incik sözü azərbaycan dilində

incik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • incik • 90.4255%
  • İncik • 7.4468%
  • İNCİK • 2.1277%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ümumi incik siniri
İnciklik
İnciklik — insanın haqsız yerə səbəb olmuş kədərə, təhqirə reaksiyası, eləcə də mənfi çalarlı emosiyalar və bunun doğurduğu hisslər. Buraya incimiş insanın qəzəbi və heç bir şeyin düzəldilə bilməyəcəyi bir vəziyyətdə özünə təəssüf hissi daxildir. O, ədalət anlayışı ilə sıx bağlıdır. Belə ki, insana ədalətsizlik üz verəndə o, inciyir. Tədqiqatçılar inciklik təcrübəsini fitri emosiya hesab etmirlər. Körpələrin arsenalında fitri qəzəb hissi var, lakin onlar hələ də mürəkkəb inciklik hissini mənimsəməyiblər. İnciklik adətən 2–5 yaş arasında öyrənilir, müntəzəm və ya yaradıcı şəkildə digər uşaqlardan, bəzən daha böyük uşaqlardan modellərdən mənimsənilir. Qəzəb duyğuları əvvəllər heç vaxt anadangəlmə olanlar siyahısında görünməmişdir. Hal-hazırda, bir çox təcrübəli psixoloqlar qeyd edirlər ki, uşaqlarında inciklik emosiyaları dərhal, sözün əsl mənasında doğuşdan yaranır.

incik sözünün leksik mənası və izahı

  • 1 sif. İncimiş, küsmüş, rəncidə, ürəyi sınmış. İncik baxış. İncik sual. – Tükəz qarı incik səsini ucaltdı. S.Rəhimov. // Zərf mənasında. Şirzad Pərşanın belə incik ayrılıb getməsindən qorxdu. M.İbrahimov. [Maral və Kəyan] incik ayrılmışdılar. Ə.Əbülhəsən. Şahpərinin son ümidi də puça çıxdı. O, incik halda dilləndi. B.Bayramov. □ İncik olmaq – incimək, küsmək, könlü sınmaq. Əzizim, gülşən olmaz; Bir güllə gülşən olmaz; Dost dostdan incik olsa; İnciyər, düşmən olmaz. (Bayatı). [Teymur ağa:] …Xub, mən vəzirə nə eləmişəm ki, məndən incik olubdur? M.F.Axundzadə. İncik salmaq – incitmək, küsdürmək, qəlbini qırmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / incik

incik sözünün etimologiyası

incik sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 küsülü — rəncidə

    Azərbaycan dilinin sinonimlər lüğəti / incik
  • 2 İNCİK (incimiş, küsmüş, ürəyi sınmış) Tükəz qan incik səsini ucaltdı (S.Rəhimov); KÜSKÜN Qız, bu küskün könlümü; Bircə sənsən güldürən (H.Cavid). QIRIQ (məc.) Qırıq könlümüz tək saz ad ağlardı (S.Rüstəm); RƏNCİDƏ Son günlər rəncidə görünən Çiçək dedi.. (Ə.Vəliyev); RƏNCİDƏHAL Lakin müvəkkil rəncidəhal gedirdi (B.Bayramov); RƏNCİDƏXATİR Belə şübhəli və bir az da rəncidəxatir xan durub darvazadan çıxdı (Çəmənzəminli); SINIQ (məc.) [Çingiz:] Çingizin gəlmiş məcnun tək məzarını qucub, yorğun ruhunu, sınıq qəlbini sənə təslim etsin (S.S.Axundov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / incik

incik sözünün antonimləri (əks mənalı sözlər)

incik sözünün rus dilinə tərcüməsi

  • 1 1. измученный; 2. обиженный;

    Azərbaycanca-rusca lüğət / incik
  • 2 1 I прил. 1. обиженный: 1) испытывающий чувство обиды, обидевшийся 2) выражающий чувство обиды. İncik səslə обиженным голосом, incik baxışla обиженным взглядом, incik görkəm обиженный вид II нареч. обиженно. İncik danışmaq говорить обиженно, incik soruşdu (он) обиженно спросил; incik olmaq kimdən обидеться, быть обиженным (в обиде) на кого, incik salmaq kimi обижать, обидеть кого 2 прил. анат. малоберцовый. İncik əzələləri малоберцовые мышцы, incik sümüyü малоберцовая кость

    Azərbaycanca-rusca lüğət / incik

incik sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. offended (with), resentful; ~ səs offended tone / voice; ~ baxış resentful look II. z. offensively, resentfully; ~ görünmək to look offended

    Azərbaycanca-ingiliscə lüğət / incik

incik sözünün fransız dilinə tərcüməsi

incik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. прил. хъелай, рикӀ (кефи) ханвай, бейкеф хьайи, рикӀ тӀар хьайи (мес. килигун); 2. нареч. хъелна, рикӀ хана, хъел аваз, бейкеф яз; // incik olmaq бейкеф хьун, инжиклу хьун, хъелун, рикӀ тӀар хьун, хатур амукьун; хкӀун; incik salmaq бейкефарун, рикӀ (хатур, кефи) хун, хъелиз тун (гун), рикӀ тӀарун, хатурдик хкӀун.

    Azərbaycanca-ləzgicə lüğəti / incik

incik sözünün türk dilinə tərcüməsi

"incik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#incik nədir? #incik sözünün mənası #incik nə deməkdir? #incik sözünün izahı #incik sözünün yazılışı #incik necə yazılır? #incik sözünün düzgün yazılışı #incik leksik mənası #incik sözünün sinonimi #incik sözünün yaxın mənalı sözlər #incik sözünün əks mənası #incik sözünün etimologiyası #incik sözünün orfoqrafiyası #incik rusca #incik inglisça #incik fransızca #incik sözünün istifadəsi #sözlük