* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Fəxr, fəxr etmə. Bu gündən belə İran əhli öz millətləri ilə iftixara haqlıdır. Ü.Hacıbəyov. “Molla Nəsrəddin” bizim inkişaf tariximizdə, xalqımızın ictimai həyatında çox mühüm və iftixara layiq bir hadisədir. M.İbrahimov. // Qürur hissi. [Barxudar] qayıdan gün öz adını ümumi iclasın qətnaməsində oxuyanda sevincindən, heyrətindən, ya iftixarındanmı, nədənsə rəngi qızardı. Mir Cəlal. Bayram kişi aydın seçilən iftixar hissi ilə bu meyvələri göstərib dedi… M.Rzaquluzadə. // Fəxr edilməli, fəxr edilməyə layiq şəxs. Füzuli Azərbaycan xalqının iftixarıdır. – Mirzə Valeh bu evin mötəbər siması, məclislərin iftixarı olmuşdu. S.Rəhimov. □ İftixar etmək – fəxr etmək. [Abas:] Mən də, ac, yoxsul bir həyatdan belə bir dərəcəyə yüksəldiyimə iftixar edirəm. M.İbrahimov. // Təkəbbür, qürur, qürrələnmə. Politikadır hər işləri, alışları-verişləri; Olarda bir əməl fəqət quru, boş iftixarı gör! M.Ə.Sabir. 2. İftixarla şəklində zərf – qürurla, fəxrlə, iftixar hissi ilə. Keçir bizim qəhrəmanlar; Alay-alay, iftixarla. S.Vurğun. Yusif mütəxəssis üzümçüyə məxsus iftixarla dedi: – Odur, o dərə araları üzüm üçün qızıldır. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / iftixar3 ə. fəxr etmə; öyünmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / iftixar1 Ərəbcədir, fəxr, fəxarət sözləri ilə kökdaşdır. “Hörmət”, “şöhrət” və s. mənalarda işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / iftixar2 İFTİXAR (öyünmə, fəxr etmə) Mən elə axırdım bu qərar ilə; Şərəflə, izzətlə, iftixar ilə (M.Rahim); FƏXR Fəxri, şöhrətisən Azərbaycanın; Şirvan torpağının qanıdır qanın (M.Rahim); QÜRUR Ağabəyim ağanın Vaqif ilə görüşməsi ona bir qürur vermişdi (Çəmənzəminli).
Azərbaycan dilinin sinonimlər lüğəti / iftixar2 сущ. гордость: 1. чувство удовлетворения от сознания достигнутых успехов и т.п. İftixar hissi чувство гордости, milli iftixar hissi чувство национальной гордости, iftixar hissi keçirmək испытывать чувство гордости 2. перен. о том, кем (чем) гордятся. Sən mənim iftixarımsan ты моя гордость, xalqımızın iftixarı гордость нашего народа
Azərbaycanca-rusca lüğət / iftixar1 i. pride; ~ hiss etmək to be* proud (of), to take* pride (in); to get* on one’s high horse idiom.; Siz bizim iftixarımızsınız You are our pride
Azərbaycanca-ingiliscə lüğət / iftixar1 is. orgueil m, fierté f ; ~ hiss etmək éprouver de l’orgueil
Azərbaycanca-fransızca lüğət / iftixar1 [ər.] сущ. 1. дамах, дамахун; такабурвал; дамах авуниз лайих тир кас; // iftixar etmək дамахун; 2. iftixarla нареч. дамахдалди, дамах гваз.
Azərbaycanca-ləzgicə lüğəti / iftixar