Yenpxyendo adasının atəşə tutulması
Yonpxöndo adasının atəşə tutulması — Cənubi Koreyanın Yonpxöndo adasının atəşə tutulması 2010-cu il noyabrın 23-də Şimali Koreya tərəfindən baş vermişdir. Adaya azı 200 mərmi buraxılmışdır. Nəticədə 4 cənubi koreyalı həlak olmuş, 16 isə yaralanmışdır, eyni zamanda 60–70 yaşayış evi yanmışdır.
BMT-nin baş katibi Pan Gi Mun Cənubi Koreya ərazisinə hücumu "1953-cü ildə müharibənin başa çatmasından bu yana ən pis insident" adlandırıb. Şimali Koreya da ABŞ hərbçilərinin dəniz sərhədlərinin dəqiqləşmədiyi bir məkanda hərbi təlimlərdə iştirak etməsinin müharibəyə yol açacağı barədə xəbərdarlıq edib.