* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Seçmə, seçib ayırma. [Qoca:] …Hökmdar intixabında da atanın iştirakı və meyli təqdis olunardı. Çəmənzəminli. [Səmirə:] Məni bu saat ən çox həyəcanlandıran başqa bir şeydir: müvazinətini itirib, intixabında yanılmayasan. M.Hüseyn. □ İntixab etmək (eləmək) – seçmək. [Cəmilə] özünə həyat yoldaşı intixab etmək ərəfəsində idi. S.Hüseyn. C.Məmmədquluzadə böyük rus komedioqrafını şüurlu olaraq özünə müəllim intixab etmişdi. M.İbrahimov. İntixab olunmaq (edilmək) – seçilmək. Bəzi də, heç bir sənətin sahibi olmayıb, camaat arasında gəzən və camaat içində bəzi məmuriyyətlərə intixab olunmaq axtaran şəxslərdir. C.Məmmədquluzadə. Nümayəndələr intixab olunduğu zaman Fəxrəddin də nümayəndə heyətinin sədri seçildi. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / intixab2 ə. 1) seçmə, seçilmə; 2) bir heyətə, idarəyə, qurultaya və s. üzv və s. seç(il)mə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / intixab1 сущ. устар. 1. выбор (подбор каких-л. предметов, предназначенных для выбора) 2. выборы (избрание кого-л. путем голосования для исполнения каких-л. обязанностей). İntixab etmək выбирать, выбрать; избирать, избрать; intixab olunmaq выбираться, быть выбранным; избираться, быть избранным
Azərbaycanca-rusca lüğət / intixab