* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••• | 191.86 |
2003 | •••••••••••••• | 222.04 |
2004 | •••••••••••••••••••• | 329.13 |
2005 | ••••••••••••••••••• | 296.23 |
2006 | ••••••••••••••••• | 267.36 |
2007 | •••••••••••••••••• | 289.23 |
2008 | •••••••••••••••••••• | 326.45 |
2009 | •••••••••••••••••• | 285.41 |
2010 | •••••••••••••••••• | 291.56 |
2011 | •••••••••••••••••••• | 316.83 |
2012 | •••••••••••••••••••• | 322.68 |
2013 | ••••••••••••••••• | 268.41 |
2014 | •••••••••••••••••• | 287.45 |
2015 | ••••••••••••••••••• | 301.28 |
2016 | ••••••••••••••• | 243.13 |
2017 | •••••••••••••••• | 252.82 |
2018 | ••••••••••••••• | 238.82 |
2019 | •••••••••••••••• | 258.43 |
2020 | ••••••••••••••• | 237.63 |
1 [ər.] 1. is. Bir şeyin işıq şüalarının sınması nəticəsində hamar, parlaq səth, güzgü, su və s. üzərində görünən şəkli, surəti. Aynada öz əksini görmək. Suda öz əksini görmək. Dəniz üzərində ulduzların əksi görünürdü. Mağazanın qabağından keçənlər aynalı vitrinlərdə öz əkslərini görürdülər. □ Əks etmək – hamar və parlaq səth üzərində inikas etmək. Qüruba doğru enən günün şüaları suya əks edərək qəribə rənglərə çalırdı. M.Hüseyn. // məc. İnikas, güzgü. Batinin əksidir fəqət zahir. H.Cavid. 2. is. Səsin bir yerə dəyib geri dönməsi. Elə dərələr vardır ki, bir səs çıxaranda dörd əks alırsan. – Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və barigahın imarətlərindən əksi təkrar tapdı. M.F.Axundzadə. □ Əks etmək – 1) qaytarmaq. Çıxır dağ döşünə körpə quzular; Tərlanın səsini əks edir sular. S.Vurğun; 2) yayılmaq. Ənisənin şöhrəti yavaş-yavaş öz oxuduğu məktəbin divarlarından dışarı çıxaraq başqa məktəblərə də əks etmişdi. S.Hüseyn. 3. is. Şəkil, fotoşəkil. Sitarənin xəyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Çəmənzəminli. □ Əksini almaq dan. – fotoşəklini çəkmək. 4. sif. Tərs, inad, höcət. Çox əks adamdır, dediyindən əl çəkmir. 5. sif. Zidd, tərs. Bunun tam əksi. Yalan doğrunun əksidir. Əks fikir. Əks nəticə. Əks mənada başa düşmək. Əks istiqamət. – [Şeyx Nəim:] Batinin əksidir fəqət zahir. H.Cavid. [Şəmsiyyə:] Bunun əksini iddia edən bir qadına inanma, xalaoğlu! M.İbrahimov. ◊ Əks etdirmək – əyani surətdə göstərmək, ifadə etmək. Dövrümüzü əks etdirən əsərlər, filmlər. Vəziyyəti olduğu kimi əks etdirmək. Əsər həqiqi mənzərəni yaxşı əks etdirir. – Cabbarlı günlərlə igid Babəkin xəyalı ilə yaşamış, bu böyük şəxsiyyətin surətini bədii bir əsərdə əks etdirmək fikrinə düşmüşdü. M.Arif. Xalq mahnıları xalqın ta qədim zamanlardan bu günə qədər olan tarixini bədii surətdə əks etdirir. Ə.Bədəlbəyli. Əks olunmaq – əyani surətdə göstərilmək, ifadə edilmək. “Muğan” dastanımda əks olunmadı; O yerdə gördüyüm gözəl bir səhnə. S.Vurğun. Bəzi mühərrirlərin xırda burjua mütərəddidliyi, ictimai hadisələrin anlayışdakı məhdudluğu jurnalın səhifələrində əks olunmaya bilməzdi. M.İbrahimov. Əks təqdirdə (surətdə) – nəzərdə tutulduğu, deyildiyi, göstərildiyi kimi edilmədikdə, onun əksinə, ziddinə olsa, əgər belə olmasa, ayrı cür olsa, əksinə hərəkət edilsə, yoxsa. Bir az gözləyin, əks təqdirdə mən sizinlə gedə bilməyəcəyəm. – [Müəllim] axırda belə dedi: – Əks surətdə rəftarım tamamilə başqa cür olacaqdır. C.Cəbrayılbəyli. (Öz) əksini tapmaq – bax əks olunmaq.
Azərbaycan dilinin izahlı lüğəti / əks1 Ərəbcə inikas sözü ilə kökdaşdır, mənası şəkil, obraz anlamına uyğun gəlir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əks1 1. портрет, изображение; 2. отражение, отблеск; 3. обратное, противоположное (по смыслу); 4. контр, против;
Azərbaycanca-rusca lüğət / əks2 1. контр … (первая составная часть сложных слов, обозначающая противодействие, противопоставление, противоположность тому, что выражено во второй части). Əks-zərbə контрудар, əks tədbirlər контрмеры и т.п. 2. противо … (первая составная часть сложных слов, обозначающая встречное действие). Əks-hərəkət противодействие, əks-cərəyan противоток
Azərbaycanca-rusca lüğət / əks3 I сущ. 1. отражение: 1) изображение предмета, получающееся на гладкой поверхности. Ayın əksi отражение луны, sudakı əksi kimin, nəyin отражение кого, чего в воде 2) то, в чём отражено, изображено что-л. Dövrün əksi отражение эпохи, həyatın əksi отражение жизни 2. противоположность. Düşündüyünün tam əksi полная противоположность задуманному, qardaşının tam əksi полная противоположность брату 3. портрет (изображение определенного человека в живописи, фотографии и т.п.); карточка. Rəhbərin əksi портрет вождя, sənin əksin твой портрет, əksini çəkmək kimin рисовать портрет чей, canlı əksi kimin живой портрет чей, əksini cibində gəzdirmək kimin носить в кармане чью карточку II прил. 1. обратный (ведущий назад). Əks istiqamət обратное направление, əks gediş обратный ход, əks rabitə обратная связь, əks reaksiya обратная реакция, əks cərəyan: 1) обратный ток 2) обратное течение 2. противоположный. Əks tərəf противоположная сторона, əks qüvvələr противоположные силы, əks qütblər противоположные полюсы, əks işarə противоположный знак III нареч. против. Əks danışmaq говорить против, əks getmək идти против; əks etmək: 1. отражать, отразить: 1) воспроизводить в себе чей-л. образ (о гладкой поверхности) 2) отбрасывать в обратном направлении (свет, звук и т.п.); 2. отражаться, отразиться. Günəşin şüaları suda əks edirdi лучи солнца отражались в воде; əks etdirmək: 1. см. əks etmək. İşığı əks etdirmək отражать свет; 2. воспроизводить, воспроизвести в образах. Əsərdə əks etdirmək отражать в произведении, düzgün əks etdirmək правдиво отражать, eynilə əks etdirmək точно отразить, bədii surətdə əks etdirmək художественно отразить; əks olunmaq отражаться, отразиться. Aynada əks olunmaq отражаться в зеркале, əksi düşmək hara отражаться в чём ◊ əks halda (əks təqdirdə, əks surətdə) в противном случае
Azərbaycanca-rusca lüğət / əks1 I. i. 1. (güzgüdə, suda və s.) reflection, reflexion, reflected image; 2. (şəkil, surət, foto) picture, image; photo; ~ etdirmək to reflect (d.); (yazıda, rəsmdə və s.) to represent (d.); ~ etmək: (şüa haq.) to reflect; (səs haq.) to echo, to resound, to reflect, to reverberate; ~ olunmaq to be* reflected; (yazıda, rəsmdə və s.) to be* represented; bir kəsə / şeyə ~ çıxmaq to oppose (d.), to be* against smb. / smth. II. s. contrary; opposite, opposing, opposed; adverse; ~ qütblər opposite poles; ~ tərəf: 1) (qarşı tərəf) opposite / adverse party; opposite side; 2) (tərs üzü, astar tərəfi) reverse side, verso; ~ istiqamət opposite direction; ~ fikir / mülahizə contrary opinion; ~ halda / tərzdə / surətdə otherwise
Azərbaycanca-ingiliscə lüğət / əks1 is. reflet m, image f, photo f ; ~ etmək refléter vt, réfléchir vt
Azərbaycanca-fransızca lüğət / əks1 [ər.] 1. сущ. хъен, эхъен; шикил (гуьзгуьдай, цяй ва мс. цӀалцӀам затӀунай хъиягъизвай са затӀунин шикил); // əks etmək экс авун, са цӀалцӀам затӀунин винел аватна кьулухъди хъиягъун (мес. шикил, экв); акун, къалурун (хъен, шикил); // пер. гуьзгуь; 2. ван са чкада акьуна кьулухъ хъиягъун, элкъуьн; əks etmək а) са чкада акьуна кьулухъ хъиягъун, элкъуьн (ван); б) гьатун, чукӀун (ван); 3. сущ. шикил (фото); əksini almaq рах. шикил къачун, чӀугун (фотоаппаратдалди); 4. прил. терсе, инад, гьуьжет; 5. акси, терс, зид; əks fikir акси фикир; ** əks etdirmək къалурун (мес. литературада); vəziyyəti olduğu kimi əks etdirmək везият авайвал къалурун; əks təqdirdə (surətdə) тахьайтӀа, масакӀа хьайитӀа, туштӀа, акӀ тахьана хьуй.
Azərbaycanca-ləzgicə lüğəti / əks\ – bir-birilərinin formal ziddi olmayıb, əslində mahiyyətcə ona qarşı olan məfhumlar.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. 1) zidd, müxalif, tərs; 2) əksinə olan; 3) səsin, işığın və s. bir səddə dəyib geri qayıtması; 4) şəkil; 5) şeirdə: inversiyalı misranın nəqərat kimi təkrarı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti