İttifaqla sözü azərbaycan dilində

İttifaqla

Yazılış

  • İttifaqla • 66.0000%
  • ittifaqla • 34.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hindistan Həmkarlar İttifaqları Mərkəzi
Hindistan Həmkarlar İttifaqları Mərkəzi və ya qısaca HHİM — Hindistanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Mərkəzin baş qərargahı Yeni Dehlidə yerləşir. == Tarixi == 1947-1948-ci illərdə Hindistanda 2 aparıcı həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirdi. Bunlar Hindistan Kommunist Partiyasının nəzarəti altında olan Ümumhind Həmkarlar İttifaqları Konqresi və millətçilərin təşəbbüsü ilə yaradılan Hindistan Milli Həmkarlar İttifaqları Konqresi idi. Göründüyü kimi, hər iki təşkilat müxtəlif siyasi partiyaların himayəsinə və ideologiyasına söykənmişdi. Bu isə işçilərin hüquqlarını qoruyan bir qurum üçün çox da arzuolunan hal deyildi. Məhz bu səbəbdən 1948-ci ildə tam müstəqil fəaliyyət göstərən, heç bir siyasi partiyadan asılılığı olmayan Hindistan Həmkarlar İttifaqları Mərkəzi yaradıldı. Təşkilatın yaranmasını təsdiq edən konqresdə Hindistan Əmək Federasiyası, Hind Mazdoor Paçayat və digər müstəqil həmkarlar ittifaqları iştirak ediblər. Konqresdə 427 təşkilat 600 nəfər nümayəndə ilə təmsil olunurdu. == Fəaliyyəti == Mərkəz əməkçi insanların əmək və sosial hüquqlarının müdafiəsini demokratik prinsiplərə əsaslanmaqla özünun prioritet vəzifəsi hesab edir.
Hirş-Dunker həmkarlar ittifaqları
Hirş-Dunker həmkarlar ittifaqları — Burjua proqressist partiyasının xadimlərindən M. Hirş və F. Dunker tərəfindən 1868-ci ildə yaradılmış Almaniya reformist həmkarlar ittifaqı təşkilatılarıdır. Hirş-Dunker həmkarlar ittifaqlarının təşkilatçıları əmək və kapital mənafeyinin "ahəngdarlığı ideyasını təbliğ edir, ittifaqlara fəhlələrlə yanaşı kapitalistlərin də qəbul olunmasını mümkün sayır, tətil mübarizəsinin məqsədəuyğunluğunu inkar edirdilər. Onlar belə bir iddia irəli sürürdülər ki, kapitalizm cəmiyyəti çərçivəsində burjua dövlətinin qanunvericiliyi vasitəsi ilə, həmkarlar təşkilatının köməyi ilə fəhlələri kapital zülmündən xilas etmək mümkündür; onlar həmkarlar ittifaqlarının başlıca vəzifəsini fəhlələrlə sahibkarlar arasında vasitəçilik etməkdə və pul toplamaqda görürdülər. Hirş-Dunker həmkarlar ittifaqlarının tətillərə mənfi münasibəti bu həmkarlar ittifaqlarını ştreykbrexer təşkilatlarına çevirirdi; onların fəaliyyəti başlıcxa olaraq qarşılıqlı yardım kassaları və mədəni-maarif təşkilatları çərçivəsi ilə məhdudlaşırdı. 1933-cü ilin mayınadək mövcud olmuş Hirş-Dunker həmkarlar ittifaqları burjuaziyanın bütün səylərinə və hökumət orqanlarının köməyinə baxmayaraq heç bir zaman Almaniya fəhlə hərəkatında ciddi qüvvə olmamışdır. 1933-cü ildə Hirş-Dunker həmkarlar ittifaqlarının opportunist xadimləri faşist "əmək cəbhəsinə" daxil oldular. == Mənbə == V.İ.Lenin, "Demokratik inqilbda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 155.
Honkonq Həmkarlar İttifaqları Konfederasiyası
Honkonq Həmkarlar İttifaqları Konfederasiyası — Honkonqun ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. == Tarixi == Konfederasiya 1990-cı ilin iyul ayında yaradılıb. O dövr ölkədə işçilərin hüquqlarını qoruyan 80 xırda təşkilat fəaliyyət göstərirdi. Eyni məqsəd və prinsip uğrunda mübarizə aparan bu qurumlar vaxt keçdikcə birgə işin daha effektiv olacağı qərarına gəlirlər və birləşərək sözügedən qurumu yaradırlar. Konfederasiyanın tarixində iki irimiqyaslı etiraz aksiyası olub. Onlardan biri 2003-cü ildə ölkənin aparıcı mədən şirkəti işçilərinin 5 günlük tətilidir. Səbəb işçlərin bir neçə ay müddətində maaşlarının yalnız 70 faizini almaları olub. Belə ki, həmkarlar ittifaqı və müəssisə rəhbərliyi arasında danışıqlar zamanı mədən rəsmiləri maaşın yarı faizini növbəti dəfə alacaqlarını deyib, lakin bu sözə əməl etməyib. Etirazlarını bir neçə saatla başlayan işçilər nəticə əldə etmədiklərini görüb uzunmüddətli tətil keçirmək qərarına gəliblər. Mədən işçiləri öz etirazlarını 5 gün ərzində işə çıxmamaqla bildiriblər.
Honkonq və Koulun Həmkarlar İttifaqları Şurası
Honkonq və Koulun Həmkarlar İttifaqları Şurası — Honkonqun ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. == Tarixi == Şura 1984-cü ildə yaranıb. Şura yaranan vaxtdan bu günə kimi ölkədə yetərincə nüfuza malik olan bir qurumdur. == Tərkibi == Təşkilat əsasən xidmət, rabitə və səhiyyə işçilərini özündə birləşdirir. Şura 30 min üzvü özündə cəmləşdirir. == Rəhbərləri == Hazırda təşkilata Tonq Vun Fay rəhbərlik edir. == Beynəlxalq münasibətlər == Şura Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. == Mənbə == Afaq HÜSEYNOVA. Honq Konq və Koulun Həmkarlar İttifaqları Şurası Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine. "Ülfət" qəzeti, 24 noyabr 2012-ci il.
Həmkarlar İttifaqları
Qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər istisna olmaqla, hər kəs birlik, o cümlədən həmkarlar ittifaqı yaratmaq və ya ona daxil olmaq, sərbəst fəaliyyət göstərmək hüququna malikdir. Heç kəs həmkarlar ittifaqlarına daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. == SSRİ-də == == Rusiyada == == Azərbaycanda == Həmkarlar ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktları ilə tənzimlənir. Həmkarlar ittifaqlarının Beynəlxalq hüquq normalarında və BƏT-nın konvensiyalarında hamılıqla qəbul edilmiş hüquqları nəzərdə tutulmuşdur. Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları, 1993-cü ildə həmkarlar ittifaqlarının qurultayında təsis edimiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) birləşirlər. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birlikdə BƏT-ında təmsil olunur, 2000-ci ildən Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. AHİK özündə otuza yaxın sahə həmkarlar ittifaqlarını birləşdirir. Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Həmkarlar ittifaqları kollektiv müqavilələrin hazırlanması və bağlanması zəruriliyi haqqında qərar qəbul edirlər və bu müqavilənin tərəfi kimi (digər tərəf işəgötürən olmaqla) çıxış edirlər.
Keniya Həmkarlar İttifaqları Mərkəzi
Keniya Həmkarlar İttifaqları Mərkəzi və ya qısaca KHİM (ing. Central Organization of Trade Unions - COTU) — Keniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Mərkəzin baş qərargahı Nayrobida yerləşir. == Tarixi == Mərkəz 1965-ci ildə Keniya Əmək Federasiyası və Afrika Əməkçilərinin Konqresinin birləşməsi nəticəsində yaranmışdır. == Tərkibi == Hazırda təşkilatın tabeçiliyində 39 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Mərkəz 1 milyon 500 min işçini özündə cəmləşdirir. == Fəaliyyəti == Mərkəz yerlərdə işçiləri tam müdafiə etmək üçün fəal siyasət aparır. KHİM-də bir sıra komitələr yaradılıb. Bu komitələr ildə bir neçə dəfə iş yerlərində araşdırmalar aparır. Yəni yerlərdə iş şəraitinin mövcud durumu, müəssisələrin aylıq gəlirlərinə nisbətən işçilərin aldıqları maaş, əməkdaşlara ödənilən maddi yardım və müavinətlər, ailə vəziyyəti ilə bağlı qadın işçilər üçün müvafiq şəraitin yaradılması və sair kimi məsələlərə riayət olunması yoxlanılır.
Koreya Həmkarlar İttifaqları Konfederasiyası
Koreya Həmkarlar İttifaqları Konfederasiyası (kor. 민주노총) — Koreya Respublikasının ən böyük milli həmkarlar ittifaqları birliyi. Mərkəzi ofisi Seul şəhərində yerləşir. == Tarixi == 13 yanvar 1993-cü ildə yaranmışdır. Təşkilatın yaranması zamanı qarşıya bir sıra çətinliklər çıxmışdır. Belə ki, Koreya Həmkarlar İttifaqları Konfederasiyasının yaranma tarixçəsi geyim əşyalarının istehsalı edən müəssisə işçilərinin mübarizəsi və onlardan birinin – Cun Tae-ilinin 13 noyabr 1970-ci ildə bu mübarizədə özünü qurban verməsi ilə bağlıdır. Bu müəssisənin qadın işçilərinin əzmkar mübarizəsi isə ölkədə müasir əmək hərəkatının əsasını qoymuşdur. 1980-ci illərdən etibarən ağır sənayenin inkişafı bu mübarizəyə irimiqyaslı sənaye işçi qüvvələrini cəlb edir. Nəticədə 1987-ci ildə İşçilərin Böyük Mübarizə Mərkəzinin yaranır. Bu mərkəz yalnız iri sənaye müəssisələrini və korporasiyaları deyil, bütün cəmiyyəti silkələyir.
Kredit ittifaqları
Kredit ittifaqları — === Kredit ittifaqı anlayışı === Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. Qarşılıqlı kreditləşmə Kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzunmüddətli kreditdir. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər. ==== Kredit ittifaqları haqqında qanunvericilik ==== Kredit ittifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. === Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri === Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi; üzvlüyün könüllülüyü; fəaliyyətinin aşkarlığı; şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi; payların həcmindən asılı olmayaraq üzvlərin hüquq bərabərliyi; Kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı; əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi; fəaliyyətinin təşkilinin özünənəzarətə əsaslanması. === Kredit ittifaqının hüquqları və vəzifələri === Kredit ittifaqının aşağıdakı hüquqları vardır: banklardan, beynəlxalq və xarici maliyyə-kredit qurumlarından kredit, qrant almaq; öz üzvlərinə nizamnamədə göstərilən qaydada kreditlər vermək; sərbəst pul vəsaitini banklara, digər Kredit ittifaqlarına depozitə qoymaq, habelə dövlət qiymətli kağızlarının alınmasına sərf etmək. === Kredit ittifaqının yaradılması === Kredit ittifaqı 11-dən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsis edilir. Kredit ittifaqının təsis yığıncağı Kredit ittifaqının yaradılması barədə qərar qəbul edir, nizamnaməni təsdiq edir, idarəetmə və nəzarət orqanını seçir. == Mənbə == Credit Union Database Arxivləşdirilib 2013-01-20 at the Wayback Machine - all credit unions in USA World Council of Credit Unions trade association for credit unions Association of Asian Confederations of Credit Unions regional federation representing 21 national federations in Asia with 35 million retail members Association of British Credit Unions Limited - the largest trade body representing credit unions in the UK National Association of Credit Union Workers - a staff association for all UK credit union workers regardless of trade body affiliation National Federation of Community Development Credit Unions - a trade body representing more than 240 community development credit unions (CDCUs) across the United States. Scottish League of Credit Unions - a trade body representing credit unions in Scotland Virginia Credit Union Arxivləşdirilib 2010-12-30 at the Wayback Machine - all credit unions listed in VA directory.
Litva Həmkarlar İttifaqları Konfederasiyası
Litva Həmkarlar İttifaqları Konfederasiyası və ya qısaca LHİK (lit. Lietuvos profesinių sąjungų konfederacija - LPSK) — Litvanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Vilnüsdə yerləşir. == Tarixi == Konfederasiya 2002-ci il may ayının 1-də Litva Həmkarlar İttifaqları Birliyi və Litva Ticarət Mərkəzi Şurasının birləşməsi nəticəsində yaranmışdır. == Tərkibi == Hazırda təşkilatın tabeçiliyində 26 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konfederasiya 124 min üzvü özündə cəmləşdirir. == Rəhbərləri == Hazırda təşkilata Artur Çerniauskas sədrlik edir. == Siyasəti və məqsədi == LHİK ölkədə ictimai hərəkatın lideridir. Təşkilat siyasətini demokratik əsaslar üzərində qurub. Demək olar ki, bütün ictimai təşkilatlarla əməkdaşlıq əlaqələri qurub.
Malayziya Həmkarlar İttifaqları Konqresi
Malayziya Həmkarlar İttifaqları Konqresi (malay Kongres Kesatuan Sekerja Malaysia) — Malayziyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konqresin baş qərargahı Subanq Caya şəhərində yerləşir. == Tarixi == Malayziya Həmkarlar İttifaqları Konqresi 1949-cu ildə yaradılmışdır. Fəaliyyətinin ilk illərində Malayziya Həmkarlar İttifaqları Şurası adlanırdı. Lakin 1958-ci ildə keçirilən qurultay zamanı qurumun adı dəyişdirilib və həmin vaxtdan etibarən Malayziya Həmkarlar İttifaqları Konqresi adını daşıyır. == Fəaliyyəti == Konqres bir çox aktual məsələləri hər zaman gündəmdə saxlayır və onların həlli istiqamətində fəal addımlar atır. Konqresin prioritet məsələləri iş yerlərinin yaxşılaşdırılması, minimal əməkhaqqının yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması, qadınlara cəmiyyətdə xüsusi diqqət ayrılmasıdır. Konqres hər il 7 Oktyabr layiqli əmək və 1 May zəhmətkeşlərin həmrəylik günlərində minlərlə işçinin iştirakı ilə kütləvi nümayişlər təşkil edir. Məhz konqresin gördüyü işlər nəticəsində Malayziyada iş rejimində dəyişikliklər olub. Yəni iş həftəsi 6 gündən 5 günə, gündəlik iş saatları isə 8-ə salınıb, minimal əməkhaqının həcmi artırılıb.
Norveç Həmkarlar İttifaqları Konfederasiyası
Norveç Həmkarlar İttifaqları Konfederasiyası və ya qısaca NHİK (norv. Landsorganisasjonen i Norge - LO) — Norveçin ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Hazırda Norveçdə ən irimiqyaslı ictimai qurumdur. Konfederasiyanın baş qərargahı Osloda yerləşir. == Tarixi == Konfederasiya 1899-cu ildə yaranıb. 1957-ci ilədək qurum Əməkçilərin Milli Həmkarlar İttifaqı adlanıb. Həmin vaxtdan indiki adı daşıyır. 1920-1930-cu illər Konfederasiyanın tarixində ən fəal dövr kimi yadda qalıb. Həmin dövrdə ölkədə əmək münaqişələri və kəskin iqtisadi mühit hökm sürürdü. Xüsusilə də almanların müvəqqəti olaraq Norveçi işgal etməsindən sonra ölkə iqtisadiyyatı çox gərgin dövrünü yaşayırdı.
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası (GFOTU) — Omanın ən böyük milli həmkarlar ittifaqları birliyi. == Tarixi == Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası 2010-cu ilin fevral ayında yaranmışdır. Həmin vaxt 50-yə qədər təşkilatı təmsil edən 100-dən çox nümayəndənin qatıldığı qurultayda Federasiyanın 11 nəfərdən ibarət İcraedici Şurası seçilmişdir. Şuranın üzvləri arasında iki nəfər qadın təmsilçi də var idi. İcraedici Şuranın sədri vəzifəsinə isə Saud Əli Abdulla Əl Cəbri seçilmişdir. == Ədəbiyyat == International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Otto fon Bismarkın ittifaqlar sistemi
Bismarkın İttifaqlar Sistemi (alm. Bündnispolitik Otto von Bismarcks‎); 1872-1915) — Otto fon Bismarkın Alman imperiyası üçün düşündüyü, savaş ehtimalı içərisində ən çətini olanı-Rusiya imperiyası və Fransa Respublikası ilə eyni anda ediləcək olan iki cəhbəli müharibənın qarşısını almaq idi. Almaniya hərbi gücünə görə Avropanın ən güclü dövləti idi, lakin Rusiya və Fransanın ittifaqının reallaşacağı təqdirdə ikiyə bölünəcək Alman ordusu zəifləyən gücü səbəbi ilə məğlub olacaqdı.Buna görə də, Otto fon Bismark Avstriya-Macarıstan imperiyası ilə və Rusiya imperiyası ilə 1872-ci ildə Üç İmperator İttifaqını qurdu. Müqəddəs İttifaqdan qalma Alman-Slavyan-İtalyan-Polyak (Lex) birliyi bunun sayəsində davam etməli idi. 1875-1878 Böyük Şərq Problemi və ya Balkan Probleminə görə Üç İmperator İttifaqı dağıldı. 1879-cu ildə Almaniya və Avstriya arasında qalan ittifaq İkilər İttifaqı ilə gücləndirildi və bu müqavilə ilə Avstriyanın qərarları bir tərəfdən Almaniyaya bağlandı. 1881-ci ildə Rusiya ilə yenidən razılaşan Bismark İkinci Üç İmperator İttifaqını qurdu. 1882-ci ildə İtaliya Krallığı 1879-cu ildə 1879-cu ildə imzalanan Almaniya-Avstriya ikili ittifaqına alınaraq rəsmən Üçlər ittifaqı oldu. 1885-1886-cı illərdə Avropadakı milliyətçi hərəkatlar Rusiya ilə Avstriyanın münasibətlərini pozunca, Bismark çıxış yolu kimi Rusiya ilə Avstriyanın Almaniya ilə ayrı-ayrı ittifaqda olmasını təmin etdi və 1887-ci ildə Alman-Rus Qarşılıqlı Hücüm Etməmə haqqında müqavilə imzalandı. 1908-ci ildə Bosniya Problemi]]nə qədər həqiqətən uğurlu olan II Üç İmperator Birliyi, Balkanlar üzərindəki Rusiya-Avstriya mənfəət çatışmalarına görə qüvvədən düşdü.
Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası
Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională a Sindicatelor Libere din România-Frăția və ya qısaca rum. CNSLR-Frăția) — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir. == Tarixi == 1993-cü ildə yaradılmışdır. == Fəaliyyəti == Konfederasiya öz üzvlərinin əsas peşə, sosial, iqtisadi və mədəni hüquqlarını təmsil və müdafiə edir. Həmkarlar ittifaqı üzvlərinin iqtisadi, sosial və peşə fəaliyyəti ilə əlaqədar olan qanunvericilik aktlarının işlənib hazırlanması və onlara dəyişikliklər edilməsi barədə kollektiv danışıqlarda tərəfdaş və nümayəndə qismində çıxış edir. Ədalət və sülh məsələləri ilə məşğul olan müxtəlif milli və beynəlxalq həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlığa, həmrəyliyə imkan yaradır. == Tərkibi == Bu konfederasiya siyasi partiyalardan, dövlətdən və işəgötürənlərdən asılı olmayan, ali statusa malik milli həmkarlar ittifaqı təşkilatıdır. Hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən 40 həmkarlar ittifaqı federasiyasını – sahə birliklərini özündə birləşdirir.
Rumıniya Milli Həmkarlar İttifaqları Bloku
Rumıniya Milli Həmkarlar İttifaqları Bloku (rum. Blocul Național Sindical və ya qısaca BNS) — Rumıniyanın ən iri və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Təşkilatın baş qərargahı Buxarest şəhərində yerləşir. == Tarixi == Blok 1991-ci ildə yaradılmışdır. == Fəaliyyəti == Təşkilatın əsas fəaliyyət istiqamətləri piket və mitinqlərin təşkili üzrə müxtəlif tədbirlərin, müəssisələrdə həmrəylik aksiyalarının, qurultayların, seminarların və kampaniyaların mütəmadi olaraq keçirilməsi, üzv təşkilatların və onların fəaliyyətinin əlaqələndirilməsidir. == Tərkibi == Bloku dövlət və eləcə də özəl sektorda fəaliyyət göstərən müəssisələrdə çalışan işçiləri birləşdirir və 350.000 üzvü var. == Rəhbərləri == Təşkilata Dumitru Kostin rəhbərlik edir. == Beynəlxalq əməkdaşlıq == Təşkilat Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Avropa Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edir. == Həmçinin bax == Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası == Mənbə == ICTUR et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing.
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională Sindicală) və ya qısaca "ALFA karteli" (rum. "Cartel ALFA") — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir. == Tarixi == "ALFA karteli" 1990-cı ildə işçilərin əsl etibarlı təmsilçiliyinin qurulması məqsədilə yaradılmışdır. == Öhdəlikləri == Təşkilatın əsas məqsədi ictimai ədaləti və işçilərin maraqlarını qorumaq, müdafiə etmək və Rumıniyada demokratiyanı gücləndirməkdir. Konfederasiya işçilərin maraqlarını müdafiə etməsi ilə Rumıniyada həmkarlar ittifaqı hərəkatının formalaşmasında əhəmiyyətli rol oynayır. == Fəaliyyəti == Konfederasiya daimi iş yerlərinin yaradılması, öz üzvlərinin iş və həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi dirçəliş və stabillik, düzgün əməkhaqqı siyasəti üçün mübarizə aparır. Konfederasiya yerli və milli səviyyədə kollektiv əmək müqavilələrinin bağlanması, sosial dialoqun və sosial tərəfdaşlığın inkişaf etdirilməsində də müxtəlif səviyyələrdə fəaliyyət göstərir. Öz maraqlarını və mövqelərini müdafiə etmək üçün təşkilat piketlər, nümayişlər, yürüşlər keçirir.
Rusiya Azad Həmkarlar İttifaqları Federasiyası
Rusiya Azad Həmkarlar İttifaqları Federasiyası (rus. Федера́ция незави́симых профсою́зов Росси́и - ФНПР) — Rusiya Federasiyasının milli həmkarlar ittifaqları təşkilatlarından biri; ölkə əməkçilərini cəmləşdirən ən irimiqyaslı təşkilatdır Mərkəzi ofisi ölkənin paytaxtı olan Moskva şəhərində yerləşir. == Tarixi == Federasiya 23 mart 1990-cı ildə yaranmışdır. Federasiya çox nadir hallarda kollektiv tədbirlərə əl atır. Onun tarixi ərzində bir neçə təşkil etdiyi bir neçə tətil olmuşdur ki, adətən milyonlarla Rusiya vətəndaşı bu tətillərin iştirakçısı olmuşdur. Belə tətillərdən biri 1998-ci ildə iqtisadi islahatlara, digəri 2004-cü ildə insanların sosial hüquqlarının əzilməsinə qarşı, 2007-ci ildə isə layiqli əmək tələbi ilə keçirilib. == Fəaliyyəti == Federasiya cəmiyyətdə layiqli əməyin bərpa olunması istiqamətində çoxsaylı işlər görür. Təşkilatın 2011-ci ilin yanvar ayında keçirilmiş VII qurultayında "Layiqli əmək – insan rifahının və ölkə inkişafının əsas təminatçısıdır" adlı proqramın yerinə yetirilməsi təsdiqlənmişdir. Bu proqram Federasiyanın əməkhaqqı ilə bağlı vəzifələrini təyin edir. Yəni aşağıdakı bir sıra məsələləri əhatə edir: Rusiyada maaşın Avropadakı orta əməkhaqqı səviyyəsinə çatdırılması; iş qabiliyyətli əhalinin məşğulluğunu; təhlükəsiz iş şəraitini; layiqli təqaüdü təmin etmək; dövlət sosial sığortalarına riayət olunmasının gedişatını nəzarətdə saxlamaq; əməkçilərin həyat səviyyəsini qaldırmaq.
Slovak Respublikası Həmkarlar İttifaqları Konfederasiyası
Slovak Respublikası Həmkarlar İttifaqları Konfederasiyası (slovak. Konfederácia odborových zväzov Slovenskej republiky və ya qısaca KOZ SR) — Slovakiya Respublikasının ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı paytaxt Bratislavada yerləşir.
Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası
Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası (yap. 日本労働組合総連合会) və ya qısaca RENGO (yap. 連合) — Yaponiyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Tokio şəhərində yerləşir. == Tarixi == Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası 1989-cu ildə bir neçə milli mərkəzin birləşməsindən yaranmışdır. == Strukturu == 3 pilləli strukturdan ibarətdir: müəssisədaxili ilk təşkilatlar – iş şəraitini yaxşılaşdırmaq, işçilərin ailə üzvlərinə müəyyən xidmətləri təmin etmək üçün iş yerlərində danışıqlar və əməyin idarə olunmasına aid məsləhətlər aparırlar; sahə birlikləri – müəssisədaxili ilk təşkilatlardan təşkil olunur və onların üzvləri müəssisədə iş şəraitinə aid məlumat mübadiləsi aparırlar və sahəyə aid spesifik problemlərin həll olunmasına çalışırlar; milli mərkəz – Konfederasiya isə öz-özlüyündə sahə birliklərindən ibarət olan milli mərkəzdir. İşçilərin, üzvlərinin hüquqlarının qorunması nöqteyi-nəzərindən əmək standartları, vergilər sistemi, sosial təminat və s. məsələlər üzrə hökumətlə, işəgötürənlərlə birgə fəaliyyət göstərir. Konfederasiyanın regional təşkilatları da mövcuddur. == Məqsədi və fəaliyyəti == Konfederasiyanın əsas məqsədi işçilərin hüquqlarının qorunması, həyat şəraitlərinin yaxşılaşdırılmasıdır.
Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası
Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası (çex. Českomoravská konfederace odborových svazů, ČMKOS) — Çexiyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Praqa şəhərində yerləşir. == Tarixi == Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası 1990-cı ilin martında yaradılmışdır. == Fəaliyyəti == Təşkilat hər zaman üzvlərinin iş şəraitinin yaxşılaşdırılması, əməkhaqqının yaşayış minimumuna uyğunlaşdırılması və işçilərin iqtisadi rifahının təmin edilməsinin əsas qarantı kimi çıxış edir. Sosial partnyorluğa böyük önəm verir. Son illər Konfederasiya fəaliyyət siyasətini dəyişib. Belə ki, təşkilat əvvəllər işini adi klassik həmkarlar ittifaqı prinsipi üzərində qururdusa, hazırda müasir, uzunmüddətli strateji konsepsiyaya üstünlük verir. Belə ki, iş yerlərində müasir tələblərə uyğun şəraitin yaradılmasına, son model avadanlığın tətbiqinə və bu avadanlıqları idarə edən işçilərin ixtisaslaşmasına nail olmağa çalışır. Konfederasiya hüquqi resursların qorunması istiqamətində də fəaliyyətini gücləndirib.
Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası
Ümumittifaq Həmkarlar İttifaqlarının Mərkəzi Şurası (ÜHİMŞ; rus. Всесою́зный центра́льный сове́т профессиона́льных сою́зов, ВЦСПС) — SSRİ-də 1918-ci ildən 1990-cı ilə qədər fəaliyyət göstərmiş, bütün həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə rəhbərlik edən mərkəzi orqan. 1933-cü ildə Xalq Əmək Komissarlığının strukturları Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasına birləşdirilmiş, bundan sonra Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası faktiki olaraq dövlət nazirliyinə çevrilmişdir. == Sədrləri == 1918 – Qriqori Zinovyev (yanvar – mart) 1918–1921 – Mixail Tomski 1922–1929 – Mixail Tomski 1929–1930 – Aleksandr Doqadov 1930–1944 – Nikolay Şvernik 1944–1953 – Vasili Kuznetsov 1953–1956 – Şvernik, Nikolay Mixayloviç 1956–1967 – Viktor Qrişin 1967–1975 – Aleksandr Şelepin 1976–1982 – Aleksey Şibayev 1982–1990 – Stepan Şalayev 1990 – Gennadi Yanayev (17 aprel – 20 iyul) == Əmlakı == Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası 1987-ci ilin məlumatına görə, 9 milyard SSRİ rublundan çox dəyəri olan böyük bir əmlaka sahib idi. Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının Rəyasət Heyətinin 26 aprel 1988-ci il tarixli qərarına əsaslanaraq 2005-ci ilə qədər sanatoriya-kurort biznesinin və turizmin inkişafı proqramı 6 milyard 958 milyon rubl məbləğində əlavə vəsait ayrılmışdır. Bu, 305 min yerlik yeni istirahət və turizm obyektlərinin istifadəyə verilməsinə, həmkarlar ittifaqı sağlamlıq mərkəzlərində 80 min, turizm mərkəzlərində isə 122 min çarpayının yenidən qurulmasına imkan verəcəkdi. == İstinadlar == == Xarici keçidlər == Фонды общественных организаций. Профессиональные союзы. ВЦСПС, его советы, бюро, институты. // Фонды Государственного архива Российской Федерации по истории СССР. Путеводитель.
İndoneziya Həmkarlar İttifaqları Konfederasiyası
İndoneziya Həmkarlar İttifaqları Konfederasiyası (ind. Konfederasi Serikat Pekerja Indonesia) — İndoneziyanın milli həmkarlar ittifaqları təşkilatlarından biri; ölkə əməkçilərini cəmləşdirən ən irimiqyaslı və aparıcı təşkilatdır Mərkəzi ofisi ölkənin paytaxtı olan Cakarta şəhərində yerləşir. == Tarixi == İndoneziya Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının təsdiq edilməsi 1992-ci ildə bu məqsədlə keçirilmiş konfransda qərara alınmışdır. Həmin vaxt Cakartada 104 ictimai təşkilat və həmkarlar ittifaqı fəalları yığışmışdır. Fəaliyyətinin ilk illərində qurum İndoneziya Ticarət İşçilərinin Təşkilatı adını daşımışdır. Çünki o dövr ölkənin əsas işçi qüvvəsini ticarət sahəsində çalışanlar təşkil edirdi və həmin illər İndoneziyada ticarət sektorunun çiçəklənmə dövrü idi. Bu sahə sürətlə inkişaf edirək, dövlət büdcəsinə külli miqdarda gəlir gətirirdi. 2003-cü ildə təşkilatın adı dəyişdirilərək İndoneziya Həmkarlar İttifaqları Konfederasiyası olur. Həmin illərdə Konfederasiyanın tərkibində 11 təşkilat və 300 min üzv birləşirdi. Təşkilatın yaranmasından sonra qarşıya bir sıra çətinliklər çıxmışdır.
İrlandiya Həmkarlar İttifaqları Konqresi
İrlandiya Həmkarlar İttifaqları Konqresi (ing. Irish Congress of Trade Unions) — İrlandiyanın ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Konqresin sədri Devid Beqdir. == Tarixi == İrlandiyada həmkarlar ittifaqlarının yaranması XVIII əsrə təsadüf edir. Həmin vaxtlarda bənnalar, qəssablar və müxtəlif sahələrin sənətkarları qruplaşaraq yerli təşkilatlar yaradırdılar. XIX əsrin ortalarından etibarən İrlandiya və İngiltərənin fərqli peşə sahibləri həmkarlar ittifaqlarının bünövrəsini daha da möhkəmlədirlər. Təxminən 1889-cu ildən indiki təşkilatlar yaranmağa başlayır. İlk əvvəl xüsusi fəallığı dəmiryolu və dəniz limanı işçiləri göstərirlər. Vaxt keçdikcə əhatə dairəsi daha da genişlənir və onlara bir sıra sahələrin işçiləri də qoşulurlar.
İtaliya Həmkarlar İttifaqları Konfederasiyası
İtaliya Həmkarlar İttifaqları Konfederasiyası və ya qısaca İHİK (it. Italian Confederation of Trade Unions - CISL) — İtaliyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Romada yerləşir. == Tarixi == === Təşəkkül dövrü === İHİK-in təşəkkül dövrü İkinci Dünya müharibəsinin sonlarına təsadüf edir. Belə ki, müharibənin sonuna yaxın – 1944-cü ildə, İtaliyada bütün həmkarlar ittifaqlarının fəaliyyətinə şərait yaradan Roma Həmkarlar İttifaqları Paktı imzalanmışdır. Bu pakt 1950-ci ildə konfederasiyanın yaranmasına gətirib çıxardı. Qurumun 1950-ci ildə Romada keçirilən İHİK-in ilk Konqresində Giulio Pastore Baş katib seçildi. İlk illərdə bir sıra maliyyə çətinlikləri ilə qarşılaşsa da, onlara Amerika həmkarlar ittifaqları böyük dəstək göstərdi. === Çiçəklənmə dövrü === 1970-1980-ci illər Konfederasiyanın çiçəklənən dövrü hesab olunur. Bu dövrdə Konfederasiya dövlətin iqtisadi, vergi və indeksləşmə sistemi siyasətində ictimai rifah naminə yeni qaydaların tətbiq edilməsinə nail oldu.
İttifaqlar Evi
İttifaqlar evi (rus. Дом Союзов) — Moskvada rus klassisizmi üslubunda tikilmiş (1775-ci ilədək, memar M. F. Kazakov) ictimai bina. == Tarixi == Bina 1784–1790-cı illərdə genişləndirilmiş, Korinf sırasütunlu məşhur Sütunlu salonu (sahəsi 24,8 m., x 39,5 m., hündürlüyü 14,5 m.) tikilmişdir. Salon qızıl suyuna çəkilmiş büllur çilçıraqlar və pəncərə formalı güzgülərlə bəzədilmişdir. Əvvəllər dvoryan yığıncaqları üçün istifadə edilimişdir. Oktyabr inqilabından sonra bina həmkarlar ittifaqlarına verilmişdir. Burada Kominternin, Kommunist Gənclər İnternasionalının konqresləri, ümumittifaq müşavirələri keçirilmiş, konsertlər, yığıncaqlar, ədəbi-bədii tədbirlər təşkil edilmişdir. İttifaqlar evinin Sütunlu salonunda Sovetlərin, həmkarlar ittifaqlarının qurultayları, Moskva şəhər və vilayət partiya təşkilatlarının konfransları, yazıçı və bəstəkarlar ittifaqlarının qurultayları və s. keçirilmişdir. 1918–1922-ci illərdə V. İ. Lenin burada 40 dəfədən artıq çıxış etmişdir.

"ittifaqla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ittifaqla nədir? #ittifaqla sözünün mənası #ittifaqla nə deməkdir? #ittifaqla sözünün izahı #ittifaqla sözünün yazılışı #ittifaqla necə yazılır? #ittifaqla sözünün düzgün yazılışı #ittifaqla leksik mənası #ittifaqla sözünün sinonimi #ittifaqla sözünün yaxın mənalı sözlər #ittifaqla sözünün əks mənası #ittifaqla sözünün etimologiyası #ittifaqla sözünün orfoqrafiyası #ittifaqla rusca #ittifaqla inglisça #ittifaqla fransızca #ittifaqla sözünün istifadəsi #sözlük