inqilabı sözü azərbaycan dilində

inqilabı

Yazılış

  • inqilabı • 51.9804%
  • İnqilabı • 47.9218%
  • İNQİLABI • 0.0978%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amerika inqilabı
Amerika inqilabı, 18-ci əsrin ikinci yarısında, On üç koloniyanın Britaniya imperiyasından müstəqillik qazandığı və ABŞ adını aldığı dövrü əhatə edir. Bu dövrdə müstəmləkələr Britaniya imperiyasına qarşı üsyan qaldırdı və 1775 ilə 1783 arasında ABŞ İstiqlal müharibəsi başladı. ABŞ istiqlal bəyannaməsi 1776-cı ildə nəşr olundu və 19 oktyabr 1781-ci ildə döyüş meydanında qələbə qazanıldı. Fransa krallığı Amerikanın yeni millətini pul və sursatla təmin etməkdə mühüm rol oynadı, İngiltərəyə qarşı koalisiya təşkil etdi və müharibəni sona çatdıran Yorktown müharibəsində həlledici rol oynayan bir ordu və donanma göndərdi. Digər tərəfdən, amerikalılar kral və aristokratiyaya qarşı qiyam qaldırdılar və Fransanı nümunə götürmədilər. Amerika İnqilabı, Amerika xalqını əhatə edən yeni respublika idealları kimi bir sıra intellektual və sosial dəyişiklikləri özündə cəmləşdirdi. Bəzi ştatlarda demokratiyanın dövlət idarəçiliyindəki rolu ilə bağlı qızğın mübahisələr olurdu. Respublikaçılığa keçid və getdikcə daha çox yayılan demokratiya ənənəvi sosial iyerarxiyada qarışıqlıq yaratdı və Amerikanın siyasi dəyərlərinin əsaslandığı siyasi əxlaq yaratdı. İnqilab dövrü 1763-cü ildə, Fransanın Amerikadakı koloniyalara hərbi təhdidi sona çatdıqdan sonra başladı. İngilislər koloniyalarda yaşayanların ümumiyyətlə qəbul etmədikləri vergilər tətbiq edərək, koloniyaların müdafiəsinə xərclədiklərinin böyük bir hissəsinin yenidən koloniyalar tərəfindən ödənilməsini qərara aldılar.
Aster inqilabı
Aster inqilabı və ya payız gülü inqilabı—28-31 oktyabr 1918-ci il tarixində Macarıstanda Mixay Karoyi tərəfindən başladılan inqilab. İnqilabın “Aster inqilabı” adlandırılmasının səbəbi Budapeştdəki vətəndaşlar və əsgərlərin öz papaqlarına aster yəni payız güllərini taxması idi. Bu güllər sosial demokrat Macar Milli Şurasını və Mixay Karoyi təmsil edirdi. == İnqilabın səbəbləri == Macarıstanda yaranan ağır sosial-iqtiasdi və siyasi vəziyyət 1918-ci ilin payızında inqilabın başlanmasını zəruri edirdi. Avstriya-Macarıstan ordusunun italyan cəbhəsində ağır məğlubiyyətə uğraması kral IV Karlın hakimiyyətini və Vekerle hökumətinin mövqelərini tamamilə zəiflətdi. 1918-ci ildəki tətillərin gedişində ilk dəfə Macarıstanda fəhlə deputatları sovetləri təşkil edildi. Zəhmətkeş kütlələr müharibənin dayandırılmasını, Habsburqlar monarxiyasının dağıdılmasını daha qətiyyətlə tələb edirdilər. Serbiya, Xorvatiya, Çlovakiyada və s. başqa yerlərdə milli-azadlıq hərəkatı gücləndi. 1918-ci ilin oktyabrında ölkədə kütləvi tətil hərəkatı ən yüksək nöqtəsinə çatdı.
Avqust inqilabı
Vyetnamda 1945-ci il Avqust inqilabı (vyet. Cách mạng Tháng Tám) — İkinci Dünya müharibəsinin sonunda Vyetnamda qısa müddət ərzində mövcud olmuş, yaponpərəst kukla rejimi olan Vyetnam imperiyasını devirən milli azadlıq inqilabı. Avqust inqilabı Vyetnam xalqının XIX əsrin ikinci yarısında ölkəni zəbt etmiş Fransa müstəmləkəçilərinə və 1940-cı ildə Vyetnamı özünə tabe etmiş yapon işğalçılarına qarşı apardığı mübarizənin nəticəsi idi. == Zəmin == XIX əsrin ikinci yarısında Vyetnam Fransanın müstəmləkəsi olmuş, 1887-ci ildə yaradılmış Fransa Hind-Çin İttifaqının bir hissəsinə çevrilmişdir. Fransanın süqutundan qısa müddət sonra Hind-Çin müstəmləkə administrasiyası Yaponiyaya güzəştə getməyə məcbur olmuşdur. Fransa Hind-Çini Yaponiyanın iqtisadi və hərbi nəzarəti altına alınmışdı. Vyetnam ərazisinə imperiyanın hərbi birləşmələri daxil edilmiş və ölkədə faktiki olaraq Yaponiya ilə Vişi rejiminin birgə protektoratı qurulmuşdur. Buna baxmayaraq, rəsmi olaraq ölkədəki bütün hakimiyyət general-qubernator Dekunun başçılıq etdiyi Vişi administrasiyasının əlində qalmışdır. 1941-ci ilin mayında Ho Şi Minin başçılıq etdiyi Hind-Çin Kommunist Partiyasının VIII Plenumu keçirilmişdir. Burada "Vyetnam Müstəqillik Liqası" olan Vyetminin yaradılması haqqında rəsmi qərar qəbul edilmişdir.
Bolşevik İnqilabı
Oktyabr inqilabı və ya Oktyabr çevrilişi (rus. Октябрьская революция; SSRİ-də rəsmi adı — Böyük Oktyabr Sosialist inqilabı) – Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada baş vermiş inqilab. İnqilab zamanı Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və b. təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrilmiş, hakimiyyətə bolşeviklər və onların müttəfiqi sol eserlərdən ibarət Fəhlə və əsgər deputatları soveti gəlmişdir. Üsyanları Petroqrad sovetinin hərbi-inqilabi komitəsi istiqamətləndirmişdir. == Zəmin == XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında baş verirdi. O zaman rus hökuməti çarəni həmin vaxt üçün çox da populyar olmayan II Nikolayın qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin bunun üçün çox gec idi.
Burjua inqilabı
Burjua inqilabı — əsas məzmunu feodal sinfinin hakimiyyətdən zorla çıxarılması və dövlətin kapitalist sisteminə keçidi olan bir növ sosial inqilab olan marksist təlimlərdən anlayışdır.Feodal rejimi tamamilə kapitalist rejimi ilə əvəz edilmədikdə, belə bir inqilab burjua-demokratik adlanır. Burjua inqilabı anlayışının iki mənası var. Adətən, feodalların hakimiyyətini devirmək üçün üç mərhələdən ibarət olan zorakılıq prosesi burjua inqilabı adlanır. Daha nadir hallarda — feodalların hakimiyyətdən kənarlaşdırıldığı andan kapitalist istehsal tərzinin formalaşmasının bütün uzun dövrü. == Terminin yaranması == "Burjua inqilabı" termini marksist mənşəli termindir, sosialist düşüncəsinin digər sahələrinin nümayəndələri, habelə marksizmin təsirinə məruz qalmış elmi məktəblər (məsələn, Annals məktəbi, asılı inkişaf nəzəriyyəçiləri) tərəfindən marksistlərdən qəbul edilmişdir. Bu dairədən kənar olan müəlliflər konkret inqilabların inqilabi xarakterini dərk etməklə yanaşı, adətən "burjua" terminindən istifadə etmirlər. Beləliklə, marksist və marksistlərin təsiri altında olan müəlliflər "Böyük Fransa Burjua İnqilabı" ifadəsini işlədirlər, digərləri isə eyni hadisəni "Böyük Fransa İnqilabı" ilə ifadə edirlər (ümumiyyətlə bunu nəzərdən keçirməkdən imtina edən az sayda mühafizəkar və ya revizionist müəlliflər istisna olmaqla) hadisə inqilabı). "Burjua" adı belə inqilablara inqilabın hegemonuna — burjuaziyaya görə verilir (hegemonun, məsələn, proletariatın olduğu inqilabların "proletar" adlandırılmasına bənzər). == Mahiyyəti və vəzifələri == Burjua inqilabının tarixi rolu kapitalist inkişafının qarşısında duran maneələri aradan qaldırmaqdır. Bəzi burjua inqilablarının müəyyən antikapitalist tədbirləri həyata keçirə bilməsi onların ümumi xarakterini dəyişmir, çünki onlar burjua cəmiyyətinin ən dərin təməlini — istehsal vasitələri üzərində xüsusi mülkiyyəti ləğv etmir.
Dünya inqilabı
Dünya inqilabı — Karl Marks və Fridrix Engelsin kommunist inqilabının dövlət hakimiyyətinin proletariat tərəfindən zəbt edilməsi və ictimai münasibətlərin kökündən dəyişdirilməsinin vahid beynəlxalq prosesi olduğu ideya. == Engelsin əsaslandırması == Kommunist inqilabının yerli yox, dünyası nəzəri cəhətdən (F. Engels, "Kommunizm prinsipləri") onunla əsaslandırılır ki, kapitalist ölkələri dünya bazarı, dünya əmək bölgüsü ilə o qədər sıx bir-birinə qarışıblar, bir kapitalist ölkəsindəki böhran qaçılmaz olaraq digərlərində sinxron böhranlara səbəb olur, bütün kapitalist ölkələrində eyni zamanda inqilabi vəziyyət yaradır və nəticədə məhz dünya inqilabı baş verir.
Fevral inqilabı
Fevral burjua-demokratik inqilabı və ya Fevral inqilabı — 1917-ci ildə Rusiyada çar mütləqiyyətini devirmiş ikinci inqilab. == Tarixi == 1917-ci il, fevralın 25-də 300 min adamın iştirak etdiyi tətil başlandı. Fevralın 27-də Petroqradda ümumi siyasi tətil silahlı üsyana çevrildi və fevralın 28-də inqilabın qələbəsi ilə nəticələndi. Bunun nəticəsində Rusiyada ikihakimiyyətlilik — bir tərəfdə Müvəqqəti hökumətin hakimiyyəti, digər tərəfdə Fəhlə Deputatları Sovetinin hakimiyyəti yarandı. Romanovlar mütləqiyyətinə son qoyuldu. Martın 2-də knyaz G.Y.Lvov başda olmaqla Müvəqqəti hökumət təşkil edildi. Hökumətin qarşısına qoyduğu əsas vəzifə ölkədə qayda-qanun yaratmaq, Müəssislər məclisinə seçkilər keçirmək idi.Petroqradda inqilabın qələbəsi xəbəri Bakıya martın 2-də çatdı. Martın 3-də Bakı fəhlələri birgünlük tətil keçirməklə Petroqrad inqilabçıları ilə həmrəy olduqlarını bildirdilər. Martın 5-də Bakı İctimai Təşkilatları Şurası və onun Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Martın 7-nə keçən gecə Bakı rayonu fəhlə deputatlarısoveti formalaşdı.
Fransa inqilabı
Böyük Fransa inqilabı (fr. Révolution française; 1789–1799) — Fransa və Avropanın siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm tarixi hadisələrdən biri. O dövr Fransasında, eləcə də digər aparıcı Avropa ölkələrində hakim zadəgan və katolik ruhanilərinə verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq monarxiyadan demokratiyaya keçid, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanan siyası-sosial inqilab. İnqilab qanlı iğtişaşlar, minlərlə insanın təqib və edamıyla müşahidə olunumuş, hətta beynəlxalq səviyyədə ciddi narahatlıq doğurmuşdur. İnqilab özündən sonra Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba səbəb olmuşdur. İnqilabdan sonrakı 75 il ərzində Fransa respublika, diktatorluq, konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur. === Səbəbləri === XVIII əsr Fransası özünün dövlət quruluşu baxımından mərkəzi bürokratik sistemə və hərbi dayaqlara əsaslananan mütləq monarxiya idi. Hakim feodal sinifindən tamamilə azad olan kral iri zadəgan feodallar və katolik ruhanilərinə böyük miqyaslı imtiyazlar verməklə mütləq hakimiyyətini qoruyub saxlayırdı. Müəyyən dövrə qədər kral "milli sərvətlərin" artırılması, yəni milli sənayə müəssisələrinin və ticarətin inkişafına böyük səylə qayğı göstərməklə fransız burjuaziyasının etimadından da istifadə edirdi. Bununla belə kral tədricən hakim sinfin artmaqda və günü-gündən kəskinləşməkdə olan yeni tələblərini ödəməkdə çətinlik çəkirdi.
Fransız inqilabı

Haiti inqilabı
== İstinadlar ==
Holland inqilabı
Niderland burjua inqilabı və ya Səksən illik müharibə (1568–1648) (nid. Tachtigjarige Oorlog) — Niderlandda Avropanın ilk uğurlu burjua inqilabı. Xarici istibdad altında olan ölkədə baş verən bu inqilab, müstəqillik uğrunda mübarizə formasını almış və kalvinizmin ideoloji bayrağı altına keçmişdi. İnqilab ancaq ölkənin şimalında qalib gəldi, çünki burada onun qələbəsi üçün bütün sosial, iqtisadi, siyasi şərtlər yetişmişdi. == Niderland inqilab ərəfəsində == XV əsrdə Niderland Burqund dövlətinin tərkibinə daxil idi, onun dağılmasından sonra isə (1477) sülalə uniyasına görə Habsburqların hakimiyyəti altına keçdi. XVI əsrdə Niderland, hazırkı ərazisindən başqa, Belçikanın, Lüksemburqun və qismən Fransanın ərazisini də əhatə edirdi. Ölkə 17 əyalətdən ibarət idi. Onlardan ən böyükləri bunlar idi: Eno (Qeneqau), Artua, Lüksemburq, Namür, Flandriya, Brabant, Niderland, Zelandiya, Frislandiya, Utrext, Helder. V Karlın taxt-tacdan imtinasından sonra Niderland II Filip İspaniyalının dövlətinə daxil oldu. V Karl və II Filip hökumətləri Niderlandda mütləqiyyət qaydalarını qurmaq istəyi ilə, çoxşahəli bürokratik aparat yaratdılar, hansı ki II Filipin vaxtında ona Parmalı Marqarita başçılıq edirdi.
Hollandiya inqilabı

Hun inqilabı
Hun inqilabı — Eramızın dördüncü əsrinin əvvəlinə doğru, Mərkəzi Asiya, Qərbi Sibirin cənub ərazilərində, Filizli və Dağ Altayın bir hissəində, yaşayan hunlar yarım millionluq ordu çıxarmağa qadir güclü dövlət yaratdılar. Etnosun qüvvəsinin zirvə nöqtəsinə çatan energetik partlayış yaxınlaşırdı. Hunlar kimi döyüşkən və enerjili etnos, artıq nisbi hərəkətsilik vəziyətində qala bilməzdi, onun yığılmış enerjisi öz tətbiqini tapmalıydı, ama bunun üçün dövlət səriştəsi olan, dahi, qətiyətli və böyük hərbi istedadı olan başçı lazım idi. Və belə lider tapıldı. Bu hunların yeni şanyusu Attila(Edil) idi. Hunlar Attilanın başçılığı ilə sürətlə dünya tarixinə, özüdə onun zirvələrinə, daxil oldular. Attila hun dövlətində 431-ci ildə hakimiyətə gəldi. Mərkəzi Asiyada və cənubi Sibirdə sıxılan hun cəmiyətinin əhvalını tuta bilən Attila, yaxın on il üçün hərəkət planını hazırladı. Attilanın ilk etdiyi hunların Qərbə hərəkətinin başlanması oldu. 432-ci ildə hun ordusu Volqanı(İdil) keçib cənub-qərbə, Don, Dneprin aşağı və orta axarına tərəf hərəkətə başladı.
Kuba inqilabı
Kuba inqilabı — 26 iyul 1953-ci ildə başlayan və 1959-cu ildə inqilabçıların qələbəsi ilə başa çatan inqilab. Fidel Kastro, Raul Kastro və Ernesto Çe Qevaranın başçılığı ilə inqilabçılar diktator Fulhensiyo Batistanın Hərbi-diktaturasını ləğv etdilər. == İnqilabın səbəbləri == XX əsrin 50-ci illərində Kuba ABŞ inhisarçılığının qurbanına çevrilmiş; tam şəkildə ABŞ investisiyasından asılı idi. Fulhensiyo Batista hakimiyyətə gələndən sonra isə Kuba başqa bu cür dövlətlərdən fərqli olaraq inkişaf edir; amma o, Kubada hərbi-diktatura elan edərək bir çox partiyaları, həmçinin Kommunist Partiyasını da ləğv edir. Ölkədə Konstitusiya ləğv olunur. Cavan ali təhsilli kubalılar diktatura ilə barışmaq istəmirdilər. Onların içərisində (Fidel Kastro və onun qardaşı Raul Kastro) Kastro qardaşları ortodoks partiyasının üzvləri idilər. Kastro qardaşları Ortodoks partiyasının diktataturayla mübarizə aparacağnı düşünürdülər amma ortodoks partiyasının qətiyətsizliyi nəticəsində Fidel və Raul partiyanı tərk etdilər olarla birlikdə bir neçə cavan kubalılarda partiyanı tərk etdilər və sərbəst mübarizəyə başladılar. Silahlar əldə etmək üçün Fidel Kastro və onun adamları Santyaqo-de-Kuba şəhərində Monkada kazarmasını və Bayamo şəhərindəki kazarmanı ələ keçirmək istəyirdilər.Bir il ərzində hücüma hazırlıq gedirdi.Silahlanmaq üçün bəzi Fidelin tərəfdaşları hər şeyi satmağa məcbur idilər. == İnqilabın gedişi == 26 iyul 1953-ci ildə bir qrup inqilabçı Fidel Kastronun başçılığı altında Santyaqo-De-Kuba da yerləşə Monkada kazarmasına hücüma keçirlər.
Lalə inqilabı
Zanbaq inqilabı (qırğ. Жоогазын революциясы) — 2005-ci ilin martında Qırğızıstanda inqilaba səbəb olan kütləvi etirazlar və respublika prezidenti Əsgər Akayevin devrilməsi, Qurmanbek Bakıyevin vəzifəsinə gəlməsi. İnqilabçılar Əsgər Akayevin, ailəsinin və tərəfdarlarının ölkədə korrupsiya və avtoritar sistem qurduğunu iddia edirdilər. Akayev Qazaxıstana, daha sonra Rusiyaya qaçdı. 4 aprel 2005-ci il tarixində Qırğızıstanın Moskvadakı səfirliyində Akayev Qırğızıstan parlamentinin nümayəndə heyətinin iştirakı ilə istefa ərizəsini imzaladı. İstefa 11 aprel 2005-ci ildə Qırğızıstan müvəqqəti parlamenti tərəfindən təsdiq edildi. == "Zanbaq inqilabı" terminin mənşəyi == İnqilabın ilk mərhələlərində kütləvi iğtişaşları "Çəhrayı", "Limon", "İpək" və ya "Nərgiz" inqilabı adlandırırdılar. "Zanbaq inqilabı" terminini yaradan Akayevin özü oldu. Bir dəfə çıxışında, Qırğızıstanda belə bir "Rəngli inqilabın" baş verə biləcəyini xəbərdar etmişdi. Rəng və ya çiçək ifadəsi istifadə etməklə Gürcüstanda zorakılıq olmadan baş verən "Qızılgül inqilabı", Ukraynadakı "Narıncı inqilab" (2004), Çexoslovakiya "Məxməri inqilabı" (1989) və Portuqaliya "Qərənfil inqilabı" (1974) ilə oxşarlıq doğururdu.
Mart inqilabı
Almaniyada 1848-1849-cu illər inqilabı (alm. Deutsche Revolution von 1848/49‎) və ya Mart inqilabı (alm. Märzrevolution‎) — 1848-ci ilin martından 1849-cu ilin yayın axırınadək Alman İttifaqı ərazisində baş verən inqilabi hadisələr, 1848-ci il üsyanlarından biri. Mart inqilabı Mərkəzi Avropanın bir çox ölkələrində baş verən burjua-demokratik inqilabının bir hissəsi idi. Onun əsas məsələlərindən biri Almaniyanın birləşməsi. Knyaz və feodalların təsərrüfat fəaliyyətlərinə müdaxiləsinin qarşısının aınması, siyasi həyata burjuaziyanın buraxılması idi. İnqilab dövründə ümumalman parlamenti — Frankfurt Milli Məclisi yaradıldı və senzura ləğv edildi.
Meksika inqilabı
Meksika inqilabı (isp. Revolución mexicana) və ya Meksikada vətəndaş müharibəsi (isp. Guerra civil mexicana) — 1910-1917-ci illərdə Meksika tarixində baş vermiş vətəndaş müharibəsi. Porfirio Dias diktaturasına qarşı üsyan kimi başlanmış və yeni konstitusiyanın qəbul edilməsi ilə sona çatmışdır. Vətəndaş müharibəsi dövründə əhalinin arasında müxtəlif mənbələrə görə 500.000 nəfərdən 2.000.000 qədər əhali, 1910-cu ildə isə ölkə əhalisi 15.000.000 nəfər olub.. == Mərhələləri == Tədqiqatçılar Meksika inqilabını dörd mərhələyə bölürlər: Birinci mərhələ (1910-cu ilin noyabrından 1911-ci ilə qədər) Porfirio Dias diktaturasının devrilməsidir. Liberal torpaq sahibləri və sahibkarlar, işçilər və kəndlilər, liberal-demokrat liderlərin siyasi rəhbərliyi altında vahid bir cəbhə kimi çıxış etdi. İnqilabın ikinci mərhələsində (1911-ci ilin mayından 1913-cü ilə qədər) liberal demokratlar hakimiyyətdə idi, lakin inqilabçı qüvvələr arasında birliyin olmaması əks-inqilabçı çevrilişə gətirib çıxardı. Üçüncü mərhələ (1913-cü ilin fevralından 1914-cü ilin iyununa qədər) konstitusiya rejiminin bərpasıdır. İnqilabçılar yenidən birləşmiş cəbhədə çıxış etmiş, kəndli kütlələrinin rolu artmışdır.
Misir inqilabı
Misir inqilabı — ərəb ölkələrindəki ümumi antihökumət nümayişlərinin mühüm tərkib hissəsi. Nümayişlər və aksiyalar Qahirə, İsgəndəriyyə və bir sıra digər mühüm şəhərlərdə keçirilmişdir. Nümayişçilərin ən fəal olduğu yer Qahirənin mərkəzindəki Təhrir meydanı olmuşdur. Onlar Misiri 30 ildən artıq bir müddətdə idarə edən Məhəmməd Hüsnü Mübarəkin hakimiyyətdən getməsini və ciddi konstitusiya islahatlarının keçirilməsini tələb etmişlər. 17 günlük etiraz nümayişlərindən və qarşıdurmalardan sonra Hüsnü Mübarək istefa verdi, konstitutsiyanın fəaliyyəti dayandırıldı, parlament buraxıldı. Hakimiyyət Ali Hərbi Şuraya keçdi. == Hüsnü Mübarəkin hakimiyyəti == === Fövqəladə vəziyyət === 1981-ci ilin 6 oktyabrında prezident Ənvər Sadatın islamçı Xalid əl-İslambuli və tərəfdaşları tərəfindən qətlə yetirilməsindən sonra Misirdə fövqəladə vəziyyət elan olundu. Sui-qəsddə iştirak edən altı nəfərə ölüm hökmü verildi. Ənvər Sadat qətlə yetirilərkən onun yanında olan Hüsnü Mübarək əlindən yaralandı. Hüsnü Mübarək 14 oktyabr 1981-ci ildə Misir prezidenti seçildi.
Məxmər inqilabı
Məxməri inqilab (çex. sametová revoluce) və ya Nəzakətli inqilab (slovak. nežná revolúcia) — Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Məşrutə inqilabı
Məşrutə inqilabı (1905-1911) dövründən epizod. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdül Əzim türbəsinə" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadır bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.
Neolit inqilabı
Neolit inqilabı və ya neolitləşmə — insan icmalarının əsası ibtidai ovçuluq və yığıcılıq olan mənimsəmə təsərrüfatından əkinçilik və heyvandarlığa əsaslanan istehsal təsərrüfatına keçidi. Arxeologiyaya görə heyvanların və bitkilərin əhilləşdirilməsi müxtəlif dövrlərdə 7-8 bölgədə müstəqil şəkildə baş vermişdir. Neolit inqilabın baş verdiyi ən erkən mərkəz kimi Yaxın Şərq hesab edilir. Burada əhilləşdirmənin 10 min il əvvəl başlaması təxmin edilir."Neolit inqilabı" anlayışı elmə ilk dəfə 1923-cü ildə marksist-arxeoloq Qordon Çayld tərəfindən gətirilmişdir. Onun yazdığına görə neolit dövrünün xarakterik xüsusiyyəti təkcə istehsalçı təsərrüfat növünə keçməkdən ibarət olmayıb. Əvvəlki Mezolit dövründə hakim olan kiçik ovçu və yığıcı qruplar sahələrinə yaxın şəhər və qəsəbələrdə məskunlaşdı, əkinçilik (suvarma daxil olmaqla) və yığılmış məhsulun xüsusi olaraq tikilmiş bina və tikililərdə saxlanılması yolu ilə ətraf mühiti kökündən dəyişdirdi. Əmək məhsuldarlığının artması əhalinin çoxalmasına ərazini qorumaq üçün nisbətən geniş silahlı dəstələrin yaradılmasına, əmək bölgüsünə, əmtəə mübadiləsinin canlanmasına, mülkiyyət hüquqlarının yaranmasına, mərkəzləşdirilmiş idarəetmənin, siyasi strukturların, ideologiyanın və yeni nəsil nəsillərə ötürməyə imkan verən şifahi, həm də yazılı şəkildə bilik sistemlərinin yaranmasına səbəb oldu. Yazının meydana çıxması tarixindən əvvəlki dövr bitir. Bu isə ümumiyyətlə daş dövrünün sonuncusu olan Neolit dövrünə təsadüf edir. Ancaq Neolit inqilabı insanın təbiətlə harmoniyada bir yerdə yaşamasının məhvi kimi də izah edilə bilər.
Oktyabr inqilabı
Oktyabr inqilabı və ya Oktyabr çevrilişi (rus. Октябрьская революция; SSRİ-də rəsmi adı — Böyük Oktyabr Sosialist inqilabı) – Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada baş vermiş inqilab. İnqilab zamanı Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və b. təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrilmiş, hakimiyyətə bolşeviklər və onların müttəfiqi sol eserlərdən ibarət Fəhlə və əsgər deputatları soveti gəlmişdir. Üsyanları Petroqrad sovetinin hərbi-inqilabi komitəsi istiqamətləndirmişdir. == Zəmin == XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında baş verirdi. O zaman rus hökuməti çarəni həmin vaxt üçün çox da populyar olmayan II Nikolayın qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin bunun üçün çox gec idi.
Qızılgül inqilabı
Qızılgül inqilabı (gürc. ვარდების რევოლუცია - Vardebis Revolutsia / Qızılgül inqilabı) — Gürcüstanda 2003-cü ildə Dövlət Başçısı Eduard Şevardnadzenin vəzifəsini buraxmaq məcburiyyətində qalmasıyla nəticələnən sülh xalq hərəkatı. == Siyasi şərait == Eduard Şevardnadze, 1992-ci ildən bəri (1995 etibarən dövlət başçısı olaraq) Gürcüstanı idarə edirdi. Onun dövründə hökumətlər və dövlət başçısının ailəsi, rüşvətlə anılmağa başladı. Digər tərəfdən ölkə iqtisadiyyatı heç bir inkişaf göstərə bilmədi və Gürcüstan, Avropa standartlarına görə kasıb bir ölkə halına gəldi. Rusiyanın dəstəklədiyi iki separatçı bölgə olan Abxaziya və Cənubi Osetiya, Tbilisi rəhbərliyinin nəzarəti xaricində qaldı. Yarı separatçı Aslan Abaşidze rəhbərliyi altındakı Acarıstanda həqiqətən mərkəzi rəhbərliyin nəzarəti xaricində idi. Bu siyasi və iqtisadi böhran içində 2 Noyabr 2003 tarixində parlament seçkiləri keçirildi. Eduard Şevardnadzenin siyasi ittifaqı "Yeni Gürcüstan Üçün" və Aslan Abaşidzenin "Gürcüstan Demokratik Oyanış Birliyi" qarşısında, Mixail Saakaşvilinin "Birləşmiş Milli Hərəkat"ı, parlament başçısı Nino Burcanadze ilə köhnə parlament başçısı Zurab Jvanianın "Burcanadze-Demokratla " partiyası seçkilərə girdi. == Seçkilər və etirazlar == 2 Noyabr 2003 tarixində keçirilən parlament seçkiləri, milli və beynəlxalq müşahidəçilər tərəfindən izlənildi.
Qərənfil inqilabı
Qərənfil İnqilabı (port. Revolução dos Cravos) — Portuqaliyada 25 aprel 1974 günü şiddət istifadə edilmədən həyata keçirilən hərbi çevrilişdir. Portuqaliyanın avtoritar bir diktatorluqdan demokratiyaya keçişini təmin edəcək iki illik bir dəyişmə dövrünün başlanğıcı olmuşdur. == İnqilab əvvəli şərtlər == 1930-cu ildən bəri "Estado Novo" (azərb. Yeni Dövlət‎) adlı avtoritar rejimin varlığını davam etdirdiyi Portuqaliya, 1950-ci illərdən etibarən müstəmləkə torpaqlarında ciddi çətinliklərlə qarşılaşdı. 1953-cü ildə Hindistan sahillərindəki Portuqaliya müstəmləkələri olan Goa, Daman və Diunun statuslarının təyin olunması üçün Hindistanın etdiyi görüş tələbi rədd edildi. 17 dekabr 1961-ci ildə Hindistan hərbçiləri bu üç torpağı da Portuqaliyanın əlindən aldılar. Bundan sonra isə 1960-cı illərdə Afrikadakı Portuqaliya müstəmləkələrində də vəziyyət dəyişməyə başladı. 1961-ci ildə Anqolada başlayan qarışıqlıqlar 1963-cü ildə Qvineya-Bisauya, ertəsi il də Mozambikə yayıldı. 1965-ci ilin fevralında müxalifət lideri Humberto Delqadonun öldürülməsinin yaratdığı gərgin bir siyasi mühitdə keçirilən 25 iyul 1965-ci il prezident seçkiləri, rejimin namizədi admiral Ameriko Tomasın yenidən prezident seçilməsiylə nəticələndi.
Rusiya inqilabı
Rusiya inqilabı – Rusiya İmperiyası ərazisi boyunca 1917-ci ildə monarxiya dövlət idarəetməsinin ləğv edilməsiylə başlayıb, vətəndaş müharibəsinin sonu və Ukrayna, Azərbaycan və başqa milli dövlətlər daxil olmaqla, bolşevik Sovet İttifaqının qurulmasından sonra 1923-cü ildə sonlanan siyasi və sosial inqilab dövrü. O, Birinci Dünya müharibəsi dövründə, Rusiyanın o dönəmki paytaxtı olan Petroqrad (indiki Sankt-Peterburq) ətrafında və içində cəmlənən Fevral inqilabı ilə başlamışdır. İnqilab Rusiya Ordusunu qiyama hazır hala gətirməkdə əsas payı olan Birinci Dünya müharibəsi ərzində böyük hərbi itkilər kontekstində özünü göstərmişdi. Rusiya parlamentinin, yəni Dumanın üzvləri xaos içərisində Rusiya müvəqqəti hökumətini quraraq ölkənin nəzarəti barədə düşündülər. Bu fikir yüksək əsilzadə zümrəsi və böyük kapitalistlərin maraqları ilə də üst-üstə düşürdü. Ordu idarəçiliyi inqilabı basdırmaq üçün əllərində vasitənin olmadığını hiss etdi və İmperator II Nikolay öz taxtından imtina etdi. İcma təşəbbüsləri hərəkatı cəmiyyəti məclisləri Sovetləri elan etdilər. Əsasən əskərlər və şəhər sənaye işçi sinifindən təşkil olunan bu sovetlər ilk başda müvəqqəti hökumətin idarəsinə icazə versə də, hökumətə təsir etmək üçün müstəsna hüquq və müxtəlif hərbi qruplaşmalara nəzarət etmə barədə israr etdi. Bu, ikili idarəetmə mərhələsini ortaya çıxarır: Müvəqqəti hökumət dövlət gücünü əlində saxlayarkən, sosialistlərin rəhbərliyi altındakı sovetlərin milli şəbəkəsi aşağı və getdikçə artaraq sol yönümlü orta şəhər sinfi üzərində böyük idarə gücünə sahib idi. Bu xaotik dönəm müddətində tez-tez qiyamlar, etirazlar və tətillər qeydə alınır.
"Böyük Oktyabr sosialist inqilabının 3 illiyi" medalı
"Böyük Oktyabr sosialist inqilabının 3 illiyi" medalı — 1920-ci ildə təsis edilmiş ilk sovet medalı. Təxminən 3400 ədəd təsis olunmuşdur.
"Oktyabr inqilabı" ordeni
"Oktyabr inqilabı" ordeni — SSRİ-nin ali dövlət mükafatlarından biri, SSRİ Ali Soveti Rəyasət Heyətinin 31 oktyabr 1967-ci il Fərmanı ilə 1917-ci il Oktyabr İnqilabının 50 illik yubileyi münasibətilə təsis edilib.
"Oktyabr İnqilabı" kanalı
"Oktyabr İnqilabı" kanalı (OİK) — Dağıstan Respublikasının, eləcə də Maxçqala, Kaspiysk və İzberbaş şəhərlərini su ilə təmin edən kanal. Kanal əsasən Dağıstanın quraq və az sulu rayonları olan Terek-Sulak və Primorski düzənliyini su ilə təmin etmək məqsədilə çəkilib. == Tikilmə tarixi == === İlk tikinti cəhtləri === Primorski və Terek-Sulak düzənliyində rütubət çatışmazlığı üzündən tez-tez quraqlıq qeydə alınırdı. Sulak çayı ilə Mahaçkala arasında qalan geniş məhsuldar torpaqlar ancaq otlaq sahəsi kimi istifadə olunurdu. Su çatışmamzlığı Mahaçqala şəhərinin inkişafına, eləcə də sənayenin inkişafına mənfi təsir göstərirdi. Şəhəri su ilə ancaq Tarki-Taudan çəkilən su xətti təmin edirdi. Bundan başqa Şurinka və Sulak çaylarından su gətirilirdi. Kanalın tikintisinə ilk cəht XIX əsrin ikinci yarında olmuşdur. 1 may 1875-ci ildə mühəndis Nevinskinin rəhbərliyi ilə Sulak çayında Mahaçqalaya (Petrovski-Port) kanal çəkilişinə start verildi. 1876-cı ildə kanalın 46 verstlik hissə çəkildi.
14 iyul inqilabı
14 iyul inqilabı (ərəb. 1958 حركة 14 تموز‎) və ya 1958-ci il İraq inqilabı — İraqda kral ailəsinin güllələnməsi və respublika qurulması ilə sona çatan silahlı çevriliş. 1958-ci ildə ildə reallaşan qanlı hərbi çevriliş nəticəsində 1921-ci ildən İraqı idarə edən Haşimilər sülaləsi devrilərək, bütün kral ailəsi güllələndi. Krallıq ləğv edilib, respublika elan edildi. General Əbdülkərim Qasım respublika başçısı oldu. İraq bu inqilabın ardından Bağdad paktından çıxdığını açıqladı. İnqilab həmçinin İraq və İordaniya arasında 6 ay əvvəl qurulan Haşimilər Ərəb Federasiyasına da son verdi. Üsyanın başçılarından olan general Əbdülkərim Qasım 1963-cü il hərbi çevrilişinə qədər İraqın baş naziri oldu. Bu dövr isə xüsusilə kommunizm və etnik milliyyətçiliyin sürətlə yayıldığı illərdir. == Tarixi == İraq Haşimilər sülaləsinin rəhbərlik etdiyi konstitusiyalı monarxiya idi.
1848-1849-cu illər Avstriya inqilabı
1848-1849-cu illər Avstriya inqilabı — Avstriya imperiyasında baş vermiş burjua-demokratik inqilab, 1848-ci il inqilablarından biri. == Tarixi == Avstriyada da inqilab Fransada baş verən inqilabının təsiri altında baş verdi. Avstriya hakim dairələri mətbuata Fransada baş verənlər haqqında bir kəlmə belə qeyd etməmək üçün qadağalar qoysa da, artıq mart ayının 3-də aşağı landtaqların tələbləri meydana çıxdı. Bu tələblərdə senzuranın ləğvi, təmsilçiliyin artırılması, landtaqların hüquqlarının genişləndirilməsi əks olunmuşdu. Mart ayının 13-də isə Vyanada baş verən üsyan nəticəsində, mart ayının 14-də Klemens Metternix hakimiyyətdən devrildi. Mart ayının 15-də isə Macarıstanda Buda və Peşt şəhərlərində üsyanların baş qaldırması ilə inqilab qalibiyyət çaldı. == Ədəbiyyat == Авербух Р. А. Революция в Австрии (1848—1849 гг.). М., 1970.
1848-1849-cu illər İtaliya inqilabı
1848–1849-cu illər İtaliya inqilabı — Avstriya imperiyasına qarşı çevrilmiş burju-demokratik inqilab, 1848-ci il üsyanlarından biri. == İnqilab ərəfəsində ictimai-siyasi vəziyyət == XIX əsrin birinci yarısında İtaliya hələ də parçalanmış halda idi. İtaliya torpaqlarının bir hissəsi Avstriya imperiyasının, bir hissəsi isə Burbonların hakimiyyəti altında idi. Papa XVI Qriqorinin ölümündən sonra yeni papa olmağa əsas 2 namizəd var idi. Bunlardan biri italiyalı digəri isə avstriyalı idi. Sonda Romadakı Fransa səfiri olan Rossinin fəal diplomatik səyləri nəticəsində , gözlənilənin əksinə olaraq İtaliyalı nümayəndə qalib gəldi. Əsl adı (Covanni Mariya Mastai-Ferretti olan Kardinal IX Piy (Papa Pius) adı ilə Roma Papası oldu. Bu İtalyanlarda böyük sevincə səbəb oldu. IX Piy hakimiyyətə gələn kimi islahatlara başladı. İsveçrə qvardiyası buraxıldı, siyası məhbuslara amnitsiya verildi, 1847-ci ilin martında senzura yumşaldıldı, liberal fikirləriylə fərqlənən kardinal Kutsini dövlət katibi təyin etdi, Romanın idarə olunması üçün senat yaradıldı, ilk dəfə dövlət şurası və nazirlər şurası yaradıldı.
1848-ci il Fransa inqilabı
1848-ci il Fransa inqilabı (fr. Révolution française de 1848) — Fransada burjua-demokratik inqilabı, 1848-1849-cu illər Avropa inqilablarından biri. İnqilabın məqsədləri vətəndaş hüquq və azadlıqlarının bərqərar olması idi. İnqilab 22 fevral 1848-ci ildə liberal kral Lui Filippin devrilməsi və İkinci respublikanın elan edilməsi ilə nəticələndi. Napoleon Bonapartın qardaşı oğlu Lui-Napoleon Bonapart 1848-ci ilin iyun ayında baş verən sosial-inqilabi üsyanının yatırılmasından sonra yeni dövlətin prezidenti seçildi. == Zəmin == Fransada 1830-cu il iyul inqilabının nəticəsi olaraq Orlean sülaləsinin bir nümayəndəsi olan Orleanlı Lui Filipp hakimiyyətə gətirildi. Fransız xalqı içərisində ona böyük ümidlər var idi. Orleanlı Lui Filipp özünü sənaye və ticarətin, bankların himayəçisi, Fransanın milli maraqlarının müdafiəçisi kimi göstərirdi. 1840-cı ilədək Orleanlı Lui Filippin fəaliyyəti kifayət qədər qənaətbəxş olmuşdur. Bunun nəticəsində Fransa sözün əsl mənasında irəliyə doğru böyük bir addım atmışdı.
1905-ci il Rusiya inqilabı
Rusiyada 1905-1907-ci illər inqilabı və ya Birinci rus inqilabı - XX əsrdə, eyni zamanda Rusiyada ilk inqilab. Bu inqilabın qarşısında mütləqiyyətin devrilməsi, təhkimçiliyin qalıqlarının ləğv edilməsi dururdu. == İnqilabın ilkin şərtləri == Mülkədar torpaq sahibkarlığı təhkimçiliyin qalıqlarının əsası idi. Buna görə aqrar məsələ rus burjua-demokratik inqilabının mərkəzi məsələsi idi və onun milli xüsusiyətini müəyyən edirdi. Öz obyektiv mahiyətinə görə bu inqilab burjua inqilabı idi. Ancaq hərəkətverici qüvvələri baxımından o əvvəlki burjua inqilablarından fərqlənirdi. Bu inqilabın xüsusiyəti daxilində iki sosial ziddiyətin çulğaşmasında idi: 1) Ümumdemokratik hərəkat, çar mütləqiyyətinə qarşı, demokratik təsisatlar, təmsilçilik və başqa siyasi hüquqlar uğrunda mübarizə. 2) Proletariatla burjuaziya arasında yaranmaqda olan kəskin ziddiyətlər.Rusiyanın əhalisinin əksəriyyəti, təhkimçilik qalıqlarından əziyyət çəkən kəndlilər idi. Yaranmaqda olan kənd burjuaziyası, tamamilə mülkədarların əlində olan hakimiyətdə təmsil olunmurdular. Siyasi hakimiyətlərindən istifadə edən mülkədarlar kənddə burjua münasibətlərin yaranmasına ciddi əngəllər törədirdilər.
1905 Rusiya inqilabı

1911-ci il Xinhai İnqilabı (film, 2011)
1911-ci il Xinhai İnqilabı və ya 1911 (ing. 1911 Xinhai Revolution çin. 辛亥革命) — 2011-ci ildə çəkilmiş Çin tarixi dram filmidir. Film Sincan İnqilabının 100 illiyinə bir ziyarətdir. Bu, həmçinin Ceki Çanın karyerasında 100'cü filmidir. Baş rollarda olmaqdan əlavə, Çan filmin də istehsalçı və həmmüəllifidir. Co-ulduzlar arasında Çanın oğlu Ceysi Çan, Li Binbin, Vinston Çao, Con Çen və Hu Qe var. Bu film 24-cü Tokio Beynəlxalq Film Festivalının açılışı üçün seçildi. Filmin premyerası 23 sentyabr 2011-ci ildə baş tutub. = Məzmun = Film Çindəki Mançu sülaləsinin devrildiyi və Çin Cümhuriyyətinin qurulduğu dövrlərdən bəhs edir.
1917-ci il Oktyabr inqilabı
Oktyabr inqilabı və ya Oktyabr çevrilişi (rus. Октябрьская революция; SSRİ-də rəsmi adı — Böyük Oktyabr Sosialist inqilabı) – Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada baş vermiş inqilab. İnqilab zamanı Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və b. təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrilmiş, hakimiyyətə bolşeviklər və onların müttəfiqi sol eserlərdən ibarət Fəhlə və əsgər deputatları soveti gəlmişdir. Üsyanları Petroqrad sovetinin hərbi-inqilabi komitəsi istiqamətləndirmişdir. == Zəmin == XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında baş verirdi. O zaman rus hökuməti çarəni həmin vaxt üçün çox da populyar olmayan II Nikolayın qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin bunun üçün çox gec idi.
2011-ci il Misir inqilabı
Misir inqilabı — ərəb ölkələrindəki ümumi antihökumət nümayişlərinin mühüm tərkib hissəsi. Nümayişlər və aksiyalar Qahirə, İsgəndəriyyə və bir sıra digər mühüm şəhərlərdə keçirilmişdir. Nümayişçilərin ən fəal olduğu yer Qahirənin mərkəzindəki Təhrir meydanı olmuşdur. Onlar Misiri 30 ildən artıq bir müddətdə idarə edən Məhəmməd Hüsnü Mübarəkin hakimiyyətdən getməsini və ciddi konstitusiya islahatlarının keçirilməsini tələb etmişlər. 17 günlük etiraz nümayişlərindən və qarşıdurmalardan sonra Hüsnü Mübarək istefa verdi, konstitutsiyanın fəaliyyəti dayandırıldı, parlament buraxıldı. Hakimiyyət Ali Hərbi Şuraya keçdi. == Hüsnü Mübarəkin hakimiyyəti == === Fövqəladə vəziyyət === 1981-ci ilin 6 oktyabrında prezident Ənvər Sadatın islamçı Xalid əl-İslambuli və tərəfdaşları tərəfindən qətlə yetirilməsindən sonra Misirdə fövqəladə vəziyyət elan olundu. Sui-qəsddə iştirak edən altı nəfərə ölüm hökmü verildi. Ənvər Sadat qətlə yetirilərkən onun yanında olan Hüsnü Mübarək əlindən yaralandı. Hüsnü Mübarək 14 oktyabr 1981-ci ildə Misir prezidenti seçildi.
Almaniya inqilabı (1918–1919)
1918–1919-cu illər Almaniya inqilabı (alm. Deutsche Revolution‎) və ya Noyabr inqilabı (alm. Novemberrevolution‎) — 1918-ci ilin noyabrında Almaniya imperiyasında baş vermiş inqilab. == Zəmin == 1914–1918-ci illəri əhatə edən Birinci Dünya müharibəsi ilk növbədə Almaniya-İngiltərə ziddiyyətlərinin son dərəcə kəskinləşməsi üzündən başladı. Almaniya Birinci dünya müharibəsinə ona görə başladı ki, o, imperialist təamları stoluna gecikmişdi, gücləndiyi vaxt günəş altında boş torpaq qalmamışdı. Ona görə də XX əsrin əvvəllərində Almaniya dünyaya meydan oxuyaraq belə hesab edirdi ki, o bu stoldan kimi isə durğuzmalı, bu əsrdə o, ya "çəkic", ya da "zindan" olmalıdır. Birinci dünya müharibəsi başlandıqdan 1916-cı ilə qədər üstünlük Almaniyanın tərəfində idi. Əgər Almaniya 1915-ci ildə Rusiyanı müharibədən çıxara bilsəydi, yəqin ki, müharibənin taleyi bəlkə də başqa cür həll olunardı. Lakin 1915-ci ildə o bu məqsədinə nail ola bilmədi. 1918-ci ildə, yəni müharibənin son ilində Almaniyada həm də sosial partlayış yaranmaq üzrə idi.
Almaniyada 1848-1849-cu illər inqilabı
Almaniyada 1848-1849-cu illər inqilabı (alm. Deutsche Revolution von 1848/49‎) və ya Mart inqilabı (alm. Märzrevolution‎) — 1848-ci ilin martından 1849-cu ilin yayın axırınadək Alman İttifaqı ərazisində baş verən inqilabi hadisələr, 1848-ci il üsyanlarından biri. Mart inqilabı Mərkəzi Avropanın bir çox ölkələrində baş verən burjua-demokratik inqilabının bir hissəsi idi. Onun əsas məsələlərindən biri Almaniyanın birləşməsi. Knyaz və feodalların təsərrüfat fəaliyyətlərinə müdaxiləsinin qarşısının aınması, siyasi həyata burjuaziyanın buraxılması idi. İnqilab dövründə ümumalman parlamenti — Frankfurt Milli Məclisi yaradıldı və senzura ləğv edildi.
Birinci Rusiya inqilabı
Rusiyada 1905-1907-ci illər inqilabı və ya Birinci rus inqilabı - XX əsrdə, eyni zamanda Rusiyada ilk inqilab. Bu inqilabın qarşısında mütləqiyyətin devrilməsi, təhkimçiliyin qalıqlarının ləğv edilməsi dururdu. == İnqilabın ilkin şərtləri == Mülkədar torpaq sahibkarlığı təhkimçiliyin qalıqlarının əsası idi. Buna görə aqrar məsələ rus burjua-demokratik inqilabının mərkəzi məsələsi idi və onun milli xüsusiyətini müəyyən edirdi. Öz obyektiv mahiyətinə görə bu inqilab burjua inqilabı idi. Ancaq hərəkətverici qüvvələri baxımından o əvvəlki burjua inqilablarından fərqlənirdi. Bu inqilabın xüsusiyəti daxilində iki sosial ziddiyətin çulğaşmasında idi: 1) Ümumdemokratik hərəkat, çar mütləqiyyətinə qarşı, demokratik təsisatlar, təmsilçilik və başqa siyasi hüquqlar uğrunda mübarizə. 2) Proletariatla burjuaziya arasında yaranmaqda olan kəskin ziddiyətlər.Rusiyanın əhalisinin əksəriyyəti, təhkimçilik qalıqlarından əziyyət çəkən kəndlilər idi. Yaranmaqda olan kənd burjuaziyası, tamamilə mülkədarların əlində olan hakimiyətdə təmsil olunmurdular. Siyasi hakimiyətlərindən istifadə edən mülkədarlar kənddə burjua münasibətlərin yaranmasına ciddi əngəllər törədirdilər.
Birinci rus inqilabı

Bizim inqilabımız (Trotski)
"Bizim inqilabımız" (rus. Наша революция) — Lev Trotskinin 1906-cı ildə N. Trotski təxəllüsü altında yazdığı kitab. Kitab 1904—1906-cı illər ərzində yazılan məqalələr toplusundan ibarətdir. Məqalələr içərisində ən mühüm və məşhuru axırıncı olan "Yekunlar və perspektivlər" oldu. O, XX əsrin əvvəlində inqilabçıların mühitində böyük əks-səda doğurmuşdur; məqalədə iddia edilir ki, Rusiya İmperiyası kapitalizmin "ikinci eşelon"unun geridə qalmış ölkəsidir və nəticə olaraq dövlət və hökmdardan hərtərəfli asılı olan Rusiya burjuaziyası "zəif" adlandırılmışdır. Kitabda Trotski "permanent inqilab" konsepsiyası və A. Parvus, K. Kautski və P. Milyukovun əsərlərinə əsaslanan "qeyri-bərabər və qarışıq inkişaf qanunu" anlayışının formalaşmasını başa çatdırdı; Trotskinin təsəvvürlərinə görə, Rusiya İmperiyasının iqtisadiyyatını sənaye-ticarət təbəqəsi deyil məhz proletariat iflic edə bilər və onun payına gələcək inqilabda mühüm rol oynamaq nəsib olub. Trotskinin planlarına görə, bu inqilab milli zəminində başlamalı, internasional çərçivəsində inkişaf etməli və ümümdünya səviyyəsində bitməlidir. Beləliklə, Rusiya dövlətinə Rusiya və Avropanı birləşdirə biləcək inqilabi yüksəlişinin "detonator"u rolu düşürdü. O illərdə Leninin siyasi mövqesindən bir az daha solcu olan və sonrakı tənqidçilərin xeyli təhrif etdiyi Trotskinin baxışları 1920—1930-cu illərdə Sovet Rusiyasında Trotskinin leninizmə qarşı olan əsas "cəfəngiyatı" hesab edilməyə başlandı. Kitab və sonuncu məqalə bir çox dillərə tərcümə edilmişdir və dəfələrlə nəşr edilirdi; 1922-ci ildə SSRİ-də "Bizim inqilabımız"ın fraqmentlərinin olduğu Trotskinin "1905" kitabı nəşr olunmuşdur.
Boliviya inqilabı (1952)
Boliviya inqilabı — Boliviyada xalq demokratik inqilabı. == Tarixi == 1952-ci il aprelin 9-da polis tərəfindən dəstəklənən Millətçi İnqilabi Hərəkat (MİH) partiyasının dövlət çevrilişi etməsi ilə başlamışdır. Həmin gün La-Pasda başlamış xalq üsyanında 3 günlük döyüşlərdən sonra ordu darmadağın edildi, onun funksiyalarını fəhlələrdən ibarət könüllü dəstələr öz üzərinə götürdü. Millətçi İnqilabi Hərəkatın lideri V.Pas Estensoro ölkənin prezidenti oldu. Aprelin 17-də X.Leçin Okendonun başçılığı ilə hakimiyyəti Millətçi İnqilabi Hərəkat ilə bölüşən Boliviya Fəhlə Mərkəzi yaradıldı (fəhlə həmkarlar ittifaqlarının nümayəndələrinə 4 nazir vəzifəsi verilmişdir). 1952-ci il iyulun 21-də ümumi seçki hüququ tətbiq olundu; oktyabrın 31-də mədən-filiz sənayesi milliləşdirildi; yeni yaradılan mədən-filiz dövlət şirkətində veto hüququna malik fəhlə nəzarəti qoyuldu. 1952-ci ilin noyabrında başlamış ümumkəndli üsyanı mülkədar torpaq sahibliyinin ləğvi və torpaqların kəndlilər arasında bölüşdürülməsi ilə nəticələndi; bunu 2 avqust 1953-cü il aqrar islahatı qanuniləşdirdi. 1953-cü ilin yanvarında əks-inqilabi çevriliş cəhdi fəhlə və kəndlilərdən ibarət könüllü dəstələr tərəfindən yatırıldı. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild.
Böyük Oktyabr Sosialist inqilabı
Oktyabr inqilabı və ya Oktyabr çevrilişi (rus. Октябрьская революция; SSRİ-də rəsmi adı — Böyük Oktyabr Sosialist inqilabı) – Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada baş vermiş inqilab. İnqilab zamanı Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və b. təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrilmiş, hakimiyyətə bolşeviklər və onların müttəfiqi sol eserlərdən ibarət Fəhlə və əsgər deputatları soveti gəlmişdir. Üsyanları Petroqrad sovetinin hərbi-inqilabi komitəsi istiqamətləndirmişdir. == Zəmin == XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında baş verirdi. O zaman rus hökuməti çarəni həmin vaxt üçün çox da populyar olmayan II Nikolayın qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin bunun üçün çox gec idi.
Böyük Oktyabr Sosialist İnqilabının XXIII ildönümü (1940)
Böyük Oktyabr Sosialist İnqilabının XXIII ildönümü qısametrajlı sənədli filmi 1940-cı ildə Azərfilmdə istehsal edilmişdir. Film Azərbaycanda Oktyabr inqilabının ildönümünün bayram edilməsindən danışır. == Məzmun == Film Azərbaycanda Oktyabr inqilabının ildönümünün bayram edilməsindən danışır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.06 dəfə / 1 mln.
2002 •••••••• 6.85
2003 ••••• 3.94
2004 ••••••••• 7.41
2005 ••••••••••• 9.45
2006 ••••••• 6.08
2007 ••••••••• 7.82
2008 •••••• 5.12
2009 •••••• 4.96
2010 ••••••• 5.54
2011 ••••••••• 7.46
2012 ••••••• 5.51
2013 •••••••••••• 10.07
2014 ••••••• 5.49
2015 •••••• 5.27
2016 ••••• 3.99
2017 •••• 2.76
2018 ••••••• 5.69
2019 ••••••••••••• 10.85
2020 •••••••••••••••••••• 17.77

"inqilabı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#inqilabı nədir? #inqilabı sözünün mənası #inqilabı nə deməkdir? #inqilabı sözünün izahı #inqilabı sözünün yazılışı #inqilabı necə yazılır? #inqilabı sözünün düzgün yazılışı #inqilabı leksik mənası #inqilabı sözünün sinonimi #inqilabı sözünün yaxın mənalı sözlər #inqilabı sözünün əks mənası #inqilabı sözünün etimologiyası #inqilabı sözünün orfoqrafiyası #inqilabı rusca #inqilabı inglisça #inqilabı fransızca #inqilabı sözünün istifadəsi #sözlük