* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. sif. Qızdırılmış, isidilmiş, hərarəti artırılmış (soyuq qarşılığı). İsti otaq. İsti ütü. İsti süd. – Hənifə bir əlində tas, o biri əlində isti su ilə dolu vedrə və dolça, tövşüyə-tövşüyə içəri girdi. İ.Hüseynov. 2. is. Xəstəlik halında bədəndə yaranan hərarət, istilik. Xəstənin istisi qalxmışdır. – İstisini ölçüb dərhal; Ana deyir: – Dincəl bir az. M.Dilbazi. [Salama] elə gəldi ki, sinəsindən isti qalxır… Mir Cəlal. 3. sif. İstilik verən, yandırıcı, qızğın. İsti günəş. İsti şüa. – …Turab Xəzər dənizindən qalxan od kimi isti günəşdən yorğun gözlərini açdı. M.Hüseyn. Əsla məni döyməsin; İsti günəş, sərt külək. Z.Xəlil. // Hava haqqında. İsti gün. İsti hava. – Nə gözəldir dolaşmaq isti yay fəsilləri; Bu sərin sahilləri. M.Müşfiq. Avqustun ortaları olduğundan hava çox isti idi. İ.Əfəndiyev. İsti yay günləri də Tapdığın intizarını anlayıb tez gəlib keçdi. Ə.Vəliyev. // Mülayim iqlimi olan. İsti ölkələr (cənub ölkələri). // is. Bərk qızmış hava; hərarət, istilik. Heç kəs nə qapıda, nə küçənin bir yanında görünmür. Yəqin ki, istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib. C.Məmmədquluzadə. [Məşədi Qəzənfər:] Yazın istisində harada sərinləyə bilərsən? Ü.Hacıbəyov. Dözülməz isti insanı taqətdən salırdı. Ə.Sadıq. // Cəm halında: istilər – havanın qızmağa başlaması. İstilər düşdü. İstilərin başlanmasına az qalıb. – İstilər düşdükcə başını qaldırıb canlanmış cürbəcür həşərat və milçəklər bu gecə sanki qəsdən daha çox fəaliyyət göstərirdi. M.İbrahimov. 4. sif. Bədəni soyuqdan yaxşı qoruyan; yun. İsti köynək. İsti paltar. İsti corab. – Gecələr yatmayıb hər bir qoçağa; İsti paltar tikdi gəlinlər, qızlar. S.Vurğun. [Zəhranın] ayağında dizdən əsgər çəkməsi, başında isti papağı vardı. Ə.Vəliyev. 5. sif. məc. Hərarətli, mehriban, nəvazişli, oxşayıcı, səmimi. Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir… A.Şaiq. Bircə nöqsan tapmayaraq övladının varlığında; Bir can kimi bəsləmişdir məni isti qucağında. S.Rüstəm. [Gülcamal:] Məmmədin səsinə oxşayır bu səs; Onun nəfəsidir bu isti nəfəs! Z.Xəlil. ◊ İsti basmaq – bir işdən, sözdən, hadisədən və s.-dən çox mütəəssir olub özünü istilənmiş kimi hiss etmək. İsti çalmaq – bax isti basmaq. Bu səsdən məni bir isti çaldı, hərarət bütün bədənimi mum kimi yumşaltdı. Mir Cəlal. İsti vurmaq – günəşin şiddətli təsirindən süstləşmək, əzgin və ya bayğın hala gəlmək. Gorus dağının qaşında Nəbini isti vurur, bir kölgəlik tapıb uzanır. “Qaçaq Nəbi”. İsti yer – sakit, rahat, qazanclı, gəlirli iş, vəzifə, mənasında. O gah getmək istədi, gah da isti yerini soyutmaqdan qorxdu. Mir Cəlal. İsti-soyuq dadmaq (görmək, bilmək və s.) – bax bərkə-boşa düşmək (“bərk-boş”da). [Məsum kişi:] …Oxuyanda nə olar, – deyirdi, – uşağın birisidir. Dünyanın işlərini nə qanır. İsti-soyuq dadmayıb. Mir Cəlal. Durna bacı dünyanın isti-soyuğunu yaxşı bilən adamlardan idi. Ə.Sadıq.
Azərbaycan dilinin izahlı lüğəti / isti2 sif. tik. □ İsti aqlay – sənaye üsulu ilə mühavizə və dekorativ qismində çəkilmiş penopolistirol əsasında və örtükdən ibarət olan 2 komponentli material.
Yeni sözlər və yeni mənalar lüğəti / isti1 Söz işıq, ilıq, his,isinmək, ilğım kimi kəlmələrlə qohumdur. Türk dillərinin bəzilərində həmin sözlər yılıq və çılıq, yışıq (və ya cışıq) formalarında işlədilir. Belə məlum olur ki, ulduz, alov, ilıq kimi sözlərin hamısı eyni kökə malik olub və hamısa da hərarət anlayışı ilə bağlıdır. İsti sözünün qədim kökü isdir. Buradan da is-in-mək, is-ti kimi sözlər əmələ gəlib, hətta istəmək (is+lə, yəni “işıqlı elə”), isinmək, istək, işıq sözləri də qədim is kökü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / isti5 1. İSTİ, QAYNAR (qaynadılmış su, süd vəs.) O [Gülnisə], əlindəki qazanı isti su ilə yaxalayıb həyətə çıxdı: – Bismillah, – deyib qaynar suyu heyətə tulladı (Ə.Cəfərova). 2. İSTİ (müxtəlif mənalarda) Yayın isti günləri idi (S.S.Axundov); BÜRKÜ (yalnız hava haqqında) [Bəstəkar:] Fikir verdinizmi, Mərdan kişi, bu gecə yamanca bürkü idi (X.Hasilova); BÜRKÜLÜ Bürkülü iyun günlərinin birini Murad Kür qırağındakı söyüdlükdə, Əzizi isti təcrübə tarlasında qarşıladı (Ə.Vəliyev); HƏRARƏTLİ Moldaviya torpağında günəş yay aylarında olduğu kimi hələ de hərarətli idi (X.Hasilova); QAYNAR Yay günəşi o gün qaynar bir ocağı andırırdı (M.Dilbazi); QIZĞIN Onun güneş qədər qızğın qoynunda, sevgi qədər əziz qucağında mənəvi hərarət və məhəbbət ola bilmədi (A.Şaiq); QIZMAR Qızmar günəşin altında bütün günü pambığın alağını etmək Kamalı yormuşdu (S.Vəliyev); SICAQ Bəzən yazın sıcaq nəsimi kimi qəlbə bir tərpəniş gətirər... (Ə.Cəfərzadə); BOĞANAQ İyul ayına məxsus boğanaq bir gün idi (A.Şaiq). 3. isti bax hərarət 1
Azərbaycan dilinin sinonimlər lüğəti / isti1 İSTİ – AYAZLI Yayın isti günləri idi (S.S.Axundov); Ayazlı, şaxtalı bir qış axşamı; Yeddi yoldaş olub yola düzəldik (S.Vurğun). İSTİ – SOYUQ Yaramaz uşaq yamanca mənim isti aşıma soyuq su qatdı (S.Hüseyn).
Azərbaycan dilinin antonimlər lüğəti / isti2 I прил. 1. тёплый: 1) источающий, дающий тепло. İsti soba теплая печь, isti batareya теплая батарея 2) слегка нагретый. İsti su теплая вода, isti süd теплое молоко 3) с повышенной температурой воздуха. İsti hava теплая погода, isti payız теплая осень, isti qış теплая зима, isti ay теплый месяц 4) с высокой среднегодовой температурой воздуха. İsti ölkələr теплые страны, isti iqlim теплый климат 5) хорошо защищающий от холода. İsti corablar теплые носки, isti paltar теплое белье, isti geyim теплая одежда 6) хорошо сохраняющий тепло. İsti mənzil теплая квартира, isti tövlə теплый хлев 7) перен. проникнутый добрым, любовным чувством, согревающий душу. İsti ana qucağı теплое материнское объятие 8) перен. мягкий, приятный для зрения. İsti ton теплый тон, isti kolorit теплый колорит, isti rənglər теплые краски 9) добрый, дружеский, сердечный. İsti münəsibət тёплые отношения между кем-л. 2. горячий (сильно нагретый; очень теплый). İsti xörək горячее блюдо, isti çörək горячий хлеб, isti ütü горячий утюг, isti kompres горячий компресс; isti bulaq горячий источник II сущ. 1. температура, жар (повышенная температура при болезни). İstisi qalxıb повысился жар, istisini ölçmək измерить температуру 2. жара (высокая температура воздуха). İstilər başladı началась жара (жаркие дни). İstilər düşdü наступила жара, istiyə düşmək попасть в самую жару; isti şitillik теплица ◊ isti basdı kimi разгорячился(ась) кто; isti vurdu обдало жаром; isti yer теплое местечко (о доходной службе); isti yerindən eləmək kimi лишить теплого местечка кого
Azərbaycanca-rusca lüğət / isti1 I. i. heat; yay ~si summer heat; ~dən əziyyət çəkmək to suffer from the heat II. s. 1. hot; ~ gün a hot day; ~ bulaq hot spring; ~ su hot water; 2. warm; ~ palto warm coat; ~ ölkələr warm countries
Azərbaycanca-ingiliscə lüğət / isti1 is. chaleur f ; ardeur f ; ~dən əziyyət çəkmək souffrir de la chaleur
Azərbaycanca-fransızca lüğət / isti1 1. прил. чими (мес. кӀвал, яд, гьава); isti ölkələr чими уьлквеяр (кьиблепан уьлквеяр); 2. сущ. ифин (бедендин чимивилин дережа); uşağın istisi qalxmışdır аялдин ифин хкаж хьанва; 3. сущ. гзаф чими гьава, чимивал, гьарарат; // istilər гз. чимивилер; istilər düşdü чимивилер алукьна; 4. прил. пер. чим авай, рикӀиз чими, чими (мес. къул, къужах, нефес); ** isti vurmaq чимивили (ракъини) ягъун; isti yer чими чка, динж (регьят, секин) чка, къазанжи авай кӀвалах (везифа); isti-soyuq dadmaq (görmək, bilmək və s.) кашар-мекьер акун, гзаф кӀевера гьатун, гзаф азиятар акун, кил. bərk-boş (bərkə-boşa düşmək).
Azərbaycanca-ləzgicə lüğəti / isti