Qılıcan
Qilican, Qılıcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
== Toponimikası ==
Qılıcan kəndi Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyidəhmədli kəndindən (hazirda mövcud deyil) gəlmiş seyidlər nəsli Qılıcan adlı yerdə salmışdır. Qılıc “dağ tirəsi”, -an isə İran dillərində “yer, məkan” bildirən şəkilçidir. Kənd salındığı ərazinin adı ilə adlanmışdır.