İttifaqını sözü azərbaycan dilində

İttifaqını

Yazılış

  • İttifaqını • 88.9290%
  • ittifaqını • 11.0710%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avropa İttifaqının genişlənməsi
Tarix boyu Avropa İttifaqı (Aİ) dəfələrlə yeni üzv dövlətlərin ittifaqa qoşulması ilə genişlənmişdir. Aİ-yə qoşulmaq üçün bir dövlətin qanunun aliliyinə və ona uyğun azadlıqlara və qurumlara hörmət edən və sabit bir demokratik hökumət tələb edən Kopenhagen meyarları (1993-cü ilin iyun ayında Kopenhagen zirvəsindən sonra) adlanan iqtisadi və siyasi şərtləri yerinə yetirməsi lazımdır. Maastricht Müqaviləsinə görə, mövcud hər bir üzv dövlət və Avropa Parlamenti istənilən genişlənməyə razı olmalıdır. Genişlənmə prosesi bəzən Avropaya inteqrasiya olaraq da adlandırılır. Bu termin, eyni zamanda, milli hökumətlər milli qanunların tədricən uyğunlaşdırılmasına imkan verdiyi üçün Aİ üzv dövlətləri arasında əməkdaşlığın intensivləşdirilməsinə işarə olunur. Aİ-nin sələfi Avropa İqtisadi Birliyi , 1958-ci ildə, Roma Müqaviləsi qüvvəyə mindikdə , Daxili Altılıq üzv dövlətlə quruldu. O vaxtdan bəri, Aİ üzvlüyü iyirmi yeddi ölkənində qatılması ilə böyüdü. Son üzv dövlət olan Xorvatiya isə 2013-cü ilin iyulunda ittifaqa qoşuldu. Ən son Aİ ərazisinin genişlənməsi 2014-ci ildə Mayotte ilə baş verdi. Aİ-nin və sələflərinin ən nəzərəçarpaçaq ərazi azalmaları 1962-ci ildə Cezayirin müstəqillik əldə etməsilə çıxması, 1985-ci ildə Qrenlandiyanın çıxması və 2020-ci ildə Birləşmiş Krallığın ittifaqdan çıxması ilə baş vermişdir.
Avropa İttifaqının gələcəkdə genişlənməsi
Hal-hazırda Avropa İttifaqına gələcəkdə üzv olmaq üçün beş ölkə namizəddir: Türkiyə (14 aprel 1987-ci ildən bəri), Şimali Makedoniya (22 mart 2004-cü ildən bəri), Monteneqro (2008-ci ildən bəri), Albaniya və Serbiya (hər ikisi 2009-cu ildən bəri). Albaniya və Şimali Makedoniyadan başqa bütün ölkələr qoşulma danışıqlarına başlayıb. Bosniya və Herseqovina və Kosova (Kosova 5 Aİ ölkəsi tərəfindən tanınmır) Aİ-yə üzvlük üçün potensial namizədlər kimi tanınıblar. Danışıqlarda ən tez irəliləyən Serbiya və Monteneqronun 2025-ci ilə qədər Aİ-yə üzv olması gözlənilir. Digər danışıqlar davam etsə də, Türkiyə ilə danışıqlar durğunluq dövründədir.Kopenhagen kriteriyaları və Maastrixt sazişinə uyğun olaraq, qoşulma kriteriyası belədir: azadlıq, demokratiya və insan hüquqları və fundamental azadlıqlara hörmət və qanunun aliliyi prinsiplərinə hörmət edən hər bir "Avropa ölkəsi" Aİ-yə üzvlük üçün müraciət edə bilər. Ölkənin Avropa ölkəsi olub-olmaması Aİ institutları tərəfindən siyasi cəhətdən qiymətləndirilir.Şərq Tərəfdaşlığı strategiyasına görə, Aİ-nin 2020-ci ildən əvvəl post-sovet ölkələrindən hər hansı birini bloka qoşulmağa dəvət edilməsi ehtimal edilmir. Ancaq 2014-cü ildə Aİ Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya sazişi imzalayıb və Avropa Parlamenti hər 3 ölkənin "Avropa perspektivi"ni tanıyan qətnamə qəbul edib.
Azərbaycan Bəstəkarlar İttifaqının binası
Azərbaycan Bəstəkarlar İttifaqının binası, Dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı və ya Pionerlər evi ― XX əsrin əvvəllərində Xaqani küçəsində tikilmiş 3 mərtəbəli yaşayış binası. Eklektik üslubda olan bu binada müxtəlif vaxtlarda Azərbaycan Mədənçilər İttifaqı, Pionerlər evi, Türkiyə səfirliyi, 2008-ci ildən etibarən isə Azərbaycan Bəstəkarlar İttifaqı yerləşib. == Haqqında == Azərbaycan Bəstəkarlar İttifaqının binası 1912-ci ildə Molokanskaya küçəsi 27 (indiki Xaqani küçəsi 55) ünvanında 3 mərtəbəli mülk kimi tikilib. 1922-ci ildən burada Dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı yerləşib. 1924-cü ildə heykəltaraş Stepan Erzyaya binanın fasadına yerləşdiriləcək heykəllərin düzəldilməsi üçün sifariş verildi. Fasaddakı heykəllər 3 horizontal üzrə yerləşdirilib. Heykəllərin yerləşdiyi ən alt səviyyəyə gücü və ağılı simvolizə edən iki dəmirçi heykəli, orta səviyyədə istehsalat prosesini simvolizə edən fəhlə və qazmaçı heykəli, ən üst səviyyədə isə xalqların proletar birliyini və gələcək uğrunda birlikdə mübarizəni simvolizə edən, bir borudan yapışmış azərbaycanlı və rus fəhlə təsvir edilib. Fəhlənin dəmirçinin və qazmaçının çarıq geyib araxçın taxması eləcə də bığlarının olması onların azərbaycanlı olduğunu bildirir. Mərmər və bürüncün çatışmadığına görə heykəllər sementdən və güclü turşu tərkibi ilə işlənmiş dəmir qalıqlarından tökülüb. Bu neftçi işçilərə həsr edilmiş ilk heykəllər idi.
Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyni adlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı (film, 1925)
Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı qısametrajlı sənədli filmi rejissor Pavel Velski tərəfindən 1925-ci ildə çəkilmişdir. AFKİ və "Kino-Mədənçi" Studiyasının istehsalıdır. Reportaj səpgisində olan filmdə SSRİ Mədən Fəhlələri Həmkarlar İttifaqı Azərbaycan şöbəsinin IX qurultayı, ayrı-ayrı natiqlərin çıxışları, "Azneft" fəhlələri və rəhbərlərinin ordenlərlə təltif edilmələri öz əksini tapmışdı == Məzmun == Reportaj səpgisində olan filmdə SSRİ Mədən Fəhlələri Həmkarlar İttifaqı Azərbaycan şöbəsinin IX qurultayı, ayrı-ayrı natiqlərin çıxışları, "Azneft" fəhlələri və rəhbərlərinin ordenlərlə təltif edilmələri öz əksini tapmışdır.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİRK) – Çapçılar İttifaqı adı ilə 1905-ci ilin noyabr ayında "Cildləmə, mətbəə və litoqrafiya fəhlələri Cəmiyyəti" kimi təşkil olunmuş və 1953-cü ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı kimi fəaliyyətini davam etdirmişdir. 25 dekabr 1992-ci ildən Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı adlandırılmışdır. 09.10.2012-ci tarixdə keçirilmiş Qurultaydan sonra isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adı ilə fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 5 fevral 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı (01.01.2011-cu tarixinə) 53.238 nəfər üzvü olan müstəqil təşkilatdır. İttifaq 64 şəhər və rayon, 402 həmkarlar ittifaqı komitələrini və 314 həmkarlar ittifaqı təşkilatçılarını özündə birləşdirir. İttifaq üzvlərinin 42.051 nəfərini, yəni 79,8% qadınlar təşkil edir. Gənclərin sayı 19.988 nəfərdir, bu da 37,55% deməkdir. Respublika Komitəsi xidmətində olan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə ayrı-ayrılıqda 2009-cu ildə 3 (üç) il müddətinə sahə Sazişləri bağlamışdır. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 1992-ci ildən Beynəlxalq Birliyin — Həmkarlar İttifaqlarının (MOP), 2001-ci ildən Beynəlmiləl İctimai Xidmətlər Təşkilatının (PSİ), 2009-cu ildən Avropa İctimai Xidmətlər Təşkilatının (EPSU) üzvüdür.
Həmkarlar İttifaqının 10 illiyi (film, 1930)
== Məzmun == Kinolent Azərbaycan Həmkarlar İttifaqının on illik fəaliyyətinə və yubiley təntənəsinə həsr olunmuşdur. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Həmkarlar İttifaqının 10 İlliyi (1930)
== Məzmun == Kinolent Azərbaycan Həmkarlar İttifaqının on illik fəaliyyətinə və yubiley təntənəsinə həsr olunmuşdur. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Mədənçilər İttifaqının 20 illiyi (film, 1927)
== Məzmun == Bu tarixi-sənədli filmdə Bakıda Mədənçilər İttifaqının yaranmasından, onun 20 illik fəaliyyətindən bəhs olunur. == Film haqqında == Film saxlanılmayıb. Filmdə İttifaqın qocaman üzvləri çəkilmişlər. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: A. Karin Rejissor köməkçisi: Aleksandr Makovski == İstinadlar == == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года.
Mədənçilər İttifaqının 20 İlliyi (1927)
== Məzmun == Bu tarixi-sənədli filmdə Bakıda Mədənçilər İttifaqının yaranmasından, onun 20 illik fəaliyyətindən bəhs olunur. == Film haqqında == Film saxlanılmayıb. Filmdə İttifaqın qocaman üzvləri çəkilmişlər. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: A. Karin Rejissor köməkçisi: Aleksandr Makovski == İstinadlar == == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года.
Sovet Sosialist Respublikaları İttifaqının dağılması
Sovet İttifaqının dağılması — 25 dekabr 1991-ci il tarixində SSRİ Dövlət Başçısı Mixail Qorbaçovun istefa etməsinin ardından Sovetlər Birliyini təşkil edən respublikaların müstəqilliyini qazanmalarıyla Sovet Sosialist Respublikaları İttifaqının dağıldığı hadisədir.
Sovet Sosialist Respublikaları İttifaqının dövlət himni
Sovet Sosialist Respublikaları İttifaqının dövlət himni (həmçinin, Sovet İttifaqı Dövlət Himni; azərb-kiril. Совет Иттифагы Дөвләт Һимни) — 1944-cü ildə qəbul olunmuşdur, həmçinin Rusiya Sovet Federativ Sosialist Respublikasının da dövlət himni idi. Himnin sözlərinin müəllifləri Sergey Mixalkov və Q. El-Registandır. Himnin musiqisini Aleksandr Aleksandrov yazıb. Himndə Stalinin adı olduğu üçün 1955-1977-ci illərdə sözsüz ifa olunurdu. Bu səbəbdən 1977-ci ildə Sergey Mixalkov himnin sözlərində müəyyən dəyişikliklər etdi. Himn bəzi dəyişikliklərlə 2000-ci ildən Rusiya Federasiyasının dövlət himnidir. == Himnin sözləri (1944) == == Himnin sözləri (1977) == Союз нерушимый республик свободных, Сплотила навеки Великая Русь. Да здравствует созданный волей народов, Единый, могучий Советский Союз!Славься, Отечество, наше свободное, Дружбы народов надёжный оплот! Партия Ленина — сила народная, Нас к торжеству коммунизма ведёт!Сквозь грозы сияло нам солнце свободы, И Ленин великий нам путь озарил: На правое дело он поднял народы, На труд и на подвиги нас вдохновил!Славься, Отечество, наше свободное, Дружбы народов надёжный оплот!
Sovet İttifaqının "Qüsursuz xidmətə görə" medalı
"Qüsursuz xidmətə görə" medalı — SSRİ Müdafiə Naziri, Daxili İşlər Naziri və Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin 1958-ci il 25 yanvar tarixli birgə sərəncamı ilə yaradılmış medal.
Sovet İttifaqının dağılması
Sovet İttifaqının dağılması — 25 dekabr 1991-ci il tarixində SSRİ Dövlət Başçısı Mixail Qorbaçovun istefa etməsinin ardından Sovetlər Birliyini təşkil edən respublikaların müstəqilliyini qazanmalarıyla Sovet Sosialist Respublikaları İttifaqının dağıldığı hadisədir.
Sovet İttifaqının keçmiş müharibə əsirlərinə qarşı repressiyası
Sovet İttifaqının keçmiş müharibə əsirlərinə qarşı repressiyası — İkinci Dünya müharibəsinin bitməsindən sonra sovet hökumətinin müharibədə əsir düşmüş döyüşçülərinə qarşı yürütdüyü repressiya siyasəti nəzərdə tutulur. == 270 nömrəli əmr == Müharibədən əvvəlki dövrdə Stalin təmizləmələri nəticəsində Qırmızı Ordu komandanlığının səmərəliliyi və mənəvi-psixoloji səviyyəsi aşağı idi. 1941-ci ilin avqustuna qədər Axis qüvvələri Sovet ərazisinin dərinliklərinə doğru irəliləməkdə böyük uğurlar əldə etdilər. Onların uğurlu blitskrieg strategiyası Sovet müdafiə sistemini qeyri-mütəşəkkil etdi, çoxsaylı sovet bölmələrinin, o cümlədən bütün səhra ordularının mühasirəyə alınmasına səbəb oldu. Müharibənin başlanmasından etibarən, sovetlər hökuməti bilərəkdən və ya bilməyərəkdən əsir düşmənin qarşısını almaq üçün xüsusi siyasət yürütməyə başladı. Stalin Xalq Müdafiə Komissarı kimi bu əmri verdi. Sərəncam ilk növbədə zabitlərin operativliyini və mənəvi-psixoloji hazırlığını sürətlə yüksəltmək məqsədi daşıyırdı. Elan edilən qərara görə, əgər bir döyüşçü əsir düşərdisə bu, dövlətə qarşı xəyanət hesab ediləcək, edənlər edama məhkum olmaqla birlikdə, əmlakları müsadirə edilməli, ailəsinə qarşı repressiya həyata keçiriləcəkdi. 1941-ci ilin avqustunda verilən 270 saylı Sərəncam təslim olan bütün komandirləri və siyasi zabitləri təqsirli fərarilər kimi təsnif etdi, sərəncama əsasən onlar dərhal edam edilməli, ailələri həbs olunmalı idi. Preambulada əmrdə qoşunların mühasirədə döyüşməsi, eləcə də hərbi komandanlıq tərəfindən təslim olma halları nümunələri göstərilirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.96 dəfə / 1 mln.
2003 ••••••• 1.97
2004 •• 0.34
2005 ••••• 1.35
2006 •••••••••••• 3.15
2007 •••••••••••••••••••• 5.71
2008 ••••••• 1.95
2009 ••••••••••••••••• 4.64
2010 ••••••••••• 3.00
2011 ••••••• 1.97
2012 •••••••••• 2.58
2013 ••••••••••••• 3.65
2014 •••••••• 2.23
2015 •••••••••••••• 3.91
2016 •••••••• 2.26
2017 ••••••••••••••• 4.23
2018 ••••••••• 2.40
2019 ••••••••• 2.50
2020 •••••••••••••• 3.71

"ittifaqını" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ittifaqını nədir? #ittifaqını sözünün mənası #ittifaqını nə deməkdir? #ittifaqını sözünün izahı #ittifaqını sözünün yazılışı #ittifaqını necə yazılır? #ittifaqını sözünün düzgün yazılışı #ittifaqını leksik mənası #ittifaqını sözünün sinonimi #ittifaqını sözünün yaxın mənalı sözlər #ittifaqını sözünün əks mənası #ittifaqını sözünün etimologiyası #ittifaqını sözünün orfoqrafiyası #ittifaqını rusca #ittifaqını inglisça #ittifaqını fransızca #ittifaqını sözünün istifadəsi #sözlük