istinad sözü azərbaycan dilində

istinad

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • istinad • 97.3358%
  • İstinad • 2.6151%
  • İSTİNAD • 0.0491%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çarpaz istinad
Çarpaz istinad (ing. cross-reference, XREF) – 1. Proqramda dəyişənlərə müraciətin baş verdiyi yerlərə istinadlar. Translyasiya, assemblerləmə və bağlama (LINK) prosesində çarpaz istinadlar cədvəli (CROSS-REFERENCE TABLE) yaradılır ki, onun köməyilə sazlayıcı (DEBUGGER) proqramı simvollu şəkildə sazlamağa imkan verir (hər bir identifikatorun cədvəldə tipi, ünvanı, təyin edilmə yeri və istifadə yerlərinin siyahısı verilir). 2. Mətn prosessorlarında: hər hansı məsələnin müzakirəsi ilə bağlı sənədin içindəkilərə istinad etmək üçün kod sözü. Oxucunun rahatlığı üçün tətbiq olunur. Elektron sənədlərdə çarpaz istinadlar çox zaman hiperistinadlarla əvəz olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İslam Dünya Elmi İstinad Mərkəzi
İslam Dünyasının Elmi İstinad Mərkəzi (az. İDEİM - ing. ISC) — İslam dünyası ölkələrinin akademik, elmi təsisatlarının nəşrlərini, elmi əsər, elmi jurnal və dərgilərini etibarlı elmmetrik meyarlara əsaslanaraq təhlil edən mərkəzdir. 2008-ci ildə professor Cəfər Mehradın rəhbərliyi ilə formalaşmışdır. Bu elmi mərkəzin baş ofisi İranın Şiraz şəhərində yerləşir. Mərkəz sitat araşdırmaları sahəsində 60 illik təcrübəyə malik olan ABŞ-dən, həmçinin Hollandiyadan sonra üçüncü dünya istinad sistemini qurmuşdur. == Tarixi == İslam Ölkələri Təhsil Nazirlərinin 2008-ci ilin oktyabrında Azərbaycan Respublikasının paytaxtı Bakıda keçirilən IV iclasında İDEİM təsdiq edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 28.16 dəfə / 1 mln.
2002 ••••• 13.70
2003 •••••••• 23.62
2004 •••• 12.13
2005 ••••• 12.82
2006 ••••• 12.39
2007 •••••• 16.07
2008 •••••••• 23.39
2009 •••••••• 23.20
2010 ••••••••• 24.78
2011 ••••••••• 25.74
2012 ••••••••• 24.95
2013 •••••••• 22.03
2014 ••••••••• 25.91
2015 ••••••••••••• 39.47
2016 •••••••••••• 34.36
2017 •••••••• 22.76
2018 ••••••••••• 32.51
2019 ••••••••••••• 38.95
2020 •••••••••••••••••••• 60.73

istinad sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Dayanma, əsaslanma, söykənmə. İstinad nöqtəsi (əsaslanacaq, söykənəcək, dayaq ola biləcək şey). □ İstinad etmək – 1) arxalanmaq, bir şeyi dayaq, kömək hesab etmək. Hökumət ancaq xalqın arzu və iradəsinə istinad etməlidir. M.S.Ordubadi; 2) öz müddəalarını, fikrini və s.-ni sübut etmək üçün məntiqi dəlil kimi əsas götürmək. Qabaqcıl nəzəriyyəyə istinad etmək.

    Azərbaycan dilinin izahlı lüğəti / istinad

istinad sözünün sinonimləri (yaxın mənalı sözlər)

istinad sözünün rus dilinə tərcüməsi

  • 1 опора, ссылка (на что)

    Azərbaycanca-rusca lüğət / istinad
  • 2 I сущ. опора: 1. подпорка. İstinad nöqtəsi точка опоры, istinad mərkəzi центр опоры. Özünə istinadgah axtarmaq искать себе пристанища 2. исходное положение. Tədqiqatın əsas истинады основная опора исследования II прил. строит. подпорный. İstinad divarı подпорная стена 2. опорный. İstinad məntəqəsi опорный пункт, istinad gərginliyi автом. опорное напряжение, биол. istinad toxuması опорная ткань, istinad hüceyrələri опорные клетки, istinad şəbəkəsi тех., геодез. опорная сеть, istinad quyusu гидрогеол. опорная скважина; istinad etmək опираться (брать, взять за основу своих построений, рассуждений). Qabaqcıl nəzəriyyəyə istinad etmək опираться на передовую теорию

    Azərbaycanca-rusca lüğət / istinad

istinad sözünün inglis dilinə tərcüməsi

istinad sözünün fransız dilinə tərcüməsi

istinad sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. са темелдихъ (асасдихъ) далу кутун, далу агалдун; асас яз кьун (гьисабун), далу кутун (агалдун); бинеламиш хьун; // istinad etmək а) далу кутун, даях кьун, куьмек кьун, куьмек яз гьисабун; б) вичин фикир ва мс. субут авун патал делил хьиз асас яз кьун, гьадал бинеламиш хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / istinad

istinad sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) əsaslanma, arxalanma, söykənmə; 2) güvənmə; 3) məxəzə əsaslanma, mənbə göstərmə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"istinad" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#istinad nədir? #istinad sözünün mənası #istinad nə deməkdir? #istinad sözünün izahı #istinad sözünün yazılışı #istinad necə yazılır? #istinad sözünün düzgün yazılışı #istinad leksik mənası #istinad sözünün sinonimi #istinad sözünün yaxın mənalı sözlər #istinad sözünün əks mənası #istinad sözünün etimologiyası #istinad sözünün orfoqrafiyası #istinad rusca #istinad inglisça #istinad fransızca #istinad sözünün istifadəsi #sözlük