* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 95.93 |
2003 | •••••••••• | 46.45 |
2004 | ••••••• | 33.35 |
2005 | •••••••• | 37.11 |
2006 | ••••••• | 32.43 |
2007 | •••••• | 27.91 |
2008 | •••••• | 27.04 |
2009 | •••••••••• | 44.48 |
2010 | ••••••••• | 40.21 |
2011 | ••••••• | 30.71 |
2012 | ••••••• | 30.03 |
2013 | ••••••••• | 38.80 |
2014 | •••••• | 27.46 |
2015 | •••••••• | 38.11 |
2016 | •••••••• | 37.31 |
2017 | •••••••• | 38.05 |
2018 | •••••••••• | 46.60 |
2019 | •••••••••• | 43.26 |
2020 | ••••••••• | 42.96 |
1 sif. və zərf [fars.] Xoşbəxt, bəxtli. Bəxtiyar adam. Bəxtiyar olmaq. Bəxtiyar yaşamaq. – Avqustun axırında bu bəxtiyar ailə ilə əlvida edərək Bakıya qayıtdım. S.S.Axundov. Aslan çox çalışqan olduğu üçün hər gün öz ruzisini qazanıb külfəti ilə bərabər bəxtiyar yaşayırdı. C.Cabbarlı. Əsəd də müəlliminin yanında sözünün düz çıxdığından bəxtiyar bir uşaq kimi gülümsünüb durmuşdu. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / bəxtiyar2 I прил. счастливый, блаженный. Bəxtiyar uşaqlıq счастливое детство, bəxtiyar olmaq быть счастливым II нареч. счастливо. Bəxtiyar yaşamaq жить счастливо
Azərbaycanca-rusca lüğət / bəxtiyar1 sif. heureu//x, -se ; chanceu//x, -se ; béat, -e ; bienheureu//x, -se
Azərbaycanca-fransızca lüğət / bəxtiyar1 [fars.] прил., нареч. бахтавар, бахтлу, хушбахт; bəxtiyar adam бахтавар кас; bəxtiyar olmaq бахтавар хьун.
Azərbaycanca-ləzgicə lüğəti / bəxtiyarf. xoşbəxt, ağgün.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətixoşbəxt, ağgün, ağbəxt.
Azərbaycan kişi adlarının izahlı lüğəti