Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası
Ümumittifaq Həmkarlar İttifaqlarının Mərkəzi Şurası (ÜHİMŞ; rus. Всесою́зный центра́льный сове́т профессиона́льных сою́зов, ВЦСПС) — SSRİ-də 1918-ci ildən 1990-cı ilə qədər fəaliyyət göstərmiş, bütün həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə rəhbərlik edən mərkəzi orqan. 1933-cü ildə Xalq Əmək Komissarlığının strukturları Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasına birləşdirilmiş, bundan sonra Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası faktiki olaraq dövlət nazirliyinə çevrilmişdir.
== Sədrləri ==
1918 – Qriqori Zinovyev (yanvar – mart)
1918–1921 – Mixail Tomski
1922–1929 – Mixail Tomski
1929–1930 – Aleksandr Doqadov
1930–1944 – Nikolay Şvernik
1944–1953 – Vasili Kuznetsov
1953–1956 – Şvernik, Nikolay Mixayloviç
1956–1967 – Viktor Qrişin
1967–1975 – Aleksandr Şelepin
1976–1982 – Aleksey Şibayev
1982–1990 – Stepan Şalayev
1990 – Gennadi Yanayev (17 aprel – 20 iyul)
== Əmlakı ==
Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası 1987-ci ilin məlumatına görə, 9 milyard SSRİ rublundan çox dəyəri olan böyük bir əmlaka sahib idi.
Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının Rəyasət Heyətinin 26 aprel 1988-ci il tarixli qərarına əsaslanaraq 2005-ci ilə qədər sanatoriya-kurort biznesinin və turizmin inkişafı proqramı 6 milyard 958 milyon rubl məbləğində əlavə vəsait ayrılmışdır. Bu, 305 min yerlik yeni istirahət və turizm obyektlərinin istifadəyə verilməsinə, həmkarlar ittifaqı sağlamlıq mərkəzlərində 80 min, turizm mərkəzlərində isə 122 min çarpayının yenidən qurulmasına imkan verəcəkdi.
== İstinadlar ==
== Xarici keçidlər ==
Фонды общественных организаций. Профессиональные союзы. ВЦСПС, его советы, бюро, институты. // Фонды Государственного архива Российской Федерации по истории СССР. Путеводитель.