Andrey sözü azərbaycan dilində

Andrey

Yazılış

  • Andrey • 99.8861%
  • ANDREY • 0.0854%
  • andrey • 0.0285%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Andrey Konçalovski
Andrey Konçalovski (rus. Андре́й Серге́евич Михалко́в-Кончало́вский; 20 avqust 1937, Moskva[…]) — SSRİ, ABŞ və Rusiya rejissoru, ssenari müəllifi. Natalya Konçalovskaya və Sergey Mixalkovun oğludur. Doğma qardaşı Nikita Mixalkov da Rusiya kinorejissorudur. 1952-ci ildə Mərkəzi Musiqi Məktəbini bitirib. 1957-ci ildə Moskva Konservatoriyasının nəzdində Musiqi Məktəbini bitirib. 1957–1959-cu illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının fortopiano sinfində təhsil alıb. 1980-ci ildə RSFSR-in Xalq Artisti fəxri adını alıb.. 2002-ci ldə Kinematoqrafiya İncəsənəti və Elm Milli Akademiyasının akademiki seçilib. 2005-ci ildə Fransa İcəsənət və Ədəbiyyat Zabiti ordeninə layiq görülüb.
Həvari Andrey
Andrey (q.yun. Ἀνδρέας Andréas) — İsanın on iki həvarisindən biri. Simonun qardaşı, Cəliləli balıqçı. X şəklindəki çarmıxda ölmüşdür. Şotlandiya və Rusiyanın baş əzizi. 30 noyabr Əziz Andrey günüdür.
Andrey Arnautov
Andrey Arnautov (ukr. Арнаутов Андрій; 27 avqust 1967, Rostov-na-Donu) — Amerika və Ukrayna caz ifaçısı, bəstəkar, musiqi prodüseri; Ukraynanın ən məşhur caz musiqiçilərindən biri. Andrey Arnautov 27 avqust 1967-ci ildə Rostov-na-Donuda anadan olub. 1983-cü ildə Rostov İncəsənət Məktəbinin caz, bas gitara və kontrabas şöbəsinə daxil olub. 1986-cı ildə üçüncü kursun sonunda Qnesins adına Moskva Musiqi Kollecinə köçürülür və orada kontrabas sinfində təhsilini davam etdirir. Moskvada oxuyarkən o, özünün “Tranzit” qrupunu qurur, onunla müxtəlif caz festivallarında çıxış edir. SSRİ ərazisində müxtəlif cem-seanslarında iştirak edən hələ kifayət qədər gənc Andrey Arnautovun Pat Metheni, Dizzi Qillespi və Paul Horn kimi caz əfsanələri ilə eyni səhnədə olmaq şansı var idi. 1990-cı ildə Andrey Arnautov ABŞ-a köçür. Orada dünyanın ən nüfuzlu təhsil ocaqlarından birinə - Berkli Musiqi Kollecinə (Boston, ABŞ) daxil olaraq təqaüd alır. Berklidə oxuyarkən Andrey ara-sıra trubaçı Roy Harqrov, vibrafonçu Viktor Mendoza ilə birgə ifa edir.
Andrey Kotska
Andrey Andreyeviç Kotska (ukr. Андрій Андрійович Коцка; 23 may 1911, Ujqorod – 3 sentyabr 1987, Ujqorod) — Ukrayna-sovet rəssamı. Ukrayna SSR əməkdar incəsənət xadimi (1971), Ukrayna SSR xalq artisti (1982). Andrey Andreyeviç Kotska 23 may 1911-ci ildə Avstriya-Macarıstan dövlətinin bir hissəsi olan Ujqorod şəhərində (indiki Ukrayna) anadan olmuşdur. O, 1931-ci ildə Ujqorodda ictimai rəsm məktəbini bitirmişdir. Kotska Adalbert Erdeli və İosif Bokşayın şagirdi olmuşdur. O, təhsilini Roma Rəssamlıq Akademiyasının monumental rəssamlıq şöbəsində davam etdirmiş, buranı 1942-ci ildə bitirmişdir. Kotska 1946-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvü olmuşdur. O, 1977-ci ildən SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin üzvü və Ukrayna SSR Rəssamlar İttifaqı İdarə Heyətinin Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərmişdir. Kotska 1932-ci ildən rəsm sərgilərində iştirak etmişdir.
Andrey Dobroxodov
Andrey Dobroxodov (1 aprel 1984, Pervouralsk, Sverdlovsk vilayəti) — Azərbaycanı təmsil edən keçmiş fiqurlu konkisürəndir. O, 2005-ci ilin Azərbaycan milli çempionudur və üç dəfə yeniyetmələr arası dünya çempionatında (2001–2003) sərbəst skeyt üzrə yarışaraq Azərbaycanı təmsil edib.
Andrey Cons
Andrey Cons (23 sentyabr 1973, Piterboro[d], Kembricşir qraflığı[d]) — Birləşmiş Krallıqı təmsil edən triatlonçu. Andrey Cons Birləşmiş Krallıqı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı nəticəsiz başa vurdu. Daha sonra Andrey Cons Birləşmiş Krallıqı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 16-cı pillədə başa vurdu.
Andrey Jdanov
Andrey Aleksandroviç Jdanov (rus. Андре́й Алекса́ндрович Жда́нов; 14 (26) fevral 1896, Mariupol, Yekaterinoslav quberniyası – 31 avqust 1948[…], Moskva) — sovet siyasətçisi və ideoloqu. O, 1940-cı illərdə Sovet İttifaqının "baş təbliğatçısı" kimi təsvir edilib və İosif Stalinin ölümünə qədər qüvvədə qalan sovet mədəniyyət siyasətinin, "Jdanov doktrinasının" hazırlanmasına cavabdeh olub. Jdanov Stalinin ən böyük ehtimal olunan varisi hesab olunurdu, lakin ondan əvvəl vəfat edib. Ukraynanın Mariupol şəhərində anadan olan Jdanov 1915-ci ildə bolşeviklərə qoşulub və tez bir zamanda partiya sıralarında yüksəlib. Stalinin yaxın adamı olan Jdanov, 1934-cü ildə Mərkəzi Komitənin katibi, həmin ilin sonunda isə Sergey Kirovun qətlindən sonra Leninqrad partiyasının sədri vəzifəsinə yüksəldi. O, Böyük təmizləmə zamanı böyük rol oynamağa davam edəcəkdi. 1939-cu ildə Siyasi Büronun həqiqi üzvü, Kommunist Partiyasının ikinci katibi və Mərkəzi Komitənin təbliğat şöbəsinin müdiri vəzifələrinə irəli çəkildi. Jdanovun siyasi mövqeyi İkinci Dünya müharibəsinin başlanğıcında SSRİ-Fin müharibəsi ilə əlaqəsi və Molotov-Ribbentrop paktının uğursuzluğu səbəbindən əhəmiyyətli dərəcədə sarsıldı. Buna baxmayaraq, o, Estoniyanın Sovet İttifaqı tərəfindən ələ keçirilməsinə nəzarət etmiş və Leninqradın müdafiəsində aparıcı rol oynamışdır.
Andrey Lunyov
Andrey Yevgenyeviç Lunyov (13 noyabr 1991, Moskva) — Rusiyalı futbolçu. 13 noyabr 1991-ci ildə Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Hal hazırda Ağdamın "Qarabağ FK"-da qapıçı mövqeyində çıxış edir. Andrey Yevgenyeviç Lunyov həmçinin Rusiya milli futbol komandası da yer alır. 29 iyul 2015-ci ildə Andrey Lunyovun "Ufa" klubuna 1 illik müqavilə ilə qoşulacağı təsdiqləndi. O, Rusiya Premyer Liqasında ilk oyununu Ufa üçün 11 sentyabr 2016-cı ildə Krasnodar FK ilə oyunda etdi. Lunyov 23 dekabr 2016-cı ildə "Zenit" klubuna transfer oldu və klub ilə 4.5 illik müqavilə imzalayıb. 10 iyul 2021-ci ildə "Bayer Leverkuzen" ilə 2 illik müqavilə imzalayıb. 19 avqust 2023-cü ildə "Qarabağ FK"la müqavilə imzalayıb. O, Rusiya milli futbol komandasının heyətində 10 oktyabr 2017-ci ildə İranla yoldaşlıq oyununda ilk oyununa çıxdı.
Andrey Qluşenko
Andrey Qluşenko (23 oktyabr 1977, Kirovoqrad) — Ukraynanı təmsil edən triatlonçu. Andrey Qluşenko Ukraynanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 11-ci pillədə başa vurdu. Daha sonra Andrey Qluşenko Ukraynanı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı nəticəsiz başa vurdu. Növbəti dəfə Andrey Qluşenko Ukraynanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı nəticəsiz başa vurdu.
Andrey Rubin
Andrey Rubin (latış. Andrejs Rubins‎; 26 noyabr 1978, Riqa – 1 avqust 2022) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Latviya futbolçusu. Məşqçi. Latviya milli futbol komandasının keçmiş üzvü. Riqa "Dauqava"sının Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Peşəkar futbolçu karyerasına 1996-cı ildə, Futbol üzrə Latviya İkinci Liqasında çıxış edən "Auda" komandasında başlayıb. 1997-ci ildə İsveçə gedib və burada Yüksək Liqa təmsilçisi "Ester"də forma geyinib. 1998-ci ildə vətəninə qayıdıb və "Skonto" komandası ilə müqavilə imzalayıb. 1998–2000-ci illər ərzində "Skonto"nun heyətində ümumilikdə 91 oyuna çıxıb və 22 qol vurub. Komandası ilə birlikdə 3 dəfə Latviya çempionatının, 2 dəfə isə Latviya Kubokunun qalibi olub.
Andrey Ştoltsers
Andrey Ştoltsers (latış. Andrejs Štolcers‎; 8 iyul 1974, Riqa) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Latviya futbolçusu. Məşqçi. Latviya milli futbol komandasının keçmiş üzvü. Andrey Ştoltsers 8 iyul 1974-cü ildə Riqa şəhərində anadan olub. 3 yaşından hokkeylə məşğul olmağa başlayıb. 8 yaşında ikən Latviya SSR-də öz yaş qrupunda ən yaxşı hokkeyçi seçilib. 14 yaşında olarkən "Dauqava" futbol klubunun gənclər komandasının məşqçisi ilə söhbətdən sonra hokkeyi futbola dəyişmək qərarına gəlir. Peşəkar futbolçu karyerasına 1992-ci ildə, adını bir il sonra "Olimpiya"ya dəyişəcək "Kompar/Dauqava" komandasında başlayıb. 1996-cı ildə Aleksandr Starkovun dəvəti ilə "Skonto"ya keçib.
Andrey
Andrey — yunan kişi adı. Həvari Andrey — İsanın on iki həvarisindən biri. Andrey Fedçuk — Ukraynalı boksçu. Andrey Kolesnikov — futbol məşqçisi. Andrey Kuptsov — məşqçi Andrey Markov — professor, akademik, Rusiya riyaziyyatçısı. Andrey Stepanov — Estoniya futbolçusu, Andrey Vlasov — SSRİ generalı.
Andrey Korotayev
Andrey Korotayev (Rusca: Андре́й Вита́льевич Корота́ев; 17 fevral 1961, Moskva) — rus iqtisadçı, tarixçi və şərqşünas. O sosial və iqtisadi proseslərin riyazi modelləşdirilməsini hazırlamışdır. O, Yaxın Şərq tarixinin öyrənilməsinə böyük töhfələr vermişdir. Ayrıca İslamın mənşələrini araşdıran əhəmiyyətli bir qatqı etdi. O, həmçinin sosial inkişaf nəzəriyyəsi öz xidmətlərinə görə tanınır. Onun kitabları və məqalələri Türkiyə, Almaniya, Avstraliya, Avstriya, Belçika, İspaniya, ABŞ, Fransa, Macarıstan, Böyük Britaniya, İtaliya, Yeni Zellandiya, İsveç, Belçika, Çin, Yaponiya, Misir, və digər ölkələrdə çap edilmişdir. Great Divergence and Great Convergence. A Global Perspective (New York: Springer, 2015). Andrey Korotayev. Ancient Yemen.
Andrey Kostriçkin
Aktyor Andrey Aleksandroviç Kostriçkin 24 avqust 1901-ci ildə anadan olub. Leninqrad İncəsənət İnstitutunda təhsil alıb. Leninqrad Gənc Tamaşaçılar Teatrında (1938–1941), Blokada Teaarında (1942) çalışıb. Rusiyanın əməkdar artisti (1935) Andrey Kostriçkin 26 fevral 1973-cü ildə vəfat edib.
Andrey Kovalevski
Andrey Petroviç Kovalevski (1 fevral, 1895–29 noyabr, 1969)— Sovet şərqşünası, tarixçi, etnoqraf, tarix elmləri doktoru və professoryj. Andrey Petroviç Kovalevski 1 fevral 1895-ci ildə Rusiya imperiyasının Xarkov quberniyasında anadan olmuşdu. Andrey Kovalevski 29 noyabr 1969-cu ildə Xarkovda vəfat edib. Абу-л-Хасан 'Алi ал-Мас’удi як учений // Ученi записки [Харкiвського унiверситету]. Т. 78: Труди iст. фак. 1957. Т. 5. Амiн Рейхан. Революцiя.
Andrey Kozlov
Andrey Kozlov (rus. Андрей Козлов; d. 25 dekabr 1960, Luqansk, Ukrayna SSR, SSRİ) — rusiyalı teleaparıcı, rejissor və prodüser. "Nə? Harada? Nə zaman?" elitar klubunun magistrı. "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının prezidenti. "İqra-TV" telekanalının baş direktorunun baş prodüseri və birinci müavini.
Andrey Kulikov
Andrey Kulikov (ukr. Андрі́й Ві́кторович Кулико́в; 27 sentyabr 1957, Kiyev) — Sovet və Ukrayna jurnalisti, redaktor, televiziya və radio aparıcısı, aktyor, media eksperti və media məşqçisi. Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini beynəlxalq münasibətlər ixtisası üzrə bitirmişdir; ingilis dilinin referent-tərcüməçisi. 1979–1992-ci ildə Ukrayna SSR-nin xaricdə ingilisdilli təbliğat qəzeti olan "News from Ukraine" (Kiyev) qəzetinin müxbir şöbə müdiri, baş redaktorun müavini olur. 1992–1995-ci ildə ВВС Ukrayna bölümünün prodüseri, baş prodüseri işləyir. 1996-cı ildə İnternyus MMC telekanalının xəbərlərinin baş redaktoru, baş redaktor müavini olur. 1997–1998 — Aleksandr Tkaçenkonun dəvəti ilə gəldiyi Studio 1 + 1 kanalının televiziya xəbərlər xidmətinin idarəedici redaktoru, direktor müavini işləyir. 1998–1999-cu illərdə "Novıy Kanal"ın baş redaktoru, həmçinin canlı yayımların, xüsusən də Studio layihəsinin aparıcısı kimi fəaliyyət göstərir. 2000 — Gecə dramaturgiyası proqramının (STB) müəllif-aparıcısı olur. 2000–2007-ci illərdə BBC Ukrayna Xidmətinin radio prodüseri (London) olur.
Andrey Kuptsov
Andrey Kuptsov(ukr. Андрій Сергійович Купцов; 23 yanvar 1971, Krivoy Roq, Dnepropetrovsk vilayəti) - keçmiş profesional futbolçu. Andrey Kuptsov 1993-cü ildə məşqçilik üzrə Smolensk Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir. avqust/1989- yanvar/1995 "Şaxtyor" (Donesk) yanvar/1995- iyun/1995 "Kolos" (Rusiya) avqust/1995-iyul/1998 "Krivbass"(Krivoy Roq) avqust/1998-iyul/1999 "Torpedo"(Zaporejes) iyul/1999-aprel/2001 "Metallurq" (Donesk) 2002-ci ildən 2007-ci ilədək "Krivbass" (krivoy Roq) Futbol Klubunda məşqçi vəzifəsində çalışmışdır.
Andrey Linkoln
Endrü Linkoln (Tam adı: Endrü Ceyms Klatterbak; 14 sentyabr 1973, London) — İngiltərə aktyoru. Onun ilk rollarından biri BBC kanalında yayımlanan "Bu həyat" serialındakı Egg olub. Aktyor həmçinin "Müəllimlər" sitkomundakı Saymon Keysi personajını ifa edib. Onun uğuru milad temalı romantik komediya filmi "Gerçək sevgi" ilə daha da artıb. Linkoln "Gəzən ölülər" teleserialında canlandırdığı Rik Qrayms personajı ilə əhəmiyyətli dərəcədə tanınma qazanmışdır. Endrü Linkoln 14 sentyabr 1973-cü ildə Londonda anadan olmuşdur. Onun atası mühəndis, anası isə Cənubi Afrikalı tibb bacısıdır. O, 18 aylıq olarkən Kinqston-apon-Halla köçmüşdür. Sonralar səkkiz və ya doqquz yaşında olarkən Batda məskunlaşmışdır. O, təhsil almaq üçün Beechen Cliff School-a getdi və burada 14 yaşında ilk dəfə aktyorluq etmək şansı qazandı.
Andrey Lunin
Andrey Alekseyoviç Lunin (ukr. Андрій Олексійович Лунін, 11 fevral 1999, Krasnoqrad[d], Xarkov vilayəti) — İspaniyanın Real Madrid klubunda və Ukrayna millisində qapıçı mövqeyində çıxış edən oynayan ukraynalı peşəkar futbolçudur. Andrey xarkov futbolunun yetirməsidir. 2005–2010-cu illərdə Krasnoqrad UGİM-ində, 2007-ci ildən həm də paralel olaraq həftə sonlarından etibarən Xarkov Arsenalında oynayırdı. 2010–2014-cü illərdə isə Xarkovun digər təmsilçisi Metallistin akademiyasında futbolun sirrlərinə yiyələndi. 2016-cı ilin yayında gənclər idman məktəbini bitirdikdən sonra Dneprin eyniadlı klubunun ehtiyat komandasında oynadı. İlk dəfə əsas komandanın heyətində Lunin 17 yaşında start heyət oyunçusu olaraq 16 oktyabr 2016-cı il tarixində Ukrayna Premyer Liqasında Lvovun Karpatı klubu ilə matçda çıxdı. Mövsümün qalan hissəsində klubun liqada və klub yarışlarında cəmi 25 matçda oynamasına baxmayaraq ilk seçim qapıçısı idi, lakin mövsümün sonunda maliyyə pozuntuları səbəbindən Dnepr birbaşa Ukrayna İkinci liqasına (futbolun üçüncü səviyyəsi) düşdü və Luninin də daxil olduğu bir çox oyunçunun klubdan ayrılmasına icazə verildi.
Andrey Markov
Andrey Andreyeviç Markov (rus. Андре́й Андре́евич Ма́рков; 2 (14) iyun 1856, Ryazan – 20 iyul 1922[…], Petroqrad) — rus professor, akademik və riyaziyyatçı. Ehtimal nəzəriyyəsi, ədədlər nəzəriyyəsi və riyazi analiz sahəsində işləri var.
Andrey Martınov
Andrey Leonidoviç Martınov (rus. Андрей Леонидович Мартынов; 24 oktyabr 1945, İvanovo, SSRİ) — sovet və Rusiya teatr və kino aktyoru, Rusiyanın xalq artisti (1994), SSRİ Dövlət Mükafatı laureatı (1975). Andrey Martınov 24 oktyabr 1945-ci ildə İvanovoda anadan olub. A.Lunaçarski adına Dövlət Teatr İnstitutunda təhsil alıb (1970). Moskva Gənc Tamaşaçılar Teatrında (1970-1972), Dram Teatrında (1972-1981), M.Qorki adına Kinostudiyda (1981) çalışıb. SSRİ Dövlət mükafatı laureatı (1975), Rusiyanın xalq artistidir (1994).
Andrey Mazunov
Andrey Mazunov (31 mart 1967) — Sovet İttifaqını, Birləşmiş Komandanı və Rusiyanı təmsil edən stolüstü tennisçi. Andrey Mazunov Sovet İttifaqını 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Andrey Mazunov Birləşmiş Komandanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Andrey Mazunov Rusiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Andrey Melniçenko
Andrey Melniçenko (21 may 1992) — Rusiyalı xizək yürüşçüsü. Andrey Melniçenko Rusiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Andrey Melniçenko birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Melniçenko 3:22.27 saniyəlik nəticəsi ilə 80 atlet arasında 48-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Andrey Mironov
Andrey Mironov (7 mart 1941, Moskva – 16 avqust 1987, Riqa) — sovet kino və teatr artisti, rejissor, ssenarist, estrada müğənnisi, RSFSR-in xalq artisti. Andrey Mironov 7 mart 1941-ci ildə Moskva şəhərində anadan olmuşdur. Tanınmış estrada artistləri Aleksandr Seminoviç Menaker və Mariya Vladimirovna Mironovanın övladıdır. Artist 7 mart tarixində anadan olsa da, valideynləri doğum tarixini 8 mart yazdırmışlar və belə bir söz işlədirdilər "Andrey - 8 mart üçün qadınlara bir hədiyyədir." 1948-ci ildə Moskva şəhər 170 saylı oğlanlar məktəbində birinci sinifə başlayıb. 1950-ci ildə valideynləri onun soyadını dəyişib Mironov adlandırmışlar.
"Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya Federasiyası)
Müqəddəs apostol Andrey Pervozvannı ordeni — Rusiya Federasiyasının ali ordeni. Rusiya Federasiyası Prezidentinin 1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanı ilə bərpa olunub.. Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanından çıxarış: Müqəddəs apostol Andrey Pervozvannı ordeni Rusiya Federasiyasının ali dövlət mükafatı sayılır. Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə və digər vətəndaşlar Rusiya Federasiyasının görkəmli dövlət və ictimai xadimləri, Rusiyanın şöhrəti və əzəməti çiçəklənməsinə səbəb olan müstəsna xidmətlərinə görə təltif olunur. Xarici dövlətlərin başçıları və hökumət rəhbərləri Rusiya Federasiyası qarşısında görkəmli xidmətlərinə görə Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif oluna bilər. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanı bu orden zəncirindən və ya rozetdə çiyin üzərində dolaşır. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanın zəncirində taxılmasına xüsusilə təntənəli hallarda yol verilir. Rozetdə çiyin üzərində onun Müqəddəs apostol Andrey Pervozvannı ordeninin işarəsi sağ çiynə keçirilir. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin ulduzu sinənin sol tərəfində, aşağıda orden kötükləri, orden özü solda yerləşir. Döyüş əməliyyatlarında fərqlənməyə görə nişanını və ulduz ordeni ilə təltif edilmiş Müqəddəs apostol Andrey Pervozvannı qılınclarla ilə verilir.
Aleksandr Andreyev
Aleksandr Fyodoroviç Andreyev (10 dekabr 1939, Leninqrad – 14 mart 2023) – rus nəzəriyyəçi-fiziki. SSRİ EA-nın akademiki (1987). REA-nın vitse-prezidenti (1931-ci ildən) və fizika elmləri bölməsinin akademik katibi (2002-ci ildən). Moskva Fizika-Texnika İnstitutunu (MFTİ) bitirdikdən sonra (1961), REA-nın R. L. Kapitsa adına Fizika Problemləri İnstitutunda işləyir, 1990-cı ildən oranın direktorudur. Andreyev MFTİ-nin professorudur (1979-cu ildən). "Eksperimental və nəzəri fizika" jurnalının baş redaktorudur (1997-ci ildən). Lenin mükafatı ilə təltif olunmuşdur.(1986) . Əsas elmi işləri aşağı temperaturlar fizikasına və bərk cismlər fizikasına, ifratkeçiriciliyə, statistik fizikaya həsr olunmuşdur. İfratkeçiricilərdə dinamik aralıq hal nəzəriyyəsini yaratmışdır. Elektronların ifratkeçirici-normal metal sərhəddindən əksolunması xüsusiyyətlərini müəyyənləşdirmişdir.
Dmitri Andreykin
Dmitri Vladimiroviç Andreykin (rus. Дмитрий Владимирович Андрейкин, 5 fevral 1990, Ryazan, Rusiya Sovet Federativ Sosialist Respublikası) Rusiya şahmatçısı, qrosmeyster (2007). 2010-cu il gənclər arasında Dünya Çempionatının qalibidir. 2011-ci ildə Baku Open turnirində 2–3-cü yerləri bölüşdürmüşdür. 2012-ci ilin avqustunda Andreykin Moskvada keçirilən 65-ci Rusiya Çempionatının qalibi olmuşdur. 2013-cü ilin iyununda Mixail Talın Xatirə turnirində Andreykin ən aşağı əmsallı oyunçu idi, lakin yarış boyu səkkiz heç-heçə etməsi və Vladimir Kramniki məğlub etməsi ilə üçüncü yeri bölüşdürdü. 2013-cü ildə Norveçdə keçirilmiş Dünya Kubokunda Andreykin Vladimir Kramnikə məğlub olaraq ikinci oldu. Bu nəticə ilə o, 2014-cü il Namizədlər turnirinə vəsiqə aldı. 2014-cü il oktyabr-noyabr aylarında Daşkənddə keçirilən FİDE Qran-Pri turnirində o, 2852 performans ilə yarışın qalibi oldu. Dmitry Andreikin.
Həvari Andrey monastırı
Apostola Andreya monastırı (yun. Απόστολος Ανδρέας ; türk. Apostolos Andreas Manastırı) ― Karpaz yarımadasındakı Dipkarpaz şəhərində, Kipr adasının ən şimal-şərq nöqtəsi olan Zəfər burnunun cənubunda yerləşən monastır. Monastır Həvari Andreyə həsr olunmuşdur və Kipr Pravoslav Kilsəsi üçün vacib yerdir. Həm yunan, həm də türk icmaları monastırı müqəddəs yer hesab edirlər. Monastırın inşasının ənənəvi hekayəsində deyilir ki, Həvari Andreyi daşıyan gəmi Müqəddəs torpaqlara səyahət edərkən yoldan çıxaraq buradakı qayalara dəyir. Sahilə çıxan Andrey və heyət qayalara toxunmuş və bir anda oradan bulaq qaynayır. Sular bir gözü kor olan gəmi kapitanının görmə qabiliyyətini bərpa edərək şəfa gücünə sahib olduğunu sübut edir. Bundan sonra ərazi ziyarət yerinə çevrilir. 12-ci əsrdə burada İsaak Komninin Şirürəkli I Riçarda təslim olması barədə danışıqlar apardığı, istehkamla əhatə olunmuş monastır mövcud idi.
Leonid Andreyev
Leonid Nikolayeviç Andreyev (rus. Леони́д Никола́евич Андре́ев) (9 (21) avqust 1871[…], Oryol[…] – 12 sentyabr 1919[…]) Rus ədəbiyyatında ekspressionizmin atası hesab edilən rus dramaturqu, romançı və qısa hekayələr yazıçısı idi. O, dövrünün ən istedadlı və məhsuldar nümayəndələrindən biri kimi qəbul edilir. Andreyevin üslubu ədəbiyyatda realist , naturalist və simvolist elementlərini özündə birləşdirir. 25 pyesdən 1915 -ci ildə yazdığı “Şillələnən” əsəri onun ən yaxşı uğuru hesab olunur. Andreyev 1871-ci ildə Rusiyanın Orel şəhərində anadan olub. 1891-ci ildə Sankt- Peterburq Universitetinə daxil olur amma yoxsulluq üzündən universiteti atmağa məcbur olur. 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib, ancaq bir il hüquqla maraqlanıb. O, Moskvanın “Moskovskiy Vestnik” qəzetinin polis-məhkəmə müxbiri kimi işləməyə başladı. Andreyev ilk hekayəsi olan, "Kasıb bir tələbə haqqında" əsərini nəşr etdi.
Mixail Andreyev
Mixail Andreyev (24 sentyabr 1873 və ya 1873, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 10 noyabr 1948 və ya 1948, Düşənbə) – rus etnoqrafı və dilçisi; iranşünas. SSRİ EA müxbir üzvü (1929), Özbəkistan SSR EA akademiki (1943). Orta Asiyada bir çox elmi ekspedisiyaya rəhbərlik etmiş, Orta Asiya və Hindistan xalqlarının etnoqrafiyasına dair zəngin kolleksiya toplamışdır. Taciklərin məişətini, incəsənətini, qədim adət-ənənələrini, habelə Şərqi İran dillərini tədqiq etmişdir.
Müqəddəs apostol Andrey Pervozvannı ordeni (Rusiya Federasiyası)
Müqəddəs apostol Andrey Pervozvannı ordeni — Rusiya Federasiyasının ali ordeni. Rusiya Federasiyası Prezidentinin 1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanı ilə bərpa olunub.. Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanından çıxarış: Müqəddəs apostol Andrey Pervozvannı ordeni Rusiya Federasiyasının ali dövlət mükafatı sayılır. Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə və digər vətəndaşlar Rusiya Federasiyasının görkəmli dövlət və ictimai xadimləri, Rusiyanın şöhrəti və əzəməti çiçəklənməsinə səbəb olan müstəsna xidmətlərinə görə təltif olunur. Xarici dövlətlərin başçıları və hökumət rəhbərləri Rusiya Federasiyası qarşısında görkəmli xidmətlərinə görə Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif oluna bilər. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanı bu orden zəncirindən və ya rozetdə çiyin üzərində dolaşır. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanın zəncirində taxılmasına xüsusilə təntənəli hallarda yol verilir. Rozetdə çiyin üzərində onun Müqəddəs apostol Andrey Pervozvannı ordeninin işarəsi sağ çiynə keçirilir. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin ulduzu sinənin sol tərəfində, aşağıda orden kötükləri, orden özü solda yerləşir. Döyüş əməliyyatlarında fərqlənməyə görə nişanını və ulduz ordeni ilə təltif edilmiş Müqəddəs apostol Andrey Pervozvannı qılınclarla ilə verilir.
Nikolay Andreyev
Nikolay Andreyev (dilçi) — Sovet və Rusiya dilçisi. Nikolay Andreyev (fizik) — rus fiziki, Rusiyada akustikanın banisi.
Nikolay Andreyev (dilçi)
Nikolay Dvbnhbyeviç Andreyev (rus. Николай Дмитриевич Андреев, 16 fevral 1920 — 15 noyabr 1997) — Sovet və Rusiya dilçisi. N.D. Andreyevin 1986-cı ildə çap etdirdiyi "Ranne-indoevropeyskiy praəzık" əsəri yalnız Hind-Avropa dillərini deyil, müəllifin Ural və Altay dilləri adlandırdığı dilləri də əhatə edir. Bu dillər boreal (lat. boreus – şimal) yerləşmə əsasında tədqiqata cəlb edilmiş, Ural ətrafı və Altay səmtində yaşayan xalqların -tunqus və mancurların dilləri də əhatə olunmuşdur. Yunan, fin, sanskrit, evenk, latın, litva, nanay, eston, Avesta, qot, xantı, oroç, xett, qədim alman, nehid, qədim slavyan, ulç, oroq, Veda, udagir, erməni və s. dillərdən gətirilən faktlar göstərir ki, müəllifin müqayisə dairəsi Hind-Avropa dilləri ilə məhdudlaşmamışdır. Bu dillərin bir qismi Tunqus-Mancur dil ailəsinə aiddir (nanay, evenk,ulç, oroq, nehid və s.). Müəllifin tədqiqat, müqayisə, uyğunlaşdırma üsulu da maraqlıdır. Müəllif 203 kök sözün etimoloji müqayisəsi əsasında bu qənaətə gəlmişdir ki, "Mövcudluğunun başlanğıc mərhələsində erkən Hind-Avropa (EHA) ulu dili boreal ulu dil (BUD) daxilində müstəqil qol kimi ayrılaraq, uzun müddət boreal ulu dil tipologiyasından aldığı irsi tam şəkildə saxlamışdır." A.S.Melniçuk "Dünya dillərinin ümumi qohumluğu haqqında" məqələsi ilə buşmenlərin və huttentotların dillərindən başqa, Yer üzündəki bütün dil ailələrinin qohumluğunu, bir kökdən, bir ulu dildən törəmiş olduğunu daha əsaslı şəkildə, orijinal bir üslubda sübuta çalışmışdır.
Nikolay Andreyev (fizik)
Nikolay Andreyev – rus fiziki, Rusiyada akustikanın banisi. SSRİ EA akademiki (1953). Sosialist Əməyi Qəhrəmanı (1970). Moskva Ali Texniki məktəbində, Moskva və Höttingen Universitetlərin də oxumuş, Bazel Universitetini bitirmişdir (1909). 1940-cı ildən SSRİ EA Fizika İnstitutunda, 1954-cü ildən isə SSRİ EA Akustika İnstitutunda işləmişdir. Əsərləri rəqslər nəzəriyyəsinə, fiziki və texniki akustikaya aiddir. Hərəkətdə olan mühitdə səsin yayılma nəzəriyyəsini ilk dəfə Andreyev vermişdir. Andreyev pyezoelektrik, telefon nəzəriyyəsi və musiqi akustikası sahəsində mühüm tədqiqatlar aparmışdır. 3 dəfə Lenin ordeni ilə təltif edilmişdir.
Terri Andrey Devis
Terrens Andrey Devis (ing. Terrence Andrew Davis) — TempleOS əməliyyat sistemini yaradan və dizayn edən Amerikalı bir proqramçı. İnkişafı bir nəfər üçün olduqca mürəkkəb, vaxt aparan və qeyri-adi bir iş idi. Devis ayrıca sosial mediaya video bloglar göndərdi və ölümünə qədər bir izləyicini onlayn olaraq qurdu. Özünü tez-tez "indiyə qədər yaşamış ən ağıllı proqramçı" adlandırırdı. Yeniyetmə ikən, Devis Commodore 64-də montaj dilini öyrəndi. Arizona Dövlət Universitetində elektrik mühəndisliyi üzrə magistr dərəcəsi aldı və bir neçə il Ticketmaster-da VAX maşınları üçün proqramçı kimi çalışdı. 1996-cı ildə müntəzəm manik epizodlar yaşamağa başladı və bunlardan biri xəstəxanaya aparıldı. Başlanğıcda bipolyar pozğunluq diaqnozu qoyulan daha sonra şizofreniya xəstəsi olduğu elan edildi. Əlillik ödənişləri topladı və ölümündən bir il əvvəl valideynləri ilə birlikdə Las Veqasda yaşadı.
Yekaterina Andreyeva
Yekaterina Andreyeva (rus. Екатери́на Серге́евна Андре́ева; 27 noyabr 1965, Moskva, ) — Rusiyalı jurnalist, aktrisa, televiziya aparıcısı. 1995-ci ildən Rusiyanın "Pervıy" telekanalının "Vremya" proqramının aparıcısı olmuşdur. 2015-ci ilin oktyabr ayında rəhbərliklə münaqişə səbəbindən efirdən kənarlaşdırılmışdır.
Olena Andreyçeva
Olena Andreyçeva (ukr. Єлєна Андрейчева;XX əsr, Kiyev) — Ukrayna əsilli prodüser və rejissor. O, 11 yaşında Böyük Britaniyaya köçüb və daha sonra London İmperial Kollecində fizika sahəsi üzrə təhsil alıb. Bakalavr dərəcəsini başa vurduqdan sonra elm kommunikasiya istiqaməti üzrə magistr təhsili alıb. 2006-cı ildən televiziya filmlərinin istehsalı ilə məşğul olub. O, 2019-cu ildə çəkilmiş “Döyüş zonasında skeytbordda gəzməyi öyrənmək” (Əgər siz qızsınızsa) sənədli filminin prodüseridir və bu filmə görə o, Kerol Daysingerlə birlikdə 92-ci Akademiya mükafatlarında Ən yaxşı qısametrajlı sənədli film nominasiyasında Oskar mükafatını qazanmışdır. Onun Oskar tədbirinə geyindiyi paltarını o, "bərabərsizlik və ədalətsizliklə məşğul olan" işi şüarı ilə təqdim etmişdi. O, 2021-ci ildə Afina Elm Festivalında sənədli filmin insanlara elm və texnologiyanı anlamağa necə kömək edə biləcəyi haqqında danışıb. O, Rebekka Marşallın “Məndəki meşə” adlı sənədli filmində rejissor köməkçisi olub. Film Sibirdə çəkilib və Stalin dövründən faktiki olaraq geri çəkilən, ən yaxın adamından iki həftəlik məsafədə yaşayan yetmiş yaşlı qadın Aqafiya Lıkovadan bəhs edir.
Lavrenyov Boris Andreyeviç
Lavrenyov Boris Andreyeviç (5 (17) iyul 1891 və ya 17 iyul 1891, Xerson – 7 yanvar 1959[…], Moskva) — rus sovet yazıçısı, dramaturq. SSRİ Dövlət mükafatı laureatı (1946, 1950). "Külək" (1924), "Qırxbirinci" (1924; eyniadlı filimlər, 1927, 1956 povestlərində, "Ayrılma" (1927) pyesində inqilabi qəhrəmanlıq romantikası əks olunmuşdur. Yeddinci pyek" (1927), "Ağac üzərində qravür" (1928) povestləri "ziyalılar, xalq və inqilab" mövzusundadır. "Strateji səhv" (1934), "Böyük torpaq" (1935) povestləri, "Qaradənizçilər haqqında nəğmələr" (1943), "Dənizdəkilərin şərəfinə" (1945) dramları var. Bəzi hekayələri Azərbaycan dilində tərcümə olunmuş, "Qiyam" (1925), "Ayrılma" "Amerikanın səsi" (1950) dramları Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur. İki orden və medallarla təltiv edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 25.88 dəfə / 1 mln.
2002 •••• 6.85
2003 •••••••••• 18.11
2004 ••••••••••• 21.90
2005 ••••••••• 17.54
2006 ••••••••••• 20.72
2007 •••••••••••••• 26.43
2008 •••••••••••• 22.41
2009 •••••••••••••••••• 34.88
2010 •••••••••••••••••••• 39.67
2011 •••••••••••••••••••• 40.24
2012 ••••••••••••••• 28.91
2013 ••••••••••••• 25.82
2014 ••••••••••••••••• 32.95
2015 ••••••••• 16.50
2016 ••••••••••••••• 29.68
2017 ••••••••••• 20.49
2018 •••••••• 14.68
2019 ••••••• 13.21
2020 •••• 7.96

"andrey" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#andrey nədir? #andrey sözünün mənası #andrey nə deməkdir? #andrey sözünün izahı #andrey sözünün yazılışı #andrey necə yazılır? #andrey sözünün düzgün yazılışı #andrey leksik mənası #andrey sözünün sinonimi #andrey sözünün yaxın mənalı sözlər #andrey sözünün əks mənası #andrey sözünün etimologiyası #andrey sözünün orfoqrafiyası #andrey rusca #andrey inglisça #andrey fransızca #andrey sözünün istifadəsi #sözlük