* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Od. Atəşin təqazası yandırmaqdır. O xasiyyət daim onda büruz edər. “Əkinçi”. Hər tərəfi atəş sarımış, alovların təşkil etdiyi atəşin dairə dəqiqəbədəqiqə daralmaqda idi. A.Şaiq. Ocağın alovu sönüb tamam olurdu. Qıraqlarındakı atəşləri kül yavaş-yavaş cavanlığı qocalıq bürüyən kimi bürüyürdü. A.Divanbəyoğlu. // Ocaq mənasında. Atəş kənarı qış gününün laləzarıdır. (Ata. sözü). // məc. Klassik ədəbiyyatda adətən izafət tərkiblərində işlənir. Atəşi-eşqindən dil kabab olmuş; Dolanır, çevrilir pərvanələnmiş. M.V.Vidadi. Görən saətdə zövqümdən yıxıldım məstü layəqəl; Dağıldı əql başımdan, alışdı atəşi-sevda. Nəbati. 2. məc. İşıqsaçan şey, işıqsaçan nöqtə. Uzaqdan şəhərin saysız-hesabsız atəş nöqtələri görünürdü. 3. məc. Qızğınlıq, coşqunluq, hərarət, ehtiras mənasında. Gözləri atəş saçır. – Nəriman, içində alovlanan bir atəş duydu. Mir Cəlal. 4. Tüfəng və ya topdan atış. Hər atəşdə, hər hücumda düşmənlərə hər səfər; “Hədiyyələr” göndərirdik isti-isti güllələr! S.Rüstəm. Atəş halqasını keçib yönəldim; Dərhal məntəqənin üstünə gəldim. M.Rahim. Düşmən qurtara bilmir atəşindən başını. M.Seyidzadə. □ Atəş açmaq – 1) tüfəng və s.-dən atmağa başlamaq. Bu halda müsəlləh atlı kazaklar və jandarmlar camaatın qarşısını alaraq atəş açdılar. S.S.Axundov. [Nikitin] avtomatdan arasıkəsilməz atəş açdı. M.İbrahimov; 2) bax atəşə tutmaq 2-ci mənada. Dəmirov rayonun vəziyyətini ətraflı təhlil edərək, öz məruzəsində kəsirlərə qarşı atəş açmış(dı). S.Rəhimov. Atəşə tutmaq – 1) gülləyə basmaq, topa tutmaq. [Qəhrəman:] Mən burada dörd nəfər yoldaşım və bir pulemyot ilə həm körpünü, həm də meydanı yaxşıca atəşə tuta bilərdim. H.Nəzərli. Tuturlar onları qafil atəşə; Gizləyir dostları qalın bir meşə. M.Rahim; 2) şiddətli tənqid etmək (bu mənada, adətən, “tənqid atəşinə tutmaq” şəklində işlənir). Atəş xətti hərb. – atılan güllə və mərmilərin təsir dairəsi. İndi artıq Moskva atəş xəttindən uzaqdadır. M.Hüseyn. Yaylım atəşi – bax yaylım. // Atəş açmaq üçün hərbi komanda: atəş!
Azərbaycan dilinin izahlı lüğəti / atəş2 od, (Fars sözü kimi izah edilən bu adın əsasında "at-od" durur).
Azərbaycan kişi adlarının izahlı lüğəti / atəş3 f. 1) od; 2) odlu silahdan atəş; 3) yanma, yanğın; 4) m. işgəncə, sıxıntı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / atəş1 Fars mənşəlidir. “Od” deməkdir. Adam adı kimi də işlədilir.Atəşə tutmaq, buradakı tutmaq sözü tuş etmək kəlməsinin dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / atəş1 ATƏŞ I is. [ fars. ] Od, ocaq. Payızdır, elə bil soyumuş günəş; Daha tarlalara tökməyir atəş (B.Azəroğlu). ATƏŞ II is. [ fars. ] Tüfəng və ya topdan atəş. Tuturlar onları qafil atəşə; Gizləyir dostları qalın bir meşə (M.Rahim).
Azərbaycan dilinin omonimlər lüğəti / atəş2 I сущ. 1. огонь: 1) пламя 2) перен. пыл, жар, страстность. Sevgi atəşı огонь любви, nifrət atəşı огонь ненависти 3) ружейная или артиллерийская стрельба. Pulemyot atəşı пулемётный огонь, atəşi öz üzərinə çağırmaq вызвать огонь на себя 2. обстрел. Düşmən atəşi altında olmaq находиться под обстрелом противника II прил. 1. огненный. Atəş halqası огненное кольцо 2. огневой. Atəş nöqtəsi огневая точка, atəş movqeyi огневой рубеж; atəş! огонь! (военная команда), atəş açmaq открыть огонь, открыть стрельбу; atəşi kəsmək прекратить огонь, atəş xətti линия огня, yaylım atəşı залп, салют ◊ tənqid atəşi altında olmaq быть, находиться под огнём критики; tənqid atəşinə tutmaq kimi, nəyi подвергать, подвергнуть критике; atəşə tutmaq kimi взять под обстрел
Azərbaycanca-rusca lüğət / atəş1 I. i. 1. (od) fire; ~də yanmaq to be* burnt in the fire; (alov) flame; ~ püskürmək to shoot out flames; 2. məc. heat, ardour, passion; ~i söndürmək (sakitləşmək) to cool one’s heat; məhəbbət ~i a pas sion of love; nifrət ~i a passion of hate; 3. (odlu silahla) fire; ~ açmaq to fire (at), to shoot* (at), to open fire (at); tüfəngdən ~ açmaq to fire a rifle; tapançadan ~ açmaq to fire a pistol; ~i dayandırmaq to stop / to cease fire; top ~i gunfire; tüfəng ~i small-arms fire; ~ə tutmaq to fire (at, upon), to centre fire (on); topla ~ə tutmaq to shell (d.); pulemyotla ~ə tutmaq to machine-gun (d.); ~ altında under fire; ~lə oynamaq to play with fire; Atəş! Fire! II. s. fire; ~ əmri fire command / order; ~ nöqtəsi fire nest; ~ xətti line of a fire
Azərbaycanca-ingiliscə lüğət / atəş1 is. 1) feu m ; tir m ; charge f ; flamme f ; 2) ardeur f ; impétuosité f ; fougue f ; ~açmaq faire feu ; tirer vi ; ~ mövqeyi position f de feu ; ~ nöqtəsi point m de feu ; ~ seyrək şəkildə dəvam edir le feu continue sporadiquement ; ~ xətti ligne f de feu ; ~ə tutmaq tirer sur qn, qch ; ~i dayandırmaq (kəsmək) cesser le feu ; düşmən ~i altında sous le feu de l’ennemi ; yaylım ~ salve f ; pulemyot ~inə tutmaq mitrailler vt ; tənqid ~inə tutmaq critiquer vertement qn, qch ; çarpaz ~ feu croisé ; cinahlardan uzununa ~ açmaq hərb. flanquer vt ; Atəş! Feu!
Azərbaycanca-fransızca lüğət / atəş1 [fars.] 1. цӀай; гугу; // къул манада; 2. пер. экв гудай затӀ, экв чукӀурдай нукьта; 3. пер. къизмишвал, шевривал, гьевес; 4. ягъун (тфенгдай ва я тупунай); atəş açmaq а) тфенгдай ва я тупунай ягъун; б) кил. atəşə tutmaq б); atəşə tutmaq а) цӀай гун, гугу гун, гуьлле гун (тупунив, тфенгдив); б) пер. гугу гун, кӀевидаказ туьнбуьгь авун; atəş xətti воен. язавай тупунин ва я тфенгдин гуьллейри эсер ийидай кьван мензил; yaylım atəşi кил. yaylım.
Azərbaycanca-ləzgicə lüğəti / atəş