paktı sözü azərbaycan dilində

paktı

Yazılış

  • paktı • 65.9218%
  • Paktı • 34.0782%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Antikomintern paktı
Antikomintern paktı (alm. Antikominternpakt‎, yap. 日独防共協定) — 25 noyabr 1936-cı ildə kommunizmdən müdafiə olunmaq üçün bağlanmış Almaniya-Yaponiya razılaşması, müqavilənin bağlandığı yer — Berlin) — dünyada kommunist ideologiyasının daha da genişlənməsinin qarşısını almaq məqsədilə Kommunist İnternasionalı (Komintern-paktın adı buradan yaranmışdır) ölkələrinə qarşı Almaniya ilə Yaponiya arasında yaradılmış ikitərəfli ittifaq. == Tarixi == 1937-ci ilin noyabrında Benito Mussolininin şəxsində İtaliya da Antikomintern paktına qoşuldu. Sonralar hakimiyyətə yeni gələn və ideologiyaları alman nasionalizmi və italyan faşizmi ilə səsləşən bir sıra hökumətlərin və SSRİ-yə və bütövlükdə kommunizmə düşmən münasibət bəsləyən bir sıra dövlətlər də Antikommuntern paktına qoşuldular. 1939-cu ildə Almaniya ilə İtaliya arasında bağlanmış ikitərəfli "Polad pakt"ını və 1940-cı ildə Berlin paktını imzalayan dövlətlərlə birlikdə Antikomintern paktının üzvləri də hərbi ittifaqın üzvlərinə çevrildilər. 24 fevral 1939-cu ildə pakta Macarıstan və Mancjou-qo dövlətləri də qoşuldular. 26 mart 1939-cu ildə Almaniyanın təkriki ilə vətəndaş müharibəsi şəraitində olan general Franko hökuməti də Antikomintern paktını imzaladı. 25 noyabr 1941-ci ildə Antikomintern paktının müddəti 5 il müddətinə uzadıldı, elə həmin dövrdə bu pakta Finlandiya, Rumıniya, Bolqarıstan, həmçinin faşistlər tərəfindən işğal edilmiş ərazilərdə — Xorvatiyada, Danimarkada, Slovakiyada təşkil olunmuş marionet hökumətlər və yaponlar tərəfindən işğal olunmuş Çin ərazisində yaradılan Van Szin-veya hökuməti də daxil oldular. == Mənbə == Command Decisions.
Bağdad paktı
Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə yaradılan, 1955-1979-cu illərdə Yaxın və Orta Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok. Təşkilatın üzvləri Böyük Britaniya, Fransa, Türkiyə, İran, İraq (1958-dək) və Pakistan idi. ABŞ formal olaraq təşkilata üzv olmasa da, 1957-ci ildən onun əsas komitələrinin iştirakçısı olmuşdur. SENTO-nun əsası 24 fevral 1955-ci ildə Bağdadda İraq və Türkiyə arasında imzalanan hərbi paktla qoyulmuşdur. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. 1958-ci ildə İraq blokdan çıxdığını elan etdikdən sonra, 1959-cu ildə ABŞ-la İran, Pakistan və Türkiyə arasında birbaşa və ya dolayı "kommunizm aqressiyası"na qarşı əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalandı. Bu müqavilələr SENTO-nun fəaliyyət göstərdiyi ərazilərdə sovetpərəst, qərb əleyhdarı və digər təxribatçı qüvvələrə qarşı həlledici rol oynayırdı. XX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində SENTO-ya üzv olan ölkələr arasında fikir ayrılıqları yaranmışdır. Bloka üzv olan müsəlman dövlətləri İsrailin ABŞ və digər qərb dövlətləri tərəfindən dəstəklənən fəaliyyətini tənqid edərək blok daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsini təklif edirdilər.
Berlin paktı
Üçlər paktı, Berlin paktı - faşist Almaniyası, İtaliya və Yaponiya arasında 1940-cı il sentyabrın 27-də bağlanmış hərbi sazişdir.Sonralar bu pakta Macarıstan,Bolqarıstan,Finlandiya,Rumıniya və Danimarka da qoşulmuşdu. Dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdu. Almaniya və İtaliyaya Avropada, Yaponiyaya isə Asiyada yeni "qayda-qanun" yaratmaq rolu nəzərdə tutulmuşdu.
Laknau Paktı
Laknau Paktı — Hindistan Milli Konqresi ilə Pakistan Müsəlman Liqası arasında, 1916-cı ilin oktyabrında Lakhnauda keçirilmiş hər iki tərəfin sonrakı birgə iclasında əldə edilən bir razılaşma idi. Pakt vasitəsilə iki tərəf əyalət qanunverici orqanlarında dini azlıqların təmsil olunmasına icazə verməyə razılıq verdilər. Müsəlman Liqası liderləri Hindistan muxtariyyətini tələb edən Konqres hərəkatına qoşulmağa razı oldular. Alimlər bunu hind siyasətində əlaqəli bir təcrübənin nümunəsi kimi göstərirlər. Razılaşma hazırlayarkən Mahajan Konqresə rəhbərlik etdi, Fəzlul Haq (1916-cı ildə həm Konqresdə, həm də Müsəlman Liqasında iştirak etmiş) və Mahatma Qandi də bu tədbirdə iştirak etdilər. == Haqqında == İngilislər hindlilərin məmnuniyyətini təmin etmək üçün hinduların böyük təzyiqləri altında İcraiyyə Şurası üzvlərinin ən azı yarısının seçilmələrinə və Qanunverici Şuranın çoxluğuna sahib olmasına səbəb olacaq bir sıra təkliflərə baxacaqlarını elan etdilər. Həm Konqres, həm də Müsəlman Liqası bunları dəstəklədi. Hər iki partiya başa düşdülər ki, gələcək güzəştlər üçün daha böyük əməkdaşlıq tələb olunur.
Polad paktı
Müttəfiqlik və dostluq haqqında Almaniya-İtaliya müqaviləsi (imzalama tarixi — 22 may 1939-cu il, imzalanma yeri — Berlin; digər adı «Polad paktı»; müqavilənin digər adı Almaniya və İtaliya, Hitler və Mussolini arasında qırılmaz dostluğu göstərmək üçün idi) - Müqavilənin rəsmi sənədlərinə sözügedən dövlətlərin xarici işlər nazirləri imza atmışdır. Almaniyadan bu şəxs Yoaxim fon Ribbentrop, İtaliyadan isə Qaleaçço Çiano olmuşdur. Bu müqavilə həmçinin "Anti-Komintern Paktı"nın müddəalarını təsdiq edirdi. Pakta əsasən sözügedən iki dövlət öz aralarında öhdəlik qəbul edirdilər ki, əgər müttəfiqlərdən birinə hansısa üçüncü dövlət hərbi müdaxilə etsə onda digər müttəfiq dərhal ona yardım edəcək. Müqavilədə bu iki dövlət arasında iqtisadi və hərbi əlaqələrin genişləndirilməsi də nəzərdə tutulmuşdu. Bu müqavilə İkinci dünya müharibəsinin başlanması ərəfəsində Almaniya və İtaliya arasında əsas müttəfiqlik sənədi kimi nəzərdə tutulmuşdur.
Saadabad Paktı
Səadabad Paktı — Türkiyə, İran və Əfqanıstan arasında, 1937-ci il 8 iyul tarixində Tehranda Səadabad sarayında imzalanan dörd tərəfli hücum etməmə paktı. == Paktın bağlanmasının səbəbləri == Sərhəd problemlərinin birdəfəlik şəkildə həllini tapması: Pakta üzv dövlətlərin hamısının İranla sərhəd problemi mövcud idi. Həmçinin mövcud sərhəd problemləri səbəbindən xüsusilə Türkiyə-İraq-İran üçbucağında kürd tayfaları sərhəd tanımadan üsyanlar edirdilər. Bu, paktın imzalanmasının ən əhəmiyyətli səbəbidir. Ölkələrin müstəqilliklərini bildirmək istəyi: Müstəmləkə və yarım müstəmləkə dövrlərindən qısa müddət əvvəl xilas olan bu dövlətlərin müstəqilliklərini tanıtdırması son dərəcə vacib idi. İlk dəfə olaraq bu məqsədlə, 1935-ci il 2 oktyabrda Cenevrədə Türkiyə, İran və İraq arasında üç tərəfli müqavilə paraflandı. Bura daha sonra Əfqanıstan da qoşuldu. Daha sonra İraq-İran sərhəd mübahisələrinin həlli (Şəttül-Ərəb uyğunsuzluğu), Türkiyə ilə İran arasında dostluq çərçivəsi daxilində sərhəd problemi daxil olmaqla hər bir sahəni tənzimləyən sazişlərin aktı; 1937-ci il 8 iyul tarixli Səadabad Paktının imzalanmasına imkan vermişdir.Tərəflər; sazişdə ümumi olaraq bir-birilərinin daxili işlərinə qarışmayacaqlarını, ortaq maraqlarına aid olan məsələləri bir-birilərinə danışacaqlarını, bir-birlərinə qarşı hücum etməyəcəklərini və sərhədlərinin qorunmasına hörmət göstərəcəklərini vəd etmişdilər. Ancaq paktın əsas səbəbi olan kürd tayfaları problemi, 7-ci maddəninbu ifadələrində gizlidir: Pakta bağlı olan tərəflərdən hər biri öz sərhədləri daxilində digər bağlı tərəflərin müəssisələrini dağıtmaq, nizam və təhlükəsizliyini sarsıtmaq və ya siyasi rejimini pozmaq məqsədilə silahlı dəstələr, birliklər və ya təşkilatların qurulmasını və hərəkətə keçmələrini əngəlləmək vəzifəsi boyunlarına qoyulurdu. II Dünya Müharibəsi şəraitində sazişin digər müddəaları yararsız qalmış, lakin 7-ci maddə müqavilənin davamını təmin etmişdir.
Səadabad Paktı

Üçlər paktı
Üçlər paktı, Berlin paktı - faşist Almaniyası, İtaliya və Yaponiya arasında 1940-cı il sentyabrın 27-də bağlanmış hərbi sazişdir.Sonralar bu pakta Macarıstan,Bolqarıstan,Finlandiya,Rumıniya və Danimarka da qoşulmuşdu. Dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdu. Almaniya və İtaliyaya Avropada, Yaponiyaya isə Asiyada yeni "qayda-qanun" yaratmaq rolu nəzərdə tutulmuşdu.
Brian-Kelloq paktı
Brian-Kelloq paktı — 1928-ci il avqustun 27-də Parisdə Milli siyasətdə müharibələrdən imtina edilməsi barədə Fransa xarici işlər naziri A.Brianın təşəbbüsü ilə imzalanan pakt == Haqqında == 1920-ci illərdə dövlətlərarası münasibətlərdə müharibələrdən imtina edilməsi məsələsi daha da aktual oldu. Fransanın xarici işlər naziri Aristid Brian ABŞ-nin birinci dünya müharibəsinə qoşulmasının 10 illiyi ilə əlaqədar olaraq 1927-ci il aprelin 6-da söylədiyi nitqində Fransanın ABŞ-yə dost münasibətini bildirərək bu ölkə ilə istənilən qarşılıqlı öhdəlik götürmək və müharibəni qanundankənar etmək haqqında saziş bağlamaq təklifini irəli sürdü. İyunun 20-də Brian ABŞ-nin Parisdəki səfirinə Əbədi dostluq haqqında Fransa-Amerika müqaviləsinin layihəsini təqdim etdi. Fransa bundan istifadə edərək iqtisadi mövqelərini gücləndirmək, frankın alıcılıq qabiliyyətini sabitləşdirmək, ABŞ-yə olan borclarının ödənilməsi məsələlərini tənzimləmək və Avropada hərbi-siyasi vəziyyətini möhkəmləndimıək istəyirdi. Fransa diplomatiyasının bu təklifi Birləşmiş Ştatlarda müsbət qarşılandı. Lakin amerikan diplomatiyası ondan dərhal öz daxili və xarici siyasət məqsədləri üçün bacarıqla istifadə etdi. Dekabrın 28-də ABŞ dövlət katibi Kelloq yalnız Fransa ilə müvafiq müqavilənin bağlanmasını mümkünsüz sayaraq onun bütün başlıca dövlətlərlə imzalanmasını təklif etdi. Fransanın ikitərəfli müqavilə imzalamaq əvəzinə ABŞ-nin çoxtərəfli müqavilə bağlamaq təklifi Parisdə narazılıqla qarşılansa da fransızlar ondan imtina edə bilmədilər. ABŞ hökuməti 1928-ci il iyunun 23-də Lokarno sazişlərini imzalayan tərəflərə və Britaniya dominionlarına milli siyasətdə müharibədən imtina etmək haqqında müqavilənin mətnini göndərdi. Bu mətn dövlətlər tərəfindən bəyənildi.
Molotov-Ribbentrop paktı
Molotov-Ribbentrop paktı və ya rəsmi adı ilə Almaniya və Sovet Sosialist Respublikaları İttifaqı arasında hücum etməmə müqaviləsi — Nasist Almaniyası ilə Sovet İttifaqı arasında neytrallıq barədə imzalanmış paktdır. Müqavilə 23 avqust 1939-cu ildə xarici işlər nazirləri İoahim fon Ribbentrop və Vyaçeslav Molotov arasında Moskva şəhərində imzalanmışdır.Paktın maddələrinə əsasən hər partiya digərinə sülh zəmanəti verirdi və heç bir hökumətin öz müttəfiqi olsa belə, digər hökumətin düşməninə yardım etməyəcəyini elan edirdi. İctimai olaraq hücum etməmə haqda razılığa gəlindiyi elan edilsə də, gizli protokol əsasında Polşa, Litva, Latviya, Estoniya və Finlandiyanın daxil olduğu ərazilər Sovet İttifaqı və Almaniya arasında nüfuz dairələrinə bölünürdü. Gizli protokolda Litvanin Vilnoya olan maraqları da tanınırdı, əlavə olaraq, Almaniya Bessarabiyaya marağının olmamasını elan edirdi. Gizli protokol Nürnberq proseslərində ictimai olaraq meydana çıxana qədər sadəcə şayiə olaraq qaldı.Bundan sonra Almaniya 1 sentyabr 1939-cu ildə Polşanı işğal etdi. Sovet İttifaqı lideri İosif Stalin də 17 sentyabr tarixində Polşanın işğal edilməsi üçün əmr verdi. Bu hadisədən 1 gün sonra Xalxin Qolda Sovet-Yapon atəşkəsi qüvvəyə mindi. Polşanın bu iki dövlət tərəfindən işğal edilməsindən sonra əlavə Alman-Sovet Sərhəd razılaşması ilə yeni sərhədlər təsbit edildi. Qış müharibəsindən sonra 1940-cı ilin mart ayında Sovet İttifaqı Finlandiyanın Kareliya və Salla bölgələrinin bir hissəsini özünə ilhaq etdi. Bunun ardınca Estoniya, Latviya, Litva və Rumıniya (Bessarabiya, Şimali Bukovina və Hertza bölgəsi) da Sovet İttifaqı tərəfindən ilhaq edildi.
Qafqaz Konfederasiyası Paktı
Qafqaz Konfederasiyası Paktı — Bolşevik işğalından sonra Avropada fəaliyyət göstərən qafqazlı mühacirlərin Qafqaz Konfederasiyası yaratmaq məqsədilə imzaladığı sənəd. == Qafqaz Konfederasiyasının əsasları == 1934-cü il iyulun 14-də Brüsseldə imzalanmışdır. “Qafqaz Konfederasiyası Paktı” adlanan 14 iyul anlaşmasında Azərbaycan, Gürcüstan və Şimali Qafqaz Milli Mərkəzləri “Bir millətin tam inkişafının ancaq tam bir istiqlal şərtilə mümkün olacağını, təkmil Qafqaz qüvvələrinin vahid və müştərək sərhədlər daxilində birləşmədən bu məqsədə çatmasının son dərəcə çətin olacağını, Qafqaz millətlərinin xarici siyasət və milli müraciətlərinin müştərək bir tərzdə ifadə edilməsinin zəruriliyini, Qafqaz Cümhuriyyətləri Konfederasiyasının məmləkətin siyasi və iqtisadi birliyindən irəli gələn bir forma olduğunu” nəzərə alaraq, Qafqaz Konfederasiyasının əsaslarını elan etdilər. == Sənəddə qeyd edilənlər == Sənəddə göstərilirdiki, Qafqaz Konfederasiyası xaricdə tərkibinə qatılmış Cümhuriyyətlərin adından çıxış edəcək; yaradılacaq Qafqaz Konfederasiyası müştərək gömrük sərhədinə malik olacaq; konfederasiyaya daxil olan Cümhuriyyətlərin xarici siyasəti qurumun səlahiyyətli nümayəndələri tərəfindən birgə həyata keçiriləcək; konfederasiyanın sərhədləri Cümhuriyyətlərin ordularından təşkil edilən və vahid komandanlıq altında fəaliyyət göstərən konfederasiya ordusu tərəfindən müdafiə olunacaq; konfederasiyadaxili mübahisəli məsələlərə ali konfederasiya məhkəməsində baxılacaqdır. “Qafqaz Konfederasiyası Paktı”nı Azərbaycan adından Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Şimali Qafqaz adından Məmməd Girey Sunc, İbrahim Çulik, Tausultan Şakman, Gürcüstan adından N.jordaniya, A.Çxenkeli imzalamışdır.
Mülki və Siyasi Hüquqlara haqqında Beynəlxalq Paktın İlk Fakultativ Protokolu
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın Birinci Fakultativ Protokolu — Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktına əsasən fərdi şikayət mexanizmi quran beynəlxalq müqavilədir. 16 dekabr 1966-cı ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş və 23 mart 1976-cı ildə qüvvəyə minmişdir. 2020-ci il may ayından etibarən 35 imzalayan və 116 üzv dövlət var idi. Təsdiqləyən iki dövlət - Yamayka və Trinidad və Tobaqo — protokolu tənqid etdi.
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın Birinci Fakultativ Protokolu
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın Birinci Fakultativ Protokolu — Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktına əsasən fərdi şikayət mexanizmi quran beynəlxalq müqavilədir. 16 dekabr 1966-cı ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş və 23 mart 1976-cı ildə qüvvəyə minmişdir. 2020-ci il may ayından etibarən 35 imzalayan və 116 üzv dövlət var idi. Təsdiqləyən iki dövlət - Yamayka və Trinidad və Tobaqo — protokolu tənqid etdi.
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakultativ Protokolu
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakultativ Protokolu — Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta uyğun olaraq edam cəzasının ləğv edilməsinə yönəlmiş beynəlxalq müqavilədir. 15 dekabr 1989-cu ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş və 11 iyul 1991-ci ildə qüvvəyə minmişdir. 2021-ci il tarixindən Könüllü Protokolda 89 dövlət iştirak etmişdir. Bundan əlavə, Qazaxıstan protokolu imzaladı, lakin təsdiq etmədi. Konvensiyanı ən son təsdiqləyən ölkə 18 mart 2021-ci ildə Ermənistan idi. Fakultativ Protokol üzvlərini sərhədləri daxilində ölüm cəzasını ləğv etməyə borcludur, baxmayaraq ki, 2.1-ci maddə tərəflərə "müharibə vaxtı" vaxtında törədilmiş hərbi xarakterli ən ağır cinayət hökmünə uyğun olaraq edama icazə verən bir bənd verməyə imkan verir." Braziliya, Çili, El Salvador, Kipr, Malta və İspaniya əvvəlcə bu cür rezervasyonlar etdi və daha sonra onları geri götürdü. Azərbaycan və Yunanıstan hər iki ölkənin ölüm hökmünü hər vəziyyətdə qadağan etməsinə baxmayaraq protokolun icrası ilə bağlı bu qeydini davam etdirirlər (Yunanıstan ölümü ləğv edən Avropa İnsan Haqları Konvensiyasına dair 13 saylı Protokolu da təsdiqlədi) bütün cinayətlərə görə cəza).
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İlk Fakultativ Protokolu
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın Birinci Fakultativ Protokolu — Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktına əsasən fərdi şikayət mexanizmi quran beynəlxalq müqavilədir. 16 dekabr 1966-cı ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş və 23 mart 1976-cı ildə qüvvəyə minmişdir. 2020-ci il may ayından etibarən 35 imzalayan və 116 üzv dövlət var idi. Təsdiqləyən iki dövlət - Yamayka və Trinidad və Tobaqo — protokolu tənqid etdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.73 dəfə / 1 mln.
2003 •••••••• 0.79
2004 ••••••••••••• 1.35
2005 ••••••• 0.67
2006 ••••••••• 0.90
2007 •••••••••••••••••••• 2.11
2008 ••••••• 0.73
2009 •••••••••• 0.96
2010 ••••••• 0.64
2011 •••••• 0.60
2012 ••••••••••••• 1.29
2013 •••••••••• 1.02
2014 •••• 0.34
2015 •• 0.17
2016 ••••••••• 0.87
2017 •••• 0.33
2019 •••••• 0.56
2020 ••• 0.27

Oxşar sözlər

#paktı nədir? #paktı sözünün mənası #paktı nə deməkdir? #paktı sözünün izahı #paktı sözünün yazılışı #paktı necə yazılır? #paktı sözünün düzgün yazılışı #paktı leksik mənası #paktı sözünün sinonimi #paktı sözünün yaxın mənalı sözlər #paktı sözünün əks mənası #paktı sözünün etimologiyası #paktı sözünün orfoqrafiyası #paktı rusca #paktı inglisça #paktı fransızca #paktı sözünün istifadəsi #sözlük