iltihab sözü azərbaycan dilində

iltihab

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • iltihab • 95.1613%
  • İltihab • 4.8387%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İltihab
İltihab (lat. inflammatio) yerli və ümumi patoloji prosess, və ya patoloji qıcıq və təsirlərin nəticəsində orqanizmin hüceyrə strukturlarının zədələnməsinə qarşı bir reaksiyadır.Normal halda immun sisteminin hüceyrələri toxuma hüceyrələrinin bütün hissələrində səpələnmiş vəziyyətdə olur .Əgər orqanizmin müəyyən sahəsində yoluxma mərkəzi yaranırsa immun sisteminin hüceyrələri və onların sintez etdikləri faktorlar həmin sahədə cəmlənirlər .Bunu təmin edən proseslərə ilktihab reaksiyaları deyilir .İltihab prosesi üçün 3 əsas əlamət xarakterikdir : yoluxmuş sahənin qanla təchizatının güclənməsi endotelial hüceyrələrin yığılması nəticəsində kapilyarların keçiriciliyinin artması leykositlərin venullardan ( venoz kapilyarlardan) yoluxma sahəsinə doğru miqrasiyası.İltihabın ilk mərhələlərində buraya neytrofillər , sonra isə monositlər və limfositlər toplanırlar .Yoluxmanın tipindən asılı olaraq patogenə qarşı müxtəlif cür immunoloji reaksiyalar yaranır:1.Hüceyrəxarici patogenlərə yoluxma zamanı immun sisteminin mübarizəsi bilavasitə bu patogenlərin məhv olmasına və onların toksiki məhsullarının təsirinin neytrallaşdırılmasına yönəlir . Bu Bu prosesdə əsas işi komplement sistemi və faqositar hüceyrələr yerinə yetirir . Anticisimlər isə köməkçi və neytrallaşdırıcı funksiyanı yerinə yetirir. Hüceyrədaxili patogenlərə qarşı mübarizənin isə 2 alternativ üsulu mövcuddur : 1.yoluxmuş hüceyrənin T sititoksiki limfositlərlə məhvi 2 .T helperlər tərəfindən makrofaqların aktivləşdirilməsi . Qədim Roma yazıçısı Avl Korneliy Sels ilk dəfə iltihabın xarici əlamətlərini təsvir etmişdir: lat. rubor — "qızartı", qızarma, eritema lat. tumor — "şiş", şişginlik lat. calor — "hərarət", yerli (nahiyyənin) hərarətin(in) qalxması lat. dolor — "ağrı", nahiyyədə ağrılarDoplin Klavdi Qalen (eramızın 130-200 cü illəri) bu əlamətlərə lat.
Ağciyər iltihabı
Ağciyər iltihabı, sətəlcəm, pnevmoniya — ağciyərin tez-tez təsadüf edilən xəstəliyi. Gedişinə görə kəskin və xronik olur. Krupoz, ocaqlı, intersisial və s. formaları var. Krupoz pnevmoniya kəskin ağciyər xəstəliyidir, bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur; xəstəliyi, əsasən, pnevmokoklar törədir. Xəstəlik başağrısı, yüksək hərarət (39—40°S), quru və bəlğəmli öskürəklə başlayır, döş qəfəsi sancır (öskürdükdə və dərin nəfəs aldıqda artır). Xəstəliyin ikinci günündən başlayaraq selikli bəlğəm ifraz olunur. Sonralar qan qarışdığından bəlğəm pas rəngi alır. İlk günlər xəstənin yanaqları qızarır, dodağı, burnunun ucu, bəzən boyun və qulağı uçuqlayır; nəbzi dəqiqədə 100—120 vurur, arterial təzyiqi aşağı düşür.
Ortaqulaq iltihablanması
Ortaqulaq iltihablanması - otitis media. Ortaqulaq iltihablanması burun boşluğu və ya boğazdan ortaqulağa açılan kanallardan (tuba auditiva, pharyngotympanic tube) yüksələn bakteriya və ya viruslar tərəfindən iltihablanmağa səbəb olur. Ortaqulağ qulaq pərdəsi ilə iç qulaq arasında içi hava dolu olan bir orqandır. Nadir olaraq da qulaq pərdəsinin cırılması nəticəsi, buradan bakteriya və viruslar içəri girərək iltihablanmağa səbəb ola bilər. Ortaqulağ iltihablanması böyük ağrı və irinlənmələrin axışına səbəb olur. Əgər iltihablar, qulaq pərdəsinin arxasında toplanib sərtləşsə eşitmənin keyfiyyəti aşağı düşər və ağrıdan insan yata bilməz. Burada sərtləşən iltihablar qulaq pərdəsini deşər və burdan iltihablar çölə axar.
Öd kisəsinin iltihabı
Öd kisəsinin iltihabı (yun. cholecyst, "öd kisəsi", lat. itis, "iltihab") lat. cholecystitis) — öd kisəsinin xəstəliklərindən biri. Adından məlum olduğu kimi kəskin iltihabi bir proses olub xroniki hala da keçə bilir. Hazırda kəskin öd kisəsinin iltihabı dərhal cərrahi müdaxilə ilə müalicə olunduğundan xroniki hallar kəskin azalmışdır. Çox vaxt (90-95 %) öd daşı xəstəliyi ilə müştərək meydana çıxır. Daha doğrusu öd daşı xəstəliyinin fəsadı kimi özünü büruzə verir. Bu hal tibbdə daşlı xolesistit adlanır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.96 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 ••• 0.34
2006 ••••• 0.68
2007 ••• 0.42
2008 ••• 0.49
2009 ••••• 0.80
2010 ••• 0.36
2011 •••••• 0.94
2012 ••••••• 1.03
2013 •••• 0.58
2014 •••• 0.51
2015 •••••••• 1.19
2016 ••• 0.35
2017 ••••••• 1.14
2018 •••••••• 1.20
2019 ••••••••••• 1.67
2020 •••••••••••••••••••• 3.32

iltihab sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] tib. Bədənin bir yerində qızdırma, şiş, qızartı şəklində təzahür edən xəstəlik prosesi. Ağ ciyər iltihabı. İltihab prosesi. Boğazında iltihab var.

    Azərbaycan dilinin izahlı lüğəti / iltihab

iltihab sözünün etimologiyası

  • 1 Ərəbcədir, “göynəmə” deməkdir. Qızdırma, kiçik şiş və qızartı ilə müşayiət olunan xəstəlik növüdür (“sətəlcəm” də deyirlər). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / iltihab

iltihab sözünün rus dilinə tərcüməsi

  • 1 1. воспаление; 2. воспалительный;

    Azərbaycanca-rusca lüğət / iltihab
  • 2 I сущ. воспаление (заболевание, сопровождающееся жаром, припухлостью, болью пораженной части тела). Ağciyər iltihabı воспаление легких, qaraciyər iltihabı воспаление печени, irinli iltihab гнойное воспаление, kəskin iltihab острое воспаление, xroniki iltihab хроническое воспаление II прил. воспалительный. İltihab prosesi воспалительный процесс

    Azərbaycanca-rusca lüğət / iltihab

iltihab sözünün inglis dilinə tərcüməsi

iltihab sözünün fransız dilinə tərcüməsi

iltihab sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. мед. бедендин са чка дакӀуна яру хьун, ифин хкаж хьун, тӀа хьун, пфин хьун хьтин хестевилин процесс; ağ ciyər iltihabı тухулдин воспаление, сталжем (лацу жигердин тӀал).

    Azərbaycanca-ləzgicə lüğəti / iltihab

iltihab sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) alovlanma, yanma (arzu, istək və s. haqqında); 2) alışma, işıqlanma; 3) bədənin bir üzvündə əmələ gələn şiş, qızartı və s.; 4) həmin şişdə, qızartıda və s. qan və irin toplanması.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"iltihab" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#iltihab nədir? #iltihab sözünün mənası #iltihab nə deməkdir? #iltihab sözünün izahı #iltihab sözünün yazılışı #iltihab necə yazılır? #iltihab sözünün düzgün yazılışı #iltihab leksik mənası #iltihab sözünün sinonimi #iltihab sözünün yaxın mənalı sözlər #iltihab sözünün əks mənası #iltihab sözünün etimologiyası #iltihab sözünün orfoqrafiyası #iltihab rusca #iltihab inglisça #iltihab fransızca #iltihab sözünün istifadəsi #sözlük