incitmək sözü azərbaycan dilində

incitmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • incitmək • 94.0000%
  • İncitmək • 3.3333%
  • İNCİTMƏK • 2.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

incitmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Əziyyət vermək, əzab vermək, işgəncə etmək. Nəbi özündən sonra Mehdini incidəcəklərini düşünür. “Qaçaq Nəbi”. // Yormaq, əldən salmaq, üzmək. Koroğlu iltimas eylər; Bala, incitmə Qıratı! “Koroğlu”. 2. Ağrıtmaq, əziyyət vermək. [Harun:] İncidir yaralarım, yoxdur ümidim özümə. Ü.Hacıbəyov. …Ayaqlarım yalın olduğuna görə yolun quru kəsəkləri məni incitdi və mən də üst tərəfdə tapdalanmamış bir cığıra düşdüm. A.Divanbəyoğlu. 3. Narahat etmək, narahatlığına səbəb olmaq. Bundan savayı, Bahadırı incidən o oldu ki, vaxtında gedib Tiflisə çatmayacaqdır. N.Nərimanov. Hava sakit olduğundan təyyarəmiz süzüb gedir, heç kəsi incitmirdi. M.İbrahimov. [Körpənin] ağlaması da Gülaranı darıxdırır, incidirdi. Ə.Vəliyev. 4. Küsdürmək, xatirini qırmaq, qəlbinə toxunmaq, narazı salmaq. Şəkilləri çəkmək cəhətindən min doqquz yüz doxsan doqquz mollanı özümüzdən incitmişik. C.Məmmədquluzadə. Fəqət səni burada yalnız bir kəlmə ilə incidəcəyəm… H.Nəzərli. Osa ömrü boyunca incitmədi bir kəsi. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / incitmək

incitmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. İNCİTMƏK [Vahid:] Bilirəm ata, mən sizi çox incitmişəm (M.İbrahimov); BİDAD ELƏMƏK/ETMƏK ..Ağabala danışırdı ki, qolçomaq tayfası kənddə bidad eləyir (S.Rəhimov); ƏZİYYƏT VERMƏK Əmisinə gəldikdə, o da Məlahətə başqa cür əz iyyət verirdi (S.S.Axundov); GÖZÜMÇIXDIYA SALMAQ (dan.) Nazlı: İncidirlər də məni, salıblar gözümçıxdıya, bilirlər ki, dalımda adamın yoxdur (Anar); ÖLDÜRMƏK (məc.) Öldürür mən yazığı; Qəsdən qanım içir zalım.. (Aşıq Ələsgər); SİTƏM ETMƏK (ELƏMƏK) Dayə: Təzə arvad günüsündən hər gün ərinə bir söz deyir, əri yazıq arvada sitəm eləyirmiş (Çəmənzəminli); ƏZAB VERMƏK, İZTİRAB VERMƏK, ZÜLM ELƏMƏK/ETMƏK. 2. İNCİTMƏK (yara haqqında) [Həmid:] Hər əlinə bir iki pudluq götürdü, yarası daha onu çox incitmirdi (H.Abbaszadə); AĞRITMAQ Çarpanaq yaralarının yeri.. ağrıtmırdı (Ə.Əbülhəsən); ƏZİYYƏT VERMƏK Pyotr Anisimoviç Həmidə: De görüm necəsən, yaran əziyyət vermir ki?.. (H.Abbaszadə). 3. incitmək bax küsdürmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / incitmək

incitmək sözünün antonimləri (əks mənalı sözlər)

incitmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. причинять боль; 2. мучить; 3. обижать; 4. беспокоить, тревожить;

    Azərbaycanca-rusca lüğət / incitmək
  • 2 глаг. 1. kimi обижать, обидеть (причинять, причинить, наносить, нанести обиду кому-л.) 2. причинять, причинить боль кому-л. 3. kimi мучить, измучить кого 4. беспокоить, побескоить (причинять, причинить физические неудобства, боль)

    Azərbaycanca-rusca lüğət / incitmək

incitmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to offend (d.), to wound smb.’s feelings; 2. to hurt (d.), to torment (d.); Məni incitməyin! Stop tormenting me! 3. (narahat etmək) to worry (d.), to make* anxious / uneasy, to cause inconvenience (to), to bother (d.)

    Azərbaycanca-ingiliscə lüğət / incitmək

incitmək sözünün fransız dilinə tərcüməsi

incitmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. азаб (азият) гун, зулум авун; галудун, гьалдай авудун; 2. тӀа авун, тӀал къачун, азият гун, инжиклу авун (мес. хире); 3. нарагьат авун, нарагьат хьуниз себеб хьун; 4. бейкефарун, хатур хун, хатурдик (рикӀик) хкӀун, хъелиз тун.

    Azərbaycanca-ləzgicə lüğəti / incitmək

"incitmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#incitmək nədir? #incitmək sözünün mənası #incitmək nə deməkdir? #incitmək sözünün izahı #incitmək sözünün yazılışı #incitmək necə yazılır? #incitmək sözünün düzgün yazılışı #incitmək leksik mənası #incitmək sözünün sinonimi #incitmək sözünün yaxın mənalı sözlər #incitmək sözünün əks mənası #incitmək sözünün etimologiyası #incitmək sözünün orfoqrafiyası #incitmək rusca #incitmək inglisça #incitmək fransızca #incitmək sözünün istifadəsi #sözlük