İstibulaq
İstibulaq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstibulaq kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
Yaşayış məntəqəsi qonşu Çaykənd kəndindən köçmüş ailələrin İstibulaq adlı mineral bulağın yaxınlığında məskunlaşması nəticəsində yaranmışdır. Bir məlumata görə, kəndin adı əvvəllər Üstübulaq olmuşdur kənd əhalisi Alxasi tayfasına mənsubdur.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. İstibulaq kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra İstibulaq Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
== Coğrafiyası ==
İstibulaq kəndi dağətəyi ərazidədir.