inti sözü azərbaycan dilində

inti

Yazılış

  • inti • 66.6667%
  • İNTİ • 22.2222%
  • İnti • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kabus yarışçı 2: İntiqam atəşi (film, 2012)
Kabus yarışçı 2: İntiqam atəşi (ing. Ghost Rider: Spirit of Vengeance) — Mark Neveldayn və Brayan Teylor tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Şərqi Avropada gizlənən Conni Bleyz gecələr onu kabusa çevirən lənətdən qurtulmağa çalışır. Lakin kilsənin gizli bir sektası tərəfindən köməyə çağırıldıqda kabus yarşçı həvəssiz olsa da, bu işə razılıq verir. İndi o, kiçik bir oğlanın bədənindən istifadə edərək insan forması almaq istəyən şeytani qüvvə ilə mübarizə aparmalı olacaq. Bu yolda Bleyz həm də onu narahat edən öz lənətindən də qurtula bilər...
Karib dənizinin quldurları: Salazarın intiqamı (film, 2017)
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (ing. Pirates of the Caribbean: Dead Men Tell No Tales) — Öz bəxtini tükəndirən kapitan Cek Sərçə müəyyən edir ki, çoxdan dost olmayan qorxulu kapitan Salazar və ruh dəniz quldurları onun ovuna çıxıblar. Onların niyyəti kapitan Cek Sərçəni aradan qaldırmaq idi. Onlar təzəlikcə Şeytan üçbucağından qaçıblar və indi Cek daxil olmaqla bütün dəniz quldurlarını məhv etmək istəyirlər. Xilas olmağa yalnız qüdrətli artefakt – Poseydonun üçbaşlı əsası kömək edə bilər, hansı ki, öz sahibinə bütün dənizi idarə etmək bəxş edir. Poseydon yunan tanrısı olub, dənizi idarə edirdi, bunu etməsində əsası ona köməklik edirdi. Filmdə Conni Depplə bərabər Xavier Bardem, Brenton Tvaytes, Kevin R. McNally, Kaya Skodelario, Golşiftə Fərahani, Stefen Qraham və başqa məşhurlar rol alıb. Film 26 may 2017-ci ildə təqdim olunmuşdur.
Kolonial intibah memarlığı
Kolonial intibah memarlıq üslubu Amerika müstəmləkə memarlığının elementlərini canlandırmağa çalışır. Kolonial intibah memarlığı üslubunun başlanğıcları tez-tez amerikalıları öz müstəmləkə keçmişlərinin memarlıq ənənələri ilə tanış edən 1876-cı ilin yüzillik sərgisi ilə əlaqələndirirdi. 1880–1910-cu illərdə ABŞ-də Kraliça Anne tipli memarlığın üstünlük təşkil etdiyi bir dövrdə olduqca az sayda Kolonial intibah evləri tikilmişdir. 1910-1930-cu illərdə Kolonial intibah memarlığı hərəkatı yüksəldi. Bu dövrdə ABŞ-də evlərin təxminən 40%-i intibah memarlığı üslubunda inşa edilməyə başlamışdır. Müharibədən sonrakı dövrdə (1950-1960-cı illərin əvvəlləri), Kolonial intibah evləri daha sadələşdirilmiş formada tikilməyə davam etmişdir. İndiki dövrdə də bir çox yeni ənənəvi evlər Kolonial intibah memarlığı üslubundan istifadə edilərək tikilir. Kolonial intibah memarlığı üslubunda dominant təsirlər Gürcüstan və federal memarlığı olsa da, Kolonial intibah evləri də, Hollandiya müstəmləkə üslubundan və orta əsrlərdən sonrakı ingilis üslublarını da az dərəcədə cəlb edir. Kolonial intibah evləri tez-tez bu prototiplərin bəzilərinin cəhətlərini sərbəst birləşdirən eklektik bir tərzə sahibdirlər. Memarlıq hərəkatı ilə əlaqəli olsa da, "Kolonial intibah" tarixi qorunma, landşaft memarlığı, bağ dizaynı və müstəmləkə formalarından ilham alan və ya ilham verən dekorativ sənət növlərinə də aiddir.
Kütləvi intihar
Kütləvi intihar – çoxlu sayda insanın birlikdə və ya eyni səbəbdən ayrı-ayrı yerlərdə kütləvi formada intihar etməsi. Kütləvi intihar hallarına tarixdə nadir hallarda rast gəlinsə də, bir çox nümunəsi mövcuddur. == Önəmli kütləvi intihar nümunələri == Eramızdan əvvəl 133-cü ilə baş vermiş Numantiya mühasirəsi zamanı, numantiyalılar təslim olmağın əvəzinə kütləvi intihar etmək yolunu seçmişdir. 1336-cı ildə Litvada yerləşən Pilenayi qalası Tevton ordeninin cəngavərləri tərəfindən mühasirəyə alınmışdır. Knyaz Margiris özünü və adamlarını müdafiə edə bilməyəcəyini başa düşəndə, düşmənin əlinə heç bir şeyin keçməməsi məqsədilə qalanı oda vermiş, özü və əsgərləri ilə birlikdə kütləvi intihar etmişdir. 1945-ci ilin aprel və may aylarında Almaniyanın şimalında yerləşən Demmin şəhərində yaşayan 900 nəfərə yaxın sakin Sovet ordunsunun əlinə keçməmək məqsədilə kütləvi intihar etmişdir. 1978-ci ildə Qayananın şimalında Cim Cons rəhbərliyindəki Xalqlar məbədi tərəfindən yaradılmış Constaun şəhərciyindəki 918 nəfər dini baxışları səbəbindən kütləvi intihar etmişdir.
Lukresiyanın intiharı
Maskalı beşlər intiqam arxasında (film, 2005)
Maskalı beşlər intiqam arxasında (türk. Maskalı Beşler İntikam Peşinde) — 2005-ci il istehsalı Türkiyə komediya filmi.
My name is İntiqam (film, 2014)
My name is İntiqam — Rejissor Emil Abdullayevin filmi. == Film haqqında == Film Azərbaycanın cənubunda ucqar kənddə yaşayan 25 yaşlı İntiqamın həyatından bəhs edir. Nənəsi İntiqamın qoyunlarla rəqsini çəkib Youtube saytına yerləşdirir. Youtubeda 10 milyondan çox baxış toplayan İntiqamın həyatı dəyişir. Bakıdan ona dəvət gəlir və o Bakıya gəlməli olur. Baş qəhrəmanın saflığından istifadə edib ilin ən çox baxılan videosunun müəllifinə ayrılmış 2 milyon manatı mənimsəmək istəyirlər. Çox keçmir əvvəlcədən hazırlanmış hiylənin üstü açılır və fırıldaqçılar istəklərinə nail ola bilmirlər. Kənd həyatına alışan İntiqam şəhərdə bir – birindən gülməli vəziyyətlərə düşür. Sonda mükafatın təqdimat mərasimində qalmaqal yaşanır və Youtube üçün növbəti baxış sayı toplaya biləcək videoya zəmin yaranır.
My name is İntiqam 1

My name is İntiqam 2: Moldova (film, 2015)
== Mövzu == İntiqam Ağayev artıq Moldovaya yollanır. Səyavuş və İntiqam çalışırlar ki, İntiqam Kişinyovun meri seçilsin. Ancaq onun rəqibi Qabriel onun mer seçilməsinə mane olur. Və bu zaman onların sərgüzəştləri davam edir. İntiqam köməyə dostu Dünyamalını çağırır. Dünyamalı ona kömək edir. İntiqamın üzərindən Qabrielin yerləşdirdiyi kameranı çıxardır. İntiqam və Qabriel televizora səs verməyə çıxırlar. Səs vermədə ən çox səslə Qabriel qalib olur. İntiqamın atası onu geri gətirir.
Qazaxıstanda intihar
Qazaxıstanda intihar — ölkədə qeyri-təbii ölümün ümumi səbəbi və uzun müddətli bir sosial problemdir. Ümumdünya Səhiyyə Təşkilatının 2011-ci il hesabatına görə, dünyada hər il intihar səbəbindən ölənlərin sayının 3.23% -i Qazaxıstana aiddir. Yeniyetmə və gənc yaşlıların intiharı ölkədə böyük bir problemdir. Qazaxıstanda bütün ölümlərin 12,2% -ni intihar təşkil edir. == Ümumi məlumat == Qazaxıstandakı Psixoanalistlər Assosiasiyasının prezidenti Anna Kudiyarova deyir ki, əksər hallarda kişilər özünü asaraq öldürürlər. Qadınlarda, dərman həbləri apteklərdə mövcud olduğu üçün ilk növbədə gəlir. Silahlı intihar hərbçilər və polislər arasında geniş yayılmışdır . Tez-tez orduda intihar səbəbi təhlükəlidir. == Statistika == 15 yaşdan 19 yaşa qədər qızlar arasında ölkədə qeydə alınan intiharların sayı ən yüksəkdir və oğlanlar üçün bu, Rusiyadan sonra ikinci ən yüksəkdir. UNİCEF-in 2009-cu il hesabatında 1999-2008-ci illər arasında ölkə gəncləri arasında intihar hadisələrinin sayının 23% artdığı göstərilir.
Spartak: İntiqam (teleserial, 2012)
Spartak: İntiqam (ing. Spartacus: Vengeance) — Starz kanalının Spartak: Qan və Qum serialının davamı və Spartak serialının ikinci sezonu. == Mövzusu == Spartak: Qan və Qum-da Spartak rolunu canladıran aktyor Andy Whitfield-in xərçəng xəstəliyindən ölümündən sonra,bu rola Liam McIntyre dəvət edilir.İntiqam sezonun da artıq Spartak öz dəstəsini qurur və Romaya qarşı vuruşur.Və bundan narahat olan Roma hakimiyyəti Spartak və onun döyüşçülərini yox etmək üçün Romanın komandiri Qay Klavdiy Qlaberi Spartak və onun döyüşçüləri ilə vuruşmaq üçün Kapuaya gəlir.
Yüksək İntibah
Yüksək İntibah — ənənəvi olaraq 1490-cı illərdən etibarən İtaliya İntibah tarixində bir dövr, Leonardo da Vinçinin Son Şam yeməyi freskasının meydana çıxma vaxtı və Florensiyada Lorenzo de Medicinin ölümü, 1527-ci ildə Roma tərəfindən imperator Çarlzın qoşunları tərəfindən talan edilməsindən əvvəl adı ilk olaraq alman dilində ortaya çıxdı (Hochrenaissance) XIX əsrin əvvəllərində sənət tarixçisi İoqam İoahim Vinkelman tərəfindən təqdim olunan rəsm və heykəltəraşlıqda "yüksək üslub" anlayışından irəli gəlir. Hal-hazırda, "Yüksək İntibah" adı akademik ictimaiyyət tərəfindən bədii inkişafın təhlilini sadələşdirmək, tarixi kontekstə məhəl qoymamaq və yalnız bir neçə seçilmiş sənət əsərinə yönəltmək üzündən şübhə ilə qəbul edilir. Yüksək İntibah adətən, Roma Papası II Yuliyin dövründə İtaliya şəhərlərində, xüsusən Papa Dövlətlərinin paytaxtı Romada bədii yaradıcılığın müstəsna yüksəlişinin nisbətən qısa 30 illik dövrünə aiddir. Yüksək İntibah dövrünün başlanğıcı və sonu tarixləri bir-birindən fərqlənir və ümumiyyətlə ən məşhur nümayəndələrin — ilk növbədə Leonardo da Vinçi, erkən Mikelancelo və Rafael Santinin yaranma vaxtını başa düşürlər.Yüksək İntibah dövrünün təsviri sənəti klassik ənənəyə vurğunu yeniləmək, himayəçilik institutunu genişləndirmək və sonradan manyerizm üslubu adlandırılan təsvir texnikalarının tədricən ortaya çıxması ilə İntibah dövrünün ümumi mədəniyyətindən fərqlənir. Corco Vazarinin təklif etdiyi sənət tarixinin modelinə görə, Fra Bartolomeo və ya Mariotto Albertinelli kimi daha az əhəmiyyətli sənətkarlar kompozisiya və qüsursuz texnikanın harmoniyası üçün hələ də yüksək qiymətləndirilən sənət əsərlərini yaratdıqları zaman Yüksək İntibah yaradıcı dahinin partlayışı hesab edildi. Mikelancelo və Rafaelin vatikan əsərlərinin nümunəsində Yüksək İntibah dövrünün təsviri sənətinin əsas xüsusiyyətlərini — iddialı tərəzi yüksək kompozisiya mürəkkəbliyi, insan orqanizmini yaxından araşdırmaq, klassik antik dövrlərə aid ikonoqrafik və bədii istinadlar ilə birləşdirmək olar. Son illərdə sənət tarixçiləri Yüksək İntibah dövrünü bir dövr deyil, bir istiqamət olaraq xarakterizə etdilər — XV əsrin sonu — XVI əsrin əvvəllərinə aid sənətə bir neçə eksperimental yanaşmadan biri, bunları mühafizəkar kimi şərh etmək olar; gözəlliyin yeni qavrayışı kimi; dövrün ədəbi dəbi ilə əlaqəli eklektik təsvirlərin sintezi kimi; görüntülərin yeni şərhləri və mənaları kimi izah olunur. == İstinadlar == == Ədəbiyyat == Алпатов М. В. Высокое Возрождение // Всеобщая история искусств. II. Искусство эпохи Возрождения и Нового времени. М.—Л.: Искусство.
İntibah
İntibah — müəyyən qədim mədəniyyətin tarixin müəyyən aralığında sanki yenidən dirçəlməsi, oyanması hadisəsi. Hər hansı xalqın və ya yaxın mədəniyyətə məxsus xalqların inkişafında parlaq dövr. "İntibah" kəlməsi ərəb mənşəlidir. Elmin və incəsənətin çiçəkləndiyi Avropa İntibah dövrü, Müsəlman İntibahı, Azərbaycan İntibahı və bir çox digər İntibah dövrləri mövcuddur. Bunlar arasında ən geniş yayılmış, öyrənilmiş olan Avropa İntibah dövrü və ya Renessansdır.
İntibah (Faberje yumurtası)
"İntibah" (rus. “Ренессанс”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1894 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. == Dizayn == Mücrünü xatırladan məmulat yumurta formasında olub, şəffaf mavi-ağ çalarlı aqat üzlüyə malikdir. Yimirta üfuqi vəziyyətdə oval formalı, qızıldan hazırlanmış əsas üzərində durur. Yumurta boylama kəsik üzrə üst və alt hissəyə bölünür. Üst yarısının səhi rombşəkilli qəfəslə əhatələnmişdir. Qəfəsin romblarının bir-biri ilə birləşən nöqtələri güllər ilə bəzədilmişdir. Üst yarısının mərkəz hissəsində “1884” tarixi almazlarla işlənilmişdir. Ust ə alt hissələr bir birinə şarnirlər (bəndlər) vasitəsilə bərkidilmişdir.
İntibah (film, 1972)
== Məzmun == Film-konsert tamaşaçıları ölkədə populyar olan Azərbaycan Televiziyası və Radiosunun Kamera Orkestrinin, onun bədii rəhbəri və dirijoru Nazim Rzayev və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin ifasında İntibah (XV-XVII əsrlər) dövrünün musiqi mədəniyyətinin inkişafı ilə tanış edir. Kamera orkestrinin repertuarında həmin epoxanın orkestr-kamera musiqisinin ən yaxşı nümunələri əsas yer tutur. Kamera orkestrini müğənni Müslüm Maqomayevlə yaradıcılıq əməkdaşlığı birləşdirir. Və onlar İntibah epoxası bəstəkarlarının bir çox kamera-vokal əsərlərinin ən yaxşı ifaçılarındandır.
İntibah Dövrü
İntibah dövrü və ya renessans (fr. Renaissance, it. Rinascimento — "yenidən doğulma", "dirçəlmə") — Avropa tarixinin XV və XVI əsrlərini əhatə edən, Orta əsrlərdən müasirliyə keçid dövrü. O, son orta əsrlər dövrü böhranından sonra baş vermişdir və böyük sosial dəyişikliklərlə səciyyələnir. Standart dövrləşdirməyə əlavə olaraq uzun renessans dövrü fikrini dəstəkləyənlər bu dövrün XIV əsrdə başlayıb, XVII əsrdə sonlandığını irəli sürürlər. Ənənəvi baxış renessansın daha çox erkən müasir aspektlərinə yönələrək onun keçmişdən bir qırılma olduğunu iddia etsə də, bu gün tarixçilərin əksəriyyəti bu dövrü orta əsrlər aspektindən dəyərləndirərək, renessansın orta əsrlərin davamı olduğunu düşünür. İntibah dövrünün intellektual əsası onun öz humanizm versiyasıdır. Humanizm roma mənşəli humanitas anlayışı və hər şeyin ölçüsü insandır deyən Protaqorun fəlsəfi fikirləri kimi, klassik Yunan fəlsəfəsinin yenidən kəşf edilməsindən törənmişdir. Bu yeni düşüncə incəsənət, memarlıq, siyasət, elm və ədəbiyyatda manifestə çevrildi. Dövrün ilk örnəkləri yağlı boya rəsmlərində perspektivin inkişafı və beton hazırlamadakı yenilənən biliklərdə görülür.
İntibah dövrü fəlsəfəsi
Fəlsəfi fikir tarixində İntibah Dövrünün fəlsəfəsi mühüm yer tutur. Bu fəlsəfə ənənəvi cəmiyyətin böhranı və ilkin sənaye cəmiyyətlərinin təşəkkülü dövründə(XIV əsr –XVII əsrin əvvəli) Avropada (xüsusilə İtaliyada) kilsəyə və sxolastikaya qarşı mübarizədə meydana gəlmişdir. == Nümayəndələri == İntibah fəlsəfəsi Antik dövrün fəlsəfi irsinə əsaslanırdı. Təbiət fəlsəfəsinin nümayəndələri sxolastikaya və sxolastik aristotelçiliyə qarşı çıxırdı. Elmdəki yeni meyllər öz əksini Leonardo da Vinçinin, Nikolay Kopernikin, İohann Keplerin, Qalileo Qalileyin yaradıcılığında tapmışdır. === Leonardo Da Vinçi === Dünyanın elm, mədəniyyət və fəlsəfi fikir tarixində Leonardo Da Vinçi (1452-1519) böyük rol oynamışdır. O. İntibah dövrünün dahi rəssamı, böyük riyaziyyatçısı və mexaniki idi. Leonardo dünya gerçəkliyinin elmi surətdə dərk edilməsini fəlsəfənin başlıca vəzifəsi hesab edirdi. O, deyirdi ki, həqiqət birdir, o da dinə deyil elmə əsaslanır. === Nikolay Kopernik === Yeni təbiətşünaslığın görkəmli nümayəndələrindən biri də Nikolay Kopernik (1473-1543) idi.
İntibah dövrü təsviri incəsənəti
İntibah sənətinin ilk təşəbbüsçüləri XIV əsrdə İtaliyada meydana gəlmişdi. Bu dövrün sənətçiləri Pyetro Kavallini (1259–1344), Simone Martini (1284–1344) və (ilk növbədə) Cotto (1267–1337) ənənəvi dini mövzularda kətan hazırlayarkən beynəlxalq qotik ənənəsindən başladılar, lakin yeni sənət üsullarından istifadə etməyə başladılar: mənzərəni arxa planda istifadə edərək şəkillərin daha real və canlı görünməsinə imkan verən üç ölçülü kompozisiya qurur. Bu, işlərini görüntü konvensiyaları ilə tamamlanan əvvəlki ikonoqrafik ənənədən kəskin şəkildə fərqləndirdi. İşlərini təyin etmək üçün Protointibah termini istifadə olunur. İtalyan sənəti tarixində müxtəlif əsrlərdə müvafiq terminlər yaranmışdır: duçento — 1200-е. İtal. ducento (iki yüz). Beynəlxalq qotika. treçento — 1300-е. İtal.
İntibah fəlsəfəsi

İntibah humanizmi
Qərbi Avropanın humanist yazıçıları daha ədalətli quruluş arzulayırdılar. Belə humanistlərdən biri ingilis yazıçısı Tomas Mor (1478-1535) idi. O, hüquqşünas idi. 1516-cı ildə "Ən yaxşı dövlət quruluşu və yeni Utopiya adası haqqında qızıl kitab" nəşr etdirdi. Kitabda xüsusi mülkiyyət olmayan "Utopiya" adası təsvir edilir. Tomas Mor bu cəmiyyəti qurmağın yolunu bilmirdi. Ona görə də, sonralar həyata keçilməz arzunu utopiya ("olmayan yer") adlandırdılar. Fransanın humanist, satirik yazıçısı Fransua Rable (14941553) "Qarqantua və Pantaqruel" kitabında kral və mənasız müharibələri ifşa etmişdir. XVI əsrin sonunda ingilis xalqı teatrı çox sevirdi. Londonda 10-a qədər teatr var idi.
İntibah incəsənəti
İntibah sənətinin ilk təşəbbüsçüləri XIV əsrdə İtaliyada meydana gəlmişdi. Bu dövrün sənətçiləri Pyetro Kavallini (1259–1344), Simone Martini (1284–1344) və (ilk növbədə) Cotto (1267–1337) ənənəvi dini mövzularda kətan hazırlayarkən beynəlxalq qotik ənənəsindən başladılar, lakin yeni sənət üsullarından istifadə etməyə başladılar: mənzərəni arxa planda istifadə edərək şəkillərin daha real və canlı görünməsinə imkan verən üç ölçülü kompozisiya qurur. Bu, işlərini görüntü konvensiyaları ilə tamamlanan əvvəlki ikonoqrafik ənənədən kəskin şəkildə fərqləndirdi. İşlərini təyin etmək üçün Protointibah termini istifadə olunur. İtalyan sənəti tarixində müxtəlif əsrlərdə müvafiq terminlər yaranmışdır: duçento — 1200-е. İtal. ducento (iki yüz). Beynəlxalq qotika. treçento — 1300-е. İtal.
İntibah memarlığı
İntibah memarlığı — antik memarlığın dirçələrək yenidən inkişaf etməsi dövrüdür. İntibah dövrü memarlığı XIV əsrdə İtaliyada yaranmış, sonralar XV əsrin II yarısında - XVI əsr boyu Avropa ölkələrində yayılmışdır. Memarlıqda yenidən təkmilləşmiş antik order sistemi təsdiq olundu. Yeni tipli ictimai binalar yaranmağa başladı. == Tarixi == "İntibah" sözü — oyanış, oyanma, canlanma, dirçəlmə, yenidən yüksəliş mənalarını ifadə edir. "İntibah" anlayışı isə hansısa bir tarixi inkişaf dönəmini əks etdirən termin kimi hələ orta əsrlərdə italyan mütəfəkkirləri tərəfindən işlədilmişdir. İntibah terminini ilk dəfə fransız tarixçisi Jules Michelet (1798 – 1874) tərəfindən istifadə etmişdir. İntibah memarlığı sənətkarlarının universallığı onların memarlıq, heykəltaraşlıq məşğul olması, öz sənətlərini təkmilləşdirmək üçün ədəbiyyat, poeziya, fəlsəfə, habelə dəqiq elmlərin öyrənilməsi ilə birbaşa əlaqələndirilmişdir. Klassik orta əsrlərdə Avropada, xüsusilə İtaliyada Florensiya, Roma, Venesiya və Milan ölkənin başlıca şəhərləri idi. Florensiya ticarət yolları üzərində yerləşirdi.
İntibah mədəniyyəti
İntibah dövrü və ya renessans (fr. Renaissance, it. Rinascimento — "yenidən doğulma", "dirçəlmə") — Avropa tarixinin XV və XVI əsrlərini əhatə edən, Orta əsrlərdən müasirliyə keçid dövrü. O, son orta əsrlər dövrü böhranından sonra baş vermişdir və böyük sosial dəyişikliklərlə səciyyələnir. Standart dövrləşdirməyə əlavə olaraq uzun renessans dövrü fikrini dəstəkləyənlər bu dövrün XIV əsrdə başlayıb, XVII əsrdə sonlandığını irəli sürürlər. Ənənəvi baxış renessansın daha çox erkən müasir aspektlərinə yönələrək onun keçmişdən bir qırılma olduğunu iddia etsə də, bu gün tarixçilərin əksəriyyəti bu dövrü orta əsrlər aspektindən dəyərləndirərək, renessansın orta əsrlərin davamı olduğunu düşünür. İntibah dövrünün intellektual əsası onun öz humanizm versiyasıdır. Humanizm roma mənşəli humanitas anlayışı və hər şeyin ölçüsü insandır deyən Protaqorun fəlsəfi fikirləri kimi, klassik Yunan fəlsəfəsinin yenidən kəşf edilməsindən törənmişdir. Bu yeni düşüncə incəsənət, memarlıq, siyasət, elm və ədəbiyyatda manifestə çevrildi. Dövrün ilk örnəkləri yağlı boya rəsmlərində perspektivin inkişafı və beton hazırlamadakı yenilənən biliklərdə görülür.
İntifada
İntifazə (sözün mənası ayağa qalxmaq, müqavimət deməkdir) — ümumilikdə fələstinlilərin İsrail işğalina qarşı başlatdığı müqavimətin adı. == İlk İntifada == İsrail işğalına qarşı ərəb xalqının müqaviməti xarakterini daşıyan ilk İntifada, 1987-ci ildə başlandı. Birinci İntifada, kütləvi olaraq fələstinlilər, İsrail dövlətinə qarşı qalxdı . Müqavimət Jabalia qaçqın düşərgəsində başlandı və qısa müddətdə Qəzzə, Qərb Sahili və Şərqi Qüdsün hər yerinə yayıldı. İsrail ordusuna aid bir maşının 4 fələstinlini vurub öldürməsi bu müqaviməti bir az da artırdı. Fələstinlilər mitinqlərlə şiddətli müqavimət göstərirdi. Ümumi amaldan əlavə, İsrail məhsullarına baykot, plakatlar və barikadalar, İsrail qüvvələrinə daş atmalar beynəlxalq aləmi sirkələdi. Buna cavab olaraq, İsrail bu hərəkatı yatırmaq üçün 80,000 nəfər əsgəri səfərbər etdi. İsrail təhlükəsizlik qüvvələri 1087 nəfər fələstinlini öldürdü, fələstinlilər də buna cavab olaraq 100 nəfər İsrailli mülkini və 60 nəfər də təhlükəszilik işçisini öldürdü, 1400-dən çox mülki vətəndaşı, 1700-dən çox əsgəri yaraladı. Fələstinlilər 822 nəfər fələstinli də İsraillə əməkdaşlıq etməkdə ittiham edərək öldürdü.
İntihar
İntihar və ya özünəqəsd — qəsdən özünün ölümünə səbəb olan hərəkət. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər. == Anlayışlar == == Risk faktorları == === Psixi xəstəliklər === === Əvvəlki cəhdlər və özünə zərər === Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir. Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər. === Maddə istifadəsi === === Qumarbazlıq === Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir. Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.

"inti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#inti nədir? #inti sözünün mənası #inti nə deməkdir? #inti sözünün izahı #inti sözünün yazılışı #inti necə yazılır? #inti sözünün düzgün yazılışı #inti leksik mənası #inti sözünün sinonimi #inti sözünün yaxın mənalı sözlər #inti sözünün əks mənası #inti sözünün etimologiyası #inti sözünün orfoqrafiyası #inti rusca #inti inglisça #inti fransızca #inti sözünün istifadəsi #sözlük