anti sözü azərbaycan dilində

anti

Yazılış

  • anti • 84.5686%
  • Anti • 15.3208%
  • ANTİ • 0.1106%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anti-Dürinq
"Anti-Dürinq" (1876 -1878) — Fridrix Engelsin əsas əsərlərindən biri. Bu kitabda Engels marksizmin hər üç tərkib hissəsinin: fəlsəfə, siyasi-iqtisad, elmi kommunizmin klassik təfsirlərini verir. Formal olaraq bu kitab Yevgeni Dürinqin iddialarına bir cavab idi, amma əslində polemika, satira və tənqid ruhunda yazılan kitab özlüyündə marksizmin dərsliyinə çevrildi. Y. Dürinq isə məhz bu kitab sayəsində tarixə düşdü. 1876 -1878 illərdə kapitalizmin sürətli, ancaq nisbətən dinc inkişafı zamanı yazılıb. Bununla belə həmin dövrdə kapitalist istehsal üsülünda müəyyən köklü dəyişikliklər baş verirdi. Paris kommunasının yatırımasında iştirak etmiş Bismark Almaniyası sənaye istehsalının inkişaf sürətinə görə Avropada birinci oldu. Belə tez inkişaf Almaniyada məlum sinfi ziddiyətlərin yaranmasına səbəb olurdu. Belə şəraitdə Almaniyada marksizm yayılmağa başladı. Bununla belə Almaniyada bir çox başqa sistemsiz, bəzən bir birinə zidd nəzəri baxışları eyni zamanda özündə birləşdirməyə çalışan "nəzəriyələr" yaranmağa başladı.
Anti-Masonluq
Antimasonluq — masonluğa açıq bir müxalifət olan bir cərəyan. Bununla birlikdə antimasonluğun bircinsli hərəkatı möcud deyil. Antimasonluq masonluğa düşmən olan bəzən bir-birinə kəskin formada uyğun olmayan qrupların tənqidi iradlarından ibarətdir. == İlkin antimason sənədləri == Ən erkən antimason sənədi, 1698-ci ildə mətbut nazirliyi tərfindən dərc olunan Vinter adlı bir vərəqə olur. Burada bildirilir: == Siyasi antimasonluq == === Amerika antimasonluğu (1830 - 1850) === 1826-cı ildə Villiam Morqan Nyu-Yorkun kiçik Batavia şəhərindən itkin düşdü. Masonluğun sirlərini yayımlamaqla hədələyən Morqan onun rituallarını dərc etdirir. Onun yoxa çıxması bəziləri tərəfindən masonlar tərəfindən qaçırıldığını və öldürüldüyünü iddia etməsinə əsas formalaşdırır. Morqanın yoxa çıxması masonlara qarşı bir sıra etirazlara səbəb olur və nəticədə siyasi aləmə yayılır. Antimason Terlou Vidin rəhbərliyi altında anticeksonist hərəkatı (Endrü Cekson mason olduğu üçün) Antimason Partiyasına çevrilir. Bu siyasi partiya 1828 və 1832-ci illərdə prezidentliyə namizədliyini irəli sürmüşdür, lakin 1835-ci ilə qədər partiya Pensilvaniyadan başqa hər yerdə dağılır.
Anti-detonatorlar
Antidetonatorlar - (antiknok agentləri) motor yanacaqlarının oktan ədədini artırmaq və mühərrikdə səs ehtimalını azaltmaq üçün onlara az miqdada əlavə olunan maddələrdir. Yanacaqların antidetonasiya qabiliyyətini artırmaq imkanı verən maddələrin siyahısı genişdir, lakin onların heç də hamısı texnoloji məhdudiyyət və ya ekoloji səbəblərdən istifadə edilə bilməz. == Metil-tret-butil efiri == Metil-tret-butil efiri (MTBE) hal-hazırda ən perspektiv antidetonator hesab olunur. Rusiyada onun avtomobil yanacağına 15% əlavə olunmasına icazə verilmişdir. Yol testlərinin nəticələrinə görə, tərkibində 7-8% MTBE olan qurğuşunsuz benzin bütün sürətlərdə etilləşdirilmiş benzindən yaxşıdır. MTBE kəskin qoxulu rəngsiz şəffaf bir mayedir. Qaynama temperaturu 54-55 °C, sıxlığı 0,74 q / sm3- dir. Tədqiqat üsuluna görə oktan ədədi 115-135-dir. MTBE-nın ümumdünya illik istehsalı on milyon tonlarla ölçülür. Potensial antdetonator kimi etil-tret-butil efiri, tret-amil metil efiri və eləcə də C6-C7 olefinlərindən alınmış metil efirlərindən istifadə etmək mümkündür.
Anti-federalizm
Anti-qloballaşma
Anti-qloballaşma — kapitalizmin qloballaşmasına qarşı tənqidi ictimai hərəkatdır.
Anti-Şiəlik
Antişiəlik — dini inancları, ənənələri və mədəni irsinə görə Şiə müsəlmanlara qarşı yönəlmiş nifrət, ayrı-seçkilik və şiddətə verilən ad. Termin ilk olaraq 2011-ci ildə Şiə Haqları İzləmə Təşkilatı tərəfindən müəyyən edilmiş, lakin onilliklər ərzində qeyri-rəsmi tədqiqat və elmi məqalələrdə istifadə edilmişdir.Məhəmməd Peyğəmbərin hüquqi varisinə qarşı mübahisə yaradan iki əsas məzhəb, sünni və şiənin meydana gəlməsiylə nəticələndi. Sünnilik və ya yolun davamçıları xilafətə tabe oldular və Qureyşin hər hansı bir üzvü potensial olaraq əksəriyyət tərəfindən qəbul edildiyi təqdirdə Peyğəmbərin varisi halına gələcəyini təmin etdi. Şiəlik isə Peyğəmbərdən sonra Allah tərəfindən təyin edilmiş yalnız (Qədir-Xum hədisinə əsasən) İmam Əli (əleyhis-salam) onun davamçısı ola bilərdi. Beləliklə, İmam Əli Şiə əhalisi üçün dini hakimiyyətə çevrildi.Müvəqqəti olaraq qurulan Əməvi hökuməti üzərində nəzarət sahibi olan sünni idarəçilər Şiəliyi həm həm siyasi,həm də dini hakimiyyəti üçün təhlükə görmüşdülər.Əməvilərin hakimiyyəti dövründə Şiə azlığını məhv etməyə çalışıblar.Şiələrin tarix boyu sünni din adamları tərəfindən zülmü tez-tez qəddar və soyqırım hərəkətləri ilə xarakterizə edilmişdir. Bütün müsəlman əhalisinin yalnız 10-15% -ni əhatə edən şiələr bu günə qədər sünni ərəb hakimiyyəti olan bir çox ölkədə öz dinlərini sərbəst şəkildə həyata keçirmək və ya mütəşəkkil bir məzhəb kimi təşkilatlanma hüququna malik olmayan marjinal bir cəmiyyətdir. == Tarixi zülm == === Əməvilər === Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseyn (ə.s) Yezidin hakimiyyətini qəbul etməmişdi. Yezid miladi tarixlə 680-ci ildən sonra Hüseynin karvanını mühasirəyə almaq üçün minlərlə Üməyyə (Əməvi) qoşunlarını göndərdi. Kərbəla döyüşü zamanı Əməvi qoşunlarını altı günlüyünə sərəncamlarına buraxdıqdan sonra Hüseyn və onun yetmiş iki yoldaşı öldürüldü, başları kəsildi və Şamdakı xəlifəyə göndərildi. Bu yetmiş iki nəfər Hüseynin dostu və ailəsi idi.
Anti-marksist
Anti-Livan dağları
Antilivan (ərəb. جبال لبنان الشرقية‎‎ və ya ərəb. الجبل الشرقي‎) — Suriya ilə Livan arasında cənub-qərbdən şimal-şərqə uzanan dağ sistemi. İki ölkə arasında sərhəd silsilənin ən hündür hisssindən keçir. Silsilənin cənubu Colan təpələri ərazisində yerləşir. Livan silsiləsindən şərqdə qərarlaşır. Yunan dilindən törəmədir və «Livanın əksi» mənasını verir. Qərbində Bekaa və cənubunda El-Xasbani çayının vadisi yerləşir. Silsilənin şərqində Şərq platosu yerləşir. Bu platoda Dəməşq şəhəri yerləşir.
Anti-armenia Team
Anti-armenia Team (AAT) — Azərbaycana yönəlmiş hər cür kiber təhdidə qarşı, azərbaycanlı hakerlər tərəfindən yaradılmış və koordinasiyalı şəkildə fəaliyyət göstərən haker qrupu. == Yaranma Tarixi və Missiya == "Anti-armenia Team" 19 oktyabr 2011-ci il tarixində bir qrup azərbaycanlı haker tərəfindən yaradılmışdır. İnternet hücumları, öncədən təyin olunmuş şəkildə və Azərbaycanın milli maraqlarına zidd olan və yanlış informasiyalar yayan saytların fəaliyyətlərinə, qeyri-qanuni yayımına qarşı kiber hücumlar ilə tanınır. "Anti-armenia Team" haker qrupunun xidməti fəaliyyətinin əsas istiqamətini internet resurslarında Azərbaycan əleyhinə aparılan işin qarşısını almaq təşkil edir.[mənbə göstərin] 2016-cı ildə bir çox təşkilat "Anti-armenia Team" haker qrupunun dövlət tərəfindən dəstəklənməsini təklif etmişlər. Qrup fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi bir sıra irimiqyaslı kiber-əməliyyatlar nəticəsində Ermənistan Respublikasına məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxararaq çox mühüm məxfi informasiyalar əldə etmişdir. == Fəaliyyəti == 29 oktyabr 2020 — Anti-armenia Team hakerlərinin Ermənistan Respublikası üzərində apardığı kiber əməliyyatlar nəticəsində, Ermənistan Parlamentinə məxsus elektron sənəd dövriyyəsi sistemindən (mul.parilament.am) 17GB həcmində sənədlər toplusu,[1][2] Ermənistan prezidentinə məxsus elektron sənəd dövriyyə sistemindən (mul2.president.am) 38GB həcmində sənədlər toplusu ələ keçirilmişdir.[3][4] 7 oktyabr 2020 — Keçirilən kiber əməliyyat nəticəsində, Ermənistan Respublikasının Rabitə və Nəqliyyat Nazirliyinə məxsus 1TB həcmində sənədlər və vacib sxemlər Anti-armenia Team hakerləri tərəfindən ələ keçirilmişdir.[5][6][7] 6 oktyabr 2020 Azərbaycanın "Anti-armenia Team" haker qrupu tərəfindən keçirilmiş kiber-hücum əməliyyatı nəticəsində ermənistanın Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, ermənistan prezidenti, Ombudsman, Aviasiya Xidməti, Diaspora təşkilatı, habelə Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti, Milli Məclisi, Xarici İşlər Nazirliyi və bir çox nazirliklərin saytı ələ keçirilmişdir. Həyata keçirilən kiber-hücum əməliyyatı nəticəsində sıradan çıxarılmış saytların hər birinin məzmununda "Karabakh is Azerbaijan" yazısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Valday-2020" forumundakı möhtəşəm çıxışı, eləcə də Şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən posta hərbçilərimizin bayraq asmasını əks etdirən videogörüntü yerləşdirilmişdir. Müvəffəqiyyətli kiber-hücum əməliyyatının görüntüsü və sıradan çıxarılmış internet informasiya resurslarının siyahısı aşağıdakılardır.[8][9] 3 oktyabr 2020 Ermənistanın bütün dövlət qurumlarına məxsus elektron sənəd dövriyyəsi sistemindən dəyəri 1 milyon dollarlıq 50TB həcmində məlumatlar ələ keçirilmişdir. 2 oktyabr 2020 Hakerlər tərəfindən keçirilən kiber əməliyyat nəticəsində, ermənistanın Yüksəy Texnologiyalar naziri "Hakob Arshakyan" məxsus kompüter ələ keçirilmişdir. 28 sentyabr 2020 -ci ildə keçirilən kiber hücum — Ermənistanın Müdafiə Nazirliyinə məxsus serverləri ələ keçirərək əldə olunan məxfi məlumtlar cəmiyyət üçün yayımlanıb.
Anti-ballistik raket
Antibalistik raket – ballistik raketlərə qarşı istifadə edilən döyüş raketi. Ballistik raketlər nüvə, kimyəvi, bioloji və ya adi döyüş başlıqları atmaq üçün istifadə edilirlər. Antiballistik raketlər isə bu raketlərə qarşı istifadə edilirlər.
Anti-müharibə hərəkatı
Antimüharibə hərəkatı — müharibələri dayandırmaq və sülhün qurulması məqsədli ictimai hərəkat.Bu məqsədə nail olmaq vasitələrinə pasifizmin və antimilitarizmin təbliğatı və müharibəyə qarşı müxtəlif növ etirazlar, o cümlədən, nümayişlər, xahişlər, boykotlar, seçkilərdə müəyyən namizədlərin dəstəklənməsi, hərbi çağırışlardan yayınma, "Die-in" (ölümün təqlidi) kimi qeyri-adi etiraz üsulları daxildir.
Anti-pornoqrafik feminizm
Antipornoqrafik feminizm — feminizmdə, o cümlədən pornoqrafiyanı inkar edən və onu qadınlara qarşı zorakılığın növlərindən biri hesab edən radikal budaqdakı cərəyanlar. Antipornoqrafik feminizm tərəfdarlarının fikrincə, pornoqrafiya qadın cinsiyyətini alçaldır, norma ilə bağlı təhrif olunmuş təsəvvürlər verir və gender zorakılığına səbəb olur. Amerikalı feminist və yazıçı Robin Morqan bu ideyanı "pornoqrafiya — nəzəriyyə, zorlama — təcrübə" kimi ifadə etmişdir. Feminizm nəzəriyyəsində antipornoqrafik feministlər Karl Marksın ideyalarına, o cümlədən fetişləşmə və qadının əmtəəyə çevrilməsi ideyalarına əsaslanırlar. Pornoqrafiya və fahişəlik onlar tərəfindən qadınların istismarı ilə işləyən iki bərabər kommersiyalaşdırılmış sahə olaraq görülür. Feminizmin bu istiqamətinə seksual liberal feminizmə qarşı qoyulur.
Anti-Hitler koalisiyası
Anti-Hitler koalisiyası (ing. Allies of World War II) — İkinci Dünya müharibəsi zamanı (1939–45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq. == Tarixi == Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu anti-Hitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində anti-Hitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri Vinston Çörçill, iyunun 24-də isə ABŞ prezidenti Franklin Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Anti-Hitler koalisiyasının diplomatik və hüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu.
Anti-armenia Hack Team
Anti-armenia Team (AAT) — Azərbaycana yönəlmiş hər cür kiber təhdidə qarşı, azərbaycanlı hakerlər tərəfindən yaradılmış və koordinasiyalı şəkildə fəaliyyət göstərən haker qrupu. == Yaranma Tarixi və Missiya == "Anti-armenia Team" 19 oktyabr 2011-ci il tarixində bir qrup azərbaycanlı haker tərəfindən yaradılmışdır. İnternet hücumları, öncədən təyin olunmuş şəkildə və Azərbaycanın milli maraqlarına zidd olan və yanlış informasiyalar yayan saytların fəaliyyətlərinə, qeyri-qanuni yayımına qarşı kiber hücumlar ilə tanınır. "Anti-armenia Team" haker qrupunun xidməti fəaliyyətinin əsas istiqamətini internet resurslarında Azərbaycan əleyhinə aparılan işin qarşısını almaq təşkil edir.[mənbə göstərin] 2016-cı ildə bir çox təşkilat "Anti-armenia Team" haker qrupunun dövlət tərəfindən dəstəklənməsini təklif etmişlər. Qrup fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi bir sıra irimiqyaslı kiber-əməliyyatlar nəticəsində Ermənistan Respublikasına məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxararaq çox mühüm məxfi informasiyalar əldə etmişdir. == Fəaliyyəti == 29 oktyabr 2020 — Anti-armenia Team hakerlərinin Ermənistan Respublikası üzərində apardığı kiber əməliyyatlar nəticəsində, Ermənistan Parlamentinə məxsus elektron sənəd dövriyyəsi sistemindən (mul.parilament.am) 17GB həcmində sənədlər toplusu,[1][2] Ermənistan prezidentinə məxsus elektron sənəd dövriyyə sistemindən (mul2.president.am) 38GB həcmində sənədlər toplusu ələ keçirilmişdir.[3][4] 7 oktyabr 2020 — Keçirilən kiber əməliyyat nəticəsində, Ermənistan Respublikasının Rabitə və Nəqliyyat Nazirliyinə məxsus 1TB həcmində sənədlər və vacib sxemlər Anti-armenia Team hakerləri tərəfindən ələ keçirilmişdir.[5][6][7] 6 oktyabr 2020 Azərbaycanın "Anti-armenia Team" haker qrupu tərəfindən keçirilmiş kiber-hücum əməliyyatı nəticəsində ermənistanın Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, ermənistan prezidenti, Ombudsman, Aviasiya Xidməti, Diaspora təşkilatı, habelə Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti, Milli Məclisi, Xarici İşlər Nazirliyi və bir çox nazirliklərin saytı ələ keçirilmişdir. Həyata keçirilən kiber-hücum əməliyyatı nəticəsində sıradan çıxarılmış saytların hər birinin məzmununda "Karabakh is Azerbaijan" yazısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Valday-2020" forumundakı möhtəşəm çıxışı, eləcə də Şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən posta hərbçilərimizin bayraq asmasını əks etdirən videogörüntü yerləşdirilmişdir. Müvəffəqiyyətli kiber-hücum əməliyyatının görüntüsü və sıradan çıxarılmış internet informasiya resurslarının siyahısı aşağıdakılardır.[8][9] 3 oktyabr 2020 Ermənistanın bütün dövlət qurumlarına məxsus elektron sənəd dövriyyəsi sistemindən dəyəri 1 milyon dollarlıq 50TB həcmində məlumatlar ələ keçirilmişdir. 2 oktyabr 2020 Hakerlər tərəfindən keçirilən kiber əməliyyat nəticəsində, ermənistanın Yüksəy Texnologiyalar naziri "Hakob Arshakyan" məxsus kompüter ələ keçirilmişdir. 28 sentyabr 2020 -ci ildə keçirilən kiber hücum — Ermənistanın Müdafiə Nazirliyinə məxsus serverləri ələ keçirərək əldə olunan məxfi məlumtlar cəmiyyət üçün yayımlanıb.
Raad (anti-tank raketi)
Raad (farsca: رعد, "ildırım") və ya RAAD, Sovet 9M14M Malyutka (AT-3b Sagger) raketinə əsaslanan İranın tel başlıqlı tank əleyhinə raketidir. Raad, 1988-ci ildə kütləvi istehsala başlamış və 1997-ci ildə ictimaiyyətə təqdim edilmişdir. İran Müdafiə Sənayesi Təşkilatının bir törəməsi olan Parchin Raket Sənayesi tərəfindən istehsal edilmişdir. Raad ailəsi dörd variantda gəlir: əsas RAAD raketi, 9M14M Malyutka-M-in (AT-3b Sagger) klounu; SACLOS rəhbərli I-RAAD, tandem döyüş başlıqlı RAAD-T və həm tandem döyüş başlıqlı və həm də SACLOS istiqamətləndirmə sistemli I-RAAD-T. I-RAAD-T versiyası ailənin ən müasir və ən çox ixrac edilən üzvüdür. Raad, Toophan (TOW kopyası), Towsan-1 (AT-5B kopyası), Dehlaviyeh (AT-14 kopyası) və Saegheh (M47 Dragon (Əjdaha) kopyası) (İran) ilə birlikdə İranda toplanan bir sıra tank əleyhinə raketlərdən biridir. I-RAAD-T variantı üçün yalnız 400 mm RHA nüfuzu ilə, RAAD müasir və ya köhnə döyüş tanklarına qarşı istifadə edilmir və əsasən ikinci xətt vahidlərinə və ya yumşaq hədəflərə qarşı istifadə olunur. Raad İraq, Livan və Suriyadakı paramilitar qüvvələrə ixrac edilmiş və 2006-cı il Livan müharibəsi ilə İraq və Suriyadakı vətəndaş müharibələrində də istifadə edilmişdir. İstilik döyüş başlığına malikdir. == Ad == RAAD fars dilində ildırım deməkdir. Bu qısaltma deyil və bir çox mənbədə adım böyük hərfləri yazılmır.
Anti-Sosialist Pambıq Xadimləri İttifaqı
Antisosialist Pambıq Xadimləri İttifaqı — Belçikanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Hazırkı varisi Xristian Həmkarlar İttifaqı Konfederasiyasıdır. == Tarixi == 1886-cı ildə yaranmışdır.
Be My Valentine! (Anti-Crisis Girl)
"Be My Valentine! (Anti-Crisis Girl)", (Azərbaycan dilində:Sevgilim ol) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı təmsil edən Svetlana Lobodanın ifa etdiyi mahnıdır. Mahnının bəstəkarı Svetlana Lobodanın özüdür. Mahnını sözləri isə Yegeny Matyuşenkoya aiddir. Böyük Britaniyanın 2009 Avroviziya Mahnı Müsabiqəsi təmsilçisi Jade Ewen Svetlana Lobodanın bu mahnısının ailə içi şiddət ilə əlaqədar olduğunu və Svetlana Lobodanın bu mövzuda mesaj vermək istədiyini bildirdi. Mahnı üçün çəkilən video klipi xüsusi olaraq çəkmək yerinə Svetlana Loboda köhnə kliplərinin bir araya gətirərək klipi meydana gətirdi.
90 Antiope
90 Antiope — xarici asteroid kəmərində ikiqat asteroiddir. 1866-cı il oktyabrın 1-də Robert Lüter tərəfindən aşkar edilmişdir. 2000-ci ildə bir-birinə yuvarlanan iki ədəd demək olar ki, bərabər ölçüdə olan orqanlardan meydana gəldiyi təsbit edildi. Orta hesabla 88 km və 84 km arasında olan hər iki komponent 500 asteroiddən biridir. Antiope oxşar orbital elementləri paylaşan asteroidlərin Themis ailəsidir. == Adlandırma == Antiopun 90 nömrəli sayında bu, aşkar olunacaq 90-cı asteroid olduğunu göstərir. Müvafiq adı Yunanıstan mifologiyasından gəlir, amma Ampion və ya Antiopyanın Amfion və Zetusun anası Antiopiya olub-olmaması mübahisəlidir. Antiope-nin ikili təbiətinin aşkar edildiyi gündən "Antiope" adı texniki cəhətdən S / 2000 (90) 1-ə malik olan kiçik komponentlə texniki cəhətdən iki komponentdən bir qədər böyükdür, lakin "Antiope" adı da istifadə olunur bir bütün olaraq ikili sistemə müraciət etməkdir. == Xüsusiyyətləri == Antiope ən əlamətdar xüsusiyyətidir ki, demək olar ki, bərabər ölçülü iki komponentdən ibarətdir (kütlə arasındakı fərqi 2,5% -dən azdır), həqiqətən "ikili" asteroid edir. Onun ikili təbiəti 10 avqust 2000-ci ildə Mauna Kea Keck teleskopunda adaptiv optika istifadə edərək astronomlar qrupu tərəfindən aşkar edilmişdir.
Antirrhinum vexillo-calyculatum
Sairocarpus vexillocalyculatus (lat. Sairocarpus vexillocalyculatus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin sairocarpus cinsinə aid bitki növü.
Antirrhinum virga
Sairocarpus virga (lat. Sairocarpus virga) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin sairocarpus cinsinə aid bitki növü.
Antisanti
Antisanti (fr. Antisanti, kors. Antisanti) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Vetsani kantonuna daxildir. Kommunanın dairəsi — Bastiya. Kommunanın INSEE kodu — 2B016. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 386 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 230 nəfərdən (15-64 yaş) 142 nəfər iqtisadi fəal, 88 nəfər qeyri-fəal (fəaliyyət göstəricisi 61,7%, 1999-cu ildə 59,9%) olmuşdur. Fəaliyyətdə olan 142 nəfərdən 129 nəfəri işləyir (86 kişi və 43 qadın), 13 nəfəri isə işsiz (4 kişi və 9 qadın).
Antisemitizm
Antisemitizm (bəzən anti-semitizm kimi də yazılır; həmçinin yəhudi əleyhdarlığı, yəhudi düşmənçiliyi) — millətçilik, irqçilik ideologiyasının bir növü; digər millətçilik formalarından fərqi onun yalnız bir xalqa - yəhudi millətinə və ya mədəniyyətinə, iudaizm dininə qarşı nifrət bəsləməsi və onları təqib etməsidir. Antisemitizmin qədim yəhudilərin yaşadıqları bütpərəst cəmiyyətlərlə ziddiyyətə düşmələri nəticəsində meydana çıxdığını demək olar. Yəhudilərin bütpərəstliyə qarşı çıxmaları onların yaşadıqları ölkələrə sevgi hissi duymamaları şəklində qəbul edilirdi. Yəni, başlanğıcda antisemitizmin təməlini dini fikir ayrılıqları qoymuşdur. Antisemitizmi dünyanın bir çox qabaqcıl mütəfəkkirləri «yəhudilərin talançı təqibi» kimi pisləmişlər. Xristianlığın meydana gəlməsindən sonra antisemit hərəkətlər xristianlığı iudaizmin müdaxilələrindən qorumaq və İsa Məsihin çarmıxa çəkilməsinin intiqamını almaq xarakteri qazandı. Roma İmperiyası dövründə İsgəndəriyyədə edilən yəhudi say azaltması buna bir nümunədir. Orta əsrlərdə yəhudilər əleyhinə bir sıra söz-söhbətlər (məsələn, xristian uşaqlarının yəhudi ayinlərində qurban edilməsi) ortaya çıxır və bu söz-söhbətlərdən təsirlənən xalq yəhudilərə qarşı qanlı hərəkətlər edirdi. Eyni dövrdə İslam ölkələrində antisemitizm əhli-kitab sayılan yəhudilərin zimmi statusu almaları sayəsində hər hansı bir problem meydana gətirmədi. Müsəlman İspaniyasında (Əndəluz), Bağdad, Dəməşq və Qüdsdə yəhudilər ticarət sahəsində sərbəst çalışırdılar.
Antiseptika
Antiseptika (anti... + yun. σηπτιχός – irinli) – yarada, pataloji ocaqda və tam orqanizmdə mikrobların məhv edilməsi üçün tədbirlər kompleksi. Hələ qədim dövrlərdə həkimlər yaranı zərərsizləşdirmək üçün közərmiş dəmirdən, qaynar yağdan istifadə etmişlər. Antiseptikanın elmi əsası L. Pasterin əsərlərində qoyulmuşdur. C. Lister yaranın irinləməsini izah etmiş və antiseptika üsulunu təklif etmişdir (1867). Antiseptika aseptika ilə birlikdə müasir cərrahiyyənin əsasını təşkil edir. Antiseptikanın mexaniki, fiziki, kimyəvi, bioloji və qarışıq növləri var. Yarada mikrobların miqdarını azaltmaq, onların həyat fəaliyyəti üçün əlverişsiz şərait yaratmaq üçün yaranın cərrahi işlənməsi – yad cisimlərin, ölmüş və infeksiyalaşmış toxumaların mexaniki təmizlənməsi, şişkinlik və ciblərin açılması, yuyulması və s. tədbirlər yara infeksiyalarının müalicəsində mühüm rol oynayır.
Antiseptiklər
Antiseptiklər, (antiseptik maddələr) — xəstəliktörədən mikroorqanizmləri məhv etmək və ya onların çoxalmasının qarşısını almaq üçün preparatalar, kimyəvi maddələr. Tibbdə antiseptiklər dəriyə, yaraya və s.-yə infeksiya keçməsinin qarşısını almaq üçün işlədilir. Antiseptiklərin bir qismindən (karbol turşusu, krezol, lizol, formalin, xloramin, xlorlu əhəng və s.) binaları dezinfeksiya etmək üçün istifadə olunur. Tibbdə işlədilən antiseptiklərə pantosid, yodoform, kalium-permanqanat, bor turşusu, natrium-hidrokarbonat, nişatır spirti, gümüş-nitrat, protarqol, Burov mayesi, spirt, rivanol, bəzi antibiotiklər (qramisidin, mikrosid), fitonsidlər və s. aiddir. Antiseptik maddələr mikrob əleyhinə olan digər maddələrdən (antibiotiklərdən, kimyəvi müalicə vasitələrindən və s.) fərqli olaraq seçici təsiri ilə deyil, geniş spektrli antibakterial, antivirus, göbələklərə, ibtidailərə qarşı təsir göstərməsi ilə səciyyələnir. Antiseptik maddələrə xlor (qalazon, xloroksilenol və s.), yod (yod, yodoform, kalium -yodid və s.), oksidləşdirici (benzoil və hidrogenin peroksidləri, kalium-permanqanat), aldehid (formaldehid, sitral və s.), spirt (dixlorbenziletanol, izopropanol, etanol), fenol (timol, xlorokrezol və s.), turşu (benzoy, borat, salisil və s.), rəngləyici (brilyant yaşılı, metil abısı, eozin və s.), alüminium (asetat), bismut, maqnezium, mis, qurğuşun, gümüş, sink preparatları, biquanidin törəmələri (sikloksidin, xlorheksidin), anion və kation detergentləri, habelə ambazon, heksamidin, miramistin, selen sulfidi, kükürd sulfidi, naftalan nefti və bir sıra bitki mənşəli preparatlar aiddir. Antisepdik maddələr dərinin, selikli qişaların, boşluqların və yaraların infeksiya ilə zədələnməsinin müalicə və profilaktikasında, cərrahiyyə əməliyyatı zamanı əllərin və əməliyyat sahələrinin dezinfeksiyasında istifadə olunur.
Antisfen
Antisfen (yun. Ἀντισθένης) — qədim yunan filosofu; Kinik məktəbinin yaradıcısı, Diogenin müəllimi. == Haqqında == Antisfen Afinalı əvvəl Qorgiasın, sonra isə Sokratın şagirdi və ən sadiq dostu olmuşdur. Sokrat təlimini inkişaf etdirən və yalnız tək fərdi şeylər haqqındakı biliyi həqiqət sayan kinik (Kiniklər) məktəbinin banisi Antisfen etikaya, siyasətə, idrak nəzəriyyəsinə, dil fəlsəfəsinə, ritorikaya, ədəbi tənqidə aid əsərlər yazmışdır. Sokratın vəfatından sonra Kinosarqda (kasıb ailələrin uşaqları oxuduğu gimnaziyada) öz məktəbini açmış və ellin mənbələrinə əsasən Sinoplu Dioqenin müəllimi olmuşdur. == Fəlsəfəsi == Antisfen fəlsəfəsində ümumi anlayışların mövcudluğu inkar edilir. O hesab edirdi ki, yalnız fərdi şeylər vardır. Antisfen deyirdi: "Mən atı görürəm, atlığı yox" və iddia edirdi ki, insanı görmək mümkündür, insanlığı yox. Hər bir fərdi şey haqqında demək olar ki, o vardır. Məsələn, "at atdır", "fil fildir".
Antisiklon
Antisiklon (yunanca anti — "əks" və kyklon — "fırlanan") — atmosferin maksimum təzyiqin mərkəzdə olduğu yüksək təzyiq sahəsi. Antisiklonda küləklər zəif, mərkəz hissədə isə tam sakit (şəlekət) olur. Antisiklonda külək şimal yarımkürəsində saat əqrəbinin istiqaməti üzrə, cənub yarımkürəsində isə saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Antisiklonda havanın yuxarıdan aşağıya doğru güclü hərəkəti var. Ona görə də hava quru, açıq və buludsuz olur. Antisiklonlar Şərqi Arktikanın, Antarktidanın soyuq, buz səthi üzərində, qışda isə həm də Şərqi Sibir üzərində yaranaraq, dayanıqlı olurlar. Arktika hava kütlələri qışda şimaldan mülayim qurşağa doğru hərəkət etdikdə bütün Şərqi Avropa üzərində antisiklon əmələ gəlir və bəzən Qərbi və Cənubi Avropanı, o cümlədən Azərbaycan ərazisini də əhatə edir. Antisiklonda atmosfer təzyiqi yüksək olduğundan hava yuxarıdan aşağı enir, sıxlaşır, rütubətlə doyma nöqtəsindən uzaqlaşır. Bununla əlaqədar antisiklonda hava aydın, buludsuz və yağıntısız olur. Antisiklonlar daxilində küləklərin zəif olması və üfüqi təzyiq qradiyentinin azlığı ilə fərqlənir.
Antisipasiya
Antisipasiya (lat. Anticipo – qabaqcadan duyuram, ürəyimə damır) – qabaqgörənlik, bir şey haqqında qabaqcadan yaranmış təsəvvür. Hadisənin gedişatını qabaqcadan xəbər vermək.
Antisosialist Pambıq Xadimləri İttifaqı
Antisosialist Pambıq Xadimləri İttifaqı — Belçikanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Hazırkı varisi Xristian Həmkarlar İttifaqı Konfederasiyasıdır. == Tarixi == 1886-cı ildə yaranmışdır.
Antisovetizm
Antisovetizm — 1920-ci illərdən başlayaraq sovet hakimiyyətinə, sovet həyat tərzinə və ya bütün mənalarda Sovet İttifaqına qarşı yönəlmiş baxışlar sistemi. SSRİ dövrünün lüğət tərifinə görə, antisovetizm "imperialist ölkələrinin marksizm-leninizmə qarşı yönəlmiş siyasəti və təbliğat fəaliyyəti, Sovet dövlətinin fəaliyyətidir".SSRİ-də antisovet təşviqatı və təbliğatı sovet hakimiyyəti tərəfindən cinayət cəzası şəklində təqib edilmmişdir. Yaxından əlaqəli olan antikommunizm termini əsasən xarici ideoloji rəqiblərə şamil edilirdi. Hal-hazırda antisovetizm antikommunizm kimi bir çox dövlətlərin, o cümlədən postsovet ölkələrinin milli ideologiyasının tərkib hissəsidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Гайдар, Егор Тимурович. Гибель империи: уроки для современной России (2-е изд., испр. и доп). М.: «Российская политическая энциклопедия» (РОССПЭН). 2006. ISBN 5-8243-0759-8.
Antistatiklər
Antistatiklər – polimer materiallarda (kimyəvi liflər, plastik kütlə, rezin və s.) və yanacaqlarda sürtünmə nəticəsində baş verən statik elektriklənməni azaldan maddələr. Antistatiklər materialın tərkibinə əlavə edilir (bəzən kütləcə 50%-ə qədər) və ya məmulatların səthinə, durulaşdırılmış məhlullar, aerozollar şəklində çəkilir. Dielektriklərin xüsusi həcmi və xüsusi səthi elektrik keçiriciliklərinin qiyməti müvafiq olaraq 10–5 Sm.m–1 və 10–1Sm-dən az olduqda elektrik yükünün toplanması baş verir. Dielektriklərin səthində və ya həcmində elektrostatik yüklərin sıxlığı çox olduqda qığılcımlı boşalmalar baş verə bilər. Bunun nəticəsində texnoloji proseslərin pozulması, radiotelefon, kompüter və ya onların ayrı-ayrı elementlərinin sıradan çıxması, yanğın və partlayışların meydana gəlməsi, foto və kinolentlərin keyfiyyətinin aşagı düşməsi və s. baş verə bilər. Antistatiklərin əsas funksiyası, materialların elektrik keçiriciliyini yüklərin sızmasını təmin edən səviyyəyə qədər artırmaqdır. Antistatiklərin təsirinin səmərəliliyi (onlar əlavə edildikdən sonra) başlıca olaraq xüsusi həcmi və xüsusi səthi elektrik keçiriciliyinin artması (elektrik müqavimətinin azalması), həmçinin sürtünmənin elektrik potensialının və toplanmış elektrostatik yükün azalmasının yarımdövrü ilə qiymətləndirilir. Antistatiklərkimi yüksəkdispersli elektrik keçirən doldurucular – texniki karbon, metallar (gümüş, qurğuşun və s.), qalay (II) oksid, kalsium, litium və maqneziumun xloridləri, aminlər və onların törəmələrindən; nazik təbəqə əmələ gətirən polimerlərdən (məs., polivinil xlorid, polivinilflüorid); stearin turşusunun duzları, oktadesilamin, alkil fosfatlar və s. əsasında səthi aktiv maddələrdən və s.; tərkibində duda, natriumun sulfatları, halogenidləri, nitratı və s.
Antitel
Antitel — immun sisteminin plazma hüceyrələri tərəfindən ifraz olunan, patogenlərin (bakteriyaların, göbələklərin, çoxhüceyrəli parazitlərin) və virusların hüceyrələrini, həmçinin zülal zəhərlərini və bəzi digər yad maddələri zərərsizləşdirmək üçün nəzərdə tutulmuş qan plazmasının iri qlobulyar zülallarıdır. Hər bir antitel bədənin özündə olmayan patogenin unikal elementini — antigeni, və bu antigenin daxilində — onun müəyyən bir hissəsini, epitopunu tanıyır. Patogenlərin səthindəki antigenlərə bağlanaraq atitellər onları ya birbaşa zərərsizləşdirə bilər, ya da yad hüceyrələri və ya virus hissəciklərini məhv etmək üçün immun sisteminin digər komponentlərini, məsələn, komplement sistemi və faqositləri cəlb edə bilər. İmmunoqlobulin (Ig) kimi də tanınan bir antitel (Ab), patogen bakteriya və viruslar kimi yad obyektləri müəyyən etmək və zərərsizləşdirmək üçün immun sistemi tərəfindən istifadə edilən böyük Y-formalı zülaldır. Antitel antigen adlanan unikal patogen molekulu tanıyır. Antitelin hər bir "Y" ucunda antigen üzərində xüsusi bir epitop (açarın analoqu) üçün spesifik paratop (kilid analoqu) var ki, bu da iki strukturun bir-birinə dəqiq şəkildə bağlanmasına imkan verir. Bu bağlama mexanizmindən istifadə edərək, antitel mikrob və ya yoluxmuş hüceyrəni immun sisteminin digər hissələrinin hücumu üçün qeyd edə bilər və ya onları birbaşa zərərsizləşdirə bilər (məsələn, virusun onun işğalı üçün lazım olan hissəsini bloklamaqla). İmmunitet sisteminin milyonlarla fərqli antigeni tanıması üçün antitelun hər iki ucunda antigen bağlayan yerlər eyni dərəcədə müxtəlifdir. Bunun əksinə olaraq, antitel qalığı nisbətən sabitdir. Bu, yalnız antitelun sinfini və ya izotipini müəyyən edən bir neçə variantda baş verir: IgA, IgD, IgE, IgQ və ya IgM. Antitelər immunoqlobulin super ailəsinə aid olan qlikoproteinlərdir.
Antiterror əməliyyatları (2022)
Qisas əməliyyatı və ya Antiterror əməliyyatları — 3 avqust 2022-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı aparılan hərbi əməliyyat. == Arxa plan == 2020-ci ilin ikinci Qarabağ müharibəsinin yekunu olaraq kapitulyasiya aktı imzalandı. Bu akt qanunsuz erməni birləşmələrinin Qarabağdan çıxarılmasını nəzərdə tuturdu. Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib. == Əməliyyatlar == === 1 avqust === Avqustun 1-də Artsax Müdafiə Ordusunun məlumatına görə, Azərbaycan qüvvələri Dağlıq Qarabağın şimalında və şimal-qərbində Artsax mövqelərinə hücuma keçib. Ermənistan departamentinin məlumatına görə, səhər saat 9-da Azərbaycan bölmələri Dağlıq Qarabağla təmas xətti boyunca hücuma cəhd edib. Bununla əlaqədar olaraq, Arayik Arutyunyan Müdafiə Ordusunun komandanı Kamo Vardanyan və hüquq-mühafizə orqanlarının digər nümayəndələri ilə təcili iclas keçirib. Dağlıq Qarabağın Müdafiə Ordusundan bildirilib ki, gün ərzində Ermənistan qoşunları Azərbaycanın təmas xəttini keçmək üçün bütün cəhdlərinin qarşısını alıb. Daha sonra Qarabağın deputatı Artur Arutyunyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, hərbi əməliyyatlar dayandırılıb. O, həmçinin bildirib ki, Azərbaycan ordusu Qarabağ ermənilərinin heç bir mövqeyini tutmayıb.
Antiteza
Antiteza (yun. άντίθεσις – qarşı –qarşıya qoyma) – bədii ədəbiyyatda və natiqlik sənətində üslub vasitəsi; bədii təsiri gücləndirmək məqsədi ilə əks mənalı fikirlərin, anlayış və obrazların qarşı-qarşıya qoyulması (məs., Hökmüylə, qəsdilə nə deyir zaman? Uçurur bir yandan, qurur bir yandan – B. Vahabzadə). Antitezalar açıq şəkildə ifadə olunan kontrastlardır. Bu özünü antonimlərdə daha çox büruzə verir. Qədim və orta əsrlər ədəbiyyatında geniş istifadə olunmuşdur. Antitezadan əsərin adında da istifadə olunur: “Eşq və intiqam”, S.S.Axundov; “Qılınc və qələm”, M.S.Ordubadi.
Antitezis
Antitezis (q.yun. ἀντίθεσις "antitesis" — qarşı qoyma; lat. antithesis "antitezis") — fəlsəfi məntiqdə inkişaf prosesində əsas müddəanın inkarı; tezisə qarşı irəli sürülən fikir, hökm; tezisin ziddinə yürüdülən mühakimə; Antitezis Hegel triadasının ünsürlərindən biridir. Tezis irəli sürülən müddəadırsa, antitezis bu iddianın qarşısına irəli sürülən fikir, iddiadır. == Mənbə == Adilə Nəzərova, “Fəlsəfə terminlərinin izahlı lüğəti”.
Antithrixia
Antithrixia (lat. Antithrixia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Antithrixia flavicoma
Antithrixia flavicoma (lat. Antithrixia flavicoma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin antithrixia cinsinə aid bitki növü.
Antitürkçülük
Türkofobiya (alm. Türkenphobie‎, ing. Turkophobia, rus. Tюркофобия, türk. Türkofobi; "türk" və q.yun. φόβος – "qorxu" sözlərindən) və ya Anti-türkçülük (alm. Türkenfeindlichkeit‎, ing. Anti-Turkism, rus. Антитюркизм, türk. Türk düşmanlığı; q.yun.
Antiutopiya
Antiutopiya (anti və utopiya), həmçinin distopiya (yun. δυσ - inkar və yun. τόπος - yer) və ya kakotopiya (kakotopia və cacotopia yazılışında olur; yun. κακός - pis) — müəllif tərəfindən xoşagəlməz və ya qorxulu sayılan bir icmanın və ya cəmiyyətin təsviri. Utopiyanın əksi və ya onun törəməsidir. == Etimologiya == Mənfi utopiya terminalogiyası qərb dillərində XIX əsrdə formalaşmağa başlayıb. Kakotopiya ("təsəvvür olunan ən pis hökumət") ifadəsi ilk dəfə Ceremi Bentam tərəfindən onun 1818-ci ilin Plan of Parlamentary Reform pamfletində utopiyanın ("təsəvvür olunan ən yaxşı hökumət") əksi kimi təklif olunur. Lora Mensfild qeyd edir ki, bu söz kakofoniya sözünə oxşayır. XX əsrin ədəbiyyatından bu ifadəni iştədən Entoni Börcess idi (1985 romanıda). İngilis dilində ən çox istifadə olunan distopiya ifadəsini ilk dəfə Con Stüart Mill tərəfindən 1868 ildə Böyük Britaniya İcmalar palatasında hökumətin İrlandiyadaki torpaq siyasəti ilə əlaqəli olaraq işlənilib.
Antivirus (proqram)
Antivirus proqramları — kompüter viruslarından mühafizə üçün xüsusi proqramlardır. Virus proqramlarını aşkarlamaq və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir. Viruslar müxtəlif vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus özgə disketlərdən, e-mail və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir. Viruslar 3 məqsəqlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Assembler proqram dilində yazılır. Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı tiplərə bölünür: Proqram-həkim – tapır və müalicə edir: Dr.Solomon, Norton AntiVirus, Dr.Web, Aidstest, AVP, AntiViral Toolkit Pro Scaner, Antivirus Kaspersky Personal, Nod 32, Panda, Avista , Avast Antivirus Mühafizəçi proqramlar – RAM-da yerləşir, yalnız tapır: AntiViral Toolkit Pro Manitor. Detektor proqramlar – yalnız onlara məlum virusları tapır. Revizor proqramlar – sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı vəziyyəti müqayisə edilir.
Antivirus proqramı
Antivirus proqramları — kompüter viruslarından mühafizə üçün xüsusi proqramlardır. Virus proqramlarını aşkarlamaq və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir. Viruslar müxtəlif vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus özgə disketlərdən, e-mail və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir. Viruslar 3 məqsəqlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Assembler proqram dilində yazılır. Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı tiplərə bölünür: Proqram-həkim – tapır və müalicə edir: Dr.Solomon, Norton AntiVirus, Dr.Web, Aidstest, AVP, AntiViral Toolkit Pro Scaner, Antivirus Kaspersky Personal, Nod 32, Panda, Avista , Avast Antivirus Mühafizəçi proqramlar – RAM-da yerləşir, yalnız tapır: AntiViral Toolkit Pro Manitor. Detektor proqramlar – yalnız onlara məlum virusları tapır. Revizor proqramlar – sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı vəziyyəti müqayisə edilir.
Antivitaminlər
Antivitaminlər – quruluşca vitaminlərlə eyni olan, lakin tamamilə əks bioloji təsir göstərən, habelə vitamin molekullarının strukturunu dəyişdirməklə onların təsirini aradan qaldıran maddələr. Quruluşca vitaminlərlə eyni olan maddələr hüceyrəyə daxil olaraq vitaminlərlə rəqabətə girir (kofermentlərin biosintezində və fermentlərin əmələ gəlməsində) və fermentlərin strukturunda vitaminlərin yerini tutur, lakin onların funksiyasını yerinə yetirmir. Bununla əlaqədar olaraq vitamin çatışmazlığı əlamətləri inkişaf edir. Antivitaminlərə, həmçinin vitaminlərlə birləşən və ya onları parçalayan maddələr (tiamini parçalayan I və II tiaminaza; biotinlə birləşən yumurta zülalı – avidin və s. də aiddir. Bəzi antivitaminlər antimikrob və ya kanserostatik təsirə malik olduqları üçün onlardan kimyəvi müalicə vasitəsi kimi istifadə olunur. Məs., bədxassəli şişlərin müalicəsində istifadə olunan metatreksat fol turşusunun antaqonistidir; vərəm əleyhinə istifadə olunan bir çox preparatlar (ftivazid, izoniazid, saluzid) B6 vitamininin aktivliyini itirir. Antivitaminlər vitaminlərin analoqu olub, antikoferment təsir göstərir. Ainivitaminlər vitaminlərin törəmələri olan kofermentləri əvəz edir və beləliklə, onların çatışmazlığı fermentativ reaksiyaların funksiyasını yerinə yetirmir. Başqa sözlə, antivitaminlərə vitaminlərin orqanizmdəki təsirini zəiflədən maddə kimi baxmaq olar.
Antixalkidon kilsələr
Antixalkidon kilsələr, Şərqi pravoslav kilsələri, Qədim şərqi pravoslav kilsələr və ya Qədim pravoslav kilsələr — Şərqi xristianlığın qədim kilsələr qrupu. Onlar Ekumenik Kilsə Məclislərinin sadəcə iki və ya üç ehkamını tanıyır, onları tətbiq edirlər. Antixalkidon kilsələrə aiddir: Qibti Pravoslav Kilsəsi, Süryani Pravoslav Kilsəsi, Erməni Həvari kilsəsi, Efiopiya Pravoslav Kilsəsi, Eritreya Pravoslav Kilsəsi və Malankar Pravoslav Kilsəsi.
Anti-terror əməliyyatında şəhid olan Azərbaycan hərbçilərinin siyahısı
Antiterror tədbirləri zamanı şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə () aparılan antiterror tədbirlərinə nəticəsində şəhid olmuşd Azərbaycan Silahlı Qüvvələrinin 204 hərbi qulluqçusunun barədə məlumat verilmişdir.Silahlı toqquşma zamanı Quru Qoşunlarının N hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi qulluqçusu, Komando Briqadalarının N hərbi qulluqçusu, Daxili Qoşunlarının 12 hərbi qulluqçusu, Hərbi Dəniz Qüvvələrinin isə 3 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 203-ü hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 39-u zabit, 23-ü gizir, 23-ü çavuş, N-i müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan əsgərlər, N-i isə sıravi əsgər (çağırışçı) idilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 15.15 dəfə / 1 mln.
2002 •• 3.43
2003 •• 3.54
2004 •• 3.71
2005 2.02
2006 1.58
2007 1.69
2008 1.22
2009 •• 4.16
2010 •••• 8.35
2011 ••••••••••••• 28.14
2012 •••••••• 16.69
2013 •••••••••• 20.28
2014 ••••••••• 19.22
2015 1.19
2016 •••• 8.16
2017 ••••• 10.08
2018 ••••••••••• 22.62
2019 •••••••••••••••••••• 44.79
2020 •••••••••••• 24.93

anti sözünün leksik mənası və izahı

  • 1 [yun.] Bir sıra xarici sözlərin (isim və sifətlərin) qabağında, onlara əkslik və zidlik mənası verən önlük, məs.: antizərrəcik, antitezis, antisistem.

    Azərbaycan dilinin izahlı lüğəti / anti

"anti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#anti nədir? #anti sözünün mənası #anti nə deməkdir? #anti sözünün izahı #anti sözünün yazılışı #anti necə yazılır? #anti sözünün düzgün yazılışı #anti leksik mənası #anti sözünün sinonimi #anti sözünün yaxın mənalı sözlər #anti sözünün əks mənası #anti sözünün etimologiyası #anti sözünün orfoqrafiyası #anti rusca #anti inglisça #anti fransızca #anti sözünün istifadəsi #sözlük