Bilici sözü azərbaycan dilində

Bilici

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Bilici • 52.0548%
  • bilici • 45.8904%
  • BİLİCİ • 2.0548%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bilici
Bilici Qorğan — Şabran rayonunda kənd. Dağ Bilici — Şabran rayonunda kənd. Düz Bilici — Şabran rayonunda kənd.
Bilici (kənd)
Belici — Dağıstan Respublikasının Dərbənd rayonunun tərkibinə daxil olan kəndlərdən biridir. Rayon ərazisində eyniadlı qəsəbə də yerləşir. == Əhalisi == 1886-cı ildə kənd əhalisi 144 evdə 283 nəfəri kişilər, 234 nəfər isə qadınlar olmaqla 517 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci il əhali siyahıyaalınmasına əsasən kənd sakinlərinin sayı 3,434 nəfər olmuş, onlardan 2,270 nəfəri etnik azərbaycanlılardan ibarət olmuşdur. Əhalisi əsasən azərbaycanlılardan,qismən tabasaranlılardan və az sayda ləzgilərdən ibarətdir.Kənddə şiə inanclılar (azərbaycan türkləri) çoxluq təşkil etsə də, burada sünnilər (tabasaranlılar və ləzgilər)də yaşayır. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə: I cild.
Bilici Qorğan
Bilici Qorğan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Bilici Qorğan kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qorğan kəndi olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Bilici oymağı
Bilici oymağı — Kəngərli elinin oymaqlarından biri. Bu oymağın nümayəndələri Naxçıvan xanlığının qurulmasında, genişlənməsində önəmli rol oynamışdılar. Elin vəkilləri çox zaman bu oymaqdan çıxırdı. Bilici oymağının əhalisi həm də Naxçıvan xanlığının silahlı qüvvələrinin əsasını təşkil edirdi. Oymağın çox, qələbəlik sayda olması qoşun toplamaq işini asanlaşdırırdı. Naxçıvan xanları vilayət daxilində nizam-intizamı qorumaq, kənardan xanlığa qarşı törənən hər hansı bir təhlükənin qarşısını almaq üçün Bilici qoşunundan daim istifadə edirdilər. Bilici oymağının Ərəbxanlı, Qışlaq, Tat adlı oba və kəndləri vardı. Bilici oymağından xeyli tanınmış şəxsiyyət çıxıb. == Mənbə == Ənvər Çingizoğlu. Kəngərli eli.
Dağ Bilici
Dağ Bilici — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Dağ Bilici kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Taxtalar kəndi olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Oykonimin birinci komponenti (dağ) onu digər eyniadlı oykonimdən (Düz Bilici) fərqləndirməyə xidmət edir, ikinci komponent isə kəngərlilərin bilici tayfasının adını əks etdirir, "dağlıq ərazidə olan Bilici kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == Əhalisi == Kəndin əhalisi 696 nəfər təşkil edir. Əhalisi tamamilə tatlar dan ibarətdir. Əsas ünsiyyət vasitəsi tat dilidir. Bu kənd tat adət-ənənəsini yaşadan nadir kəndlərdəndir. == Mədəniyyəti == Dağ Bilici kəndində tat xalqının mədəniyyətini yaşatmaq və təbliğ etmək məqsədilə Xınayaxdı folklor ansamblı fəaliyyət göstərir.
Düz Bilici
Düz Bilici — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi vaxtilə Quba xanı Fətəli xanın Qarabağdan köçürüb gətirdiyi kəngərlilərin bilici tayfasının məskunlaşdığı kəndlərdəndir. Kənd düzənlik sahədə yerləşdiyindən və eyniadlı digər kənd (Dağ Bilici) adından fərqləndirmək üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Dəvəçi çayının sahilində, Yan silsiləsinin (Böyük Qafqaz) ətəyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 270 nəfər təşkil edir.
Bilal Bilici
Bilal Bilici (1984, Adana ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Bilal Bilici 1984-cü ildə Adana ilində anadan olub. Boston Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Bahçeşehir Universitetində qlobal əlaqələr üzrə magistr dərəcəsi alıb. Birləşmiş Ştatlarda özəl sahədə baş məsləhətçi vəzifələrində çalışıb. Dubayda (BƏƏ) neft sahəsində menecer olaraq çalışıb. Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) üzvü, Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) — ABŞ-Karib hövzəsi İş Şurasının vitse-prezidenti, Qvatemalanın İstanbulda Fəxri Konsulu və Dünya Konsullar Assosiasiyasının Qəyyumlar Şurasının üzvüdür. İYİ Partiyada sədrin müşaviri və İYİ Partiya Vaşinqton təmsilçisi olub. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

bilici sözünün leksik mənası və izahı

bilici sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 BİLİCİ (çox bilən adam) Qoy el ağsaqqalı, yurdun müdrik bilicisi Dədə Qorqud gəlsin... (Anar); BİLƏN ...başqa bir uşaq da söhbətə girişərək bilən adamlar kimi... izahat verdi (B.Talıblı); DANƏNDƏ (kl.əd.) [Xalid:] O cür danəndə kişiyə divanə deyirsən (A.Şaiq); ƏLLAMƏ Şeir – burda əllamədi, bilicidir; Nəsr – ona aydın-açıq əl içidir (R.Rza); BİLƏNDƏR (dan.), BİLİKLİ (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / bilici

bilici sözünün rus dilinə tərcüməsi

  • 1 1. знаток, сведущий, мудрый; 2. колдун, ворожея;

    Azərbaycanca-rusca lüğət / bilici
  • 2 I прил. сведущий, знающий II сущ. 1. знаток. Xalq musiqisinin bilicisi знаток народной музыки 2. разг. предсказатель, прорицатель

    Azərbaycanca-rusca lüğət / bilici

bilici sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. connoisseur (of); ~ olmaq to be* a connoisseur (of); incəsənətin / ədəbiyyatın ~si olmaq to be* connoisseur of art / literature; xalq musiqisinin ~si a connoisseur of folk music II. s. bax bilən

    Azərbaycanca-ingiliscə lüğət / bilici

bilici sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. connaisseur m (en qch) ; 2) dan. pronostiqueu||r m, -se f, proph||ète m, -ètesse f (peyğəmbər), divinat//eur m, rice f (bəxtə baxan) ; 3) sif. compétant, -e, expert, -e, versé, -e, savant, -e, calé, -e, instruit, -e ; ~ olmaq être connaisseur

    Azərbaycanca-fransızca lüğət / bilici

bilici sözünün ləzgi dilinə tərcüməsi

"bilici" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bilici nədir? #bilici sözünün mənası #bilici nə deməkdir? #bilici sözünün izahı #bilici sözünün yazılışı #bilici necə yazılır? #bilici sözünün düzgün yazılışı #bilici leksik mənası #bilici sözünün sinonimi #bilici sözünün yaxın mənalı sözlər #bilici sözünün əks mənası #bilici sözünün etimologiyası #bilici sözünün orfoqrafiyası #bilici rusca #bilici inglisça #bilici fransızca #bilici sözünün istifadəsi #sözlük