aktı sözü azərbaycan dilində

aktı

Yazılış

  • aktı • 90.3596%
  • Aktı • 9.5738%
  • AKTI • 0.0666%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Helsinki aktı
Helsinki aktı — 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının müşavirəsi oldu. Onlar Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında Zirvə aktını imzaladılar. 1960-cı illərin sonu 70-ci illərin əvvəllərində sosialist və kapitalist ölkələri arasında münasibətlərin yaxşılaşması, NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında hərbi-strateji tarazlığın yaranması beynəlxalq aləmdə "soyuq müharibə"dən gərginliyin zəiflədilməsinə doğru dönüş yaratmış oldu. 1970-ci ildə SSRİ-AFR, AFR-Polşa arasında müqavilələrin imzanlanması, 1971-ci ildə SSRİ, ABŞ, İngiltərə və Fransa arasında Qərbi Berlinə dair dördtərəfli sazişin bağlanması, 1972-ci ildə AFR və ADR arasında münasibətlərin normallaşması haqqında müqavilənin bağlanması gərginliyin zəiflədilməsinə güclü təkan verdi. Bu da Ümümavropa müşavirəsinin hazırlanması və çağırılmasına şərait yaratdı. 1969-cu ildə Vyanada təhlükəsizlik və əməkdaşlıq uğrunda Ümumavropa qeyri-hökumət konfransı keçirildi. Konfransda Avropanın 26 ölkəsinin və 23 beynəlxalq ictimai təşkilatı təmsil edən 300 nümayəndə iştirak edirdi. Onlar Ümumavropa təhlükəsizlik sisteminin yaradılması üçün Helsinkidə müşavirənin çağırılmasını müdadifə etdilər. 1972-ci ildə NATO ölkələri Ümumavopra müşavirəsini hazırlamaq üçün məslətələşmələrdə iştirak etməyi qərara aldılar. Çoxtərəfli məsləhətləşmələrdən sonra 1973-cü ildə "Mavi kitab" adı almış yekun tövsiyələri razılaşdırıldı.
Konstitusiya aktı
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı - Azərbaycan Ali Sovetində aparılan müzakirələrdən sonra 18 oktyabr 1991-ci ildə qəbul edilmişdir. Bu Konstitutsiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilmişdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. == Tarixi == 30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. Bəyannamənin mətni belə idi: 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etmiş və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir. Konstitusiya Aktı Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli iclasında qəbul edilmişdir.
Kvebek aktı
Formal olaraq,Britaniyanın Şimali Amerika aktı kimi tanınan Kvebek aktı(1774),əyalətdə idarəetmə prosedurlarını müəyyənləşdirən Böyük Britaniya Parlamentinin aktı idi.Aktın əsas komponentləri bunlar idi: Protestant inama istinad sədaqət andından çıxarılırdı; Katolik məzhəbinin azad praktikasına icazə verilirdi; İngilis ümumi qanununa müvafiq olaraq,xüsusi hüquq məsələləri üzrə fransız mülki hüququnun istifadəsi bərpa edildi; İnzibati müraciətlər,məhkəmə proseduru və cinayət təqibi daxil olmaqla,ictimai hüquq məsələləri üzrə ingilis ümumi hüququ təsdiqləndi; Katolik kilsəsinin desyatinləri tətbiq etmək hüququnu bərpa etdi.Bu aktın 13 koloniyadakı kimi Kvebekin özündə də,genişmiqyaslı təsirləri vardı.Kvebekdə britaniya və cənubdan olan mühacirlər onun siyasi azadlığın aradan qaldırılması kimi gördükləri müddəalarına qarşı etiraz etdilər.Bu akt 13 koloniyada qəbul olunmuş 5 akta oxşar olan bir akt idi(5+1).Bunlar hamısı Britaniya Parlamentinin iclaslarında qəbul edilmişdi.Amerikalılar Kvebek aktını Katolik məzhəbinin yaradılması kimi şərh edirdilər.Amerikalılar Fransız-hindu müharibəsi zamanı ağır şəkildə mübarizə aparmışdılar və hazırda onlara bu aktda verilən müddəaları özlərinə təhqir kimi görürdülər.Yeddi illik müharibədən sonra sülh 1763-cü il Paris müqaviləsi ilə reallaşdı.Müqavilənin şərtlərinə görə,Fransa dəyərli bildiyi şəkər istehsalı olan Qvadelupa və Martinikanı saxlamaq əvəzini istəyərək,Yeni Fransanı güzəşt etdi.Britaniyaya Yeni Fransa az qiymətli hesab olunurdu.O zaman onun tək kommersiya məhsulu qunduz dərisi idi.Fransa tərəfindən Kanada adlandırılan Müqəddəs Lavrenti çayı ərazisi sonradan ingilislər tərəfindən Kvebek adlandırıldı.1774-cü il aktında Katolik dininin istifadəsinə icazə verilməsi ilk dəfə olaraq Fransız kanadalıların öz etiqadlarından imtina etmədən əyalət hakimiyyətində hüquqi cəhətdən iştirakına imkan verdi.Dayandırılmış desyatinlərin yığımını bərpa etdi və əyalətə qayıtmaq üçün yezuit keşişlərə icazə verdi.Akt həmçinin,əyalət hökumətinin hüquqlarını müəyyən etdi.Qubernator kral tərəfindən təyin olunurdu.O,qanunvericilik Şurasının köməyilə idarəçilik edirdi.Seçilmiş parlament Assambleyası üçün isə müddəalar yox idi.Torpaq bölgüsündə isə idarəedici vasitə kimi senyorial sistem bərpa edildi.Bu fransızların əyaləti idarə etdiyi sistem idi.Bu akt vətənpərvərləri qəzəbləndirdi və onlar tərəfindən bu akt dözülməz aktlardan biri adlandırıldı və amerikan inqilabının gəlməsinə də öz töhfəsini verdi.Kvebek aktı həmçini Kvebekin ənənəvi sərhədlərindən heç vaxt kənarda həyata keçirilmirdi.13 koloniyada isı mahiyyət ondan ibarəət idi ki,o vətənpərvərləri qəzəbləndirir və tacı dəstəkləyənləri təşvişə salırdı.
Maqnitski aktı
Maqnitski aktı (ing. Magnitsky Act) — 2012-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun, insan hüquqlarının pozulmasında günahkar olan şəxslərə tətbiq edilir. Sənəd Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitski Moskva təcridxanasında istintaq zamanı öldükdən sonra qəbul edilib. Hazırda Amerikanın siyahısına 18 nəfər daxildir. ABŞ Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş siyahiya daxil edilən Rusiya və MDB dövlətlərindən olan 18 şəxsə qarşı maliyyə və viza qadağaları tətbiq edilib. == Zəmin == Sergey Maqnitski 2009-cu ildə Moskvanın istintaq təcridxanasında vəfat edib. Həbsindən əvvəl hüquqşünas çoxmilyardlıq büdcə vəsaitlərinin mənimsənilməsini araşdırıb. Hüquqşünasın təmsil etdiyi Hermitage Capital bildirib ki, Sergey Maqnitski oğurluqda suçladığı şəxslər tərəfindən şərlənərək məhbəsə atılmışdır. == Qanun == == Siyahı == Siyahıdakı ilkin 16 adam bilavasitə Hermitage Capital şirkətinin hüquqşünası Sergey Maqnitskinin ölümünə aidiyyatda şübhəli bilinən şəxslərdir. Siyahıda olanlardan biri - Artyom Kuznetsov 1975-ci ildə Bakıda anadan olub.
İttiham aktı
İttiham aktı istintaqın hazırlıq prosesinin ictimai iddianın başlanması üçün kifayət edəcək səviyyəyə çatdığı başa düşüldükdən sonra prokurorun iddia qaldırdığını bildirən yazılı sənəddir. İttiham aktı, müttəhimin hansısa günahını üzə çıxarmaq üçün onun haqqında hazırlanmış sənəddir. Qanun, qanunla səlahiyyətlər verilmiş orqanlar və şəxslər tərəfindən irəli sürülən və dəstəklənən qanun pozuntularının ittihamında nəzərdə tutur. Adətən, ittihamın irəli sürülməsindən sonra ya cinayət və ya digər məsuliyyətə cəlb edilmiş şəxsin təqsirinin sübuta yetirilməsində ifadə olunan dəstək, ya da ittihamın rədd edilməsi ilə müşayiət olunur.
1867 Konstitusiya Aktı
1867 Konstitusiya Aktı və ya İngilis Şimali Amerika Qanunu, 1 iyul 1867-ci ildə imzalanmış və Kanadaya Britaniya İmperiyasından müstəqil bir idarəetmə sistemi qazandırmağa imkan verən qanundur. Bu qanunun qəbul edilməsi ilə Britaniya Krallığı Şimali Amerikadakı dörd ştatdan formalaşmış federasiyası formasındakı koloniyalarına yerli özünüidarəetmə hüququ verdi. Bu ştatlardan "Kanada" ikiyə bölünərək Kvebek və Ontario əyalətlərini meydana gətirdi, digər iki ştat isə Nyu-Bransuik və Yeni Şotlandiya idi. Kanada Konfederasiyası termini bu birləşməyə aiddir və tez-tez meydana gələn federasiya üçün də istifadə olunur.
Film İstehsalı Aktı
Film İstehsalı Aktı, Hays Qanunu, Hays kodeksi və ya Hays Qaydaları Hollivudda 1924-1966-cı illər arasında qüvvədə olmuş özünüsenzura tətbiqi idi. Filmlərin gənclərə əxlaqsızlıq aşıladığı ilə bağlı mühafizəkar dairələrin illərdir apardığı qarayaxma kampaniyası nəhayət Hollivudu ehtiyat tədbirləri görməyə vadar etmişdir. 1922-ci ildə MPPDA (Motion Picture Producers and Distributors of America/Amerika Kino Filmləri İstehsalçıları və Distribyutorları) yaradılmışdır. Təşkilatı yaradanlar kino aləmindən kənar bir adamı təşkilatın rəhbərliyinə gətirmək qərarına gəlirlər. Bu şəxs dindar, vətənini sevən, siyasətçilərlə yaxşı münasibətlərdə olan biri olmalı idi. William Harrison Hays ildə 150 ​​min dollar kimi çox yüksək bir maaşla bu vəzifəyə təyin edilir. Ştatdan ştata dəyişən və bir çox filmin qadağan edilməsinə səbəb olan senzuradan qaçmaq üçün o, “özünüsenzura”ya əl atdı. 1924-cü ildə kinoprodüserlər çəkəcəkləri filmlərin mövzu xülasəsini Haysın Ofisinə (Hays Office) göndərmək məcburiyyətində buraxıldılar. İki ildən sonra isə Studiya ilə əlaqələr departamenti (Studio Relations Department) yaradılmışdır. Bu departamentdə studiyaların nələrə diqqət etməli olduğuna dair əsasnamə hazırlanmışdır.
Havana aktı (1940)
Havana aktı(1940) (Amerika kontingentində Avropa mülklərinin statusu haqqında) - İkinci dünya müharibəsi şəraitində Amerikadakı Avropa müstəmləkələrinin vəziyyətini tənzimləyən sənəd. 1940-cı il 21-30 iyul tarixlərində Havanada Amerika dövlətlərinin xarici işlər nazirlərinin İkinci məşvərət müşavirəsinin gedişində, 29 iyulda imzalanmışdır. Havana aktı Amerikadakı ingilis (həmçinin digər Avropa ölkələrinin) mülklərinin faşist Almaniyası tərəfindən işğalı təhlükəsi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının təklifi ilə müzakirə olunmuş və qəbul edilmişdir. 1940-cı il Havana aktında qeyd olunurdu ki, Amerika kontingentindəki Avropa mülkləri üçün təhlükə yaranarsa, "istənilən Amerika ölkəsi bu mülklərin müdafiəsini tələb etmək"hüququna malikdır, sonra isə bu mülklərin idarəçiliyi məsələsinə baxıla bilər. Havana aktı Amerika Birləşmiş Ştatlarına Amerikadakı Avropa mülklərinə münasibətdə birtərəfli qaydada hərəkət etmək imkanı verirdi. == Mənbə == Гонионский С. А. «Латинская Америка и США. 1939—1959 годы», Москва 1960.
Mumbaya terror aktı
Mumbaya Terror Aktı — Bombey şəhərində silsilə terror aktı. 2008-ci ilin 26 noyabrından 29 noyabra qədər Hindistanın Mumbay şəhərində baş vermişdir. == Haqqında == Fərziyyələrə görə, islam terror təşkilatı "Dəkkan Mücahəddin" ( təşkilat əvvələr naməlum idi, Əl-Qaidə təşkilatı ilə əlaqəli ola bilər) bir neçə mobil qruplarla güclü hücum etdilər.Qruplardan biri Viktoriya dəmiryol vagzal binasında avtomat Kalaşnikovdan aramsız atəş açdı. Digər iki qrup Hindistan qapılarının əks tərəfində " Tac Mahal " və "Oberoy" otellərində əsir götürdülər.(ing. Obroi Trident otel), dördüncü qrup polis məntəqəsinə hücum etdi. Yeddi hücum qeydə alınmışdı ( həmçinin Leopold kafe, hospital və Nəriman adlı Yəhudi iş mərkəzi). Nəticədə 166 dinc əhalı güc strukturunun əməkdaşları həlak olmuşlar və 10 dan 9 terrorist. Həmçinin 300 dən 600 dək insan yaralanmışdır. == Terraktdan əvvəl == Yerli vaxtla saat 22:00 radələrində, 21 noyabr 2008-ci il 10 hazırlanmış terrorist: Acmal Qasab, Abu Əli, Abu Soxeb Abdul, Rəhman Çota, Fəhad Ullah, Abu Dəra İsamal Xan, Nəsir Umar, Babar İmran Akaşa, Akir Əli Xama və Badi Abdulla Rəhman Karaca şəhərini hava qayıqları ilə tərk etdilər. Onların istiqamətləri - Mumbay şəhəridir.
Suruç terror aktı
Suruç terror aktı (türk. Suruç saldırısı) - 2015-ci ilin 20 iyul tarixində Türkiyənin Şanlıurfa vilayətinin Suruç səmtində yerli vaxtla saat 12:00-da baş vermiş bombalı intihar hücumu. Terror aktı nəticəsində ən azı 31 nəfərin həlak olduğu və 100 nəfərdən çox şəxsin yaralandığı bildirilir. Hücum; Sosialist Gənclik Dərnəklər Federasiyasının üzvlərinin toplaşdığı Amara Mədəniyyət Mərkəzinin baxçasında 300 nəfərlik qrupa qarşı həyata keçirilmişdir. Silahlı kamikadze özünü SGDF olaraq tanınan sol yönümlü qrupun uzun müddətdir ki, İraq Şam İslam Dövləti terror təşkilatı tərəfindən mühasirədə saxlanılan Kobani şəhərinin yenidən bərpa edilməsi ilə bağlı çıxış edərkən partlatmışdır. Əsas ehtimallar terror hücumunun İraq Şam İslam Dövləti terror təşkilatı tərəfindən həyata keçirilməsi ilə bağlıdır.
Vətəndaşlıq vəziyyəti aktı
Vətəndaşlıq vəziyyəti aktı — doğum sertifikatları, nikah lisenziyaları (və ya nikah sertifikatları) və ölüm sənədləri daxil olmaqla dövlət qurumları tərəfindən həyata keçirilən həyat hadisələrinin qeydləridir. Bəzi yurisdiksiyalarda həyati qeydlərə vətəndaş birlik və ya ailə qeydləri də daxil edilə bilər. Qeyd edək ki, yalnız həyat hadisələrinin əhəmiyyəti hökumət tərəfindən məhdudlaşdırılır; Bu məqalədəki qeydlərin idarə edilməsinin mənası həm dövlət, həm də qeyri-hökumət təşkilatları üçün tətbiq olunur. == Amerika Birləşmiş Ştatları == ABŞ-da həyati qeydlər ümumiyyətlə həm ştat həm də əyalət səviyyələrində aparılır. Birləşmiş Krallıqda və bir çox başqa ölkədə həyati qeydlər mülki qeydlərə yazılır. ABŞ-da həyati qeydlər ictimaiyyət üçün açıqdır və əksər hallarda bir dövlət qurumundakı hər kəs baxa bilər. Nüsxələri də ödənişlə tələb oluna bilər. İki növ nüsxə vardır: təsdiqlənmiş və təsdiqlənməmiş. Sertifikatlaşdırılmış nüsxələr şəxsiyyət vəsiqəsi üçün istifadə edilə bilən rəsmi nüsxələrdir, təsdiqlənməmiş nüsxələrdə isə dövlət möhürü yoxdur və əksər hallarda identifikasiya üçün istifadə edilə bilməyəcəyi qeyd olunur. Yaxın bir ailə üzvü və ya yazılı icazəsi olan birisi kimi təsdiqlənmiş bir nüsxəni kimin tələb edə biləcəyinə dair əlavə məhdudiyyətlər ola bilər.
Çinlilərin təcrid aktı
Çinlilərin təcrid aktı (1882—1943-ci illər) — 6 may 1882-ci il tarixində ABŞ Konqresinin Çinlilərin ölkənin Qərbinə kütləvi köç etməsinə cavab olaraq qəbul etdiyi xüsusi qanun. Amerika Birləşmiş Ştatları tarixindəki ilk və yeganə rəsmi qanun, müəyyən bir millətin nümayəndələrinə qarşı yönəldilmişdir (bu ölkənin qalan ayrı-seçkilik qanunları ümumiyyətlə irqlərlə əlaqəli). Qanun, artıq ABŞ-də yaşayan çinlilərin hər hansı Çin immiqrasiyasını və / və ya vətəndaşlıq almasını qadağan etdi (lakin ABŞ-də anadan olan Çinli uşaqlar ABŞ vətəndaşı sayılırdı). Əvvəlcə qanun 10 il müddətinə uzanmalı idi, lakin 1943-cü ilə qədər qüvvədə idi. 1917-ci ilə qədər oxşar məhdudiyyətlər ümumilikdə Asiyalılara da şamil edildi. == Tarixi == İlk çinlilər ABŞ-də 1840-cı illərdə, 1848-ci ildə Kaliforniyada qızıl hərisliyinin başladığı Meksikadan keçmiş şimal ərazilərinin ələ keçirilməsindən dərhal sonra ortaya çıxdı. Qızıl bol olduğu müddətdə, ayrı-ayrı Çin məkanlarında yaşayan Çinlilərə ehtiyat göstərildi, lakin ehtiyatları tükənəndə tolerantlıq itməyə başladı. Vəziyyəti yalnız nisbətən az sayda Çinli və ağ immiqrantlar xilas etdi. 60-cı illərdə Çin kuliları ABŞ dəmir yolu şirkətləri tərəfindən cəlb edildi. Xüsusilə, XIX əsrin ikinci yarısında Çindən və bəzi digər Asiya ölkələrindən (əsasən Yaponiya və Koreya) müqaviləli işçilərin sıx bir axını başladı.
11 sentyabr terror aktı
11 sentyabr terror aktları — Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktları. Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar idi. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi. == Hücumun hədəfləri == Bu hücumun əsas məqsədi sadəcə binalar, hətta bina və təyyarələrdəki minlərlə günahsız qurbandan daha böyük bir şey idi. Ən yaxın fiziki hədəflər Pentaqonun bir hissəsi, aşağı Manhetten və 4 təyyarə idi. Dünya Ticarət Mərkəzi bir zamanlar dünyanın ən hündür binası sayılan məşhur Əkiz Qüllələrin də daxil olduğu aşağı Manhettendə yerləşən 7 binadan ibarətdir.
2015 Ankara terror aktı
2015 Ankara partlayışları (türk. 2015 Ankara saldırısı) - 2015-ci ilin 10 oktyabr tarixində Türkiyənin paytaxtı Ankara vilayətinin Ulus səmtində yerli vaxtla saat 10:04-da baş vermiş bombalı intihar hücumu. Terror aktı nəticəsində ən azı 80 nəfərin həlak olduğu və 126 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
Beslanda terror aktı (2004)
Beslan şəhərində terror aktı (rus. Террористический акт в Беслане) — Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında yerləşən Beslan şəhərində baş vermiş terrror aktı. Terrorçular şəhərdə yerləşən 1 nömrəli məktəbə ilk dərs günü (1 sentyabr) hücum etmiş və nəticədə 1.100 nəfəri əsir almışdır (777 nəfər uşaq). Əsir götürülən şəxslərin böyük əksəriyyəti şagirdlər, onların valideynləri və müəllimlərdən ibarət idi. Əsirlərin xilas edilməsi əməliyyatına Rusiya ordusunun xüsusi təyinatlıları cəlb edilmişdir. Əsirlərin xilas edilməsi əməliyyatı zamanı və bundan az əvvəl yaşanan hadisələrdə 300 nəfərdən çox şəxs həlak olmuşdur. Həlak olanların 186 nəfəri uşaqlar idi. Öldürülən şəxslərin əksəriyyəti etnik baxımdan çeçen və inquşlardan ibarət idi. Terror aktını həyata keçirən qrup miliyyətcə çeçenlərdən təşkil edilmiş silahlı birləşmə idi. Çeçenistan müharibəsi zamanı səslərini bütün dünyaya çatdırmaq istəyən qrupa Ruslan Xucabarov rəhbərlik edirdi.
Danimarka-İslandiya Birləşmə Aktı
Danimarka-İslandiya Birləşmə Aktı — 1 dekabr 1918-ci ildə Danimarka və İslandiya Altinqi arasında imzalanmış akt. Bu akt sayəsində Danimarka kralı X Kristian həm də İslandiya kralı olurdu, xarici münasibətlərin Danimarkanın öhdəliyinə keçməsi şərtilə İslandiya müstəqil dövlət elan olunurdu. Akt tərəflərə şərtlər dəyişərsə aktdan çəkilmək imkanı verirdi. Bunun sayəsində İslandiya krallığı 1944-cü ildə ləğv olunmuşdu.
Ermənistan Parlamentində terror aktı
Ermənistan parlamentinə silahlı hücum və ya sadəcə 27 Oktyabr (erm. Հոկտեմբերի 27, translit. Hoktemberi k’sanyot’) — Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs tərəfindən 27 oktyabr 1999-cu ildə paytaxt İrəvanda Ermənistan Milli Məclisinə qarşı törədilmiş, nəticədə ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfərin öldürüldüyü terror aktı. Sarkisyan və Dəmirçyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı. Silahlı hücum ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Bu, əsasən, terror aktından sonra tez-tez avtoritar olaraq tənqid olunan prezident Köçəryanın daxil olduğu çoxsaylı konspirasiya nəzəriyyələrinin mövzusu olaraq qalır. Sarkisyan və Dəmirçyan ölümlərindən sonra Ermənistan Milli Qəhrəmanı adına layiq görüldülər. == Silahlı hücum == 27 oktyabr 1999-cu il tarixində, saat 17:15-də hökumət tərəfindən sual-cavab iclası keçirilərkən jurnalist və keçmiş EİF üzvü Nairi Hunanyanın rəhbərliyi altında uzun paltolarının içərisində gizlədilən Kalaşniov AK-47 avtomatları ilə silahlanmış beş nəfər İrəvanın Bağramyan prospektindəki Milli Məclis binasına girdi. Onlar səkkiz nəfəri güllələyərək öldürdülər: Vazgen Sarkisyan – Baş nazir Karen Dəmirçyan – Milli Məclisin sədri Yuri Baxşyan – Milli Məclisin sədrinin müavini Ruben Miroyan – Milli Məclis sədrinin müavini Leonard Petrosyan – Təcili İşlər naziri Henrik Abrahamyan – Parlamentin üzvü Armenak Armenakyan – Parlamentin üzvü Mixail Kotanyan – Parlamentin üzvüSilahlılar parlamentdə ən az 30 nəfəri yaraladılar.Hunanyanı qardaşı Karen, əmisi Vram və digər iki nəfər müşaiət etmişdi. Qrup dövlət çevrilişi etdiklərini iddia etdi.
İstanbul terror aktı (2022)
2022-ci il İstanbul terror aktı — 13 noyabr 2022-ci il tarixində saat 16.20-də İstanbulun Beyoğlu səmtindəki İstiqlal küçəsində baş verən bombalı hücumdur. Partlayış nəticəsində 6 nəfər həlak olub, 2-si ağır olmaqla 81 nəfər yaralanıb. Partlayışdan sonra İstiqlal küçəsi piyadaların üzünə bağlanıb, əraziyə çoxlu polis, təcili yardım və yanğınsöndürənlər gəlib. Təxminən bir saat sonra Radio və Televiziya Üst Şurası (RTÜK) partlayışla bağlı yayım qadağası qoyub. == Partlayış sonrası == Partlayışdan sonra əraziyə çoxlu xilasetmə, polis və sağlamlıq qrupları göndərilib, polis qüvvələri İstiqlal küçəsini boşaldıb və Taksim məscidi bağlanıb. Bildirilib ki, helikopterlər təhlükəsizlik məqsədilə küçənin ətrafına havadan baxış keçirib. Qırmızı Aypara Twitter-də ətrafdakı xəstəxanalara lazımi qan tədarükü edildiyini və təcili qan ehtiyacının olmadığını açıqlayıb.İstintaq davam edərkən, Təhlükəsizlik Baş İdarəsi hücumda istifadə edilən partlayıcının TNT olduğunu açıqlayıb. === Zərər və itkilər === 4 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada olmaqla 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Yaralılar Taksim Təhsil və Araşdırma Xəstəxanası ilə Prof. Dr.
Orli hava limanında terror aktı
Orli faciəsi — 15 iyul 1983-cü ildə ASALA-nın Parisin Orli beynəlxalq hava limanında həyata keçirdiyi terror aktı. Bu terror aktı nəticəsində 8 nəfər həlak olmuş, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həlak olanlar arasında Fransa, ABŞ, İsveç və Türkiyə vətəndaşları vardı. Partlayışdan dərhal sonra fransız polisi ASALA ilə əlaqəli olan 51 nəfəri həbs etmiş, onlardan 11 nəfəri dindirilmək üçün prokurorluğa gətirilmiş və 6 nəfərə terror aktının təşkili ilə əlagədar ittiham irəli sürülmüşdür. Həbs olunan 6 nəfərin arasında terror aktının əsas təşkilatçısı və terrorçu dəstənin başçısı Suriya ermənisi olan Varujan Karapetyan da yer alırdı. Karapetyan oz günahını boynuna alaraq istintaqa verdiyi ifadələrdə bildirmişdir ki, içində bomba olan çemodan hava limanında Türk hava yollarının kassasının qarşısında yox, təyyarənin içində təyyarə göydə olarkən partlamalı imiş. Lakin terrorçuların planı baş tutmayıb və bomba vaxtından əvvəl partlayıb. Həmçinin Karapetyan öz ifadələrində bildirmişdir ki, bombanın hazırlanmasında Türkiyə vətəndaşı olan erməni Ovanes Semerçi də iştrak edib. Həbs olunmuş ASALA üzvləri ilə yanaşı polis Türkiyə vətəndaşı olan milliyətcə erməni Nair Soneri də həbs etmişdir. Nair Soner elektron cihazlar üzrə mütəxəssis olduğuna görə terrorçular bombanın hazırlanmasında onun da köməyindən yararlanmışlar.
Yaponiyanın danışıqsız təslim olma aktı
Yaponiya imperiyasının kapitulyasiyası (yap. 日本の降伏) — eyni zamanda İkinci Dünya müharibəsinin tərkib hissəsi olan İkinci dünya müharibəsində Sakit okean cəbhəsi və Sovet-yapon müharibəsinin bitməsi. 26 iyun 1945 ildə antiyapon koalisiyasının müttəfiqləri: Çin, ABŞ və İngiltərə Yaponiyaya danışıqsız təslim olmaq şərtlərini özündə birləşdirən "Potsdam Deklarasiyası" adlı sənədi qəbul edirlər. Burada əgər Yaponiya şərtləri qəbul etməzsə, ölkənin tamamən məhv edilməsi nəzərdə tutulurdu. 28 iyun 1945 ildə Yaponiya rəsmi qaydada ultimatumun şərtlərindən imtina edir. 6 avqust 1945 ildə "Podstam deklarasiyası" şərtlərinə əsaslanan ABŞ Hiroşima şəhərinə atom bombası atır. 8 avqust gecə radələrində SSRİ Yaponiyaya müharibə elan edir. 9 avqust 1945 ildə Naqasaki şəhərinə ikinci atom bombası atılır. 10 avqust tarixində Yaponiya Podstam Deklarasiyası çərçivəsində, imperator idarə sturukturunun qorunub saxlanması şəraiti ilə danışıqsız təslim olmaq məsələsini qəbul etdiyini bildirir. 11 avqustda ABŞ Podstam Deklarasiyasının xaricində olunan dəyişiklikləri qəbul etmədiyini bildirir.
Bakı dəmiryol vağzalında terror aktı (1994)
Bakı dəmiryol vağzalında terror aktı — 1994-cü il fevralın 1-də Bakı dəmiryol vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında törədilmişdir. == Nəticəsi == Terror aktı nəticəsində 3 nəfər həlak olmuş, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı.
Reina gecə klubunda terror aktı (2017)
Reina gecə klubunda terror aktı - 2017-ci ilin 1 yanvar tarixində gecə saat 01:12-də İstanbulun Beşiktaş rayonu ərazisində yerləşən Reina gecə klubunda törədilmiş terror aktı. AK-47 avtomatı və Əl qumbarası ilə gercəkləşdirilmiş terror aktı nəticəsində ilkin məlumatlara görə 39 nəfər həlak olmuş, 69 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. == Arxa plan == Terror aktının naməlum şəxs tərəfindən əsasən AK-47 avtomatı ilə törədildiyi bildirilir. Santa Klaus forması geyinmiş şəxs girişdəki polis əməkdaşını öldürdükdən sonra içəri daxil olaraq gecə klubunda əylənən kütlənin üzərinə sərbəst atəş açmağa başlamışdır. İlk atəşin 01:15 də açıldığı bildirilir.Atəş açılan zaman Reina gecə klubunda 700 nəfərə yaxın şəxsin Yeni ili qarşılamaq üçün orada olduğu qeyd olunub. 39 nəfər açılan atəşlər nəticəsində dünyasını dəyişib (15 nəfərə yaxının xarici ölkə vətəndaşı olduğu bildilir) və 69 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bilidilir. Polis tərəfindən hadisənin baş verdiyi ərazi mühafizə altına alınıb.
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı - Azərbaycan Ali Sovetində aparılan müzakirələrdən sonra 18 oktyabr 1991-ci ildə qəbul edilmişdir. Bu Konstitutsiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilmişdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. == Tarixi == 30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. Bəyannamənin mətni belə idi: 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etmiş və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir. Konstitusiya Aktı Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli iclasında qəbul edilmişdir.
Şerman Antitrest Aktı
Şerman Antitrest Aktı Şerman antitrest aktı,1890-cı ildə Bencamin Harrisonun prezidentliyi dövründə ABŞ Konqressi tərəfindən qəbul edilən antitrest aktları tarixində qəbul edilən önəmli bir federal nizamnamədir. Federal hökumət tənzimləyicilərinin bu aktla rəqabət apara biləcəyini düşündüyü bəzi ticarət fəaliyyətlərinə icazə verildi və federal hökumətini istintaq və etibarlı araşdırmaya səslədi. Qanunla idarə edilən 19-cu əsr Amerikasının spesifik cəhəti onda idi ki,bir çox böyük müəssisəni inhisar məqsədli birləşdirərək,bir növ güvən mənasına gəlməktədir. Buna baxmayaraq,yenə də bu qanun nizamlama ilə əlaqəsiz olsa belə,inhisarçı proqramları öz əlinə almaqdadır. İnhisarlar məsələn bir bazar üzərində tam nəzarəti saxlayırdı və s. bu kimi amillərin qaşısını almaq və inhisarları birləşdirmək üçün bu akt qəbul edildi.ABŞ xaricində bu akt "rəqabət aktı" kimi olaraq bilinir. Aktlar,ticarətin və ya məhsulun qiymətinin süni şəkildə artmasını önləməyə çalışır."Dürüst inhisar" və ya sadəcə ləyaqətinə görə aparılan inhisar tamamilə qanunidir,ancaq,inhisarçı tərəfindən süni olaraq bu statusu qorumaq üzrə edilən inhisar isə dürüst inhisar deyildir. Şerman Antitrest Qanununun məqsədi,rəqiblərini qanuni olaraq uğurlu olan müəssisələrdə zərərə uğratmaqdan və əməliyyatlarda istehlakçıların dürüst qazanc əldə etməsinə mane olmaqdan ,eyni zamanda istehlakçıları istismarlardan qorumaq üçün mövcud bazarı qorumaq idi. == Original mətni == Şerman qanunu üç bölmədən ibarətdir. Birinci bölmə,müəyyənləşmiş rəqabətə zidd davranış yollarını təsvir və qadağan edir; İkinci bölmə mühitdə rəqabət əleyhdarı olan nəticələri əks etdirir.Beləliklə,bu bölmələr texniki olaraq,qanunlardan kənarda qalarkən,müəssisələrin qanunun maddələrində pozuntu etməsini önləmək üçün bir-birlərini tamamlayır.
Əsənboğa hava limanında terror aktı
Əsənboğa hava limanında terror aktı — 1982-ci il avqustun 7-də Ankaradakı Əsənboğa Beynəlxalq Hava Limanında ASALA tərəfindən həyata keçirilən terror aktı. Terror aktının birbaşa icraçıları Zöhrab Sarkisyan və Levon Əkməkcyan olmuşlar. Onlar ağzınacan insanla dolu gözləmə zalının ortasında bomba partlatdıqdan sonra pasport nəzarəti əməkdaşlarına və KLM-in (Hollandiya aviaşirkəti) reysinə minmək üçün növbədə dayanan sərnişinlərə avtomatdan atəş açmağa başlamışlar. Şahidlərin dediyinə görə terrorçulardan biri qaçıb canını qurtarmaq istəyən sərnişinlərə atəş açarkən qışqırırmış: "Bizimkilərdən 1 milyondan çoxu ölüb, sizinkilərdən 25-nin ölməsiylə nə olacaq ki?"Bundan sonra terrorçular kafeyə girərək 20 nəfəri əsir götürmüşlər. Türk xüsusi təyinatlılarının əsirləri azad etmək üçün keçirdikləri əməliyyat zamanı Sarkisyan öldürülmüş, Əkməkcyan isə yaralanmış və həbs olunmuşdur. Terror aktı və iki saatlıq atışma zamanı 9 nəfər dünyasını dəyişmiş, 72 nəfər isə yaralanmışdır. Ölənlər arasında ABŞ-dən olan qadın, Qərbi Almaniyadan olan mühəndis, 3 türk polisi, eləcə də sərnişinlər və hava limanı əməkdaşları vardı. ABŞ Dövlət Departamenti Cin Bosuortun kürəyindən aldığı güllə yarasından vəfat etdiyini, onun əri C.F.Bosuortun isə ağır yaralandığını təsdiq etmişdir. Ankaradakı hospitalın əməkdaşlarının bildirdiyinə görə onların hər ikisinin yaşı 60-dan çox imiş.ASALA terror aktına görə məsuliyyəti öz üzərinə götürmüş və bunun "türk faşistləri tərəfindən bizim torpağların işğalına" etiraz olduğunu bəyan etmişdir. ASALA-nın bəyanatında o da bildirilirdi ki, "günahsız qurbanlara" görə məsuliyyət, "sadə insanların düşmənləri: türk-faşist hökumətinin, NATO-nun və Birləşmiş Ştatların" üzərinə düşür.
Aktın tərtib edildiyi yerin qanunu
Lex loci actus və ya aktın tərtib edildiyi yerin qanunu — beynəlxalq xüsusi hüquqda qəbul edilmiş qayda. Bu qaydaya görə, mülki hüquq aktının tərtib olunduğu dövlətin hüququ tətbiq olunmalıdır. Bu, təhkimetmənin ümumi formuludur və bu şəkildə nadir hallarda istifadə olunur. Buna səbəb mülki hüquq aktının müxtəlif mülki-hüquqi hərəkətlərini əhatə edən geniş anlayış olmasıdır. Buna görə də aktın növündən asılı olaraq bu formul dəqiqləşdirilir. Aktın tərtib edildiyi yerin qanununun ən çox yayılmış variantları "Müqavilənin tərtib edildiyi yerin qanunu", "Müqavilənin icra edildiyi yerin qanunu", "Zərər vurulma yerinin qanunu"dur.
Minsk metrosunda terror aktı (11 aprel 2011)
Minsk metrosunda terror aktı — Minsk metrosunda terror aktı 11 aprel 2011-ci ildə, axşam saatlarında metronun "Oktyabrskaya" stansiyasında baş verib. Bu terror aktı 12 nəfərin həyatına son qoyub, 160 insan xəsarət alıb. Bu həm də Minsk metropolitenində ilk böyük faciədir. == Xarici keçidlər == Belarus: Müstəqillik dövrünün terror aktları. lent.az 12.04.11.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 43.22 dəfə / 1 mln.
2002 ••••••• 30.84
2003 ••••••••••• 53.15
2004 ••••••••••••• 60.64
2005 •••••••••• 47.23
2006 ••••••• 32.66
2007 •••••••• 36.58
2008 ••••••• 30.94
2009 •••••••• 34.08
2010 ••••••••• 40.85
2011 •••••••••• 45.13
2012 ••••••••• 41.47
2013 ••••••••• 42.60
2014 •••••••• 35.87
2015 ••••••••• 42.19
2016 •••••••••••••••••••• 97.36
2017 •••••••••••• 55.77
2018 •••••••••• 47.64
2019 •••••• 27.12
2020 •••••• 27.45

"aktı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aktı nədir? #aktı sözünün mənası #aktı nə deməkdir? #aktı sözünün izahı #aktı sözünün yazılışı #aktı necə yazılır? #aktı sözünün düzgün yazılışı #aktı leksik mənası #aktı sözünün sinonimi #aktı sözünün yaxın mənalı sözlər #aktı sözünün əks mənası #aktı sözünün etimologiyası #aktı sözünün orfoqrafiyası #aktı rusca #aktı inglisça #aktı fransızca #aktı sözünün istifadəsi #sözlük