чӀав), вил акьална ахъайдай кьван вахт; bir an са гьелен, са секунд, са декъикъа; bir anda, bir an içində са гьеленда, гьасятда, вил акьална ахъайдалди; 2. вахт, чӀав; bu an, bu anda и вахтунда, и чӀавуз; hər an, hər anda гьар гьелен, гьар вахтунда, гьар са чӀавуз, гьамиша.
Azərbaycanca-ləzgicə lüğətiAN1 ə. 1) göz yumub-açınca, çox az zaman; 2) vaxt, zaman. Ani-vahid bir an, azacıq bir zaman. AN2 f. o (işarə əvəzliyi). AN3 f. gözəl, ürəyəyatan, gözəşirin.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti