* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Bəzi molyuskların balıq-qulaqlarından çıxarılan ağ və ya çəhrayı (nadir hallarda qara) rəngli dənələr şəklində qiymətli sədəf maddəsi; mirvari, dürr. // Həmin maddədən hazırlanan qiymətli qadın bəzəyi (muncuq). Nə göyçək yaraşır, nə xoş görünür; Mina, inci kəmər bel arasında. Q.Zakir. [Qətibə] baş örtüsünün qarşısına almaz, yaqut və incilərdən düzülmüş bir cıqqa taxmışdı. M.S.Ordubadi. Ləpələrin qucağında dolaşdım axşam-səhər; Gözlərimi qamaşdırdı dibindəki incilər. B.Vahabzadə. 2. məc. Çox qiymətli şey haqqında. Yığır öz əliylə torpaq altından; Yerdə gizlədilmiş o inciləri. S.Vurğun. 3. məc. Təşbehlərdə: saflıq, təmizlik parlaqlıq mənasında. İnci tər. – Sıçrayarkən işıldayar damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət. Yenə ay işığında qumlar sanki incidir. N.Rəfibəyli. …Məxmər otların arasından büllur sular süzülür, qönçələrə, düyməçələrə parlaq incilər düzülürdü. M.Rzaquluzadə. // Eyni mənada dişlər haqqında. Dəhanın sədəfdir, dişlərin inci; Sanasan ağzın püstədir, ay qız! M.P.Vaqif. Bir xoş yerişlinin, inci dişlinin; İncə baxışlının, tər qumaşlının; Bir allı, güllünün dağı məndədir. Aşıq Rəcəb. Rozanın dodaqları qaçdı, qaranlıqda onun ağ, inci dişləri parıldadı. S.Rəhimov. ◊ İnci kimi (təki) – kiçik, təmiz və düzgün. Aygün oxuduqca nəzər saldı ki; İncitək düzülmüş sözlər yanaşı. S.Vurğun. …Çobanın təkcə gözləri, bir də inci kimi düzülmüş saf dişləri ağarırdı. İ.Hüseynov.
Azərbaycan dilinin izahlı lüğəti / inci1 Qiymətli daşı bildirən bu söz şəxs adı kimi “yosma” (koketka), “nazlı”, “zərif” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / inci3 İNCİ Dənizdə inci yox, səni gəzdim üzərək.. (M.Rahim); DÜRR [Bəhlul:] Ay ovçu, mənim qarnımda yumurta boyda bir dürr vardır ki, padşahın bütün xəzinəsinə dəyər (A.Şaiq); LÖLÖ (kl.əd.) Xətayi sözləri cəm etsün ol ay; Ki, xublar guşinə lölö gərəkdir (Xətayi); MİRVARİ Qənimək: 100 min dinar qızıl, birdə dəstəyi mirvari ilə bəzənmiş bir qılınc (M.Hüseyn).
Azərbaycan dilinin sinonimlər lüğəti / inci1 İNCİ I is. Mirvari, dürr. Dedin ki, bihudə axtarmasınlar; İncini dəryada, dənizdə, şair (B.Azəroğlu). İNCİ II f. Toxunmaq, xətrinə dəymək. Dedim mən razıyam: nə inci, nə küs (B.Azəroğlu).
Azərbaycan dilinin omonimlər lüğəti / inci2 I сущ. 1. жемчуг: 1) драгоценное перламутровое вещество в форме зерен, добываемое из раковин некоторых моллюсков). Dəniz incisi морской жемчуг, çay incisi речной жемчуг 2) изделие, украшение из этого вещества. İnci düzmək нанизывать жемчуг 2. жемчужина: 1) одно зерно жемчуга 2) перен. о ком-л. о чём-л., являющемся украшением, сокровищем чего-л., перл. Azərbaycan musiqisinin incisi жемчужина азербайджанской музыки II прил. жемчужный: 1. относящийся к жемчугу. İnci dənəsi жемчужное зерно (жемчужина) 2. сделанный из жемчуга; с жемчугом. İnci boyunbağı жемчужное ожерелье 3. перен. напоминающий жемчуг. İnci dişlər жемчужные зубы; inci vannası мед. жемчужные ванны ◊ inci kimi (təki) как жемчуг, как жемчужина
Azərbaycanca-rusca lüğət / inci1 I. i. 1. top.i. pearl(s); xırda ~ seed-pearls pl.; 2. (bir dənəsi; həm. məc.) pearl; ~ kimi like pearls II. s. pearl (attr.); ~ boyunbağı pearl necklace; ~ dişlər pearl teeth; ~ axtaran pearl diver
Azərbaycanca-ingiliscə lüğət / inci1 is. top. perle f ; ~ boyunbağı collier m de perles ; ~ dişlər dents perlées ; ~ axtaran pêcheur m de perles
Azərbaycanca-fransızca lüğət / inci1 сущ. 1. инжи, мирвари; // инжидин; 2. инжидикай авур къиметлу хтар ва мс. затӀ; 3. пер. гзаф къимет авай, багьа затӀ; 4. пер. тешпигра: михьивал, сафвал, цӀарцӀар гун манада; инжи хьтин, седеф хьтин, цӀарцӀар гудай, михьи (мес. сарар); ** inci kimi (təki) инжи хьтин (хьиз); гъвечӀи(з), михьи(з) ва дуьзгуьн.
Azərbaycanca-ləzgicə lüğəti / inci(Borçalı, Qazax) bəzəkli qadın araqçını
Azərbaycan dilinin dialektoloji lüğəti.