iştiyaq sözü azərbaycan dilində

iştiyaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • iştiyaq • 92.3077%
  • İştiyaq • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

iştiyaq sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] klas. Şövqündə olma, həsrətində olma, həsrətini çəkmə; şövq, həvəs, şiddətli arzu, həsrət. Saraldı mehrtək yüzüm cəmalın iştiyaqindən. Kişvəri. Eylərəm hər yerdə sənin sorağın; Gündən-günə artar bil iştiyaqın… Qurbani. Seyr edin iştiyaqü həsrət ilə; Bu gözəl lövhə sonra düşməz ələ. H.Cavid. Bu dəfə Sitarə Mənsurun məhəbbətinə bənd olub, iştiyaqında gəzir idi. C.Cabbarlı. □ İştiyaq(ını) çəkmək – həsrətini çəkmək, həsrətində olmaq. Nə müddətdi iştiyaqın çəkirdim; Şükür həqqə, pərizada gedirəm… Q.Zakir. Didarına mən müştaqəm, mən müştaq; Vəqtü bivəqt çəkməkdəyəm iştiyaq. Aşıq Hüseyn. İştiyaqa düşmək – şövqə düşmək, həvəsə düşmək. Aşiqləri iştiyaqə düşdü; Hər kəs ayılıb qabağə düşdü. M.Ə.Sabir. [Ziba:] Axır o izdihamlı şəhərdən çıxandan, atamın arxasınca buraya gələndən sonra niyə mən bu fikrə, bu iştiyaqə düşdüm? S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / iştiyaq

iştiyaq sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. поэт. сильное, страстное желание. İştiyağında olmaq, iştiyağını çəkmək kimin, nəyin сильно желать кого, чего; iştiyağa düşmək иметь желание

    Azərbaycanca-rusca lüğət / iştiyaq

"iştiyaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#iştiyaq nədir? #iştiyaq sözünün mənası #iştiyaq nə deməkdir? #iştiyaq sözünün izahı #iştiyaq sözünün yazılışı #iştiyaq necə yazılır? #iştiyaq sözünün düzgün yazılışı #iştiyaq leksik mənası #iştiyaq sözünün sinonimi #iştiyaq sözünün yaxın mənalı sözlər #iştiyaq sözünün əks mənası #iştiyaq sözünün etimologiyası #iştiyaq sözünün orfoqrafiyası #iştiyaq rusca #iştiyaq inglisça #iştiyaq fransızca #iştiyaq sözünün istifadəsi #sözlük