İnqilab sözü azərbaycan dilində

İnqilab

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • İnqilab • 52.8831%
  • inqilab • 46.9102%
  • İNQİLAB • 0.2068%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İnqilab
İnqilab (ər. "çevriliş", "dəyişiklik"; lat. "revolutio" - "çevriliş", "dəyişiklik") — təbiətdə, cəmiyyətdə, təfəkkürdə əvvəlkinə nisbətən radikal, köklü, keyfiyyət dəyişiklikli keçid. İnqilab inkişafdakı keyfiyyət dəyişikliyidir. Bir qayda olaraq islahatların ya keçirilmədiyi və ya az keçirildiyi həlqələrdə baş verir.
Ağ inqilab
Ağ inqilab — İranda Məhəmməd Rza Pəhləvinin təşəbbüsü ilə keçirilən islahat. "Ağ inqilabın" əsasını torpaq islahatı təşkil edirdi. 1962 ilin yayında A. Əmini istefaya gedəndən sonra A. Aləm hökuməti şahın sərəncamı ilə 6 qanun layihəsi hazırlayır. 1) Bütün ölkədə torpaq islahatının keçirilməsi. 2)meşələrin milliləşdirilməsi. 3)torpaq islahatını maliyələşdirmək üçün dövlət zavodlarının və fabriklərinin satılması. 4)məclisə seçkilərin keçirilməsi qaydasının dəyişdirilməsi. 5)işçilərin müəssisələrin gəlirlərində iştirakı 6) Kənd yerlərində savadsızlıqla mübarizə üçün "Maarif korpusunun" yaradılması. Torpaq qanununa görə iri mülkədarlar ancaq, kənd təsərüfatı maşınlarının və muzdlu əməyin istifadəsi şərti ilə 500 hektara qədər torpaq öz mülkiyətində saxlaya bilərdi. Qalan torpaqlar torpaq fonduna daxil olurdu.
Məxməri inqilab
Məxməri inqilab (çex. sametová revoluce) və ya Nəzakətli inqilab (slovak. nežná revolúcia) — Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Narıncı inqilab
Narıncı inqilab — 2004-cü ilin noyabr-dekabr aylarında Ukrayna prezidentliyinə namizəd Viktor Yuşenkonun tərəfdarlarının digər namizəd Viktor Yanukoviçin qeyri-qanuni prezident elan edilməsinə qarşı keçirdikləri və kütləvi çıxış, mitinq, piket, tətil və digər vətəndaş itaətsizliyi ilə müşahidə edilən etiraz aksiyaları. Petro Narıncı İnqilabın iştirakçısı olub. O deyir ki, Maydan müqəddəsdir: “Bütün dünya Kiyevdəki Narıncı İnqilab haqda bilir. Ancaq indi hər şey əvvəlki vəziyyətə qayıdıb.
Nəğməli inqilab
Nəğməli inqilab (est. laulev revolutsioon; latış. dziesmotā revolūcija‎; lit. dainuojanti revoliucija; rus. Поющая революция) — Soyuq müharibənin sonunda Baltikyanı ölkələrin – Estoniya, Latviya və Litvanın Sovet İttifaqından ayrılaraq müstəqilliklərini bərpa etmələri ilə nəticələnən hadisələri bildirmək üçün istifadə olunan ifadə. Bu termin Estoniyalı fəal və rəssam Hayns Valk tərəfindən 1988-ci ildə iyunun 10-dan 11-nə keçən gecə Tallin Mahnı Festivalı Meydanında kortəbii surətdə baş tutan və mahnılarla müşayiət olunan kütləvi nümayişlərdən bir həftə sonra nəşr olunmuş məqalədə irəli sürülmüşdür. Sonralar hər üç ölkə 2004-cü ildə Avropa İttifaqı və NATO-ya üzv olur. == Zəmin == İkinci Dünya müharibəsindən sonra Baltikyanı ölkələr əvvəlcə 1940-cı ildə, daha sonra isə 1944-cü ildə işğal və ilhaqdan sonra tam şəkildə SSRİ-nin tərkibinə daxil edildi. Mixail Qorbaçov 1985-ci ildə uğursuz Sovet iqtisadiyyatını stimullaşdırmaq və xüsusilə də istehlak malları, kooperativ biznesin liberallaşdırılması və xidmət iqtisadiyyatının genişləndirilməsi sahələrində məhsuldarlığı təşviq etmək ümidi ilə "qlasnost" (aşkarlıq) və "perestroyka" (yenidənqurma) siyasətini tətbiq etdi. Qlasnost islahatı Sovet İttifaqında siyasi azadlıqlara qoyulan məhdudiyyətləri ləğv etdi, hansı ki bu məhdudiyyətlər 1940-cı illərdə müharibə zamanı işğal edilən ərazilərdəki qeyri-rus xalqlarında problemlərə gətirib çıxarmışdı.
Permanent inqilab
Permanent inqilab — periferik və zəif inkişaf etmiş ölkələrdə inqilabi proseslərin inkişafı haqqında nəzəriyyə. Nəzəriyyə əvvəlcə Lev Trotski tərəfindən "Permanent inqilab" əsərində, habelə Ernest Mandel və digər marksist nəzəriyyəçilər (Maykl Levi, Cozef Hansen, Livio Maitan kimi trotskist müəlliflər) tərəfindən təklif edilmiş və daha da inkişaf etdirilmişdir. == Ədəbiyyat == Л. Троцкий. Перманентная революция. Сборник. — М.: «Аст», 2005. Л. Троцкий. История русской революции: В 2 т. — М.: «Терра», «Республика», 1997. Перманентная революция от Маркса до Маркузе = Permanente Revolution von Marx bis Marcuse : сб.
Rəngli inqilab
Rəngli inqilab (ing. Colour revolution) — Dünya KİV-ləri tərəfindən Postsovet məkanı və Balkan yarımadasında erkən 2000-ci illərdə müxtəlif əlaqəli hərəkatları xarakterizə etmək üçün istifadə olunan termindir. Termin həmçinin Yaxın Şərq daxil olmaqla bir sıra başqa inqilablara da tətbiq edilmişdir.
Seksual inqilab
Seksual inqilab (ing. Sexual revolution) - 1960-1980-ci illərdə ABŞ-də sosial hərəkat. == Tarixi == Termin ilk dəfə Vilhelm Rayx tərəfindən 20 əsrin əvvəllərində işlənmişdir, lakin bu anlayışla bağlı əsas hadisələr 60 illərin sonlarında 70 illərdə baş vermişdir. 20 əsrə qədər seksuallıqla bağlı anlayışlar dinlə bağlı idi. 1960-cı illərin sonlarında Amerikada və Fransada güclü seksual qurtuluş hərəkatı başladı. Müharibədən sonra doğulan nəsil, artıq köhnə mənəvi qaydalara tabe olmaq istəmirdi. Tibbdə yeni ixtiralar kontrasepsiyanı və abortları asanlaşdırdı. Amma "seksual inqilab" həm sosial etiraz forması idi. Özünü doğrultmayan və insanları fəlakətlərdə qurtara bilməyən köhnə mənəvi dəyərlər şübhə altına alınmağa başladı. Əslində bu proses həmin bu anlayışın ilk işlənməsi tarixindən başlamışdı 20 illərdən, bir az da irəliyə getsək, qadın və kişi bərabərliyi həmişə, xüsusi ilə burjua inqilabları dövründə, bu və ya digər dərəcədə, zamanın tələbinə uyğun həllini tələb edib.
Yaşıl İnqilab
Yaşıl inqilab termini ilk dəfə 1968-ci ildə ABŞ BİA-nın keçmiş direktoru Vilyam Qaudom tərəfindən daxil edilmişdi. Yaşıl inqilabın əsası 1943-cü ildə Meksikada hökumətin və Rokfeller Fondunun kənd təsərrüfatı proqramını irəli sürməsiylə qoyulmuşdu. 1951–1956-cı illər arasında Meksika özünü taxılla tamamilə təmin etdi və taxıl ixracına başladı. Bu illər arasında taxılın məhsuldarlığı 3 dəfədən çox artdı.
İnqilab Abbasov
İnqilab Lətif oğlu Abbasov (1929, Sumqayıt) — Azərbaycan Kommunist Partiyası Qazax Rayon Komitəsinin birinci katibi. == Həyatı == 1929-cu ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1952-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1949-cu ildə başlamış, Sovet Ordusunda xidmət etmişdir. 1953-cü ildən artezian quyuları qazma kontorunun kollekturçusu, tikinti təşkilatı siyasi şöbəsinin təlimatçısı, ali partiya məktəbinin müdavimi olmuşdur. 1961-ci ildən Sumqayıt Şəhər Partiya Komitəsinin mühazirəçisi, şöbə müdiri, superfosfsat zavodu partiya bürosunun katibi, Azərbaycan KP MK təşkilat-partiya işi şöbəsinin inspektoru vəzifələrində işləmişdir. 1972-ci ildən Azərbaycan KP Qazax RK-nın birinci katibidir. Azərbaycan SSR Ali Soveti plan-büdcə komissiyasının üzvüdür. Azərbaycan KP MK üzvlüyünə namizəddir. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Marksovka seçki dairəsi). == Mənbə == Ингилаб Ләтиф оғлу Аббасов // Азәрбајҹан ССР Али Советинин депутатлары.
İnqilab Kərimov
İnqilab Kərimov Saleh oğlu (4 aprel 1931, Göyçay rayonu – 22 iyul 2011) — teatrşünas, professor (1988). == Həyatı == İnqilab Kərimov 1931-ci il aprelin 4-də Göyçay şəhərində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra 1948-1953-cü illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil almışdır. 1957-ci il noyabrın 25-dən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışan Kərimov burada kiçik elmi işçi, baş elmi işçi (1966-1985) olub. O, as­pi­rant­lıq­dan şöbə mü­diri vəzifəsinədək yük­səlmiş və 1985-ci ildən ömrünün sonu­na­dək institutun Teatr, kino və televiziya şö­bə­sində rəhbər vəzifəsini icra etmişdir. İnqilab Kərimov 1963-cü ildə "Sovet Azərbaycanının gənclər teatrı" adlı namizədlik, 1988-ci ildə "Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)" adlı dissertasiyanı Moskvada müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi alıb. 1988-ci ildə professor elmi adına layiq görülən İnqilab Kərimov 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. İnqilab Kərimov Azərbaycan teatrının tarixinə, teatr sənətinin müxtəlif problemlərinə, tənqidinə və nəzəri məsələlərinə həsr olunmuş yüzlərlə məqalənin, həmçinin 200-ə yaxın elmi əsərin, habelə 25 monoqrafiya və kitabın müəllifidir. Onun "Abdulla Şaiq və teatr", "Ağadadaş Qurbanov", "Azərbaycan və gürcü səhnə ustalarının dostluğu", "Xalq istedadları", "Sovet Azərbaycanının gənclər teatrı", "Azərbaycan Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Gənclik və gözəllik teatrı", "Sənət yolu, dostluq yolu", "Nəriman Nərimanov və teatr", "Azərbaycan teatrının təşəkkülü və inkişafı", "Türkiyə və Azərbaycan teatr əlaqələri", "Şuşa Ağdam teatrı", "Azərbaycan teatrı 125" və s. əsərləri var.
İnqilab Nadirov
İnqilab Ədil oğlu Nadirov (Nadirli) (25 aprel 1940, Hüsülü, Ağcabədi rayonu – 16 dekabr 2023) — şair, dramaturq, publisist, Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991–1995), Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı (1994–1999), iqtisad elmləri namizədi, ekoloji elmlər üzrə fəlsəfə doktoru, professor. == Həyatı və fəaliyyəti == İnqilab Nadirov 25 aprel 1940-cı il Azərbaycan Respublikası Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş və 1 sentyabr 1946-cı il Hüsülü kənd məktəbinin birinci sinfinə daxil olmuşdur. 1 sentyabr 1956-cı il tarixdə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1961-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir. 1962–1964-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1970–1976-cı illərdə Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi, Ali Partiya məktəbinin müəllimi olmuşdur. 1976-cı ildən Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur. 1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləmişdir. Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı seçilmişdir. 1991–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuşdur.
İnqilab Nəsirov
İnqilab Maşallah oğlu Nəsirov (3 sentyabr 1963, Kolanı, Şahbuz rayonu – 6 yanvar 2021) — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi. == Həyatı == İnqilab Nəsirov 3 sentyabr 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanı kəndində anadan olmuşdur. 1980–1981-ci illərdə 26 Bakı Komissarı adına sovxozda fəhlə işləmişdir. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1983–1986-cı illərdə 26 Bakı Komissarı adına sovxozda fəhlə işləmişdir. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1991-ci ildə həmin universiteti bitirmişdir. 1991–1992-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı 14 saylı hüquq məsləhətxanasında stajor vəkil, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı 14 saylı hüquq məsləhətxanasında vəkili, 1994–1997-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı 4 saylı hüquq məsləhətxanasında vəkil, 1997–2001-ci illərdə Bakı şəhəri 4 saylı hüquq məsləhətxanasının müdiri, 1998–2001-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2001–2003-cü illərdə Səbail Rayon Məhkəməsinin sədri, 2003–2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004–2007-ci illərdə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi sədrinin müavini, 2005–2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007–2010-cu illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışmışdır. 2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir. Ailəlidir, 2 övladı var. 06.01.21 tarixində covid-19'a yoluxması nəticəsində dünyasını dəyişmişdir.
İnqilab Quliyev
İnqilab Qədirbəyli
İnqilab Qədirov
İnqilab dalğaları
İnqilab dalğası — oxşar dövrdə müxtəlif yerlərdə baş verən inqilablar seriyası. Bir çox hallarda, keçmiş inqilablar və inqilabi dalğalar mövcud olanları ilhamlandırdılar, ya da ilkin inqilab digər eyni zamanda "oxşar inqilablar"la bağlı olur. İnqilabçı dalğaların səbəbləri Robert Rozuell Palmer, Kreyn Brinton, Hanna Arendt, Erik Hoffer və Jak Qodşo kimi tarixçilər və siyasi fəlsəfələr tərəfindən araşdırılmışdır.
İnqilab İsgəndərov
İnqilab Bəybala oğlu İsgəndərov (5 may 1945, Şamaxı rayonu) — kənd təsərrüfatı elmləri namizədi. == Həyatı == İnqilab Bəybala oğlu İsgəndərov 1945-ci ilin may ayının 5-də Şamaxı rayonunun Böyük Xınıslı kəndində anadan olmuşdur. Şamaxı şəhərində 1 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Torpaqşünaslıq və Aqrokimya şöbəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya bölməsində və Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində çalışmışdır. Kənd təsərrüfatı elmləri namizədidir. 1982–1997-ci illərdə partiya və sovet orqanlarında çalışmışdır. Bu müddətdə o Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsində təlimatçı, Göyçay rayon aqrar-sənaye birliyinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, Azərbaycan Kommunist Partiyası Şamaxı rayon komitəsinin birinci katibi, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Məclisində referent və bölmə müdiri vəzifələrində işləmişdir. 1990–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin (Ali Sovetin) deputatı olmuşdur. Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildən indiyə qədər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunda baş mütəxəssis vəzifəsində işləyir.
İnqilab İsmayılov
İnqilab İsmayılov (24 fevral 1962, Xocalı, DQMV – 12 iyun 1992, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. == Həyatı == İnqilab İsmayılov 24 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olmuşdur. Orta məktəbi 1979-cu ildə bitirmişdir. O, 1981-ci ildə ordu sıralarına çağırılmış və daxili qoşunlarda xidmət etmişdir. Hərbi xidmətdə olduğu vaxtda Xarkov şəhərində gizirlik məktəbini bitirmişdir. Xarkov şəhərində xidmətini başa vuran İsmayılov 1984-cü ildə Xocalıya dönmüş və sovxozda traktorçu işləmişdir. == Döyüşlərdə iştirakı == İnqilab İsmayılov 1990-cı ildə Xocalı Polis şöbəsində işə düzəlir. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda vəziyyət gərginləşirdi. Erməni işğalçıları Xocalını gecə-gündüz raket atəşinə tuturdular, silahsız, günahı olmayan sakinlər faciəli surətdə həlak olurdular. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları ilə Rusiyanın 366-cı motoatıcı alayı birləşərək Xocalı soyqırımını törətdilər.
İnqilab Şəmiyev
İnqilab Şəfaqət oğlu Şəmiyev (1934, Gələbədin, Ağcabədi rayonu – 1997) — Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri (1969–1985), kənd təsərrüfatı elmləri namizədi. == Həyatı == İnqilab Şəfaqət oğlu Şəmiyev 1934-cü ildə Ağcabədi rayonunun Gələbədin kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1956-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə elmi fəaliyyətə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutundan başlamışdır. 1962-ci ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almişdır. Otuzdan artıq elmi işin və məqalənin müəllifidir. O, 1997-ci ildə ölmüşdür. İnqilab Şəmiyevin 2 övladı var. == Əmək fəaliyyəti == 1962–1967-ci illərdə Azərbaycan Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri və kənd təsərrüfatı şöbəsində müdir müavini; 1967–1985-ci illərdə Azərbaycan Respublikasi Nazirlər Soveti yanında Baş Taxıl Məhsulları İdarəsinin rəisi, Dövlət Taxıl Məhsulları Komitəsinin sədri, "Azmeyvətərəvəzsənaye" Respublika Birliyinin sədri, Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri ; 1985–1990-cı illərdə "Azərtərəvəztoxum" Respublika Birliyinin rəisi; 1990–1994-cü illərdə Dövlət Aqrar-Sənaye Komitəsində Baş Bitkiçilik Məhsulları İstehsalı İdarəsinin rəisi; 1994–1995-ci illərdə Respublika Kənd Təsərrüfatı Nazirliyində Üzüm, Meyvə-Tərəvəz Məhsulları istehsalı və Tədarükü Baş İdarəsinin rəisi, == Siyasi fəaliyyəti == İnqilab Şəmiyev 1970, 1975, 1980 və 1985-ci illərin çağırışında Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. İnqilab Şəmiyev bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olmuşdur.
İnqilab Əhmədov
Əhmədov İnqilab Ağacan oğlu (23 oktyabr 1960, Lənkəran) — professor, Trend analitik informasiya agentliyinin baş direktoru (1995–2004), Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanı, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktoru == Həyatı == Əhmədov İnqilab 1960-cı il oktyabrın 23-də Lənkəranda anadan olmuşdur. 1982–1987-ci illərdə Sankt-Peterburq Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil almışdır. 1987–1990-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspirantura pilləsini tamamlamışdır. 2000-ci ildə Sankt–Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetində iqtisad elmləri doktoru elmi dərəcəsini almışdır. 2008-ci ildə "Chevening" təqaüd proqramı nəzdində İngiltərənin Reading Universitetində "Enerji Iqtisadiyyatı" kursunu keçmişdir. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında müəllim vəzifəsində çalışmışdır. 1993-cü ildə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1997–1999-cu illərdə İqtisadiyyat Nazirliyində nazir məsləhətçisi olmuşdur. 1995–2004-cü illərdə "Trend" analitik informasiya agentliyinin baş direktoru , 2004–2010-cu illərdə İctimai Vəsaitin Monitorinqi Mərkəzində direktor vəzifəsində çalışmışdır. 2010-cu ildən Xəzər Universitəsində Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktorudur.
Şanlı inqilab
Şanlı inqilab (ing. Glorious Revolution) — 1688-ci ildə İngiltərədə II Yakov Stüartın devrilməsi ilə nəticələnən çevrilişə tarixşünaslıqda verilən ad. == Tarixi == 1688-ci il, noyabrın 5-ndə Vilhelm 15 minlik qoşunla İngiltərənin sahillərinə çıxdı. II Yakov tərəfindən toplanmış dəstələr başda komandirləri olmaqla, düşmənin tərəfinə keçməyə başladılar. Hamı tərəfindən tərk edilmiş II Yakov Fransaya qaçdı. 1688-ci il, dekabrın 18-ndə Oranlı Vilhelm Londona daxil oldu, 1689-cu ilin əvvəlindəsə İngiltərənin kralı elan olundu. Beləliklə, "Şanlı inqilab" adını almış dövlət çevrilişi qan tökülmədən baş tutdu. Yeni dövlət quruluşunun əsas sənədi "Hüquqlar haqqında Bill" oldu. İngiltərə parlamentli monarxiyaya çevrilirdi. Kral veto hüququndan məhrum edildi.
Əks inqilab
Əks inqilab — bir inqilabı yıxmaq və nəticələrini yox etmək üçün nəzərdə tutulan əks hərəkətdir. Bu hərəkəti reallaşdıranlara əks inqilabçı deyilir. Bir əks inqilabın nəticələri mövcud inqilabın xeyirli və ya ziyanlı olmasına görə təsirli və ya təsirsiz ola bilər. Nümunə olaraq Böyük Fransa inqilabı dövründə Yakobinlər Vandeya üsyanını rəsmi olaraq təsirsiz olaraq qiymətləndirmişdirlər.
İnqilab Aslanov
İnqilab Aslanov Əsəd oğlu- SSRİ-nin ulduz spektroskopiyası üzrə tanınmış alimləri siyahısına salınan yeganə azərbaycanlı fizik, astrofizika sahəsində görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor, "Günəş fizikası", "Ulduzlar fizikası", "Astronomik cihazqurma" sahəsi üzrə Azərbaycanda ilk yeganə elmlər doktoru. == Həyatı == Astrofizika sahəsində görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor Aslanov İnqilab Əsəd oğlu 1933-cü il 9 mayda Şuşa şəhərində anadan olub. (09.05.1933, Şuşa — 23.11.1997, Bakı) 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və 1961-ci ildə isə Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1979-cu ilin noyabr ayında Hüseynova Kifayət Hüseyn qızı ilə ailə qurub. Bu evlilikdən 2 oğlu və 1 qızı vardır. 1997-ci ilin noyabrın 23-də Bakıda vəfat etmişdir. Onun ölümündən sonra oğulları atasının zəngin kitabxanasını Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasına bağışlayıblar. == Elmi fəaliyyəti == O, elmi fəaliyyətə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun Şamaxı Astronomiya Müşahidə Stansiyasında başlamış, laborant, kiçik elmi işçi, böyük elmi işçi, dosent, kafedra müdiri, direktor müavini vəzifələrində çalışmış, "Ulduzlar fizikası" sahəsində ixtisaslaşmışdır. İnqilab Aslanov 1964-cü ildə Almaniya Demokratik Respublikasının "Karl Seyes" firması tərəfindən hazırlanmış iki metrlik teleskopun elmi istiqamətdə quraşdırılması və işə salınmasına bilavasitə başçılıq etmişdir. Şamaxıda yaradılmış genişprofilli elmi-tədqiqat laboratoriyasının elmi-tədqiqat institutuna çevrilməsində onun böyük rolu və əməyi olmuşdur.
İnqilab İsaq
Gənc türklər inqilabı
Gənc türklər inqilabı — 1908-ci ildə Osmanlı imperiyasında baş vermiş inqilab. İnqlabın məqsədi Sultan II Əbdülhəmidin devrilməsi və konstitusiyanın bərpası idi. İnqilaba “İttihad və Tərəqqi” Gənc türklər təşkilatı rəhbərlik edirdi. Gənc türklər inqilabı Osmanlı imperiyasının sonuna qədər imperiyanın tarixində İkinci Məşrutiyyət dövrü adlanır. Otuz il əvvəl, 1876-cı ildə, II Əbdülhəmidin dövründə Birinci konstitusiya dövrü kimi tanınan dövrdə konstitusiya monarxiyası qurulmuşdu və bu, II Əbdülhəmidin onu dayandırmasından və özünə avtokratik səlahiyyətləri bərpa etməsindən əvvəl cəmi iki il davam etdi. İnqilab İttihad və Tərəqqi partiyası üzvü Əhməd Niyazi bəyin Albaniya yüksəkliklərinə qaçması ilə başladı. Tezliklə İsmayıl Ənvər və Eyyub Səbri də ona qoşuldu. Yerli albanlarla əlaqə qurdular və böyük bir üsyanı başlatmaq üçün Selanikdə yerləşən 3-cü Ordu daxilindəki əlaqələrindən istifadə etdilər. 3-cü Ordu inqılabı dəstəkləmiş və bu hərəkatın hərbi qüvvələrinin özəyini təşkil etdi. II Əbdülhəmidin təslim olmasına Fədailərin müxtəlif koordinasiyalı sui-qəsdləri və qətlləri də kömək etdi.
Haiti inqilabı
== İstinadlar ==
Holland inqilabı
Niderland burjua inqilabı və ya Səksən illik müharibə (1568–1648) (nid. Tachtigjarige Oorlog) — Niderlandda Avropanın ilk uğurlu burjua inqilabı. Xarici istibdad altında olan ölkədə baş verən bu inqilab, müstəqillik uğrunda mübarizə formasını almış və kalvinizmin ideoloji bayrağı altına keçmişdi. İnqilab ancaq ölkənin şimalında qalib gəldi, çünki burada onun qələbəsi üçün bütün sosial, iqtisadi, siyasi şərtlər yetişmişdi. == Niderland inqilab ərəfəsində == XV əsrdə Niderland Burqund dövlətinin tərkibinə daxil idi, onun dağılmasından sonra isə (1477) sülalə uniyasına görə Habsburqların hakimiyyəti altına keçdi. XVI əsrdə Niderland, hazırkı ərazisindən başqa, Belçikanın, Lüksemburqun və qismən Fransanın ərazisini də əhatə edirdi. Ölkə 17 əyalətdən ibarət idi. Onlardan ən böyükləri bunlar idi: Eno (Qeneqau), Artua, Lüksemburq, Namür, Flandriya, Brabant, Niderland, Zelandiya, Frislandiya, Utrext, Helder. V Karlın taxt-tacdan imtinasından sonra Niderland II Filip İspaniyalının dövlətinə daxil oldu. V Karl və II Filip hökumətləri Niderlandda mütləqiyyət qaydalarını qurmaq istəyi ilə, çoxşahəli bürokratik aparat yaratdılar, hansı ki II Filipin vaxtında ona Parmalı Marqarita başçılıq edirdi.
Hollandiya inqilabı
Niderland burjua inqilabı və ya Səksən illik müharibə (1568–1648) (nid. Tachtigjarige Oorlog) — Niderlandda Avropanın ilk uğurlu burjua inqilabı. Xarici istibdad altında olan ölkədə baş verən bu inqilab, müstəqillik uğrunda mübarizə formasını almış və kalvinizmin ideoloji bayrağı altına keçmişdi. İnqilab ancaq ölkənin şimalında qalib gəldi, çünki burada onun qələbəsi üçün bütün sosial, iqtisadi, siyasi şərtlər yetişmişdi. == Niderland inqilab ərəfəsində == XV əsrdə Niderland Burqund dövlətinin tərkibinə daxil idi, onun dağılmasından sonra isə (1477) sülalə uniyasına görə Habsburqların hakimiyyəti altına keçdi. XVI əsrdə Niderland, hazırkı ərazisindən başqa, Belçikanın, Lüksemburqun və qismən Fransanın ərazisini də əhatə edirdi. Ölkə 17 əyalətdən ibarət idi. Onlardan ən böyükləri bunlar idi: Eno (Qeneqau), Artua, Lüksemburq, Namür, Flandriya, Brabant, Niderland, Zelandiya, Frislandiya, Utrext, Helder. V Karlın taxt-tacdan imtinasından sonra Niderland II Filip İspaniyalının dövlətinə daxil oldu. V Karl və II Filip hökumətləri Niderlandda mütləqiyyət qaydalarını qurmaq istəyi ilə, çoxşahəli bürokratik aparat yaratdılar, hansı ki II Filipin vaxtında ona Parmalı Marqarita başçılıq edirdi.
Hun inqilabı
Hun inqilabı — Eramızın dördüncü əsrinin əvvəlinə doğru, Mərkəzi Asiya, Qərbi Sibirin cənub ərazilərində, Filizli və Dağ Altayın bir hissəində, yaşayan hunlar yarım millionluq ordu çıxarmağa qadir güclü dövlət yaratdılar. Etnosun qüvvəsinin zirvə nöqtəsinə çatan energetik partlayış yaxınlaşırdı. Hunlar kimi döyüşkən və enerjili etnos, artıq nisbi hərəkətsilik vəziyətində qala bilməzdi, onun yığılmış enerjisi öz tətbiqini tapmalıydı, ama bunun üçün dövlət səriştəsi olan, dahi, qətiyətli və böyük hərbi istedadı olan başçı lazım idi. Və belə lider tapıldı. Bu hunların yeni şanyusu Attila(Edil) idi. Hunlar Attilanın başçılığı ilə sürətlə dünya tarixinə, özüdə onun zirvələrinə, daxil oldular. Attila hun dövlətində 431-ci ildə hakimiyətə gəldi. Mərkəzi Asiyada və cənubi Sibirdə sıxılan hun cəmiyətinin əhvalını tuta bilən Attila, yaxın on il üçün hərəkət planını hazırladı. Attilanın ilk etdiyi hunların Qərbə hərəkətinin başlanması oldu. 432-ci ildə hun ordusu Volqanı(İdil) keçib cənub-qərbə, Don, Dneprin aşağı və orta axarına tərəf hərəkətə başladı.
Hərbi İnqilab komitəsi (1917)
Hərbi İnqilab Komitəsi — 1917 il dekabrın 12-də Bakı qarnizonunda və şəhərdə asayişi bərpa etmək adı altında yaradılmış hakimiyyət orqanı. == Yaradılması == Bakı Şəhərinin müvəqqəti inqilab komitəsi 1917 il dekabrın 12-də yaradılmışdı. Bakı Fəhlə və Əsgər Deputatları Soveti İcraiyyə Komitəsinin təcili iclasında təşkil edilmişdi. Bakı Soveti yanında yaradılmış Hərbi inqilab komitəsinə "ən geniş səlahiyyət" verilmişdi. Hərbi inqilab komitəsinin hakimiyyəti, bütünlükdə, qarnizon və şəhərə şamil edilmişdi. == Fəaliyyəti == Bakı Soveti İcraiyyə Komitəsinin qərarına əsasən, "qarnizonun rota, polk və s. komitələri özlərini hissələrdə hərbi inqilab komitələri elan edir" və hərbi inqilab komitəsinin "qərar və sərəncamlarını rəhbər tutaraq, yerlərdə ən ciddi surətdə hərtərəfli fəaliyyət" göstərirdilər. Hərbi inqilab komitəsi öz tərkibindən hərbi inqilab məhkəməsi təşkil etmişdi. Komitə əhaliyə müraciətlərində qərarlarının danışıqsız yerinə yetirilməsini tələb edir, sovet hakimiyyətinin düşmənlərinə qarşı amansız mübarizə aparmağa çağırır, lazım gəldikdə silahlı qüvvə də tətbiq ediləcəyini bildirirdi. Bakı şəhərinin müvəqqəti hərbi inqilab komitəsi Bakıda mart soyqırımı zamanı yaradılmış inqilabi müdafiə komitəsi tərkibində işini davam etdirmişdir.
Kanada və 1789-cu il Fransa burjua inqilabı
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) — Kolumbiya Kommunist Partiyasının silahlı təşkilatı kimi 1966-cı ildə yaradılmışdır. Ölkənin ən böyük partizan təşkilatı sayılır. Əsas məqsədi amerikalıların ölkədən qovulması və kommunist inqilabının keçirilməsidir. Təşkilatın şəhərdə terror aktları və əməliyyatlar keçirən şəhər cəbhəsi strukturu fəaliyyət göstərir. Əsasən narkotik maddələr dövriyyəsindən əldə edilən gəlirlə fəaliyyət göstərir. Üzvlərinin sayı 5500 nəfərdir. == Tərkisilah olması və Siyasi Partiyaya Çevrilməsi == 50 illik silahlı fəaliyyətindən sonra 23 iyul 2016-cı ildə Kolumbiya Hökuməti ilə FARC arasında əldə edilən yekun anlaşmaya görə FARC silahlarını Birləşmiş Millətlərə təhvil verməli, Hökumət isə FARC üzvlərinin təqibinə son qoymalı, onların ictimai-sosyal həyata qarışmasına yardımçı olmalıdı idi. Anlaşmanın möhkəmlənməsi üçün Kubada, Boqotada birsıra silsilə görüşlər təşkil edilsə də, oktyabr 2016-da Kolumbiyada keçirilən "FARC ilə sülh" referendumundan "Yox" qərarının çıxması, müzakirələri dayandırır. Lakin 1 dekabr 2016-dan etibarən yenidən "normallaşdırma" prosesinə başlanılır. 27 iyun 2017-ci ildə BMT-nin nəzarətində FARC silahlarının tamamına yaxınını təhvil verir.
Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) — Kolumbiya Kommunist Partiyasının silahlı təşkilatı kimi 1966-cı ildə yaradılmışdır. Ölkənin ən böyük partizan təşkilatı sayılır. Əsas məqsədi amerikalıların ölkədən qovulması və kommunist inqilabının keçirilməsidir. Təşkilatın şəhərdə terror aktları və əməliyyatlar keçirən şəhər cəbhəsi strukturu fəaliyyət göstərir. Əsasən narkotik maddələr dövriyyəsindən əldə edilən gəlirlə fəaliyyət göstərir. Üzvlərinin sayı 5500 nəfərdir. == Tərkisilah olması və Siyasi Partiyaya Çevrilməsi == 50 illik silahlı fəaliyyətindən sonra 23 iyul 2016-cı ildə Kolumbiya Hökuməti ilə FARC arasında əldə edilən yekun anlaşmaya görə FARC silahlarını Birləşmiş Millətlərə təhvil verməli, Hökumət isə FARC üzvlərinin təqibinə son qoymalı, onların ictimai-sosyal həyata qarışmasına yardımçı olmalıdı idi. Anlaşmanın möhkəmlənməsi üçün Kubada, Boqotada birsıra silsilə görüşlər təşkil edilsə də, oktyabr 2016-da Kolumbiyada keçirilən "FARC ilə sülh" referendumundan "Yox" qərarının çıxması, müzakirələri dayandırır. Lakin 1 dekabr 2016-dan etibarən yenidən "normallaşdırma" prosesinə başlanılır. 27 iyun 2017-ci ildə BMT-nin nəzarətində FARC silahlarının tamamına yaxınını təhvil verir.
Koreya İnqilabı Muzeyi
Koreya İnqilabı Muzeyi — Şimali Koreyanın paytaxtı Pxenyanda yerləşir və əsası 1948-ci il 1 avqust tarixində qoyulmuşdur. Muzey Kim İr Senə aid böyük sərgi salonundan və Koreya İnqilabı hərəkatına aid otaqlardan ibarətdir. Muzey Mansu Hill Böyük Abidəsinin arxasında yerləşir və Mansudae Toplantı Zalına bitişikdir ki, burada da Koreya Milli Məclisi yerləşir. Koreya İnqilabı Muzeyi 1860-ci ildən günümüzədək olan zamanı ehtiva edir ki, buraya anti-yapon müqaviməti. Koreya müharibəsi və ölkədə sosialist rejimin inşaası daxildir. Muzey Kim İr Senə aid əşyaları, Koreyanın yenidən birləşməsi, Koreya diasporu və digər tarixi döyüşləri əks etdirən 90 otaqdan ibarətdir. Bura tikildiyindən bəri Şimali Koreyadan və xarici dövlətlərdən 27 milyon ziyarətçi təşrif buyurmuşdur. 240,000 metrdən ibarət çevrəsiylə bura həmçinin dünyanın ən geniş tikililərindən biridir.
Kuba inqilabı
Kuba inqilabı — 26 iyul 1953-ci ildə başlayan və 1959-cu ildə inqilabçıların qələbəsi ilə başa çatan inqilab. Fidel Kastro, Raul Kastro və Ernesto Çe Qevaranın başçılığı ilə inqilabçılar diktator Fulhensiyo Batistanın Hərbi-diktaturasını ləğv etdilər. == İnqilabın səbəbləri == XX əsrin 50-ci illərində Kuba ABŞ inhisarçılığının qurbanına çevrilmiş; tam şəkildə ABŞ investisiyasından asılı idi. Fulhensiyo Batista hakimiyyətə gələndən sonra isə Kuba başqa bu cür dövlətlərdən fərqli olaraq inkişaf edir; amma o, Kubada hərbi-diktatura elan edərək bir çox partiyaları, həmçinin Kommunist Partiyasını da ləğv edir. Ölkədə Konstitusiya ləğv olunur. Cavan ali təhsilli kubalılar diktatura ilə barışmaq istəmirdilər. Onların içərisində (Fidel Kastro və onun qardaşı Raul Kastro) Kastro qardaşları ortodoks partiyasının üzvləri idilər. Kastro qardaşları Ortodoks partiyasının diktataturayla mübarizə aparacağnı düşünürdülər amma ortodoks partiyasının qətiyətsizliyi nəticəsində Fidel və Raul partiyanı tərk etdilər olarla birlikdə bir neçə cavan kubalılarda partiyanı tərk etdilər və sərbəst mübarizəyə başladılar. Silahlar əldə etmək üçün Fidel Kastro və onun adamları Santyaqo-de-Kuba şəhərində Monkada kazarmasını və Bayamo şəhərindəki kazarmanı ələ keçirmək istəyirdilər.Bir il ərzində hücüma hazırlıq gedirdi.Silahlanmaq üçün bəzi Fidelin tərəfdaşları hər şeyi satmağa məcbur idilər. == İnqilabın gedişi == 26 iyul 1953-ci ildə bir qrup inqilabçı Fidel Kastronun başçılığı altında Santyaqo-De-Kuba da yerləşə Monkada kazarmasına hücüma keçirlər.
Lalə inqilabı
Zanbaq inqilabı (qırğ. Жоогазын революциясы) — 2005-ci ilin martında Qırğızıstanda inqilaba səbəb olan kütləvi etirazlar və respublika prezidenti Əsgər Akayevin devrilməsi, Qurmanbek Bakıyevin vəzifəsinə gəlməsi. İnqilabçılar Əsgər Akayevin, ailəsinin və tərəfdarlarının ölkədə korrupsiya və avtoritar sistem qurduğunu iddia edirdilər. Akayev Qazaxıstana, daha sonra Rusiyaya qaçdı. 4 aprel 2005-ci il tarixində Qırğızıstanın Moskvadakı səfirliyində Akayev Qırğızıstan parlamentinin nümayəndə heyətinin iştirakı ilə istefa ərizəsini imzaladı. İstefa 11 aprel 2005-ci ildə Qırğızıstan müvəqqəti parlamenti tərəfindən təsdiq edildi. == "Zanbaq inqilabı" terminin mənşəyi == İnqilabın ilk mərhələlərində kütləvi iğtişaşları "Çəhrayı", "Limon", "İpək" və ya "Nərgiz" inqilabı adlandırırdılar. "Zanbaq inqilabı" terminini yaradan Akayevin özü oldu. Bir dəfə çıxışında, Qırğızıstanda belə bir "Rəngli inqilabın" baş verə biləcəyini xəbərdar etmişdi. Rəng və ya çiçək ifadəsi istifadə etməklə Gürcüstanda zorakılıq olmadan baş verən "Qızılgül inqilabı", Ukraynadakı "Narıncı inqilab" (2004), Çexoslovakiya "Məxməri inqilabı" (1989) və Portuqaliya "Qərənfil inqilabı" (1974) ilə oxşarlıq doğururdu.
Liviya inqilabı (1969)
Liviya inqilabı (1969). Əl-Fateh inqlabı ― 1 sentyabr 1969-cu ildə Muəmmər Qəddafinin başçılıq etdiyi "Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı" adlı gizli ordu təşkilatı tərəfindən Liviyada edilmiş hərbi çevriliş. Liviyanın kralı I İdris inqilab zamanı Türkiyədə müalicə alırdı və bir sıra qərb dövlətlərinin onun hökümətini dəstəkləməsinə baxmayaraq o, heç cür inqlabı dəyandıra bilmədi. Çevrilişin nəticəsində Liviya Krallığı aradan qaldırıldı və yerinə Liviya Ərəb Respublikası yarandı, həm də ölkənin xarici siyasəti radikal dəyişikliyə uğradı və daha çox pan-arabizmə və anti-imperializmə dəstək verildi. == Monarxiya dövründə Liviya == Liviya krallığı müstəqilliyini 1951-ci ildə əldə etdi. Azadlığın alınmasında Kirenaiki əmiri İdiris As-Suensinin böyük rolu vardı, çünki Liviya xalqı məhz onun çevik və bacarıqlı diplomatiyası sayəsində müstəqillik qazandı. Ölkə konstitusiyalı monarxiya rejiminə keçdi, əmir titulu isə kral titulu ilə əvəzləndi. Liviyanın sonuncu kralı I İdris Liviya vətəndaşı kimi Misirdə yaşamış və 1983-cü ildə 93 yaşında orada vəfat etdi. == Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı == 1964-cü ildə Aralıq dənizi sahilində yerləşən balaca Tolmeyt qəsəbəsində 23 yaşlı gənc leytenant Muammər Qəzzafinin rəhbərliyi altında yaradılmışdı. Tolmeytdə keçirilən gənc liviyalı zabitlərin qurultayında Misir inqilabının şüarı, «Azadlıq, Sosializm, Birlik», şüarı gənc zabitlərin devizi olaraq qəbul edildi.
Macar inqilabı (1956)
Macar inqilabı (mac. 1956-os forradalom) və ya Macar üsyanı — Macarıstan Xalq Respublikasına və onun Sovetlərdən asılı siyasət yürütməsinə qarşı baş vermiş, 1956-cı ilin 23 oktyabrından 10 noyabrına qədər davam edən ümummilli inqilab. Bu proses Sovet hakimiyyəti üçün İkinci Dünya müharibəsində SSRİ ərazilərinin Nasist Almaniyasının hərbi qüvvələrindən təmizləməsi uğrunda mübarizədən sonra Avropadakı ən böyük və ən əsas təhlükə kimi səciyyələndirilir. Üsyan ilk növbədə tələbə etirazları şəklində başladı. Etirazçılar Budapeştin mərkəziylə Macarıstanın parlament binasına doğru irəliləyərkən, səsucaldıcı cihazların quraşdırıldığı avtofurqonlardan istifadə edərək minlərlə insanın bu mübarizəyə qoşulmasını təmin etdilər. Tələbələrin ümumi tələblərini bəyan etmək üçün radio binasına daxil olan bir qrup tələbə saxlanıldı. Çöldəki etirazçılar tələbə yoldaşlarının azad olunmasını tələb etdikdə onlara binanın içərisindən ÁVH kimi tanınan (mac. Államvédelmi Hatóság, azərb. Dövlət Mühafizə Təşkilatı‎) Dövlət Təhlükəsizlik Polisləri tərəfindən atəş açıldı. Nəticədə bir tələbə həyatını itirdi və bayrağa sarılaraq izdihamın çiyinləri üzərində tutuldu.
Macarıstanda 1848-ci il inqilabı
Macarıstanda 1848-ci il inqilabı — (mac. 1848–49-es forradalom és szabadságharc) Avropada baş verən 1848-ci il inqilablarından biri olmaqla yanaşı Habsburq imperiyasının ərazisində baş verən digər inqilablarla da yaxından əlaqəlidir. 1848-ci ildə başlayan bu inqilab getdikcə Avstriya imperiyası ilə müharibəyə çevrilmişdi. İnqilabın liderləri Layoş Koşut, Şandor Petöfi, İştvan Seçeni və Josef Bern olmuşdur. == İnqilab ərəfəsində ictimai-siyasi vəziyyət == XVIII əsrin son onilliyində zadəgan hrəkatı qismən də burjua maraqlarını təmsil edirdi. Lakin tezliklə XVIII əsrin sonu fransız burjua inqilabı və bunun davamı kimi kəndli hərəkatı, Habsburq imperiyasına daxil olan xorvatlar, srblər, rumınlar və digər xalqlarlın güclənmiş milli azadlıq hərəkatının yayılmasından qorxuya düşmüş iri Macar zadəganları, Vena sarayı ilə ittifaqa girdilər. Yalnız az saylı zadəgan və ziyalılar qrupu burjua islaatlarının keçirilməsini, təhkimçilik hüququnun ləğvini tələb edir, ölkənin müstəqilliyinin bərpasına və respublika elan edilməsinə çalışırdılar. Lakin onların hərəkatı xalq kütlələrinin hərəkatı ilə bağlı deyildi, qiyam xarakteri daşıyırdı. 1794-cü ildə İ. Martinoviçin rəhbərlik etdiyi yakobinçi təşkilatları aşkar edildi və 1795-ci ildə nümayəndələri edam edildi. Macar yakobinçilərinin fəaliyyəti macar tarixçilərinin və ictimai fikir nemayəndələrinin diqqətini cəlb edirdi.
Mart inqilabı
Almaniyada 1848-1849-cu illər inqilabı (alm. Deutsche Revolution von 1848/49‎) və ya Mart inqilabı (alm. Märzrevolution‎) — 1848-ci ilin martından 1849-cu ilin yayın axırınadək Alman İttifaqı ərazisində baş verən inqilabi hadisələr, 1848-ci il üsyanlarından biri. Mart inqilabı Mərkəzi Avropanın bir çox ölkələrində baş verən burjua-demokratik inqilabının bir hissəsi idi. Onun əsas məsələlərindən biri Almaniyanın birləşməsi. Knyaz və feodalların təsərrüfat fəaliyyətlərinə müdaxiləsinin qarşısının aınması, siyasi həyata burjuaziyanın buraxılması idi. İnqilab dövründə ümumalman parlamenti — Frankfurt Milli Məclisi yaradıldı və senzura ləğv edildi.
Meksika inqilabı
Meksika inqilabı (isp. Revolución mexicana) və ya Meksikada vətəndaş müharibəsi (isp. Guerra civil mexicana) — 1910-1917-ci illərdə Meksika tarixində baş vermiş vətəndaş müharibəsi. Porfirio Dias diktaturasına qarşı üsyan kimi başlanmış və yeni konstitusiyanın qəbul edilməsi ilə sona çatmışdır. Vətəndaş müharibəsi dövründə əhalinin arasında müxtəlif mənbələrə görə 500.000 nəfərdən 2.000.000 qədər əhali, 1910-cu ildə isə ölkə əhalisi 15.000.000 nəfər olub.. == Mərhələləri == Tədqiqatçılar Meksika inqilabını dörd mərhələyə bölürlər: Birinci mərhələ (1910-cu ilin noyabrından 1911-ci ilə qədər) Porfirio Dias diktaturasının devrilməsidir. Liberal torpaq sahibləri və sahibkarlar, işçilər və kəndlilər, liberal-demokrat liderlərin siyasi rəhbərliyi altında vahid bir cəbhə kimi çıxış etdi. İnqilabın ikinci mərhələsində (1911-ci ilin mayından 1913-cü ilə qədər) liberal demokratlar hakimiyyətdə idi, lakin inqilabçı qüvvələr arasında birliyin olmaması əks-inqilabçı çevrilişə gətirib çıxardı. Üçüncü mərhələ (1913-cü ilin fevralından 1914-cü ilin iyununa qədər) konstitusiya rejiminin bərpasıdır. İnqilabçılar yenidən birləşmiş cəbhədə çıxış etmiş, kəndli kütlələrinin rolu artmışdır.
Meymunlar planeti: İnqilab (film, 2014)
Meymunlar planeti: İnqiliab (ing. Dawn of the Planet of the Apes) — 2014-cü il istehsalı olan ABŞ filmi.
Misir inqilabı
Misir inqilabı — ərəb ölkələrindəki ümumi antihökumət nümayişlərinin mühüm tərkib hissəsi. Nümayişlər və aksiyalar Qahirə, İsgəndəriyyə və bir sıra digər mühüm şəhərlərdə keçirilmişdir. Nümayişçilərin ən fəal olduğu yer Qahirənin mərkəzindəki Təhrir meydanı olmuşdur. Onlar Misiri 30 ildən artıq bir müddətdə idarə edən Məhəmməd Hüsnü Mübarəkin hakimiyyətdən getməsini və ciddi konstitusiya islahatlarının keçirilməsini tələb etmişlər. 17 günlük etiraz nümayişlərindən və qarşıdurmalardan sonra Hüsnü Mübarək istefa verdi, konstitutsiyanın fəaliyyəti dayandırıldı, parlament buraxıldı. Hakimiyyət Ali Hərbi Şuraya keçdi. == Hüsnü Mübarəkin hakimiyyəti == === Fövqəladə vəziyyət === 1981-ci ilin 6 oktyabrında prezident Ənvər Sadatın islamçı Xalid əl-İslambuli və tərəfdaşları tərəfindən qətlə yetirilməsindən sonra Misirdə fövqəladə vəziyyət elan olundu. Sui-qəsddə iştirak edən altı nəfərə ölüm hökmü verildi. Ənvər Sadat qətlə yetirilərkən onun yanında olan Hüsnü Mübarək əlindən yaralandı. Hüsnü Mübarək 14 oktyabr 1981-ci ildə Misir prezidenti seçildi.
Misir inqilabı (1919)
1919-cu il Misir inqilabı (ərəb. ثورة 1919‎‎, translit. Təvra 1919) və ya 1919–1921-ci illər Misir üsyanları — Misir xalqının İngiltərə müstəmləkəçilərinə qarşı milli azadlıq üsyanları. == Tarixi == === 1919-cu il üsyanı === Misirə istiqlaliyyət verilməsi tələbi ilə çıxış edən "Vəfd" Partiyasının rəhbəri Səəd Zəğlulun həbs edilməsi əleyhinə 9 mart 1919-ci il tarixində Qahirə şəhərində fəhlələr tətilə başlamışdır. 11 martda ingilis qoşunlarının nümayiş və tətil iştirakçılarını gülləbaran etməsi növbəti gün ölkədə ümumi üsyana səbəb olmuşdur. 18 martda üsyançılar ingilis qarnizonlarını Yuxarı Misirdən qovmuş və yaxud da müharisəyə almışdı. Aşağı Misirin bir çox şəhər və kəndlərində inqilabi hakimiyyət orqanları yaradılmışdır. Lakin üsyanın mərkəzləşdirilmiş rəhbərlərinin olmaması, "Vəfd" Partiyası rəhbərlərinin tərəddüd və qətiyyətsizliyindən istifadə edən ingilis müstəmləkəçiləri Misirə böyük ordu yeridə bilmişdir. 1919-cu ilin aprel ayının əvvəllərində üsyan yatırılmışdır. Ayrı-ayrı yerlərdə döyüşlər aprelin sonuna qədər davam etmişdir.
Misir inqilabı (2011)
Misir inqilabı — ərəb ölkələrindəki ümumi antihökumət nümayişlərinin mühüm tərkib hissəsi. Nümayişlər və aksiyalar Qahirə, İsgəndəriyyə və bir sıra digər mühüm şəhərlərdə keçirilmişdir. Nümayişçilərin ən fəal olduğu yer Qahirənin mərkəzindəki Təhrir meydanı olmuşdur. Onlar Misiri 30 ildən artıq bir müddətdə idarə edən Məhəmməd Hüsnü Mübarəkin hakimiyyətdən getməsini və ciddi konstitusiya islahatlarının keçirilməsini tələb etmişlər. 17 günlük etiraz nümayişlərindən və qarşıdurmalardan sonra Hüsnü Mübarək istefa verdi, konstitutsiyanın fəaliyyəti dayandırıldı, parlament buraxıldı. Hakimiyyət Ali Hərbi Şuraya keçdi. == Hüsnü Mübarəkin hakimiyyəti == === Fövqəladə vəziyyət === 1981-ci ilin 6 oktyabrında prezident Ənvər Sadatın islamçı Xalid əl-İslambuli və tərəfdaşları tərəfindən qətlə yetirilməsindən sonra Misirdə fövqəladə vəziyyət elan olundu. Sui-qəsddə iştirak edən altı nəfərə ölüm hökmü verildi. Ənvər Sadat qətlə yetirilərkən onun yanında olan Hüsnü Mübarək əlindən yaralandı. Hüsnü Mübarək 14 oktyabr 1981-ci ildə Misir prezidenti seçildi.
Misirdə iyul inqilabı
Misirdə iyul inqilabı (ərəb. ثورة 23 يوليو 1952‎, həmçinin 1952-ci il çevrilişi (ərəb. إنقلاب 23 يوليو 1952‎ kimi də tanınır) — 23 iyul 1952-ci ildə Məhəmməd Nəcib və Camal Əbdül Nasirin rəhbərlik etdiyi bir qrup ordu zabitinin cəmləşdiyi Azad Zabitlər Hərəkatı tərəfindən həyata keçirilmiş hərbi çevriliş. İnqilab əvvəlcə Kral Farukun taxtdan salınmasına yönəlmişdi. Miles Kopeland və Kermit Roseveltə görə, çevriliş Misirdə siyasi hakimiyətinn başına Amerika tərəfdarı olacaq yeni liderin gəlməsini hədəfləyən "Fat Fukker" əməliyyatının bir hissəsi idi. Bununla belə inqilab daha böyük siyasi nəticələrə gətirib çıxardı. Qısa müddətdə Misir və Sudanda konstitusiya monarxiya ləğv edildi. Aristokratiya sıradan çıxarıldı. Respublika quruldu, ölkədəki ingilis işğalına son qoyuldu və Sudanın müstəqilliyini təmin etmək üçün hərəkat genişləndi (o dövrdə Sudan İngiltərə-Misir müştərək olaraq idarə olunurdu). İnqilabçı hökumət əsasən ərəb millətçiliyi və beynəlxalq birliklərə qoşulmamaqla siyasi mövqeni ifadə edən qatı millətçi, anti-imperialist sistem qurdu.
Müvəqqəti İnqilab Komitəsi
Azərbaycan SSR İnqilab Komitəsi — Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda ali qanunvericilik və icra hakimiyyətini həyata keçirən faktiki ali hakimiyyət orqanı. Yerlərdə sovet hakimiyyəti qəza, məntəqə və kənd inqilab komitələrinin əlində idi. 1920‐ci il fevralın 11‐12‐də Bakıda gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilmişdir. Qurultayın keçirilməsi və fəaliyyətində Mirzə Hüseynov yaxından iştirak etmişdir. Qurultayda Mirzə Hüseynov hazırkı vəziyyət haqqında məruzə etmişdir. Qurultayın qəbul etdiyi qətnamədə göstərilirdi: "Azərbaycan kommunist təşkilatlarının birinci qurultayı indiki vəziyyətə dair edilən məruzəni dinləyib qeyd edir ki, Azərbaycan Respublikasının yaşadığı kəskin təsərrüfat və iqtisadi böhran, fəhlə və kəndlilərin son dərəcə ağır halı mövcud kapitalist və mülkədar üsul‐idarəsinin labüd nəticəsidir və ancaq onu məhv etməklə aradan qaldırmaq olar". Qurultay AK(b)P MK‐nın Əli Bayramov, Dadaş Bünyadzadə K. Ağazadə, V. Yeqorov, Ə. Qarayev, Viktor Naneyşvili, Həmid Sultanov, Y. Rodionov, M. Pleşakov, Ağababa Yusifzadə, Mirzə Davud Hüseynov və b. ibarət tərkibini seçdi. Fevralın 12‐də keçirilmiş AK(b)P MK‐nın birinci plenumu Büro və Rəyasət Heyəti seçmişdir. Mirzə Hüseynov AK(b)P MK Rəyasət Heyətinin sədri təsdiq edilmişdir.
Məşrutə inqilabı
Məşrutə inqilabı (1905-1911) dövründən epizod. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdül Əzim türbəsinə" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadır bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.
Məşrutə inqilabı (1905-1911)
Məşrutə hərəkatı, İran Konstitusiya inqilabı və ya İran burjua inqilabı — 1905–1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş inqilab nəzərdə tutulur. İnqilab İranda müasir eranın başlanğıcını qoyaraq fundamental dəyişikliklərə yol açdı. Bu dövrdə burjua mətbuatında o dövrə qədər görülməmiş miqyasda müzakirələr başladı və yeni iqtisadi imkanlar mümkünləşdi. Bir çox qrup inqilabın gedişatına təsir edə bilmək üçün mübarizə aparırdı və nəticədə istər-istəməz cəmiyyətin bütün təbəqələri müəyyən qədər dəyişikliyə məruz qaldı.Nəsrəddin şah Qacarın uzun müddət uğrunda mübarizə apardığı köhnə qaydalar nəhayətki yeni qaydalarla əvəzləndi, yeni ifadə formaları, yeni sosial və siyasi şərait formalaşdı. Müzəfərəddin şah Qacar ölümündən qısa müddət əvvəl — 1906-cı ildə konstitusiyanı imzaladı. Lakin ondan sonra taxta çıxan Məhəmmədəli şah konstitusiyanı ləğv etdi və Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Bu hadisə yeni konstitusiya hərəkatının yaranmasına səbəb oldu. Konstitusiyaçı qüvvələr Tehrana yürüş etdi və Məhəmmədəli şahı azyaşlı oğlu Əhmədin xeyrinə hakimiyyətdən əl çəkməyə məcbur edildi. Atasının yerinə taxta çıxan Əhməd şah Qacar 1909-cu ildə konstitusiyanı yenidən bərpa etdi. 1921-ci il çevrilişi bir çox mühüm dəyişikliklərə səbəb oldu və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələndi.

inqilab sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Zorakı ictimai çevriliş; dövlət hakimiyyətinin hakim sinfin əlindən başqa sinfin əlinə keçməsi. 1905-ci il inqilabı. Burjua inqilabları. İnqilab illəri. – Rusiya inqilabının bərəkətindən törəyən azadlıqların biri də vicdan azadlığıdır. C.Məmmədquluzadə. [Yaşlı kişi:] Dünya hadisələri ilə, İranda başlayan inqilab hərəkatı ilə maraqlanırdım. S.Hüseyn. 2. Hər hansı bir elm sahəsində, texnikada, incəsənət və s. sahəsində əsaslı dəyişiklik. Mədəni inqilab. – Sonra bir həkim çıxdı, yaş dəsmal üsulunun elm aləmində bir inqilab olduğunu söylədi. Mir Cəlal. 3. klas. Dəyişiklik, dəyişkənlik. Şahiddir ona bu inqilabın; Kim, aşiqisən bir afitabın. Füzuli. Yarəb, bugünkü məclisimiz xoş keçir bizim; Bu məclisi-məhəbbətə göstərmə inqilab. S.Ə.Şirvani.

    Azərbaycan dilinin izahlı lüğəti / inqilab
  • 2 dəyişiklik, çevriliş; cəsarətli, yenilikçi.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / inqilab
  • 3 ə. 1) bir haldan başqa hala keçmə; 2) çevriliş, dəyişiklik; 3) zorakı ictimai çevriliş; dövlət hakimiyyətinin bir iqtidardan başqa iqtidara zorakı yolla keçməsi.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / inqilab
  • 4 \ qaləbə \. 1. Daimi ictimai sistemi dəyişdirmə və yenidən formalaşdırma; yavaş inkişafda olan dünyanın ziddinə ictimai həyatda və siyasi vəziyyətdə birdən birə həyata keçən köklü və əsaslı bir dəyişmə. 2. Dünya görüşündə, fəlsəfədə, elmdə, sənətdə və sairlərin fikrində olan dəyişikliklər, köhnəlmiş olanı yenisi ilə əvəz etmək, çevriliş. Fel ərəbcədən keçmə termindir.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / inqilab

inqilab sözünün sinonimləri (yaxın mənalı sözlər)

inqilab sözünün rus dilinə tərcüməsi

  • 1 революция

    Azərbaycanca-rusca lüğət / inqilab
  • 2 I сущ. революция: 1. коренной и резкий переворот в общественно-политических отношениях, насильственным путем разрешающий назревшие в обществе противоречия. Milli-azadlıq inqilabı национально-освободительная революция, 1905-ci il inqilabı революция 1905 года 2. перен. коренной переворот, коренные изменения в какой-либо области знания, в технике, искусстве и т.п. Mədəni inqilab культурная революция, elmdə inqilab революция в науке II прил. революционный. İnqilab komitəsi истор. революционный комитет, inqilab illərinin hadisələri события революционных лет

    Azərbaycanca-rusca lüğət / inqilab

inqilab sözünün inglis dilinə tərcüməsi

inqilab sözünün fransız dilinə tərcüməsi

inqilab sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. инкъилаб, революция; // инкъилабдин, революциядин; 2. дегишвал; асаслу дегишвал (илимда, харусенятда, техникада ва мс.).

    Azərbaycanca-ləzgicə lüğəti / inqilab

inqilab sözünün türk dilinə tərcüməsi

"inqilab" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#inqilab nədir? #inqilab sözünün mənası #inqilab nə deməkdir? #inqilab sözünün izahı #inqilab sözünün yazılışı #inqilab necə yazılır? #inqilab sözünün düzgün yazılışı #inqilab leksik mənası #inqilab sözünün sinonimi #inqilab sözünün yaxın mənalı sözlər #inqilab sözünün əks mənası #inqilab sözünün etimologiyası #inqilab sözünün orfoqrafiyası #inqilab rusca #inqilab inglisça #inqilab fransızca #inqilab sözünün istifadəsi #sözlük