* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Kifayətlənmə, qane olma. □ İktifa etmək (eləmək) – 1) kifayətlənmək, qane olmaq. [Hatəmxan ağa:] Niyə başa düşmədin, balam, çox arvad almaq ibarətdir ondan ki, bir kişi bir arvada iktifa etməsin. M.F.Axundzadə. [Rüstəm bəy:] [Nemət] cəld geyinib, bir stəkan çay ilə iktifa edib evdən çıxdı. Çəmənzəminli. Kim bilir ki, Tükəzban bununla iktifa eləməyib, nərdivanın yuxarı pillələrinə dırmaşmaq niyyətinə düşəcək. B.Talıblı; 2) kifayət etmək, bəs olmaq. Yoxsa ki, etməz quru söz iktifa; İş gərək olsun, nə əbəs iddia. A.Səhhət.
Azərbaycan dilinin izahlı lüğəti1 сущ. устар. удовлетворение, удовлетворённость, довольство чем-л.; iktifa etmək (eləmək): 1. удовлетворяться, удовлетвориться, довольствоваться, быть довольным 2. быть достаточным
Azərbaycanca-rusca lüğətİKTİFA’ ə. kifayət(lənmə).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti