adres sözü azərbaycan dilində

adres

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • adres • 81.5789%
  • Adres • 15.7895%
  • ADRES • 2.6316%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adres-kalendar
Adres-kalendar (rus. Адрес-календарь; mənası – ünvan-təqdim) — Rusiya imperiyasında rəsmi illik nəşr (1765–1916), bütün dövlət qurumlarının (mərkəzi və yerli) vəzifəli şəxslərinin siyahısı. Hazırda ünvan təqvimləri qiymətli elmi məlumat mənbəyidir, xüsusən də tarixi, genealoji, statistik sahədə. Rusiya Dövlət Kitabxanasının yaddaqalan kitabların axtarışı layihəsi çərçivəsində Rusiya imperiyasının rayon və quberniyalarında nəşr olunan məlum və itirilmiş adres-kalendarın siyahısı tərtib edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Адресные книги // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Cucumis melo var. adress
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
IP adresi
IP ünvanı (aypi-ünvan, ingilis dilindəki Internet Protocol address sözlərinin qısaltmasıdır) — internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı. İnternet sistemində kompüterlər iki variantda ünvana malikdirlər: rəqəm IP ünvanı və simvolik domen ünvanı. İnternetə qoşulan hər bir kompüterin öz IP ünvanı olur. Digər bütün kompüterlər bu IP ünvanla əlaqə saxlayırlar. İki ayrı kompüter eyni şəbəkədə olmasalar da IP ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir. Hal-hazırda ən çox istifadə edilməkdə olan IPv4 üçün 32 bit həcmində IP ünvanları istifadə edilir və nöqtələr ilə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir. Məsələn, 212.85.102.14. Belə işarələmə IP ünvanı forması adlanır. İnternet şəbəkəsinin istifadəçiləri üçün ünvanları bu sistemlə yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər istifadəçilərin ünvanlarının yaradılmasında "domen adları sistemi"ni (DNS) təklif etdilər. == Funksiyası == IP ünvanı iki əsas funksiyaya xidmət edir: hostu, daha dəqiq desək, onun şəbəkə interfeysini müəyyən edir və şəbəkədə hostun yerini və həmin hosta yol yaratmaq qabiliyyətini təmin edir.

adres sözünün leksik mənası və izahı

  • 1 [fr.] 1. Bir şəxsə, ya idarəyə göndərilən məktub və s.-nin üstündə həmin şəxsin yaşadığı, yaxud idarənin olduğu yeri və adını göstərən yazı; ünvan. 2. Bir şəxsin yaşadığı və ya bir idarənin olduğu yer; ünvan. Ancaq yaxşı düşün, yaxşı fikirləş! Adresim də budur… bizə gəl sabah. M.Müşfiq. 3. Yubiley münasibəti ilə, yaxud başqa bir münasibətlə bir şəxsə, ya idarəyə kollektiv və s. tərəfindən təqdim edilən təbriknamə, müraciətnamə.

    Azərbaycan dilinin izahlı lüğəti / adres

adres sözünün sinonimləri (yaxın mənalı sözlər)

adres sözünün rus dilinə tərcüməsi

  • 1 разг. I сущ. адрес. Bu adresə göndərin посылайте по этому адресу, adresi səhv salmaq ошибиться адресом, köhnə adresə по старому адресу II прил. Адресный. Adres kitabı адресная книга, adres stolu адресный стол, adres bürosu адресное бюро; adresinə kimin demək (danışmaq) говорить, сказать по чьему адресу

    Azərbaycanca-rusca lüğət / adres

adres sözünün ləzgi dilinə tərcüməsi

adres sözünün türk dilinə tərcüməsi

"adres" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#adres nədir? #adres sözünün mənası #adres nə deməkdir? #adres sözünün izahı #adres sözünün yazılışı #adres necə yazılır? #adres sözünün düzgün yazılışı #adres leksik mənası #adres sözünün sinonimi #adres sözünün yaxın mənalı sözlər #adres sözünün əks mənası #adres sözünün etimologiyası #adres sözünün orfoqrafiyası #adres rusca #adres inglisça #adres fransızca #adres sözünün istifadəsi #sözlük