* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Öz arzusu və iradəsi; öz iradə və arzusu ilə hərəkət etmə. İxtiyar özündədir. Öz ixtiyarı ilə. İxtiyarına buraxmaq. // Bir şeyə hüququ çatma, bir şeyi etməyə, sərəncam verməyə haqqı, səlahiyyəti olma; haqq, hüquq, səlahiyyət. Bunun ixtiyarı kimdədir? Bunu etməyə ixtiyarı yoxdur. – İxtiyar sənindir, vəfalı dilbər; Mən sənin xətrinə dəyən deyiləm. “Qurbani”. Xalqın malının, canının, külfətinin ixtiyarı özündə deyildi. Ə.Haqverdiyev. …Ancaq kapitan onları başa saldı ki, özü arzu etsə də, buna ixtiyarı yoxdur. M.Rzaquluzadə. // Sərəncam. Odur ki, haman yer [Cəlilin] ixtiyarında idi. İ.Musabəyov. [Yaşlı kişi:] Qapının açarı tamamilə mənim ixtiyarımda idi. S.Hüseyn. □ İxtiyar almaq – icazə almaq, rüsxət almaq. // Hüquq əldə etmək. Norveç qəzetləri yazırlar ki, vəkil seçmək üçün arvadlar ixtiyar aldılar. C.Məmmədquluzadə. İxtiyar etmək köhn. – seçmək, üstün tutmaq, tərcih etmək. Nola Təbrizi gər Qövsi behiştə ixtiyar etsə; Kim onun xaki-payi sürmeyi-çeşmi-İsfahandır. Qövsi. [Şah Abbas:] Ona binaən labüdəm ki, təlağınızı verib cümlənizi azad edim ki, hər kəsə meyliniz olsa, onu ixtiyar edəsiniz. M.F.Axundzadə. Münəvvər isə məcburən … bozarmış anasının qabağına düşüb getməyi ixtiyar etmişdi. M.S.Ordubadi. İxtiyar işlətmək – sərəncam vermək, göstəriş vermək, böyüklük etmək, icazə vermək. [Qoca:] Biz sənə ixtiyar işlədə bilmərik. A.Divanbəyoğlu. İxtiyar sahibi köhn. – 1) bir şey haqqında hökm etməyə, sərəncam verməyə hüququ, səlahiyyəti olan adam. O zaman bir ixtiyar sahibi “asaram” desəydi, bil ki, asar, “kəsərəm” desəydi, kəsər, sürgün deyə hökm çıxarsaydı, sürgün edərdi. S.Rəhimov; 2) öz iradəsi ilə hərəkət edən, ixtiyarı özündə olan. İxtiyar verilmək – icazə verilmək, rüsxət verilmək. Rusiyanı dalğalandıran 1905-ci il inqilabından sonra … senzor tərəfindən ixtiyar verilməyən kitablar da mətbuat aləminə buraxıldı. T.Ş.Simurq. İxtiyar vermək – icazə vermək, rüsxət vermək. …Kağızpaylayana ixtiyar vermişik ki, müştərilərimizdən qabaqca bir şey almayınca onların jurnalını aparıb verməsin. “Mol. Nəsr.”. İxtiyarı əlində olmaq – bir şeyi etməyə hüququ çatmaq; haqqı, hüququ olmaq. [Əsgər] hiss edirdi ki, ixtiyarı tamamilə öz əlindədir. S.Hüseyn. İxtiyarı getmək – öz hüququndan, haqqından məhrum olmaq, heç bir şeyə ixtiyarı qalmamaq. Günbəgün əksilib şövkəti, şanı; İxtiyarı gedən bəs ağlamazmı? M.V.Vidadi. İxtiyarı ilə, öz ixtiyarı ilə – öz xoşu ilə, öz məsləhəti ilə. Aşiqəm, zahid, məni məzur tut ki, hiç kim; İxtiyar ilə vidai-əqlü iman eyləməz. Qövsi. Nə ixtiyarın (ixtiyarım) var – ixtiyarın (ixtiyarım) yoxdur, nə cürətlə. [Məşədi İbad:] Sənin nə ixtiyarın var ki, mənim adaxlımın adını çəkirsən? Ü.Hacıbəyov …ixtiyarına buraxmaq (vermək) – sərəncamına vermək. Konsulxananın avtomaşınını könüllü yığmaq üçün seçilmiş komisyonun ixtiyarına buraxmışdıq. M.S.Ordubadi. Öz ixtiyarına qoymaq – özbaşına buraxmaq, imkan vermək, mane olmamaq. Anasıyçın ağlayan körpə uşaq olardım; Qoysaydılar məni öz ixtiyarıma… N.Rəfibəyli. 2. Qüvvət, güc, taqət. İxtiyarı yoxdur yerindən qalxsın. – Nagahdan gözlərim görəndə səni; Qalmadı canımda ixtiyar, gəlin! M.P.Vaqif. [Balaqardaş:] Dura bilməyirəm, ixtiyarım yoxdur… N.Vəzirov. □ İxtiyarı (əlindən) getmək (üzülmək) – taqətsiz olmaq, gücdən düşmək, əldən düşmək. Deyibdanışmağa gəlmir heç varı; Üzülübdür ixtiyarı Həsənin. Aşıq Həsən. [Zabit:] …Gözümün içinə elə baxdı ki, varımdan yox oldum, ixtiyarım əlimdən getdi… E.Sultanov. İxtiyarı(nı) əlindən almaq – üzmək, taqətdən salmaq. Əmani bulsa şeydayı tən irməz; Alıbdır eşq əlindən ixtiyarı. Əmani.
Azərbaycan dilinin izahlı lüğəti / ixtiyar2 sif. [ər.] Qoca, yaşlı; pirani. İxtiyar kişi. – İxtiyar qadın iki kərə gəlib nahar hazır olduğunu söylədi. M.S.Ordubadi. Mehribanın atası, ixtiyar bir adam olmasına baxmayaraq, çox da avam deyildi. S.Hüseyn. [Misxetdə] qonşum – bir ixtiyar, əlil rus zabiti ilə tanış oldum. E.Sultanov. □ İxtiyar olmaq – qocalmaq. İxtiyar olmuş könüllər oldular yeksər cavan; Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! Ə.Qəmküsar. // İs. mənasında. Qızlar, gəlinlər sevinir, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi. C.Cabbarlı. Kəndin ixtiyar və ağsaqqalları yavaş-yavaş məscidə tərəf gedirdilər. S.Hüseyn. // məc. Qədim, dünyagörmüş. İxtiyar dağların döşündə meşə; Qayalar yüksəkdən baxır keçmişə. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / ixtiyar4 İXTİYAR1 ə. 1) seçmə, bəyənmə; 2) haqq, hüquq; 3) könüllülük, fakultativlik. İXTİYAR2 ə. qoca yaşlı, nurani.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ixtiyar3 I ixtiyar(at) bax 1. səlahiyyət; 2. sərəncam; 3. güc; 4. hüquq II ixtiyar bax qoca 1
Azərbaycan dilinin sinonimlər lüğəti / ixtiyar1 İXTİYAR – GƏNC Qızlar, gəlinlər sevinir, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi (C.Cabbarlı).
Azərbaycan dilinin antonimlər lüğəti / ixtiyar1 İXTİYAR I is. [ ər. ] Haqq, hüquq. Kimin ixtiyarı, kimin pulu var; Tökülüb hər yandan gəldi “qonaqlar” (O.Sarıvəlli). İXTİYAR II sif. [ ər. ] Qoca, yaşa dolmuş. O neyləsin ömrünün bu ixtiyar yaşında? (S.Vurğun).
Azərbaycan dilinin omonimlər lüğəti / ixtiyar2 1 сущ. 1. воля (власть, возможность распоряжаться по своему усмотрению). Öz ixtiyarı ilə по своей воле, ixtiyar sizindir воля ваша, ataların ixtiyarı воля отцов 2. право: 1) возможность действовать, поступать каким-л. образом. İxtiyarınız yoxdur не имеете права, heç kəsin ixtiyarı yoxdur … никто не имеет права …; sizə kim belə ixtiyar verib? кто дал вам такое право? 2) основание, причина. Heç bir ixtiyarı olmadan без всякого права, hansı ixtiyarla … по какому праву … 3. разг. полномочие. Ona xüsusi ixtiyar (səlahiyyət) verilib ему даны особые полномочия; ixtiyarı çatır kimin nəyə имеет полномочия кто на что ◊ ixtiyar almaq nəyə получать, получить право на что; ixtiyar vermək kimə давать, дать право кому; ixtiyar sahibi имеющий право (власть, полномочия); ixtiyarı öz əlindədir сам себе хозяин; ixtiyarı kimin əlində olmaq находиться в чьей власти; ixtiyarını əlindən almaq kimin лишить прав кого; ixtiyarına buraxmaq (vermək) nəyi kimin отдавать, отдать в чье-л. распоряжение кого, что; ixtiyarı (əlindən) getmək лишиться прав, власти; öz ixtiyarına qoymaq (buraxmaq) kimi давать, дать кому волю, свободу действий 2 I прил. 1. старый (проживший много лет, достигший старости). İxtiyar adam старый человек 2. древний (очень старый). İxtiyar qoca древний старик, ixtiyar dağlar древние горы II сущ. 1. старый, старая (о человеке) 2. разг. сила, мочь. İxtiyarı yoxdur не имеет сил ◊ ixtiyarı əlindən getmək лишиться сил; ixtiyarı qalmayıb не осталось сил; ixtiyarım yoxdur нет мочи (сил) у меня
Azərbaycanca-rusca lüğət / ixtiyar1 I. i. 1. right; power; ~ olmaq to have* right / power; bir iş görməyə ~ı olmaq to have* right / power to do smth.; ~ vermək to give* right / power; bir işi görməyə ~ı olmamaq to have* no right / power to do smth.; 2. will; öz ~ı ilə of one’s own will; 3. bax səlahiyyət II. i. old and wise man* III. s. old and wise; ~ qoca an old and wise man*
Azərbaycanca-ingiliscə lüğət / ixtiyar1 is. droit m ; plein pouvoir m ; ~ı olmaq avoir le droit ; permission f ; autorisation f ; ~ qoca homme m vieux et sage
Azərbaycanca-fransızca lüğət / ixtiyar1 [ər.] 1. прил. кьуьзуь, агьил, яшлу (мес. дишегьли); ixtiyar olmaq кьуьзуь хьун; 2. сущ. кьуьзуь кас, кьуьзек; 3. пер. кьуьзуь, къадим, дуьнья акунвай (мес. дагълар).
Azərbaycanca-ləzgicə lüğəti / ixtiyar2 [ər.] сущ. ихтияр (1. гахъ, гьукьукь; серенжем; // ixtiyar almaq ихтияр къачун, ижаза къачун, рухсат къачун; ixtiyar vermək ихтияр гун, ижаза гун, рухсат гун; ixtiyarı əlində olmaq гъиле ихтияр хьун, са затӀ ийиз гьукьукь агакьун (аваз хьун); öz ixtiyarı ilə вичин ихтиярдалди, вичин хушуналди, вичин меслятдалди; nə ixtiyarın (ixtiyarım) var ваз (заз) вуч ихтияр ава, ваз (заз) ихтияр авач; 2. тӀакь, къуват, гуж, тӀакьат; ixtiyarı (əlindən) getmək (üzülmək) ихтияр вичив (жував) гумукь тавун, тӀакьатдай аватун, гужсуз хьун).
Azərbaycanca-ləzgicə lüğəti / ixtiyar