* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf 1. Hazırda, bu anda, hazırkı vaxtda, bu saat, əlan. İndi gəldi. İndi gedəcəyəm. Görəsən, indi o haradadır? – Dağlar, sənin ilə həmdəm olmadım; Əsirgərsən indi qarı da məndən. Qurbani. Dedi xatun ki: – Söylə, ey fərzənd; Noldu kim, olduq indi dövlətmənd? M.Ə.Sabir. // Bu saat, tez. Sel axar, mələr gələr; Dağ-daşı dələr gələr; Düşmən gəldi, indi gör; Başıma nələr gələr. (Bayatı). [Əsgər Gülçöhrəyə:] …İndi sən get evə, yoxsa bizi görərlər, xudahafiz. Ü.Hacıbəyov. İndi nazirlər qarşı-qarşıya oturmuşdu. S.Hüseyn. // Əvvəlki vəziyyətə, şəraitə, keyfiyyətə qarşılıq mənasında. İndi mən o adam deyiləm. İndi o çox ağıllanmışdır. İndi adam lazımdır ki, bu işi boynuna götürsün. 2. Başqa mətləbə, mövzuya, məsələyə keçdikdə işlənir. İndi o biri söhbətə keçək. İndi mən sizi yeni əsərlərlə tanış edəcəyəm. ◊ İndi də – 1) hələ də. [Səmirə:] Bu zəifliyim üçün indi də özümü danlayıram. M.Hüseyn; 2) indi, bu dəfə. İndi də onun sözlərində elə bir məna görməyən qızlar cavab qaytarmadılar. İ.Hüseynov. İndi ki – bir halda ki, madam ki, əgər. İndi ki sən gedirsən, mən getmirəm. – [Yaşlı kişi:] İndi ki sən sözündə israr edirsən, get, özünü imamın qəbrinə bağlayıb, Çopur üçün ağla, – dedim. S.Hüseyn. [Gülçöhrə:] Ay ata, indi ki sən istəyirsən mən ərə gedim, qoy onda öz istədiyimə gedim. Ü.Hacıbəyov.
Azərbaycan dilinin izahlı lüğəti / indi2 ə. nəzdində olan, yanındakı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / indi1 Etimon imdir (indidən belə yox, “indən belə” işlədirik), “hazırkı vaxt” deməkdir. m-n əvəzləməsi baş verib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / indi2 İNDİ(CƏ) [Sona xanım:] Mən indi gedəcəyəm! Dur gedək! (M.F.Axundzadə); BU SAAT Fərəc İbişliyə: Siz bir toxtayın, bu saat hamısını başa salarıq (Anar); ƏLAN Başqadır bu gecə Gərayın halı: – O öz kefindədir, dəmlidir əlan (S.Vurğun); ƏLHAL Düşdün niyə bəs bu halə əlkali (M.Ə.Sabir); FİLHAL Ayda, yarım ayda çəkilib bir yerə xəlvət; Çəkdim nə qədər hər nə ki, fılhal ağarıbdır (Q.Zakir); HƏNUZ (köhn.) Gülbadam: Namusumu təmiz saxlamaq üçün mən hənuz burada Qurana and içdim.. (N.Nərimanov).
Azərbaycan dilinin sinonimlər lüğəti / indi1 İNDİ – ƏVVƏL İndi məftilə ehtiyac yoxdur (Çəmənzəminli); Məftil bundan çox əvvəl götürülmüşdü (Çəmənzəminli). İNDİ – İNİŞİL Onlar indi xoşbəxt yaşayırdılar (Ə.Vəliyev); Axı Əlyar inişil; Bir ay Bakıda yatdı (B.Vahabzadə). İNDİ – SONRA İndi belələri tapılmaz (C.Əmirov); Sonra hamıya müraciətlə soruşdu (C.Əmirov).
Azərbaycan dilinin antonimlər lüğəti / indi2 нареч. теперь, ныне, нынче, в настоящее время, сейчас. İndi işə başla теперь приступай к работе, indi o bizim əlimizdədir теперь он в наших руках, indi bahardır нынче весна, indi gərgin iş gedir в настоящее время идет напряженная работа, indi də: 1. и сейчас, и в настоящее время; 2. теперь, (и) в этот раз; indi ki belədir … раз так, … в таком случае …
Azərbaycanca-rusca lüğət / indi1 нареч. гила, гьагила; и гьеленда, исятда; ** indi də а) гилани, исятдани, гьелени; б) гьагила, и сеферда, и тилитда; indi ki гила хьи, са гьалда хьи, эгер.
Azərbaycanca-ləzgicə lüğəti / indi