* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Həsrət içərisində gözləmə, səbirsizliklə gözləmə. Neçə rəfiqimüvafiqlə əlləşib içə mey; Nə kəsri-məclisimeydən, nə intizarı ola. S.Ə.Şirvani. On beş gün ayrılıq on beş il keçdi; Öldürdü intizar, gözüm yoldadır. Ə.Cavad. İntizar və səbirsizlik yenidən başlandı. Qantəmir. Qurtardı həsrət də, xoş intizar da. B.Vahabzadə. □ İntizar çəkmək – bax intizar qalmaq. Aşıq saza nə qaldı? Ərzəm yazana qaldı; Bülbül intizar çəkər; Görək yaza nə qaldı? (Bayatı). Tülui-mahtab üçün çəkərdim; Dəmadəmdən gecə çox intizarı. Əmani. Adamlar bu saat nəsə bir şey olacaq gümanı ilə intizar çəkirdilər. Mir Cəlal. // Gözləmək. Dağlara çıxmağa həkim qoymayır; İntizar çəkməsin dağ çiçəkləri. N.Rəfibəyli. İntizar qalmaq – nigaran olmaq, nigarançılıqla gözləmək. [Sara Bəhrama:] Bilmirsənmi ki, əmin qızı sənsiz darıxır, həm də intizar qalmışdım. C.Cabbarlı. İntizar qoymaq – gözləməyə məcbur etmək, nigaran qoymaq, gözlətmək. Zülfün tök belə, dilbər; Tumar çək telə, dilbər; Yetər intizar qoydun; Dolan gəl belə, dilbər. (Bayatı). Dedin ki, qoymaram aləmdə intizar səni. S.Ə.Şirvani. İntizar olmaq – bax intizar qalmaq. Oldular intizar bir saat yarım. H.K.Sanılı. İntizara yetməmək – intizarını çəkdiyini görə bilməmək. Ölürəm qəlbimdə yar nişanası; Gözüm yolda intizara yetmədi. Aşıq Ələsgər. İntizardan qurtarmaq – nigarançılıqdan qurtarmaq, arzusu yerinə yetmək, rahatlanmaq. Bayatı səsi içəri dolanda Pərşan intizardan qurtarmış kimi dərindən sinəsini ötürdü. M.İbrahimov. İntizarında qalmaq, intizarını çəkmək – birini həsrətlə, yaxud nigarançılıqla gözləmək. [Leyla:] Bütün gün intizarında, gözüm həsrətdə qalmışdım. Ü.Hacıbəyov. [Sultan:] Dünyada şad xəbərin intizarını çəkməkdən böyük zövq ola bilməz, qardaşoğlu! İ.Hüseynov.
Azərbaycan dilinin izahlı lüğəti / intizar2 сущ. ожидание (в тоске и тревоге). İntizar(-da) qalmaq ждать беспокоясь (нетерпеливо), intizar qoymaq kimi заставить ждать в неведении, intizar çəkmək быть в беспокойном ожидании; intizara yetməmək не дождаться кого-л., intizardan qurtarmaq дождаться кого-л
Azərbaycanca-rusca lüğət / intizar1 i. anxiety, expectation, waiting anxiously; ~ çəkmək, ~da qalmaq to wait anxiously (for a long time); ~dan qurtarmaq to wait till (d.), to free oneself from some care / anxiety; bir kəsdən ~ çəkmək to be* / to feel* anxious about smb.
Azərbaycanca-ingiliscə lüğət / intizar1 [ər.] сущ. интизар (гьасретдалди сабурсузвилелди, цӀигелвилелди вилив хуьн); intizar çəkmək (qalmaq) интизар чӀугун, интизарда хьун, нарагьат хьун, вилив хуьн.
Azərbaycanca-ləzgicə lüğəti / intizar