* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Ayrı-ayrı şəxslərin, qrupların, cəmiyyətlərin, siniflərin sıx birləşməsi, rabitəsi. Fəhlələrlə kəndlilərin ittifaqı. Xalqların qardaşlıq ittifaqı. // Ümumiyyətlə, birlik, söz birliyi, həmrəylik. Hər işdə çü ittifaq xoşdur; Ağacdə pərü budaq xoşdur. Xətayi. İttifaq və ittihad çox gözəl işdi. “Mol. Nəsr.”. Susdu bülbüllərin nədən, orman?! Pozdumu ittifaqını o xəzan? A.Şaiq. □ İttifaq eyləmək köhn. – 1) birləşmək, söz bir eləmək. İttifaq eyləyib diliranə; Durdular kim müqabil aslanə. S.Ə.Şirvani; 2) ünsiyyət yaratmaq, yaxınlaşmaq. Sevdiyim məni dağ eylər; Qeyrilə ittifaq eylər. Q.Zakir. 2. Birlikdə hərəkət etmək və başqa məqsədlər üçün dövlətlər, təşkilatlar arasında dostluq sazişi; birləşmə. Diplomatik ittifaq. Hərbi ittifaq. Ticarət ittifaqı. □ İttifaq bağlamaq – aralarında birlik yaratmaq, birləşmək, söz birliyi etmək. İttifaqa girmək – əlbir olmaq, əlaqəyə girmək, birgə iş görmək üçün birləşmək. 3. Bir ümumi ali hakimiyyəti olan bir neçə dövlətin, ərazinin, xalqın, tayfanın və b.-nın dövlət birləşməsi. Qəbilələr ittifaqı. Avstraliya ittifaqı. 4. İctimai təşkilat, birlik. Həmkarlar ittifaqı. Yazıçılar ittifaqı. Rəssamlar ittifaqı. – Məsmə bir ittifaq üzvünün istifadə edə biləcəyi bütün hüquq və imtiyazlardan istifadəyə çalışır. S.Hüseyn. [Qəhrəmanı] bütün müəllim yoldaşları ittifaq sədri seçdilər. S.Rəhimov. 5. İttifaq ilə, ittifaqla şəklində zərf – bax ittifaqən1. İttifaqla hərəkət etmək. Qərar ittifaqla qəbul edildi. – Hər bir taifə bir sayaq ilə; Çatdı izzətə ittifaq ilə. M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / ittifaq2 is. [ər.] Qəziyyə, vəqə, əhvalat, hadisə. [Əsgər bəy:] Amma, mən ölüm, inciməyin, yoldaş arasında belə ittifaqlar çox olar. Ə.Haqverdiyev. [Aslan:] Mən bu az ömrümdə nə qədər bədbəxt ittifaqlar görmüşəm. İ.Musabəyov. □ İttifaq düşmək (olmaq) – bir hadisə, qəza, iş baş vermək. [Nuxulular:] Hələ ki belə ittifaq düşübdür, biz bilməmişik, indi bunun çarəsi nədir? M.F.Axundzadə. [Cahangir ağa:] Xoca Bəhmənlidə, görəsən, nə ittifaq olub? Ə.Haqverdiyev. [Fəxrəddin bəy:] Bircə de görüm, Səadət səlamətdirmi, nə iş ittifaq düşüb? N.Vəzirov. // Təsadüf, fürsət, məqam, imkan, vaxt. [Ağa Kərim xan:] …Mənim ixtiyarım yoxdur, belə gözəl ittifaqda onu ərə verəm, ha? N.Vəzirov. Qohumlarda birinin oğlu və o birinin qızı doğulan ittifaqlarda da bu uşaqları beşikkəsmə ad edirlər. R.Əfəndiyev. □ İttifaq düşmək – təsadüf düşmək, fürsət ələ keçmək, imkan olmaq. Birdən ittifaq düşdü ki, usta Ağabala … Ağa Ələsgər ilə gəzməyə çıxdı. Çəmənzəminli. Süleyman bu sözü eşidən kimi təəccüb barmağını dişləyib dedi: – Bəli, dünyada belə işlərə çox ittifaq düşər. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / ittifaq4 ə. 1) sözü bir etmə; birləşmə, birlik; 2) birlikdə işləmək üçün sözləşmə; 3) rast gəlmə; təsadüf; 4) hadisə, macəra, qəza, qəziyyə, əhvalat. İttifaqi-ara rəy birliyi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ittifaq3 I ittifaq bax 1. birlik 1; 2. təşkilat 2 II ittifaq bax hadisə 1
Azərbaycan dilinin sinonimlər lüğəti / ittifaq1 İTTİFAQ – AYRILIQ Pozulmaz bu qardaşlıq, pozulmaz bu ittifaq (S.Rüstəm); Yaddır eşqimizə ayrılıq, ölüm (S.Rüstəm). İTTİFAQ – TİFAQ Susdu bülbüllərin nədən, orman?! Pozdumu ittifaqını o xəzan? (A.Şaiq); Aralarına tifaq düşdü.
Azərbaycan dilinin antonimlər lüğəti / ittifaq2 1 I сущ. 1. союз: 1) тесное единение, связь отдельных лиц, групп, обществ и т.п. Dostluq ittifaqı дружеский союз, qardaşlıq ittifaqı братский союз 2) объединение организаций, государств для каких-л. совместных действий, целей. Diplomatik ittifaq дипломатический союз, hərbi ittifaq военный союз, gizli ittifaq тайный союз, ittifaq bağlamaq заключить союз, ittifaqa daxil olmaq вступить в союз 3) государственное объединение, состоящее из нескольких государств, земель, племен и т.п. с общей верховной властью. истор. Sovet Sosialist Respublikaları İttifaqı Союз Советских Социалистических Республик 4) общественная организация, объединение. Yazıçılar ittifaqı союз писателей, gənclər ittifaqı союз молодёжи, ittifaq üzvü член союза, ittifaqın sədri председатель союза 2. устар. соглашение, договоренность II прил. союзный. İttifaq büdcəsi союзный бюджет, ittifaq sənayesi союзная промышленность 2 сущ. устар. случай: 1. происшествие. Bədbəxt ittifaq несчастный случай, müxtəlif ittifaqlar разные случаи 2. благоприятное стечение обстоятельств; удобный, подходящий момент. Bu ittifaqda в таком случае, gözəl ittifaq прекрасный случай, ittifaq düşmək случаться, случиться, происходить, произойти, совершаться, совершиться; ittifaq düşdü представился случай
Azərbaycanca-rusca lüğət / ittifaq1 i. union; alliance; yazıçılar ~ı writers’ union; hərbi ~ military alliance
Azərbaycanca-ingiliscə lüğət / ittifaq1 [ər.] сущ. 1. союз; ччара-ччара ксарин, группайрин, тешкилатрин, девлетрин садвал, сад хьунухь, кӀватӀал; садвал, рейсадвал; // ittifaq eyləmək куьгьн. а) гафар сад авун, сад хьун; б) авсият хуьн, мукьув хьун, агатун; ittifaq bağlamaq арада садвал туькӀуьрун, рейсад хьун, сад хьун; ittifaqa girmək санал са кар авун, алакъа хуьн патал сад хьун; 2. садхьанвай тешкилат, союз (мес. чӀугваррин, кхьирагрин ва мс.); həmkarlar ittifaqı профсоюз (урус).
Azərbaycanca-ləzgicə lüğəti / ittifaq