* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] klas. 1. Cidd-cəhd, var gücü ilə çalışma, səy etmə, çalışıb-çapalama. □ İctihad etmək köhn. – gücü çatdıqca çalışmaq, səy etmək, əlləşmək. …Elə güman eliyirdim ki, bunların içində yenə heç olmasa minlərcə tapılar ki, elm, fənn və maarif aləmində ictihad edib hər biri öz milləti və vətəninin iftixarına bais olublar. C.Məmmədquluzadə. Yaxud, de görüm, müdiri-“Kəşkül”; Ünsizadə Səidi-məqul; Etdikləri ictihadə nisbət; Millətdən alır bu gün də qiymət. M.Ə.Sabir. 2. din. Müctəhidin əhkam və hadisələrdən məna, hökm çıxarması və çıxardığı məna. [Molla Bağır:] Məsələn, onun əqidəsi ilə guya ictihad lazım deyil və xüms və imammalı vermək xilafdır və guya üləma fövt olan müctəhidin rəyində qalmağı o cəhətdən avama caiz görmürlər ki, özlərinin bazarı rəvac olsun. M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / ictihad2 ə. 1) çalışma, çapalama, səy; 2) çalışmaqla çox bilik əldə etmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ictihad3 \ – \ ciddi-vəhd var gücü ilə çalışmaq səy göstərmək dinin əsaslarını bilən din alimlərinin, qazilərin dinin əsasları olan Qurani Kərimə və peyğəmbər hədislərinə əsaslanaraq şəriətə aid məsələlər haqqında hökm çıxarmaları, yaxud bu yolda səy göstərmələri. İctihad sözü dini – fəlsəfi termin kimi bölgənin islamı qəbul etməsindən sonra dilimizdə daxil olmuşdur. Daha çox məhdud çevrədə işlənməkdədir. ―Müctəhid‖, ―cihad‖ da bu kökdəndir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / ictihad2 сущ. устар. старание, усердие, прилежание; ictihad etmək стараться, усердствовать
Azərbaycanca-rusca lüğət / ictihad1 [ər.] сущ. клас. 1. гзаф алахъун, сяйи авун, жегьт авун; // ictihad etmək куьгьн. гуж акакьзамад кьван алахъун, гьавалат хьун, сяйи авун; 2. дин. чӀехи ругьаниди вакъиайрикай мана хкудун, гьукум акъудун ва гьа мана вич.
Azərbaycanca-ləzgicə lüğəti / ictihad