* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. İsti, lazımınca isti. İsticə otaq. İsticə paltar. – İsticə lavaşım var; Hər gecəyə aşım var; Demə, dədəm yerdəsən; Ancaq əlli yaşım var. M.Ə.Sabir. Var isticə ölkələr; Qışda bizə xoş gələr. A.Səhhət. Qorodovoy qış günəşinin isticə şüası altında laqeydanə xoruldayırdı. Çəmənzəminli. 2. məc. Rahat, əlverişli, mənfəətli. Elm və maarif kəsb edənlərimizin ümdə arzusu özlərini şəhərə salıb, isticə və mənfəətli qulluq tapmaqdır. F.Köçərli.
Azərbaycan dilinin izahlı lüğəti / isticə1 прил. 1. чими, лазим кьадар чими (мес. кӀвал, ппек); 2. пер. регьят, кутугай, хъсан къазанжи авай, менфятлу (мес. къуллугъ).
Azərbaycanca-ləzgicə lüğəti / isticə