* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Sığınma, birinin yanına qaçıb himayə istəmə, pənah gətirmə. [Fərhad:] Mən ömrümdə bir kəsə yalvarmadığım halda, namusum yolunda iltica dili açaraq sizə yalvarıram. C.Cabbarlı. [Sarıköynəyin] gözlərinin dərinliklərində rica ilə qarışıq bir iltica xahişi var idi. S.Hüseyn. □ İltica etmək (eyləmək, gətirmək) – pənah gətirmək, sığınmaq, himayə istəmək. Dərgahına saqi eylər iltica; Baş əyər sürahi, piyalə sənə. Q.Zakir. [Xanım:] Siz bilirsiniz ki, mən onun xanımı deyiləm, zatən aramızda iyirmi yaş fərq var. Ancaq bir parça çörək üçün evinə iltica etmişəm… Çəmənzəminli. 2. məc. Xahiş, rica, yalvarış. Aşıq-məşuq olub, qəlbi yanmasa; Bir bu qədər ilticayə düşərmi? Aşıq Ələsgər. Uzun ilticadan sonra Babaxan qızı inandırmışdı. Mir Cəlal. □ İltica etmək (eləmək) – xahiş etmək, rica etmək. Məşədi Əsgər təcilən… [müsafirə] tərəf yan alıb, çamadanını aparmaq üçün öz dili ilə ona iltica etdi. S.M.Qənizadə. …Mirzə Fətəli əziz və mehriban dayısının ayağına düşüb, ondan … iltica eləyir ki, onu qulluğa qoysun. F.Köçərli.
Azərbaycan dilinin izahlı lüğəti / iltica2 İLTİCA’ ə. 1) sığınma, pənah; 2) bir şeyə əl atma.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / iltica1 сущ. устар. 1. убежище, укрытие 2. упование (надежда н а чью-л. помощь, поддержку) 3. просьба, мольба; iltica etmək (eləmək) kimə kimdən: 1. уповать на кого 2. просить убежища у кого 3. просить, умолять кого
Azərbaycanca-rusca lüğət / iltica