əks-inqilabçı sözü azərbaycan dilində

əks-inqilabçı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əks-inqilabçı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İnqilabçı
İnqilabçı — inqilabı hazırlayan, ona hazırlaşan və onda fəal iştirak edən şəxs. Dissidentlər kimi keyfiyyət dəyişiklikləri istəyirlər, ancaq dissidentlər onu dinc, qeyri-zorakılıq yolu ilə olmasına çalışırlar. == Ədəbiyyat == Nechayev, Spartacus Educational website by John Simkin "Socialism and Man in Cuba" A letter to Carlos Quijano, editor of Marcha, a weekly published in Montevideo, Uruguay; published as "From Algiers, for Marcha: The Cuban Revolution Today" by Che Guevara on March 12, 1965 'Krant', M.L.Verma (1997). Sarfaroshi Ki Tamanna. Delhi India: Praveen Prakashan. p. 174.
Əks-partizan
Əks-partizan və ya Kontrgerilla — NATO tərkibindəki ölkələrdə sol təşkilatlanmağa, kommunist və marksist-leninist hərəkatına qarşı yaradılan CİA əlaqəli gizli Qladio təşkilatlanmalarının Türkiyədəki adı. NATO-un Xüsusi Hərb təlimnamələrinə görə, üzv ölkələrdə qurulan NATO vahidləri Türkiyədə 1952 ya da 1953-də əvvəl Səfərbərlik Tədqiq Təşkilatı adıyla təşkilatlanmış sonra doğrudan Baş qərargah rəisliyinə bağlı Xüsusi Hərb Dairəsi damı altında və bunun vətəndaş davamı olaraq fəaliyyət icra etmişdir. Bülənt Əcəvit 1974-də dövrün Baş qərargah Başçısı Semih Sancardan Xüsusi Hərb Dairəsinin varlığını öyrənmişdir. Türkiyədə 1980 çevrilişinin rəhbəri Baş qərargah rəisi Kənan Evrənin Türk əks-partizan "stay-behind" təşkilatlanmasının bir üzvü olduğu iddia edilir.Türkiyədə də "stay-behind" qruplardakı liderlərin qanuni vəzifələrdə olma üst-üstə düşməsi yaşanmışdır.
Əks-səda
Əks-səda – səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə), maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar. v -səsin havadakı sürətidir və 15C°-də 340m\san-dir. Səs lokasiyası səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsidir. Səsin əks olunmasından naviqasiya işlərində də istifadə olunur. == Əks-səda və səs lokasiyası == Əks-səda – səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs dalğaları elastik mühitdə (bərk, maye və qazlarda) yayılan və səs duyğusu yarada bilən mexaniki dalğalardır. İnsan qulağı yalnız tezliyi 16 Hs ilə 20 000 Hs arasında olan elastiki dalğaları qəbul edə bilir. İnfrasəsi və ultrasəsi insan qulağı qəbul etməsə də bir sıra heyvanlar bu səsləri çox yaxşı eşidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə) , maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar.
Əks inqilab
Əks inqilab, bir inqilabı yıxmaq və nəticələrini yox etmək üçün nəzərdə tutulan əks hərəkətdir. Bu hərəkəti reallaşdıranlara əks inqilabçı deyilir. Bir əks inqilabın nəticələri mövcud inqilabın xeyirli və ya ziyanlı olmasına görə təsirli və ya təsirsiz ola bilər. Nümunə olaraq Böyük Fransa inqilabı dövründə Yakobinlər Vandeya üsyanını rəsmi olaraq təsirsiz olaraq qiymətləndirmişdirlər.
Əks kəşfiyyat
Əks-kəşfiyyat, kəşfiyyata qarşı durmaq, onların vəzifəsi düşmənin və ya digər ölkələrin kəşfiyyat idarələri tərəfindən həyata keçirilən kəşfiyyata qarşı mübarizə, düşmənlərin və düşmən kəşfiyyat orqanlarının kəşfiyyat məlumatları toplamasının qarşısının alınması və ya əldə ediləcək məlumatları manipulyasiya etməkdir. Milli kəşfiyyat orqanları, buna əsaslanan ölkələrin təhlükəsizliyi hücum üçün həssasdır. Dövlətlər əks-kəşfiyyat idarələrini xüsusi məqsədlər üçün xüsusi xidmət orqanlarından ayrı və müstəqil şəkildə təşkil edirlər. Əksər ölkələrdə əks kəşfiyyat orqanları birdən çox agentliyin nəzdində düşmən kəşfiyyatına qarşı mübarizə aparır. Türkiyədə Milli Kəşfiyyat Təşkilatı, İngiltərədə Security Service əks kəşfiyyat orqanlarına nümunə göstərilə bilər. Əksər hallarda əks kəşfiyyat agentliklərinin birbaşa polis gücündən istifadə etmə hüququ yoxdur; lakin qanun çərçivəsində yerli təhlükəsizlik qüvvələrindən istifadə edə bilər və ya detektiv qüvvədən istifadə etmək səlahiyyəti olan qurumlar yarada bilərlər. İngiltərədə Təhlükəsizlik Xidməti nəznində (Security Service) “Xüsusi şöbə” (Special Branche) adlandırılan və Milli Təhlükəsizlik məsələlərində detektiv qüvvədən istifadə etmək səlahiyyətinə sahib olan xüsusi bir ofis mövcuddur. Rusiyada FSB, Polşada Służba Kontrwywiadu Wojskowego, Agencja Bezpieczeństwa Wewnętrznego kimi təşkilatlar bir çox daxili təhlükəsizlik agentliklərinə birbaşa əmrlər verirlər.
Əks-inqilab
Əks inqilab, bir inqilabı yıxmaq və nəticələrini yox etmək üçün nəzərdə tutulan əks hərəkətdir. Bu hərəkəti reallaşdıranlara əks inqilabçı deyilir. Bir əks inqilabın nəticələri mövcud inqilabın xeyirli və ya ziyanlı olmasına görə təsirli və ya təsirsiz ola bilər. Nümunə olaraq Böyük Fransa inqilabı dövründə Yakobinlər Vandeya üsyanını rəsmi olaraq təsirsiz olaraq qiymətləndirmişdirlər.
Baba Əliyev (inqilabçı)
Baba Əliyev (Tam adı: Baba Əliyoldaş oğlu Əliyev; 1877, Mərdəkan, Bakı qəzası – 3 yanvar 1937) — Az. ÇK sədri . Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri. Repressiya qurbanı. == Həyatı == Baba Əliyev 1877-ci ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. İbtidai təhsil almışdır. 1905-ci ildən Rusiya Kommunist Partiyasına üzv qəbul edilmişdir. 1905–1907-ci illərdə Balaxanı-Sabunçu fəhlə rayonunda Hümmət Partiyasının, tətil və nümayişlərin təşkilatçısı olmuşdur. 1910-cu ildə partiyanın tapşırığına əsasən İran inqilabına (milli-azadlıq hərəkatına) kömək məqsədilə bu ölkəyə getmişdir. 1917–1918-ci illərdə Azərbaycanda sovet hakimiyyətinin qurulması üçün mübarizə aparmış, Bakı kommunasının süqutundan sonra Həştərxana getmiş və "Hümmət" təşkilatının yerli bürosuna sədr seçilmişdir.
Bünyad Sərdarov (inqilabçı)
Bünyad Mədət oğlu Sərdarov (əsl soyadı: İbrahimov; 1889 — aprel 1919) — azərbaycanlı inqilabçı, bolşevik. Azərbaycanda Sovet hakimiyyətinin qurulması işinin fəal iştirakçısı, Daxili işlər Xalq Komissarlığının səlahiyyətli nümayəndəsi, Hümmət təşkilatının üzvü. Azərbaycan SSR əməkdar arxitektoru Sərdar Sərdarovun atasıdır. == Xatirəsi == Bakı şəhərində yerləşən Bünyad Sərdarov adına maşınqayırma zavodu Bakı şəhərində, Səbail rayonunda küçə. 1985-ci ilin yanvar ayında Füzuli rayonundakı Qarğabazar karvansarası Bünyad Sərdarovun xatirə muzeyi kimi istifadəyə verilmişdir.
Qasım İsmayılov (inqilabçı)
Qasım İsmayılov (19 aprel 1885, Lahıc, Şamaxı qəzası – 10 aprel 1922, Gəncə) — Azərbaycan siyasətçisi; Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizənin fəal iştirakçısı, 1918-ci ildən Kommunist Partiyasının üzvü.1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. == Həyatı == Quba İnqilab Komitəsinin (İnqilab Komitəsi) sədri, eyni zamanda Sovetlərin Gəncə Qəza İcraiyyə Komitəsinin (İcraiyyə Komitəsi) sədri olmuşdur (1922). Sankt-Peterburqdakı gimnaziyada dünyəvi təhsil almışdırRespublika İcraiyyə Komitəsinin 8 sentyabr 1938-ci il tarixli qərarı ilə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır.
Rəhim Hüseynov (inqilabçı)
Rəhim Məmmədcəfər oğlu Hüseynov (1891, Qarabulaq, Qazax qəzası – 1938) — Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR xalq əmək komissarının müavini. == Həyatı == Rəhim Hüseynov 1891-ci ildə Qazax qəzasının Qarabulaq kəndində doğulmuşdur.1938-ci ildə ölmüşdür. == Siyasi fəaliyyəti == === Sovet dövrünədək === Rəhim Hüseynov 1917–1918-ci illərdə Gəncə, Şəmkir və Gədəbəydə kommunizm təbliğatı aparmışdır. O, 1918-ci ilin may ayında Bakıya köçərək burada Mir Həsən Vəzirovun başçılıq etdiyi sol eserlərdən ibarət Əkinçi Partiyasına üzv olmuşdur. O, 1919-cu ildə 1 May nümayişinin təşkilatçılarından olmuş, bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən həbs edilmişdir, lakin fəhlələrin təzyiqi ilə o, həbsdən azad edilmişdir.Rəhim Hüseynov Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin məsul təşkilatçısı və təşviqatçısı olmuşdur.Rəhim Hüseynov 1919-cu ildən Rusiya Kommunist (bolşevik) Partiyasının üzvüdür. 11–12 fevral 1920-ci il tarixində gizli şəkildə keçirilmiş Azərbaycan Kommunist Partiyasının I Təsis (Birləşmə) Qurultayında nümayəndə kimi iştirak etmişdir. === Sovet dövründə === Aprel işğalından sonra qurulmuş Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 29 aprel tarixli başqa qərarı və Bakı İnqilab Komitəsinin 1 №-li əmri ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət hakimiyyəti orqanları buraxılmış elan olundu və tanınmış bolşevik Rəhim Hüseynov Bakı şəhər milisinin ilk rəisi təyin edildi. Həmin 1 №-li əmrdə deyilirdi: "Polis yenidən təşkil edilsin və milis adlandırılsın; bütün polis sahələrində pristavlar dəyişdirilsin və komissarlar təyin edilsin. O hallarda ki, pristav etibarlı polis işçisidir, onu sahə komissarı adlandırıb, öz vəzifəsini yerinə yetirməkdə saxlamaq olar"Daha sonra Rəhim Hüseynov Moskvada Xalq Milli İşlər Komissarlığında şöbə müdiri kimi çalışan Rəhim Hüseynov Bakıya dönmüşdür. O, burada sıra ilə Azərbaycan SSR xalq əmək komissarının müavini, Azərbaycan Kommunist Partiyası Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Sənaye Şurası İdarə Heyətinin sədri kimi vəzifələrdə çalışmışdır.Rəhim Hüseynov dəfələrlə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.
Sosialist İnqilabçı Partiyası
Sosialist İnqilabçılar Partiyası, qısaca SR, eser, eserlər və ya PSR — Rusiya imperiyası ərazisində fəaliyyət göstərmiş sosialist partiyası. == Tarixi == === Yaradılması === === Sol eserlər === === Sağ eserlər === === Seçkilərdə === == Azərbaycanda eserlər == Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. 1904-cü ildən özəl mətbəəyə malik idilər. Mətbuat orqanları "Kavkazkoe slovo" qəzeti olmuşdur. Bakı eserlərinin sosial bazası, əsasən, fəhlələrdən, Xəzər ticarət gəmiçiliyi donanmasının dənizçilərindən, həmçinin tələbə gənclərdən ibarət idi. 1904–1907-ci illərdə Şuşa, Yelizavetpol (Gəncə) və Zaqatalada da eser təşkilatları yaradıldı. Bakı eserlərinin təşəbbüsü ilə İttifaq Partiyası (1905) və "Əş-Səms " (1906) adlı milli sosialist inqilabçılar təşkilatları yaradıldı. İttifaq Partiyasının liderləri sırasında R. Şərifzadə, M. Cuvarlinski və R. Məlikov kimi şəxslər olmuşdur. 1906–1907-ci illərdə, çoxsaylı həbslərə baxmayaraq, eserlərin Azərbaycandakı mövqeləri xeyli möhkəmləndi. Onların təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə var idi.
Əli Bayramov (inqilabçı)
Əli Bayram oğlu Bayramov (1889, Lahıc, Şamaxı qəzası – 23 mart 1920) — Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda fəal mübarizə aparmış siyasi xadim. == Həyatı == Bayramov Əli Bayram oğlu 1889-cu ildə Şamaxı qəzasının Lahıc kəndində anadan olmuşdur. 1912-ci ildə Bakı gəmiçilik məktəbini bitirmişdir. 1920-ci il aprelin 7-də öldürülmüşdür. Birinci Fəxri Xiyabanda dəfn olunub. == Ailəsi == Əli Bayramov Ceyran xanımla ailə həyatı qurur. İki övladı doğulur. Sonralar Əli Bayramovun qətlini əlində bayraq eləyən bolşeviklər az sonra onun ömür yoldaşı Ceyran xanımı Sibirə sürgün edirlər. İki övladı Ukraynaya gedib çıxır. Sürgündən geri dönən Ceyran xanım ailəvi dostluq etdikləri Ağabala Yusifzadənin oğlu Məmmədağanın köməkliyi ilə övladlarının yerini öyrənir və onları Azərbaycana qaytarır.
Elektron əks-tədbir
Elektron əks tədbir (ing. electronic countermeasures abr: ECM) bir elektrik və ya elektron cihazdır. Radar, sonar, infraqırmızı (IR) və ya lazer kimi digər aşkarlama sistemlərini aldatmaq üçün hazırlanmışdır. Düşmənə yönəlmiş hədəfləmə məlumatlarını inkar etmək üçün həm hücum, həm də müdafiə məqsədi ilə istifadə edilə bilər. Sistem düşmənə bir çox ayrı hədəfi göstərə bilər, real hədəfi yoxa çıxmış və ya təsadüfi hərəkət edən kimi göstərədə bilər. Təyyarələri idarə olunan raketlərdən müdafiə etmək üçün effektiv formada istifadə olunur. Əksər hərbi hava qüvvələri təyyarələrini hücumdan qorumaq üçün ECM müdafiə sistemlərindən istifadə edirlər.
Passatlararası əks cərəyan
Passatlararası əks cərəyan - Atlantik, Sakit və Hind okeanlarında, ekvatora yaxın enliklərdə Qərbdən Şərqə gedən okean cərəyanıdır. Passatlararası əks cərəyan keçmişdə Ekvator əks cərəyanı adlanırdı.
Əks-qəza avtomatikası
Əks-qəza avtomatikası (ƏQA) — enerji sistemin elektroenergetika rejiminin parametrlərinin ölçülməsini və emal edilməsini, məlumatların ötürülməsi və idarəetmə əmrlərinin verilməsini və nəzarət tədbirlərinin müəyyən edilmiş alqoritm və parametrlərə uyğun həyata keçirilməsini təmin edən, enerji sistemdə olan qəza rejimlərinin inkişafının qarşısını alan və ləğv edən qurğuların cəmidir. ƏQA qurğusu — qəzaların qeyd edilməsini həyata keçirən, enerji sistemin elektroenergetika rejiminin parametrlərini emal edən, idarəetmə təsirlərini seçən, qəza siqnalları və idarəetmə əmrlərini ötürən və ya nəzarət təsirlərini həyata keçirən və bütövlükdə (operativ və texniki) xidmət göstərən texniki qurğudur (aparat, terminal).
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) — Kolumbiya Kommunist Partiyasının silahlı təşkilatı kimi 1966-cı ildə yaradılmışdır. Ölkənin ən böyük partizan təşkilatı sayılır. Əsas məqsədi amerikalıların ölkədən qovulması və kommunist inqilabının keçirilməsidir. Təşkilatın şəhərdə terror aktları və əməliyyatlar keçirən şəhər cəbhəsi strukturu fəaliyyət göstərir. Əsasən narkotik maddələr dövriyyəsindən əldə edilən gəlirlə fəaliyyət göstərir. Üzvlərinin sayı 5500 nəfərdir. == Tərkisilah olması və Siyasi Partiyaya Çevrilməsi == 50 illik silahlı fəaliyyətindən sonra 23 iyul 2016-cı ildə Kolumbiya Hökuməti ilə FARC arasında əldə edilən yekun anlaşmaya görə FARC silahlarını Birləşmiş Millətlərə təhvil verməli, Hökumət isə FARC üzvlərinin təqibinə son qoymalı, onların ictimai-sosyal həyata qarışmasına yardımçı olmalıdı idi. Anlaşmanın möhkəmlənməsi üçün Kubada, Boqotada birsıra silsilə görüşlər təşkil edilsə də, oktyabr 2016-da Kolumbiyada keçirilən "FARC ilə sülh" referendumundan "Yox" qərarının çıxması, müzakirələri dayandırır. Lakin 1 dekabr 2016-dan etibarən yenidən "normallaşdırma" prosesinə başlanılır. 27 iyun 2017-ci ildə BMT-nin nəzarətində FARC silahlarının tamamına yaxınını təhvil verir.
Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) — Kolumbiya Kommunist Partiyasının silahlı təşkilatı kimi 1966-cı ildə yaradılmışdır. Ölkənin ən böyük partizan təşkilatı sayılır. Əsas məqsədi amerikalıların ölkədən qovulması və kommunist inqilabının keçirilməsidir. Təşkilatın şəhərdə terror aktları və əməliyyatlar keçirən şəhər cəbhəsi strukturu fəaliyyət göstərir. Əsasən narkotik maddələr dövriyyəsindən əldə edilən gəlirlə fəaliyyət göstərir. Üzvlərinin sayı 5500 nəfərdir. == Tərkisilah olması və Siyasi Partiyaya Çevrilməsi == 50 illik silahlı fəaliyyətindən sonra 23 iyul 2016-cı ildə Kolumbiya Hökuməti ilə FARC arasında əldə edilən yekun anlaşmaya görə FARC silahlarını Birləşmiş Millətlərə təhvil verməli, Hökumət isə FARC üzvlərinin təqibinə son qoymalı, onların ictimai-sosyal həyata qarışmasına yardımçı olmalıdı idi. Anlaşmanın möhkəmlənməsi üçün Kubada, Boqotada birsıra silsilə görüşlər təşkil edilsə də, oktyabr 2016-da Kolumbiyada keçirilən "FARC ilə sülh" referendumundan "Yox" qərarının çıxması, müzakirələri dayandırır. Lakin 1 dekabr 2016-dan etibarən yenidən "normallaşdırma" prosesinə başlanılır. 27 iyun 2017-ci ildə BMT-nin nəzarətində FARC silahlarının tamamına yaxınını təhvil verir.
Vətənpərvər İnqilabçı Gənclik Hərəkatı
Vətənpərvər İnqilabçı Gənclik Hərəkatı (kürd. Tevgera Ciwanen Welatparêzên Şoreşger; türk. Yurtsever Devrimci Gençlik Hareket, abr. YDG-H) — Kürdüstan Fəhlə Partiyasının (PKK) gənclərdən ibarət şəhərdaxili, silahlanmış qolu. Daha təcrübəli PKK döyüşçüləri tərəfindən şəhərdaxili müharibə üzrə təlim görmüş və 15–25 yaş qrupundan olan uşaq və böyüklərdən ibarət olan təşkilat 2006-cı ildə təsis edilmişdir. Təşkilat 2014-cü ildə Türkiyənin hüquq-mühafizə işçiləri ilə vuruşmağa başlamış və zorla öz hakimiyyətini qəbul etdirməyə çalışmışdır. Təşkilatın strategiyası Cənub-şərqi Anadolu regionunda yerləşən müxtəlif şəhər və qəsəbələrdə muxtariyyətin birtərəfli bəyan edilməsi və şəhərdaxili ərazilər boyunca əldəqayırma partlayıcı qurğular ilə möhkəmləndirilmiş səngər və barrikadaların yaradılması idi.Təşkilat Cənub-şərqi Anadoluda yaşayan kürdlərin regional şəkildə özünüidarəetmə mübarizəsini dəstəkləyirdi. YDG-H təşkilatının iddia edilən digər missiyaları regionda narkomaniya və fahişəlik, eləcə də digər cinayətlər ilə bağlı bütün fəaliyyətlərin sona çatdırılması da var idi.YDG-H 2015-ci ilin dekabr ayında PKK tərəfindən yenidən təşkil olunmuş və Mülki Qoruma Dəstələri (YPS) adlandırılmışdır.
Xalq İnqilabçı Partiyası (Vyetnam)
Vyetnam Xalq İnqilabçı Partiyası (VXİP; vyet. Đảng Nhân dân Cách mạng Việt Nam) — Cənubi Vyetnamda 1962-ci ildə yaradılmış siyasi partiya. Partiya Vyetkonq üsyanı üçün liderlik etmişdir. 1976-cı ildə partiya Şimali Vyetnamda Vyetnam Fəhlə Partiyası ilə birləşərək Vyetnam Kommunist Partiyasını yaratmışdır. VXİP 1 yanvar 1962-ci ildə təsis edilmişdir. Onun əsası 18 yanvar 1962-ci ildə "Radio Hanoi" tərəfindən ictimai formada elan edilmişdir. Partiyanın bəyan etdiyi məqsədlər imperializm, feodalizm və müstəmləkəçiliklə mübarizə idi. VXİP açıq şəkildə kommunist partiyası deyildi, lakin 18 yanvar "Radio Hanoi"un yayımına görə Cənubi Vyetnamda marksist–leninistləri təmsil edirdi. VXİP-yə tez-tez Cənubi Vyetnam üzrə Mərkəzi İdarə adlandırılan mərkəzi komitə rəhbərlik edirdi. VXİP Vyetkonqun aparıcı qüvvəsi idi.
Qular fillərə əks olunur
Qular fillərə əks olunur — 1937-ci ildə sürrealist ispan rəssamı Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri. Xüsusi kolleksiyasındandır. Bu əsər Dalinin Paranoyak-tənqidi dövrünə aiddir. Yağlı boya ilə kətan üzərində işlənmişdir. Əsər Dalinin məşhur ikiqat şəkillərindən birini ehtiva edir. İkiqat şəkillər Dalinin "paranoyak-tənqidi" metodunun əsas hissəsi idi. O, bunu 1935-ci ildə "Düşüncəsizin Fəthi" oçerkində irəli sürmüşdü.
Əks-səda (film, 1987)
== Məzmun == Film 70-ci illərin axırlarında parlaq istedadları ilə ürəklərdə işıqlı ümidlər doğurmuş dörd istedadlı, həvəskar müğənninin aqibətindən, sonrakı taleyindən, istedada qayğı əvəzinə laqeydliyin acı nəticələrindən söhbət açır. == Festivallar və mükafatlar == 1)1987-ci ildə Filmin yaradıcıları Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Aydın Dadaşov Operator: Vladimir Konyagin Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 329; 377. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi
İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi — Türkiyədə fəaliyyət göstərən və xalq hakimiyyəti qurmağa çalışan marksist-leninist təşkilatıdır. Keçmiş adı İnqilabçı Sol olan təşkilat Dursun Karataş tərəfindən 1970-ci illərdə yaradılmışdır. Təşkilatın hədəfi oliqarxiya və burjua cəbhələridir. == Terror aktları == 9 iyun 1995-ci il İstanbulda bir polis əməkdaşı Demokratik Yol Partiyası binası qarşısında biri qadın daxil 3 terrorçu tərəfindən öldürülmüşdür. 29 sentyabr 1995-ci il İstanbulda iki əsgər Daxili qoşunlar komandirliyi binası qarşısında məşhur terrorçular Mustafa Duyar ilə İsmayıl Akkol tərəfindən öldürülmüşdür. 9 yanvar 1996-cı il İstanbulda iş adamı Özdəmir Sabancı Haluk Gürgen və sekretar Nilgün Hacetepe holding şirkətində qətlə yetirilmişlər. 23 may 1991-ci il Adana Bölgə Daxili qoşunlar komandiri Temel Cingöz güllələnərək öldürülmüşdür. 30 yanvar 1991-ci il Ankarada təqaüddə olan general Hulusi Sayın evinin qarşısında silahlı basqın nəticəsində öldürülmüşdür. 13 oktyabr 1991-ci il İstanbulda təqaüddə olan orgeneral Adnan Ərsöz evində üç terrorçu tərəfindən öldürülmüşdür. 19 avqust 1991-ci il Türk-İngilis birgə quruluşu olan Siğorta şirkətinin Ümumi Mödir müavini Andrev Bloke öldürülmüşdür.
İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi
İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi — Türkiyədə fəaliyyət göstərən və xalq hakimiyyəti qurmağa çalışan marksist-leninist təşkilatıdır. Keçmiş adı İnqilabçı Sol olan təşkilat Dursun Karataş tərəfindən 1970-ci illərdə yaradılmışdır. Təşkilatın hədəfi oliqarxiya və burjua cəbhələridir. == Terror aktları == 9 iyun 1995-ci il İstanbulda bir polis əməkdaşı Demokratik Yol Partiyası binası qarşısında biri qadın daxil 3 terrorçu tərəfindən öldürülmüşdür. 29 sentyabr 1995-ci il İstanbulda iki əsgər Daxili qoşunlar komandirliyi binası qarşısında məşhur terrorçular Mustafa Duyar ilə İsmayıl Akkol tərəfindən öldürülmüşdür. 9 yanvar 1996-cı il İstanbulda iş adamı Özdəmir Sabancı Haluk Gürgen və sekretar Nilgün Hacetepe holding şirkətində qətlə yetirilmişlər. 23 may 1991-ci il Adana Bölgə Daxili qoşunlar komandiri Temel Cingöz güllələnərək öldürülmüşdür. 30 yanvar 1991-ci il Ankarada təqaüddə olan general Hulusi Sayın evinin qarşısında silahlı basqın nəticəsində öldürülmüşdür. 13 oktyabr 1991-ci il İstanbulda təqaüddə olan orgeneral Adnan Ərsöz evində üç terrorçu tərəfindən öldürülmüşdür. 19 avqust 1991-ci il Türk-İngilis birgə quruluşu olan Siğorta şirkətinin Ümumi Mödir müavini Andrev Bloke öldürülmüşdür.
Türkiyə İnqilabçı Həmkarlar İttifaqları Konfederasiyası
Türkiyə Tərəqqi Həmkarlar İttifaqları Konfederasiyası (türk. Türkiye Devrimci İşçi Sendikaları Konfederasyonu, DİSK) — Türkiyənin dörd böyük milli həmkarlar ittifaqı mərkəzindən birid 1967-ci ildə Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasından ayrılan həmkarlar ittifaqı olaraq yaradılmışdır və 327,000 üzvü var. DİSK Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Dünya Həmkarlar İttifaqları Federasiyası və Avropa Həmkarlar İttifaqları Konfederasiyası ilə bağlıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == ICTUR; və b., redaktorlarTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7. == Xarici keçidlər == DİSK rəsmi saytı.
...Əks-səda doğuracaq (film, 1987)
...Əks-səda doğuracaq (rus. И эхом отзовётся) — Azərbaycanın cizgi, ekler, qarışıq texnika filmi. == Məzmun == Film aktual mövzuya-insanların öz hərəkətləri üçün gələcək qarşısında məsuliyyət daşımalarına, yer planetində sivilizasiyanın qorunub saxlanılması üçün insan zəkasının məsuliyyətinə həsr olunmuşdur. == Film haqqında == Cizgi, ekler, qarışıq texnika filmidir. Bədii-publisistik multipliaskiya filmi Gennadi Tişşenkonun "Miras" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Gennadi Tişşenko Ssenari müəllifi: Gennadi Tişşenko Quruluşçu rəssam: Vaqif Məmmədov, Gennadi Tişşenko, Nigar Nərimanbəyova Operator: Ramiz Ağayev Bəstəkar: Elmar Fel Səs operatoru: Marat İsgəndərov Multiplikasiya rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko Rəssam: Firəngiz Quliyeva, Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov === Rollarda === Fəxrəddin Manafov N.Georgiyeva Cahangir Şahmuradov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.17

"əks-inqilabçı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əks-inqilabçı nədir? #əks-inqilabçı sözünün mənası #əks-inqilabçı nə deməkdir? #əks-inqilabçı sözünün izahı #əks-inqilabçı sözünün yazılışı #əks-inqilabçı necə yazılır? #əks-inqilabçı sözünün düzgün yazılışı #əks-inqilabçı leksik mənası #əks-inqilabçı sözünün sinonimi #əks-inqilabçı sözünün yaxın mənalı sözlər #əks-inqilabçı sözünün əks mənası #əks-inqilabçı sözünün etimologiyası #əks-inqilabçı sözünün orfoqrafiyası #əks-inqilabçı rusca #əks-inqilabçı inglisça #əks-inqilabçı fransızca #əks-inqilabçı sözünün istifadəsi #sözlük